1964-cü ilin oktyabr ayında Yuqoslaviyanın paytaxtı Belqradın alman işğalçılarından azad olunmasının iyirminci ildönümünə həsr olunmuş təntənəli tədbirə SSRİ rəsmiləri də dəvət alıblar.
Kremldə qərara alınıb ki, tədbirdə yüksək çinli hərbçilərdən ibarət nümayəndə heyəti iştirak etsin. Siyahıda 7 nəfərin adı olub: SSRİ Silahlı qüvvələrinin Baş Qərargah rəisi marşal Sergey Biryuzov, Mərkəzi Komitənin inzibati orqanlarla iş şöbəsinin müdiri general-mayor Nikolay Mironov, Tank qoşunları Hərbi Akademiyanın rəisi general-polkovnik Vladimir Jdanov, Frunze adına Hərbi Akademiyanın rəis müavini general-leytenant Nikolay Şkodunoviç, istefada olan general-mayor Leonid Boçarov və Baş Qərargahın zabiti podpolkovnik Qriqori Şeludko.
Nümayəndə heyətini Belqrada aparan SSRİ Hərbi Hava Qüvvələrinə məxsus “İl-18” təyyarəsində yüksək vəzifəli hərbçilərlə bərabər 16 nəfər heyət üzvü də olub.
Səhər saatlarında havaya qalxan təyyarə Yuqoslaviya paytaxtına qədər məsafəni problemsiz qət edib. Belqrad səmasında pilotlar dispetçerlərdən eniş zolağının verilməsini istəyəndə də heç bir problem yaşanmayıb. Dispetçerlər enişə icazə veriblər. Amma bu icazədən sonra bu günə qədər də məlum olmayan səbəblərdən pilotlar kursu itiriblər və təyyarə Aval dağlarına çırpılaraq, partlayıb. Qəza nəticəsində təyyarədə heç kim sağ qalmayıb.
Qəzanın rəsmi səbəbi pilotlarla dispetçerlər arasında anlaşılmazlığın yaranması kimi göstərilib.
Bu hadisə həmin ərəfəyə təsadüf edib ki, beş gün əvvəl 13-14 oktyabr 1964-cü ildə SSRİ-də hakimiyyət dəyişikliyi baş verib, Xruşşov devrilib, Brejnev hakimiyyəti ələ keçirib.
Bəzi araşdırmaçıların qənaətinə görə, hakimiyyət dəyişikliyi ilə qəzanın baş verməsi arasında bir əlaqə olub. Təyyarədə iki şəxsin, Silahlı Qüvvələrin Baş Qərargah rəisi Sergey Biryuzovun və Mərkəzi Komitənin inzibati şöbəsinin müdiri Nikolay Mironovun olması bu cür düşünməyə əsas verib.
Sergey Biryuzov Xruşşovun ən yaxın adamlarından biri sayılıb. Xruşşov hakimiyyətdə olduğu illərdə öz kürsüsünü məhz bu nüfuzlu marşalın hesabına qoruya bilib. Qeyd edək ki, Sergey Biryuzov müharibədəki böyük xidmətlərinə baxmayaraq Stalinin hakimiyyəti dövründə dairə komandiri vəzifəsindən yuxarı vəzifə tuta bilməyib, o cümlədən Stalin ona marşal rütbəsi verməkdən də imtina edib.
Nikita Xruşşovun hakimiyyətə gəlişindən sonra Sergey Biryuzovun hərbi karyerasında sıçrayış baş verib, o, əvvəlcə Hava Hücumundan Müdafiə Qoşunları komandanı, sonra Strateji Təyinatlı Raket Qoşunlarının baş komandanı, daha sonra isə SSRİ Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, müdafiə nazirinin birinci müavini vəzifəsinə təyin edilib. Xruşşov Biryuzova marşal rütbələrini şəxsən təqdim edib.
Xruşşov hakimiyyətdə olan dövrdə Biryuzov onu devirmək istəyənlər üçün ən böyük maneə və təhlükə olub. Elə Xruşşovun istefasından sonra da marşal Brejnev komandası üçün arzuolunmaz şəxs sayılıb. Hətta Kreml kabinetlərində belə söhbətlər də gəzib ki, Baş Qərargah rəisi Xruşşovun qisasını almaq haqqında düşünür.
Təyyarədə olan ikinci şəxs, Mərkəzi Komitənin inzibati şöbəsinin müdiri Nikolay Mironov isə Brejnevə çox yaxın bir şəxs kimi tanınıb. Onlar bir qəsəbədə böyüyüblər, eyni institutda təhsil alıblar, müharibə başlananda eyni cəbhədə xidmət ediblər. Müharibədən sonra yolları ayrılıb, Brejnev partiya orqanlarında, Mironov dövlət təhlükəsizliyi xidmətində çalışıb. Amma buna baxmayaraq köhnə tanışlar bir-birləri ilə sıx əlaqədə olublar. Kremldə hamıya məlum olub ki, Mironov Brejnevin birinci məsləhət yeridir.
Nikolay Mironov hərbi qurumlarda, daxili işlər orqanlarında, dövlət təhlükəsizliyi xidmətində böyük nüfuza sahib olub. Bu qurumlarda yüksək təyinatlara imza atılmamışdan əvvəl Mironovun rəyi nəzərə alınıb.
Nikolay Mironov Xruşşovun hakimiyyətdən devrilməsində xüsusi rol oynayıb. Mərkəzi Komitə üzvləri ilə ayrı-ayrı danışıqların aparılmasına, razılaşmaların əldə olunmasına o, gərgin əmək sərf edib.
Brejnev bu xidmətlərə görə Mironova Mərkəzi Komitədə katib vəzifəsi vəd etsə də, onun sədaqətini tez-tez dilə gətirsə də, baş katib üçün Mironov həm də təhlükə sayılıb. Brejnev elə düşünüb ki, bacarıqlı və artıq hakimiyyəti devirmək prosesində təcrübəsi olan Mironov nə vaxtsa ona qarşı da çıxa bilər.
Beləliklə, mövcud hakimiyyət, hakim Brejnev üçün həm Xruşşovun adamı olan marşal Biryuzov, həm də öz dostu olan Mironov baş katibin “qara siyahısı”na düşüb. Elə bu baxımdan da bəzi araşdırmaçıların versiyasına görə, Belqrada uçan təyyarənin qəzaya uğraması sifarişli olub. Necə deyərlər, özünü mahir ovçu sayan Brejnev bir güllə ilə iki hədəfi məhv edib.
İlham Cəmiloğlu, Musavat.com