Qarışıq və qorxulu 1937-1938-ci illərdə gecələr döyülən qapılar heç vaxt xoşməramlı olmayıb. Sergey Korolyovun da axşamdan xeyli keçmiş mənzilində zəng səsi eşidiləndə tanınmış alim “növbə”nin ona çatdığını anlayıb.
27 sentyabr 1938-ci ildə axşam saat 23:35-də Korolyovun mənzilinə “təşrif” buyuran üç nəfər “NKVD” əməkdaşı səhər saat altıya qədər onun mənzilində axtarış aparıblar. Daha sonra SSRİ baş prokurorunun muavini Raqinskinin imzaladığı sanksiyanı təqdim edərək onu həbs ediblər. Həmin vaxt Sergey Kopolyov Elmi Tədqiqat Reaktiv İnstitutunda çalışıb.
25 sentyabr 1938-ci ildə Korolyovun adı SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının siyahısında “birinci” kateqoriyaya daxil edilib.
Bu kateqoriyaya güllələnmə hökmünə məhkum olunacaqların adı düşüb. Siyahının baş tərəfində sağda İosif Stalinin, Vyaçeslav Molotovun, Kliment Voroşilovun, Lazar Kaqanoviçin imzaları olub.
Sergey Korolyov antisovet və əksinqilabi fəaliyyətdə ittiham olunub. İstintaq zamanı o, “Butırka” həbsxanasında ağır işgəncələrə məruz qalıb. Buna baxmayaraq Korolyov ittihamları qəbul etməyib və Stalinə məktub ünvanlayaraq işinə yenidən baxılmasını xahiş edib.
Dövrün bir neçə tanınmış məşhur alimləri Korolyovla bağlı Mərkəzi Komitəyə müraciət göndəriblər. Müraciətlər nəticəsiz qalmayıb. Sergey Korolyov güllənlənmə hökmündən xilas olub. Hərbi Kollegiyanın qərarı ilə o, 10 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib.
Bu ədalətsiz hökm Korolyovun ailəsini sakit buraxmayıb. Anası dəfələrlə Ali Məhkəməyə, Hərbi Kollegiyaya və ayrı-ayrılıqda Mərkəzi Komitənin rəhbərliyinə məktub göndərib, bəziləri ilə görüşməyə müvəffəq olub. 1940-cı ildə işə yenidən baxılıb və 10 il azadlıqdan məhrumetmə cəzası 8 ilə endirilib. Həmin ilin sentyabr ayında Andrey Tupolyevin Mərkəzi Komitəyə yazdığı məktubla məhbus Sergey Korolyov “NKVD”-nin nəzdində olan texniki büroda işləyərək cəzasını bu qurumda “çəkib”.
Uzun-uzadı yazışmalardan, istintaq araşdırmalarından sonra 27 iyul 1944-cü ildə SSRİ Ali Soveti Rəyasət Heyəti Sergey Korolyov haqqında qərar qəbul edib. O, cəzasının qalan hissəsindən azad edilib, tam bəraət alıb və məhkumluğu üzərindən götürülüb.
Qeyd edək ki, Sergey Korolyov 1907-ci ildə Ukraynada, Jitomir şəhərində müəllim ailəsində anadan olub. İki yaşı olanda ailə Kiyev şəhərinə köçüb. Kiyev Politexnik İnstitutunda ali təhsil alıb. Daha sonra təhsilini Bauman adına Moskva Dövlət Texniki Universitetində davam etdirib. Tələbəlik illərindən aviasiya cəmiyyətlərinin və dərnəklərinin üzvü olub.
Moskvada təhsilini başa vurduqdan sonra Sergey Korolyov ilk əmək fəaliyyətinə 39 nömrəli aviasiya zavodunun konstruktor bürosunda başlayıb.
Sergey Korolyov sonrakı həyatını bütövlükdə raket sənayesinə, kosmik tədqiqatlara həsr edib. 4 oktyabr 1957-ci ildə dünyada ilk olaraq kosmosa çıxarılan ilk və müstəqil süni peykin, “Sputnik – 1”-in orbitə buraxılması ilə kosmik eranın başlanğıcı məhz Korolyovun adı ilə bağlıdır. Həmçinin ilk dəfə insanın, Yuri Qaqarinin kosmosu fəth etməsində Korolyovun əvəzolunmaz xidmətləri olub. Ümumiyyətlə kosmosun kəşf olunması sahəsində Sergey Korolyovun adı dünya alimləri işərisində birincilər sırasında dayanıb.
Sergey Korolyov öz xidmətlərinə görə SSRİ-nin ən yüksək ali mükafatlarına layiq görülüb. O, 2 dəfə Sosialist Əməyi qəhrəmanı, 3 dəfə “Lenin” ordeni, Lenin mükafatı, digər orden və medallarla təltif olunub. Amma bu təltiflərlə yanaşı sovet rəhbərliyi onun Nobel mükafatı almasına əngəllik törədib. Belə ki, 1957-ci ildə “Sputnik – 1”-in orbitə buraxılmasından sonra Nobel Komitəsi SSRİ-dən alim-konstruktor haqqında müvafiq sənədləri istəyəndə Nikita Xruşov komitənin müraciətinə özünəməxsus cavab verib: “Sputnik kommunizmin məhsuludur və onu bütün sovet vətəndaşaları yaradıb...”
Sergey Kovolyov bəlkə də daha böyük uğurlara imza atacaqdı və onun kosmik tədqiqatlar sahəsində böyük planları da olub. Lakin qəfil ölüm onun bütün planlarını yarımçıq qoyub. 14 yanvar 1966-cı ildə, 59 yaşında olarkən Korolyovun bağırsağında bir neçə dəqiqə çəkəcək yüngül cərrahi əməliyyatın keçirilməsi planlaşdırılırb. Əməliyyatı SSRİ səhiyyə naziri Boris Petrovski keçirib. Əməliyyat zamanı güclü qanaxma baş verib. Həkimlərin səyinə baxmayaraq Korolyovun xilas etmək mümkün olmayıb, əməliyyatın 30-cu dəqiqəsində Korolyovun ürəyi dayanıb.
Sovet kosmonovtikasının banisi Sergey Korolyovla son görüş İttifaqlar Evinin sütunlu zalında keçirilib. Onun vəfatı ilə bağlı məlumatı və nekroloqu Yuri Levitan səsləndirib.
Sergey Korolyov Leonid İliç Brejnevin, Nikolay Podqornının və Kremlin digər yüksək çinli məmurlarının çiyinlərində son mənzilə yola salınıb.
Korolyovun nəşi yandırılaraq külü Kreml divarlarına yerləşdirilib, üzərinə xatirə lövhəsi vurulub.
İlham Cəmiloğlu,
Musavat.com