1936-cı ildə Moskvadan Uzaq Şərqə 56 saatlıq uçuşla 9375 kilometr məsafə qət edən Valeri Çkalov dünyada rekord göstəriciyə imza atıb. Bir il sonra isə, 1937-ci ildə Moskvadan ABŞ-a birbaşa uçuşu onu dünyada daha da məşhurlaşdırıb. Hətta amerikalılar Valeri Çkalovu əfsanəvi təyyarəçi adlandırıblar. Artıq 32 yaşında SSRİ-nin ən ali dövlət təltifləri ilə mükafatlandırılan pilot həm də qeyri rəsmi bir titula da sahib olub: “Stalinin şahini”.
Valeri Çkalov 1904-cü ildə Nijeqorodda anadan olub. Yediillik təhsil illərində o, məktəbdə heç də yaxşı şagird kimi yadda qalmayıb. Dərslərinə çox da diqqət yetirməyən, dərsə davamiyyəti tez-tez pozan, davakarlığı ilə müəllimləri tərəfindən tənbeh edilən Valeri yalnız riyaziyyat fənni üzrə həmyaşıdlarından fərqlənib.
Çkalov ilk dəfə 15 yaşında səmada təyyarə görəndə, onda aviasiya sahəsinə böyük maraq yaranıb və o, məktəbi bitirdikdən sonra öz arzusunun arxasınca gedib. Əvvəlcə orta texniki aviasiya məktəbində, sonra ali pilotlar hazırlayan hərbi hava qüvvələri akademiyasında təhsil alıb.
Çkalov pilot kimi xidmətinə 1924-cü ildə Leninqradda başlayıb. O, çıx qısa zamanda hərbi aviasiya sahəsində tanınmış pilotlardan birinə çevrilib. Təsadüfi deyil ki, 1920-ci illərin ortalarından başlayaraq sınaq uçuşlarının 75-80 faizi gənc pilota həvalə edilib.
Yuxarıda qeyd etdiyimiz rekordlara sahib olduqdan sonra Çkalov xalq arasında böyük populyarlıq qazanıb, xalq tərəfindən sevilib, böyük nüfuza sahib olub. O, 1937-ci ildə SSRİ Ali Sovetinə deputat seçilib, ictimai fəallığı ilə fərqlənib. Sıravi sovet vətəndaşları Çkalova böyük inam bəsləyiblər. Ay ərzində o, yüzlərlə məktub alıb. Məktublarda qeyd olunan problemləri, şikayətləri maksimum həll etməyə çalışıb.
Təyyariçiyə qarşı olan bu böyük sevgi Kremlin də diqqətindən yayınmayıb. Bir sıra dövlət məmurları isə Çkalova qısqanclıqla yanaşıblar.
Çkalov fikirlərini açıq söyləməkdən, yüksək ranqlı məmurları tənqid etməkdən heç vaxt çəkinməyib. Stalinin sevimlisi olmasına baxmayaraq, o, sovet liderinə də lazım olan məqamlarda iradını bildirib.
Stalinin şəxsi köməkçisi Aleksandr Poskrebışev öz xatirələrində bu haqda yazıb:
“Valeri Çkalov təkcə tanınmış təyyarəçi deyildi, o, həm də siyasətçi idi, sözünü deməyi və fikirlərini əsaslandırmağı bacaran siyasətçi. Stalin ona böyük hörmətlə yanaşırdı, bəzi hallarda onun çılğınlığına da dözürdü. Yaxşı xatırlayıram, 1937-ci ilin qışında iki saatdan artıq davam görüşlərinin sonunda Çkalov Stalinin kabinetinin qapısını elə çırpdı ki, mən qəbul otağında dik atıldım. Səhərisi gün Stalin mənə Çkalovla telefon əlaqəsi yaratmaq barədə göstəriş verdi. Əlaqə yaratdım, qəbul otağından kabinetə keçib, həm sənədləri ona təqdim etdim, həm də dedim ki, Çkalov xəttdə gözləyir. O dəstəyi qaldırıb dedi: “Sən məndən incimə, axşam gəl yanıma, mənə lazımsan”. Axşamkı görüşləri daha uzun çəkdi...”
