1980-ci ilin əvvəllərində nüvə silahlarının tətbiqi ilə bağlı yeni elmi tədqiqatlar, ortaya çıxarılan “Nüvə qışı” konsepsiyası və proqnozları dünya ictimaiyyətində böyük narahatlığa səbəb olub.
“Nüvə qışı”nın riyazi modeli ilə daha çox ABŞ və sovet alimləri məşğul olublar. Amerikalı astrofizik Karl Saqanın nüvə müharibəsi baş verdikdən sonra planetin hansı vəziyyətə düşəcəyi ilə bağlı əldə etdiyi qorxunc nəticələr həmkarları tərəfindən “qiyamətin hesablanması” kimi dəyərləndiriləndə, sovet alimləri də bu sahədə öz elmi tədqiqatlarına başlayıblar.
SSRİ Elmlər Akademiyası Hesablama Mərkəzinin direktor müavini, nüvə mütəxəssisi, akademik Nikita Moiseyev “nüvə qışı”nın riyazi modelini hazırlamağı mərkəzin əməkdaşı Vladimir Aleksandrova həvalə edib.
Vladimir Aleksandrovun əldə etdiyi göstəricilər daha qorxunc rəqəmlərlə əks olunub. Belə ki, onun “nüvə qışı” riyazi modelində nüvə silahlarının tətbiqi nəticəsində planetdə temperaturun ərazilərə görə 10-15 dərəcə aşağı düşməsi, bununla da Yer kürəsində uzunmüddətli “nüvə qışı”nın başlanacağı qeyd olunub. O bildirib ki, nüvə müharibəsindən sonra planetdə “nüvə qışı” minimum 5-7 il davam edəcək.
Daha sonra Vladimir Aleksandrov nüvə partlayışı zamanı havaya atılacaq radioaktiv tullantıların, sajaların Yer planeti ilə Günəş arasında pərdə yaradacağını vurğulayıb ki, bu da onun fikrincə Yeri Günəş şüalarından məhrum edəcək, yer üzərindəki canlıların məhvinə səbəb olacaq.
Bu cür proqnozlar dünyanın siyasi müstəvisində də birmənalı qarşılanmayıb. Əslində bu konsepsiya dolasıyı yolla dünyanın güc dövlətlərinə nüvə silahlarının ixtisarı ilə bağlı bir çağırış olub. Amma təbii ki, nüvə silahlarına milyardlarla vəsait sərf edən dövlətlər Vladimir Aleksandrovun proqnozlarını “həzm” edə bilməyiblər.
“Nüvə qışı” konsepsiya ilə dünyada məşhur olan Vladimir Aleksandrov öz riyazi modelini bir çox ölkələrdə, o cümlədən Amerika Birləşmiş Ştatlarında da elmi əsaslarla təqdim edib. Onun tədqiqatları dünyanın ən aparıcı kütləvi informasiya vasitələrində tirajlanıb. Amma sonda alimin aqibəti faciə ilə nəticələnib.
1985-ci ildə Vladimir Aleksandrov İspaniyaya beynəlxalq elmi konfransa dəvət alıb. Aprelin 1-də konfransın sonuncu iclası keçirilib. Həmin gün axşam saatlarında alim Madridin mərkəzində yerləşən yaşadığı mehmanxanadan gəzintiyə çıxıb və bir daha geri qayıtmayıb.
Vladimir Aleksandrovun “yoxa çıxması” bir neçə gündən sonra məlum olub. Aprelin 2-də Moskvaya qayıdacağı halda o, sonrakı günlərdə də iş yerində görünməyib.
Həmin illərdə sovet alimlərinin xaricə ezamiyyətə yollanarkən getdiyi ölkələrdən digər ölkələrə keçib qayıtmama halları da olduğundan, əvvəlcə elə düşünülüb ki, Aleksandrov İspaniyadan digər xarici bir dövlətə qaçıb.
Sovet aliminin müəmmalı şəkildə itməsi Qərb mətbuatında fərqli versiyalarla işıqlandırılıb. SSRİ tərəfi isə hələ ki susub. Məsələyə xüsusi xidmət orqanları cəlb edilib. O cümlədən ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi də fəallıq göstərib və dövriyyəyə belə bir informasiya buraxıb ki, Vladimir Aleksandrov SSRİ DTK-sı tərəfindən aradan götürülüb. DTK isə öz növbəsində sovet aliminin Mərkəzi Kəşfiyyat İdarəsi əməkdaşları tərəfindən ABŞ-a aparıldığını, yaxud qaçırıldığını iddia edib.
Çıxılmaz vəziyyətdə qalan İspaniya hökuməti SSRİ ilə münasibətlərin pozulmaması üçün bütün qüvvələrini səfərbər edib. İspaniya hüquq-mühafizə orqanları öz araşdırmalarından sonra bəyan ediblər ki, Vladimir Aleksandrov İspaniyanı tərk etməyib, müvafiq qurumlarda onun sərhədi keçməsi haqqında heç bir qeydiyyat olmayıb. Hətta İspaniya rəsmiləri qalmaqalın yaranmaması üçün SSRİ-nin xüsusi xidmət orqanları əməkdaşlarına Madriddə işləmələrinə şərait də yaradıblar.
Axtarışlar heç bir nəticə verməyib. Vladimir Aleksandrovun aprelin 1-dən sonra heç bir yerdə izinə düşmək mümkün olmayıb. Bu da onu göstərib ki, alimi aradan götürmək son dərəcə peşəkarlara həvalə edilib.
Aleksandrovun yoxa çıxması ilə bağlı daha bir versiya isə, nəhəng nüvə istehsalçılarının adı ilə bağlıdır. Bu versiyaya görə, Aleksandrovun “nüvə qışı” konsepsiyası nüvə nəhənglərinə mane olduğundan alimi aradan götürüblər. Nüvə istehsalı isə birbaşa dövlətə məxsus olduğundan şübhə altına yenə də güc dövlətləri, SSRİ və ABŞ düşüb.
Uzun-uzadı araşdırmalar, mübahisələr, ittihamlar, əməliyyat tədbirləri nəticəsiz qalıb. Vladimir Aleksandrovdan xəbər çıxmayıb.
Hadisənin üstündən 35 ildən artıq vaxt ötsə də Vladimir Aleksandrovun yaxınları internet vasitəsi ilə onun axtarışlarını davam etdirirlər, ümid edirlər ki, ya 47 yaşında itən alimin özü, ya da hadisənin şahidlərindən kimsə bu müəmmaya son qoyacaq. Amma hələ ki, “nüvə qışı”nın müəllifindən bir xəbər yoxdur.
İlham Cəmiloğlu, Musavat.com