1936-cı ilin iyul ayında Ermənistanın birinci katibi Ağasi Xanciyan həmin dövrdə Zaqafqaziya Birləşmiş Respublikalarının birinci katibi vəzifəsində işləyən Lavrenti Beriyadan Gürcüstana məxsus Cavaxetiya ərazisinin Ermənistana verilməsini xahiş edəndə, bundan qəzəblənən Beriya Xanciyanı bu iddiasına görə birbaşa kabinetində gülləyib. (hadisə ilə bağlı yazını bu LİNKDƏ oxuya bilərsiniz:
Bu hadisədən sonra Beriyanın təkidi ilə Ermənistanda ciddi kadr islahatı və rəhbərlikdə təmizlik işləri aparılıb, Ermənistan Kommunist Partiyası Mərkəzi Komitəsinin 55 üzvü həbs edilib. Onlardan yalnız 15 nəfəri sağ qalıb, həmin 15 nəfərdən 14-ü isə müxtəlif müddətlərə azadlıqdan məhrum ediliblər. Yalnız qatı millətçi kimi tanınan Ermənistan Dövlət Universitetinin rektoru Anuşavan Arzumanyan dəmir barmaqlıqlar arasından azadlığa buraxılıb, hətta “NKVD”-nin zirzəmisində onun partiya biletini də özünə qaytarıblar.
Maraqlıdır, Stalin repressiyasından xilas olmağın mümkünsüz sayıldığı bir vaxtda Anuşavan Arzumanyana bu güzəşt hansı səbəblərdən verilib?
Anuşavan Arzumanyan 1904-cü ildə Qafanda anadan olub. İki illik təhsildən sonra Şuşada real məktəbində oxuyub. Onun atası uzun illər Bakıda neft mədənlərində çalışıb.
Arzumanyan sonrakı təhsilini Zaqafqaziya Kommunist Universitetində və Plexanov adına İqtisadiyyat Institutunda davam etdirib. 1920-ci ildən bolşevik partiyasının üzvü olub. Sovet dövrünün ilk illərində Ermənistanda komsomol orqanlarının yaradılmasında fəal iştirak edib. 1931-ci ildə Ermənistan KP MK-nın təşviqat şöbəsinə, sonra Ermənistanın Mikoyan və Kirov rayonlarına birinci katib təyin edilib.
Anuşavan Arzumanyan Anastas Mikoyanın həyat yoldaşının kiçik bacısı Aykuş Tumanyanla ailə həyatı qurub.
1937-ci ildə Anuşavan Arzumanyan İrəvan Dövlət Universitetinin rektoru vəzifəsinə təyinat alıb. Həmin ilin noyabrın 10-da Xanciyanın işi ilə əlaqədar onun haqqında cinayət işi qaldırılıb və həbs edilib. Rəsmi ittihamlarda Arzumanyanın antisovet fəaliyyəti və Ermənistanda bu sahədə apardığı geniş fəaliyyət göstərilib.
Həbsinin ilk günlərində o, “qeyri müəyyən şəxs” tərəfindən heç bir ifadə verməmək, heç bir sənədə qol çəkməməklə bağlı göstəriş alıb. İki ilə yaxın davam edən istintaq zamanı Arzumanyanla birgə saxlanılanlar bir-bir güllələnsə də, sürgünə göndərilsə də o, bu müddət ərzində heç bir ifadə verməyərək, partiya bileti qaytarılmaqla və cinayət işi ləğv edilməklə azadlığa buraxılıb. Bəzi mənbələrə görə “NKVD” başçısı Nikolay Yejov Arzumanyanın xilas olunması ilə bağlı Mikoyanın xahişini rədd edib. 1938-ci ildə Beriya Yejovu əvəz etdikdən sonra məsələ öz “müsbət” həllini tapıb.
Həbsdən çıxdıqdan sonra Arzumanyan əvvəlki işinə bərpa oluna bilməyib. Bəlkə də səsli-küylü həbsdən sonra Mikoyan bu işdə ona kömək etməyə tələsməyib. Arzumanyan İrəvan Dövlət Universitetində baş müəllim kimi pedaqoji fəaliyyətini davam etdirib.
Müharibə başlananda Anuşavan Arzumanyan könüllü olaraq cəbhəyə yollanıb. Bəzi araşdırmaçılar Arzumanyanın bu addımını günahlarını yumaq kimi dəyərləndiriblər. O, müharibə dövründə Leonid İliç Brejnevin siyasi rəhbər olduğu 18-ci orduda xidmət edib və birbaşa gələcək baş katibin tabeliyində olub.
Ordudan tərxis olunduqdan sonra namizədlik dissertasiyası müdafiə edən Arzumanyan 1947-ci ildən pedaqoji fəaliyyətini Bakıda, Azərbaycan Dövlət Universitetində davam etdirib. Bir müddət siyasi iqtisad kafedrasının dosenti olan Arzumanyan 1951-1952-ci illərdə ADU-nun elmi işlər üzrə prorektoru vəzifəsində işləyib.
Sözsüz ki, Mikoyan bacanağını Moskvaya, hər hansı bir vəzifəyə gətirməyi özünün qohumluq və ermənilik borcu sayıb. Nəhayət, 1952-ci ildə Mikoyanın himayədarlığı ilə Arzumanyan SSRİ Elmlər Akademiyasında sektor müdiri vəzifəsinə təyin edilib.
Stalindən sonra hakimiyyətə gələn Nikita Xruşşovun SSRİ Elmlər Akademiyası ilə bağlı tənqidi, səs-küy yaradan fikirlərindən, çıxışlarından sonra akademiyada struktur islahatlar aparılanda, baş katibin təşəbbüsü ilə 1956-cı ildə SSRİ Elmlər Akademiyasında yeni, Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutu yaradılıb. Akademiyanın prezidenti Aleksandr Nesmeyanovun institutun direktoru vəzifəsinə bir neçə namizədi olub və o, onların hər biri haqqında Xruşşova təqdim etmək üçün geniş arayışlar hazırlayıb. Ancaq Nesmeyanovun bu arayışları elə öz kabinetində, öz iş masasının üstündə qalıb. Mikoyan sənədsiz və arayışsız Anuşavan Arzumanyanı Xruşşova bağ evində, ailə məclisində təqdim edib. Bununla da, Anuşavan Arzumanyan SSRİ Elmlər Akademiyası Dünya İqtisadiyyatı və Beynəlxalq Əlaqələr İnstitutun ilk direktoru seçilib.
Anuşavan Arzumanyan bacanağının Kreml imkanlarından səmərəli bəhrələnib, ən yüksək dövlət təltifləri ilə mükafatlandırılıb, SSRİ Elmlər Akademiyasında əsas söz sahiblərindən birinə çevrilib, gələcək perspektivləri, daha çox səlahiyyətə sahib olmağı, Mikoyanın hesabına daha yüksək vəzifələri fəth etmək haqqında düşünüb. Amma bu arzular gerçəkləşməyib. “Sevimli” bacanaq 1965-i ildə 61 yaşında hərtərəfli imkanlarla zəngin olan həyatı ilə vidalaşıb. Mikoyanın ona sonuncu hamiliyi isə, Arzumanyana Moskvada, Novodeviçye qəbiristanlığında yer ayrılması ilə sona çatıb.
İlham Cəmiloğlu, Musavat.com