1938-ci ilin dekabr ayında Çkalov qış məzuniyyətində olarkən dekabrın 10-da ona telefonla bildiriblər ki, ayın 12-də “ İ-180” qırıcı təyyarəsinin sınaq uçuşu ona həvalə edilib. Çkalov ezamiyyətdən geri qayıdıb. Sınaq uçuşu göstərilən tarixdə təxirə salınıb, səbəb göstərilib ki, “İ-180” istismara tam hazır deyil.
Nəhayət, dekabrın 15-də sınaq uçuşu keçirilib. Həmin gün havanın temperaturu mənfi 25-ə çatıb. Aerodromun üzərində birinci dövrədə uçuş normal keçib, ikinci dövrəni vurduqdan sonra Çkalov eniş etmək istəyəndə mühərrik dayanıb. Təcrübəli pilot yerdən 100 metr hündürlüyə olan məsafəyə qədər təyyarənin müvazinətini saxlaya bilib, çalışıb ki, təyyarə ətrafdakı tikilələrin üzərinə düşməsin. O, xilas üçün bütün mümkün variantlardan istifadə etsə də, sonda təyyarə elektrik dirəklərinə dəyərək zərblə yerə çırpılıb. Çkalov dərhal xəstəxanaya çatıdılıb. Həkimlərin səyinə baxmayaraq, iki saatdan sonra pilot aldığı zədələrdən ölüb.
Hadisə ilə bağlı bir neçə komissiya yaradılıb. Komissiyaların işinə Stalin şəxsən nəzarət edib. Bütün komissiyaların rəyi təxminən eyni olub, təyyarədə nasazlıq, temperaturun mənfi 25 olması və bunun nəticəsində də mühərrikdə yaranan problem.
Mütəxəssislərlə yanaşı, pilotun yaxınları və bir sıra dövlət məmurları komissiyaların rəyləri ilə razılaşmayıblar. Uzun illər Çkalovun ölümü haqqında fərqli versiyalar səsləndirilib, məsələ gərgin mübahisələrə səbəb olub.
Versiyaların birinə görə, “İ-180” qırıcısı sınaq uçuşuna hazır olmayıb. Bunu bilərək qəsdən sınaq uçuşu təşkil edilib ki, Çkalov aradan götürülsün. Şübhəli məqamlardan biri o sayılıb ki, sınaq uçuşunun tarixi dəyişdirilib və dəyişikliyi Lavrenti Beriyanın göstərişi ilə ediblər.
Digər versiyaya görə, Stalin sevimli pilotunu özü aradan götürüb. Belə ki, hadisədən 7-8 ay əvvəl Stalin Çkalova “NKVD”-nin başçısı olmağı təklif edib. Çkalov qanlı repressiya illərində ölkənin baş cəlladı olmaqdan imtina edəndə, bu Stalinin qəzəbinə səbəb olub.
Diqqət çəkən məqamlardan biri də o olub ki, Çkalov “NKVD” rəhbərliyindən imtina edəndən sonra bir neçə dəfə ona qarşı sui-qəsdə cəhd edilib. Bu isə o deməkdir ki, Çkalovun sınaq uçuşu zamanı aradan götürülməsi əvvəlcədən planlaşdırılmış məsələ olub.
Sonralar Çkalovun qızı atasının ölümündə Stalini və Beriyanı ittiham edib, bildirib ki, Çkalovun nüfuzu, ona olan xalq sevgisi Kremli hədsiz dərəcədə narahat edib.
1930-cu illərin digər qaranlıq hadisələri kimi, Çkalovun ölümü də qaranlıq qalıb. Stalinin göstərişi ilə Çkalovun dəfn mərasimi yüksək səviyyədə keçirilib. 34 yaşlı pilotun yandırılmış nəşinin külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub. Qəhrəman pilotun adına şəhər, qəsəbə, küçə, məktəb adları verilib, bir neçə yerdə abidəsi, büstü qoyulub, haqqında filmlər çəkilib, kitablar yazılıb. Amma bütün bunlara baxmayaraq, SSRİ-nin 1 nömrəli pilotunun ölümü ilə bağlı müəmmalara aydınlıq gətirilməyib.
İlham Cəmiloğlu, Musavat.com