İmkanı olan vətəndaşlar pullarını xarici valyutada və yastıq altında saxlamağa üstünlük verirlər
COVID-19 pandemiyası və mövcud karantin səbəbindən əmlak bazarında durğunluq davam edir. “MBA Group” konsaltinq şirkətinin baş direktoru Nüsrət İbrahimov, əmak eksperti Nüsrət İbrahimovun dediyinə görə, pandemiyadan əvvəl ölkədə il ərzində 40-45 min mənzil satılırdısa da, pandemiya dövründə bu rəqəm 40 faizə yaxın düşüb: “Bir tərəfdən sərt karantin rejimi, insanların hərəkətlərinə qoyulan məhdudiyyətlər evlərin alqı-satqısına təsir göstərir, digər tərəfdən vətəndaşlarda əllərində olan pulu əmlaka verməmək, işsizlikdən qorxaraq nəğd pul saxlamaq ehtiyatı yaranıb. Üstəlik də, karantinə görə insanların gəlirlərin azalıb”.
“Bununla yanaşı, İpoteka və Kredit Zəmanət Fondu və Mərkəzi Bank əmlak bazarının aktivliyini artırmaq üçün bazara maliyyə vəsaiti ayırdı. Çox qəribədir ki, əmlak bazarında mənzillərin qiymətində bu il ərzində təxminən 6 faiz artım müşahidə olundu. Xüsusilə, ilkin mənzil sektorunda qiymət artımı baş verdi. Buna səbəb isə tikinti sektorundakı durğunluqdur. Ona görə də ilkin məzil sektorunda təklifdə qıtlıq yarandığından qiymət artımına səbəb oldu. Hətta, bəzi ərazilərdə ilkin mənzil sektorunda 12 faizə kimi artım var”, - deyə ekspert bildirib.
İbrahimovun sözlərinə görə, pandemiya dövründə ipoteka krediti hesabına bəzi alıcılar mənzilə sahib olublar: “Bu gün də əsas alıcılar onlardır. Xaricdən gələn vətəndaşlar həmişə nəğd pulla gəlib mənzil alırdılar. Yolların son ildə bağlı olması həmin alıcı kütləsinin azalmasına və nəticədə mənzil bazarında nəğd pul dövriyyəsinin azalmasına səbəb oldu”.
Əmlak eksperti Ramil Osmanlı da açıqlamasında hazırda mənzil bazarında durğunluq hökm sürdüyünü deyib: “Bu müddətdə əmlak bazarında bütün istiqamətlərdə dəyişiklik oldu, sadəcə qiymətlərdən başqa. Son bir ildə alıcı kütləsi kəskin azaldı. Əvvəlki illərlə müqayisədə 40 faizə yaxın azalma oldu. Əməliyyatların sayı da azaldı. Amma təəssüflər olsun ki, qiymətlər azalmadı”.
Osmanlı hesab edir ki, pandemiya dövrü davam etsə, hökumət də əvvəlki kimi qərarlar verməyəcək: “Çünki, iqtisadiyyata da ciddi təsir edir. İnsanlar şayiələrə inanıb düşünürlər ki, manat dəyərdən düşəcək. Ona görə də pulunu əmlaka yox, xarici valyutaya dəyişdirərək saxlamağa çalışırlar. Bu da əmlak bazarına, həmçinin digər sektorlara da ciddi təsir göstərir. Düşünürəm ki, qarşıdan gələn ildə vəziyyət əmlak bazarına əvvəlki kimi təsir etməycək”.
ayna.az

“Etiraf etməliyik ki, bir il ərzində İpoteka və Kredit Zəmanət Fondu sayəsində mənzil bazarında aktivik qorundu. Nağd alqı-satqı isə demək olar ki, yox səviyyəsinə düşüb”, - deyə həmsöhbətimiz vurğulayıb.