Nə az, nə çox, düz 8 il Amerika Birləşmiş Ştatlarının Moskvadakı səfirliyində, səfirin iş kabinetdə aparılan müzakirələr, məxfi danışıqlar, adi söhbətlər gizli şəkildə dinlənərək lentə yazılıb və Kremlə, şəxsən İosif Stalinə təqdim edilib...
İkinci Dünya müharibəsinin sonlarında və müharibədən sonrakı dövrdə ABŞ-ın SSRİ-yə olan münasibəti, gizli planları Kreml üçün ən mühüm məsələlərdən biri olub. Digər vasitələrlə yanaşı Kreml ABŞ-ın Moskvadakı səfirliyində hansı söhbətlərin getdiyini bilməyi də vacib sayıb. Amma necə? Amerikalılar səfirliyin iqamətgahını, ərazisini o dərəcədə nəzarətdə saxlayıblar ki, el dilində desək, quş quşluğu ilə əraziyə keçə bilməyib. Lakin sonda səfirliyə “gizli yol tapmaq” məsələsində Lavrenti Beriya öz ideyası ilə məsələni çox “rahatlıqla” həll etməyi bacarıb.
Əvvəlcə Beriya həmin ərəfədə ABŞ-ın SSRİ-dəki səfiri Averell Harrimanı (1943-1946-cı illərdə səfir vəzifəsində işləyib) daha yaxından tanımaq üçün onun haqqında bütün məlumatları öyrənib. Məlum olub ki, səfir ağac materiallarından düzəldilmiş fiqurlara, suvenirlərə böyük həvəs göstərir və bu cür hədiyyələri məmnuniyyətlə qəbul edir.
Beriya qərara gəlib ki, Harriman üçün böyük bir ölçüdə nadir və qiymətli ağac materiallarından ABŞ-ın dövlət gerbini hazırlatsın. Qısa bir müddətdə iyirmi ağac növündən gerb hazırlanıb. Sonra Beriya hələ 1930-cu illərdən tanıdığı ixtiraçı Lev Termeni axtarıb. O da məlum olub ki, Beriya hələ “NKVD”-də müavin işləyəndə onu Maqadana sürgünə göndərib. Lev Termen nəinki SSRİ-də, bir çox xarici ölkələrdə də siqnalizasiya sistemləri, gizli dinləmə və səsyazma cihazları üzrə ən tanınmış mütəxəssislərdən biri sayılıb.
İxtiraçı təcili olaraq Moskvaya gətirilib. Beriya uzatmadan mətləbi açıqlayıb:
"Bizə enerji mənbəyi tələb etməyən dinləmə cihazı lazımdır".
Lev Termen qısa və konkret cavab verib:
"Belə cihaz yoxdur, amma problem deyil. Məni laboratoriya ilə təmin edin və vaxt verin".
Lev Termenə “NKVD”-nin konstruktor bürosunda xüsusi laboratoriya ayrılıb və o, ciddi nəzarətdə saxlanılıb.
Çox qısa bir müddətdən sonra Termen yeni kəşfini Beriyaya təqdim edib. Növbəti mərhələ həmin cihazın taxtadan düzəldilmiş gerbin içərisinə yerləşdirilməsi məsələsi olub. Bu iş də Termenə həvalə edilib. O, kiçik cihazı böyük gerb fiqurunun içərisinə böyük ustalıqla yerləşdirib. Sonra cihazın necə işləməsi ilə bağlı bir həftə ərzində hər gün sınaqlar aparılıb. Kəşf gözləniləndən də artıq uğurlu alınıb.
Növbəti mərhələ həmin “juçoklu” gerbi səfirə necə, hansı şəraitdə, nə münasibətlə hədiyyə etmək məsələsi olub ki, buna görə Beriya bütün mümkün variantları götür-qoy edib. Nəhayət, çıxış yolu tapılıb.
Stalinlə Beriya 1945-ci il 4-11 fevral tarixlərində keçiriləcək Yalta konfransı ərəfəsində “Artek” pioner düşərgəsinin növbəti mövsümünün açılışını planlaşdırıblar, belə qərara gəliblər ki, tədbirə Çörçilli və Ruzvelti də dəvət etsinlər. Hər ikisi yaxşı anlayıb ki, ABŞ və Britaniya liderləri gərgin konfrans günlərində tədbirdə iştirakdan imtina edəcəklər və mərasimə ölkələrinin SSRİ-dəki səfirlərini göndərəcəklər.
Bu plan saat dəqiqliyi ilə işləyib. Fevralın 9-da “Artek” pioner düşərgəsində dövlət başçılarının adından səfirlər iştirak edib. O cümlədən digər xarici ölkələrin səfirləri də tədbirə qatılıblar.
