Bizim ən məşhur və həsrət dolu mahnımız... Qəribə taleyi olan və sözləri dəyişdirilən “Qaragilə”. Mahnıların da insanlar kimi taleləri olur...
***
“Qaragilə”ni aşıq havasından yarandığını deyənlər də var. Onu təsnif edərkən aşıq mahnılarına aid olunduğu üzə çıxır. Bu mahnını həm də bizim dilin abidəsi də hesab edənlər var. “Qaragilə” nakam məhəbbətin, həsrətin simvoludur. Həm də o mahnı cənub həsrətinin ifadəsidir.
***
Mahnının taleyi, sözləri, variantları və eləcə də “Qaragilə” xitabı ilə bağlı çox sayda fikirlər, faktlar var. Qaragilə müraciətinin birinci izahı belədir: bu, əsmər bənizli bir qadına xitabən deyilir. Başqa bir versiyada isə “qaragilə” müraciətinin insana aid olmadığı söylənilir. Deyilənə görə, “qaragilə” milli xüsusiyyəti bildirən müraciət formasıdır. Bizim qızların əksəriyyətinin qaraşın olduğuna görə bu ifadə onların ümumiləşmiş obrazı kimi qarşımıza çıxır. Eyni zamanda qaragilənin şirin, dadlı bir meyvə də olduğu deyilir.
***
“Qaragilə” mahnısının başqa xalq mahnılarından ən mühüm fərqi bəlkə də budur: bu mahnıda Təbrizin adı çəkilir, orda şəhər folkloru, şəhər təsviri var.
***
Azərbaycan Sovet bəstəkarı, Azərbaycan Dövlət Musiqili Komediya Teatrının banilərindən biri, Azərbaycan SSR əməkdar incəsənət xadimi və ən əsası Üzeyir Hacıbəylinin qardaşı Zülfüqar Hacıbəyli 1918-ci ildə aktyorlarla İrana səfəri zamanı oğlu Niyazini də özü ilə aparır. Niyazi Tağızadə gələcəyin məşhur dirijoru və bəstəkarı olacaqdı. Balaca Niyazi İranda eşitdiyi xalq mahnılarını yaddaşına yazır. Səfərdən iki-üç il sonra Zülfüqar bəyin evinə iranlı bir qonaq gəlir və balaca Niyazi ona həmin mahnılardan birini oxuyur. İranlı mahnını dinləyir və sonra çox qəribə bir şey deyir: “Bu mahnını adamların arasında oxuma”. Səbəb də bu imiş: mahnı nüfuzu yaxşı olmayan küçələrdən birində yaranıb. Niyazinin oxuduğu mahnı “Qaragilə” mahnısıymış...
Deyilənə görə, mahnının ilk variantı beləymiş:
“Dərbəndi keşdük, fərari düşdük,
Başuva dolanım, qaragilə
Harda sevişdük?”
Mətnin birinci bəndini belə oxuyurdular: "Gəlmişəm otağına oyadam səni, Qaragilə, oyadam səni". Bu mahnı Təbrizdə və onun yarandığı məhəllədə yaxşı qəbul olunmurdu. O dövrdə qızın yataq otağına nişanlısını, sevgilisini buraxmaq qəbahət idi və mahnıda bunu səsləndirmək yolverilməz idi. Çox güman maestro Niyaziyə də məhz bu səbəbdən iranlı mahnını başqa yerdə oxumağı qadağan etmişdi.
