Onun adı ABŞ tarixinə Amerika kəşfiyyatının “ata”sı, Mərkəzi Kəşfiyyat İdarəsinin yaradıcısı kimi düşüb. Ziddiyyətli və mürəkkəb xarakterə malik olan Allen Dalles həm də heç vaxt tam anlaşılmayan, özünü tam ifadə etməyən bir şəxs kimi yadda qalıb.
İkinci Dünya müharibəsi zamanı nasist Almaniyasına qarşı mübarizədə Allen Dalles ən səmərəli iş aparan kəşfiyyatçılardan biri olsa da, o, Hitlerə böyük rəğbət bəsləyib. SSRİ-yə qatı nifrətini rəsmi tədbirlərdə belə açıq bəyan etsə də, o, Dostoyevskinin, Tolstoyun vurğunu olub. Allen Dellasın xarakterində bu cür təzadlarla çox rastlaşmaq olar.
Allen Dalles 1893-cü ildə Nyu-York ştatının Uotertaun şəhərində anadan olub. Özü yazdığı kimi, özünü dərk edəndən ailəsində dünyada baş verən hadisələrlə bağlı mübahisələr, diskussiyalar eşidib. Dallesin ata-babası uzun illər Hindistanda ABŞ-ın diplomatik missiyasını həyata keçirib, ana babası prezident Qarrsonun hakimiyyəti dövründə dövlət katibi vəzifəsini tutub, qardaşı Con Dalles isə Eyzenhauerin prezidentliyi dövründə dövlət katibi olub. Bu mühitdə Allen Dallesin yeniyetməlik dövründən beynəlxalq məsələlərə böyük marağı yaranıb.
Allen Dalles 1914-cü ildə Prinston Universitetini bitirdikdən sonra valideynlərinin razılığı ilə bir illik səyahətə çıxıb. O, bir neçə ay Hindistandakı məktəbdə müəllim işləyib, sonra Çinə səfər edib, Uzaq Şərqi gəzib.
1915-ci ildə Amerikaya qayıdan Allen Dellas diplomatik xidmətə qəbul edilib, Avropada, Venada, Berlində, Berndə ABŞ-ın daimi nümayəndəliklərində çalışıb. Öz etirafına görə o, Avropada diplomatik missiyadan daha çox kəşfiyyat işləri ilə məşğul olub.
Avropada xidmət etdiyi dövrdə Allen Dalles dünyanın tanınmış siyasətçiləri ilə görüşməyə də müvəffəq olub. 4 yanvar 1932-ci ildə o, Kölndə tanınmış bankir Kurt Şrederin iqamətgahında Adolf Hitlerlə görüşüb.
Görüşdə maliyyə böhranı keçirən nasist partiyasına kömək müzakirə olunub. Müzakirələrin nəticəsi Hitlerin gözlədiyindən də uğurlu alınıb. Allen Dalles və qardaşı Jon Dallesin köməkliyi ilə Amerikadan Almaniyaya neft ixrac olunub.
İkinci Dünya müharibəsi başlanan ərəfədə Allen Dallesin karyerasında kəskin dönüş baş verib. O, Amerikada yeni yaradılmış Strateji Xidmət İdarəsinin İsveçrədəki mərkəzinə rəhbər təyin edilib. Bu vəzifədə olarkən Allen Dalles alman kəşfiyyatçılarını özünə cəlb etməklə, sövdələşmələr aparmaqla, nasist Almaniyası haqqında çoxsaylı məxfi informasiyaları əldə edərək Amerikaya ötürüb.
Müharibə sona çatdıqdan sonra Strateji Xidmət İdarəsi bir qurum kimi ləğv edilib. 1947-ci ildə ləğv edilmiş qurumun rəhbəri Uilyam Donovan prezident Trumenə yeni bir qurumun, Mərkəzi Kəşfiyyat İdarəsinin yaradılması təklifini verib. Yeni qurumun yaradılması ideyasının müəlliflərindən biri də məhz Allen Dalles olub. Trumen təkliflə razılaşıb. Allen Dalles Mərkəzi Kəşfiyyat İdarəsinin direktorunun müavini təyin olunub.
Eyzenhauer prezident seçildikdən sonra apardığı kadr islahatlarında Allen Dallesi Mərkəzi Kəşfiyyat İdarəsinə direktor təyin edib. Hələ müharibə illərindən Dallesin bacarığına bələd olan Eyzenhauerin Dallesdən gözləntiləri çox olub və prezident ona əvvəlki direktordan fərqli olaraq daha çox səlahiyyət verib.
Mərkəzi Kəşfiyyat İdarəsinin dünya müstəvisində nüfuzlu bir quruma çevrilməsində Dallesin böyük xidmətləri olub. Onun rəhbərliyi dövründə Avropadakı sosialist ölkələrində SSRİ DTK-sının nəzarətində olan rabitə qurğularına çoxsaylı məxfi müdaxilələr etməklə mühüm informasiyalara malik olublar.
1955-ci ildə Dallesin rəhbərliyi ilə uzunluğu 500 metr olan tunel qazılaraq Berlinin SSRİ sektoruna aid olan hissənə dinləmə cihazları quraşdırılıb. Bu əməliyyat üçün ABŞ hökuməti 6 milyon dollar vəsait xərcləyib.
Ən böyük arzusu SSRİ-ni məhv etmək olan Allen Dalles bu ölkədə geniş agentura şəbəkəsi yaradıb. Amma bu şəbəkələrin fəaliyyəti həmişə uğurlu alınmayıb. 1960-cı illərdə isə Dallesin kəşfiyyat oyunları DTK tərəfindən bir neçə dəfə ifşa olunaraq iflasa uğrayıb. O cümlədən Dallesin Kuba əməliyyatları da heç bir nəticə verməyib. Elə bu səbəblərdən də 1961-ci il seçkilərində qalib olan Kennedi Allen Dallesi vəzifəsindən uzaqlaşdırıb.
Allen Dalles haqqında ən maraqlı məqamlardan biri də Kennedi ilə bağlıdır. Amerika hərbi kəşfiyyatının keçmiş zabiti olan Con Nyuman 1995-ci ildə verdiyi açıqlamalarda qeyd edib ki, Kennedinin öldürülməsində Allen Dallesin birbaşa əli var. O, fikrini belə əsaslandırıb ki, Dalles işdən çıxarılmağına və SSRİ ilə Nikita Xruşşovla yeni münasibətlər yaratmağına görə prezidentdən qisas alıb.
Təqaüdə çıxdıqdan sonra Allen Dalles öz xatirələrini yazmaqla məşğul olub, bir neçə kitabı çap olunub.
Tez-tez televiziya verilişlərinə dəvət alan Allen Dallesin ən çox işlətdiyi ifadə isə SSRİ ilə bağlı olub:
“SSRİ və SSRİ vətəndaşları mənə vəhşi bir aləmi xatırladır. Onlarla danışmaq yox, onlara yalnız diktə etmək lazımdır...”
Allen Dalles 1969-cu ildə, 75 yaşında pnevmoniya xəstəliyindən vəfat edib.
İlham Cəmiloğlu, Musavat.com