Tədbir yüksək səviyyədə keçirilib, sovet pionerləri öz proqramları ilə xoş bir mühit yaratmağı bacarıblar. İngilis səfiri Arçibald Kerr hədiyyə kimi “Artek”in direktoruna düşərgədə daha çox abadlıq işlərinin aparılması üçün 5 min funt-sterlinq pul verib. İngilis həmkarından fərqlənmək üçün ABŞ səfiri böyük səxavət göstərib, o, düşərgəyə 10 min dollar pul və 15 ədəd 40 nəfərlik çadır hədiyyə edib.
Nəhayət, tədbirin ən vacib məqamı yetişib. Sovet pionerləri əvvəlcədən hazırlanmış ssenariyə uyğun olaraq dostluq rəmzi kimi ABŞ-ın himnini oxuyublar. Himn sona çatdıqdan sonra dörd nəfər pioner böyük ölçüdə olan ABŞ-ın gerbini səfir Harrimana təqdim ediblər. Bu hədiyyədən və təqdimatdan xoşhal olan səfirin hətta gözləri dolub. Hədiyyəni əməkdaşlarına verdikdən sonra onun ilk sözü belə olub:
"Mən bu möcüzəni hara asım ki, o, daha da möhtəşəm görünsün?"
Səfirin yanında duran və məsələdən əvvəlcədən xəbərdar olan sovet diplomatı Valentin Berejkov Harrimanın bu sualına “peşəkarlıqla” cavab verib:
"Əlbəttə ki, səfirlikdən asın, öz kabinetinizdən, həmkarlarınız qonağınız olanda bu əl işinə həsəd aparacaqlar".
Bu plan da uğurla həyata keçib. Harriman gerbi öz iş otağında, iş masasını arxasında, yuxarı hissədən asıb.
Səfirliyə ən yaxın məsafədə yerləşən yaşayış binalarından iki mənzil dərhal boşaldılıb. Bu mənzillərdə gecə gündüz “NKVD” əməkdaşları və rabitə mütəxəssisləri növbə çəkiblər. Gerbin içərisindəki cihaz yalnız səsə reaksiya verib və onun istismarı üçün əlavə xidmətə, elektrik mənbəyinə ehtiyac olmayıb. Cihazın istismar müddəti 20 ildən artıq bir dövr üçün hesablanıb. Beləliklə, səfirin kabinetində bütün danışıqlar bu cihaz vasitəsilə yuxarıda qeyd etdiyimiz mənzillərə ötürülüb, onlar lentə yazılıb və “təyinatı” üzrə istifadə edilib.
ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi bir neçə dəfə səfirlikdəki danışıqların sızmasını konkret fakt kimi qeydə alıblar və bir neçə dəfə mövcud texniki qurğularla səfirliyin ərazisini və binasını ciddi şəkildə yoxlayıblar. Amma nə isə şübhəli bir şey aşkar etmək mümkün olmayıb.
Dinləmələr səkkiz il davam edib. Bu müddət bəlkə də daha uzun olacaqdı. Amma SSRİ Baş Kəşfiyyat İdarəsinin (QRU) podpolkovniki Pyotr Popov Amerika xüsusi xidmət orqanları əməkdaşları ilə sövdələşməyə gedərək, səfirlikdən informasiya axınının mənbəyini onlara bildiriblər.
Amerikalılar uzun müddət bu cihazın işləmə prinsipini öyrənməyə çalışıblar, bu məsələyə dünyanın ən tanınmış mütəxəssislərini cəlb ediblər, Lev Termenin kəşfi onları heyrətləndirib. Nəhayət, casus cihazlarının məşhur ixtiraçısı Piter Rayt “juçoklu” gerbin səkkiz il ərzində necə işləməsini son detallarına qədər Amerika rəsmilərinə anladıb. Mövcud dövr üçün bu cihaz böyük kəşf sayılıb.
Lev Termen isə məhbus statusunda olaraq fəaliyyətini “NKVD”-nin konstruktor bürosunda davam etdirib. Məhbus ixtiraçı kəşfinə görə 1-ci dərəcəli Stalin mükafatına layiq görülüb.
Amerikalılar “sehrli” gerbi ilk dəfə 1960-cı ildə BMT-nin təhlükəsizlik komitəsinin iclasında nümayiş etdiriblər. Sovet pionerlərinin Amerika səfirinə bu hədiyyəsi hazırda ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin muzeyində saxlanılır.
İlham Cəmiloğlu, Musavat.com