***
İllər sonra, 1968-ci ildə maestro Niyazi uşaqlığından yaddaşına yazdığı bu qəmli mahnını nota köçürür. Bəstəkar və professor Fərhad Bədəlbəylinin xatirələrinə görə, Niyazi bu mahnının orkestr versiyası üzərində çalışarkən ispan ritmlərinə bənzəyən ritmlər çaldığının şahidi olur. Maraqlanıb soruşur: “Bu ritmlər nə üçündür?” Niyazi cavab verir: “Bunlar qaragilə üçündür”. Maestro Fərhad Bədəlbəylinin duruxduğunu və təəccübünü görüb əlavə edir: “Bu, çox gözəl əsər olacaq”. Dirijor Niyazi mahnını Şövkət Ələkbərovaya oxumağı üçün təqdim edir. Şövkət xanımın simfonik orkestr üzərində ifa etdiyi “Qaragilə” bu mahnının ifa tarixində ayrı bir mərhələ kimi yadda qalır. Məhz bu versiyadan sonra “Qaragilə” daha çox məşhurlaşır...
Çoxlarının fikrinə görə, bu mahnı Təbrizdə, ya da Arazın o tayında yaranıbmış. Xalq mahnılarının mahir ifaçısı Nuriyyə Hüseynova söyləyir ki, Naxçıvanda həmişə yaşlı qadınların zümzüməsində mahnının sözlərində belə bir məqam eşidib: “Gəlmişəm o taydan oyadam səni”. “O tay” deyiləndə Araz çayından o yandakı həsrətli Cənubi Azərbaycan nəzərdə tutulurdu.
***
Cənubi Azərbaycanda isə mahnı bir ayrı cür oxunurmuş: “Təbrizin küçələri dolanbadolan...” Sovet vaxtı xanəndələr təqiblərə və tənqidlərə məruz qalmamaq üçün bu misranı iki variantda dəyişdirib ifa edərlərmiş: “Yurdumun dağları dolanbadolan”, “Şəhərin küçələri dolanbadolan”.
***
Ay oğlan, boyu bəstə,
Gəl əyləş sinəm üstə,
Sən məndən busə istə,
Mən deyim gözüm üstə.
Mahnının bu bəndində bəzi müğənnilər dəyişiklik edirmiş, “sinəm” sözünü “dizim”lə əvəz edirlər. "Azərbaycan xalq mahnıları" kitabında isə həmin yer bu cür verilib:
Ay oğlan, boyu bəstə,
Gəl əyləş çəmən üstə,
Sən məndən könül istə,
Mən deyim gözüm üstə.
***
1940-cı illərdən sonra mahnı Rübabə Muradovanın ifasında sevilir. Bu sevginin bir yanı mahnını çox ustalıqla ifa etməsi idisə, o biri yandan Rübabə xanımın Cənubi Azərbaycandan gəlməsi idi. Kədərli orasıdır ki, mahnının ovqatı ilə Rübabə xanımın həyatı bir-birinə oxşayır: məşhur müğənni heç vaxt öz doğma yurduna qayıda bilmir. Rübabə Muradova o mahnını oxuyanda ağlayırmış... Xanım müğənniyə elə gəlirdi ki, bu mahnı məhz ona həsr olunub.
Qanlı yanvar hadisəsi haqda veriliş hazırlananda Flora Kərimovadan “Qaragilə” mahnısını oxumağını istəyiblər. Flora xanım qəribə bir etiraf edir: “Mən Rübabə Muradovadan sonra o mahnını oxuya bilmərəm”.
***
“Qaragilə”nin ilk ifaçılarından biri və klassik formada ifaçısı Xan Şuşinski olub. Mahnını məşhur xanəndələr, müğənnilər oxuyub: Qədir Rüstəmov, Fatma Mehrəliyeva, Akif İslamzadə, Səxavət Məmmədov, Alim Qasımov... Akif İslamzadə deyir ki, mahnı beş-altı ay onu narahat edib, hətta gecələr yuxusuna da girib. Akif İslamzadənin oxuduğu versiya birmənalı qəbul olunmayıb, efir üçün tərəddüd edilib. Lakin sonradan oxuyanların çoxu Akif İslamzadə kimi ifa etməyə başlayıb. Akif İslamzadə isə onun kimi oxuyanlara səslənərək deyib ki, əsas “Qaragilə”ni ilk kim oxuyubsa, o səsi tapmaq lazımdır.
kulis.az