Kreml rəhbərləri tərəfindən SSRİ-də baş verən təbii fəlakətlər, texnogen qəzalar və bu kimi digər fövqəladə hallar həmişə gizli saxlanılıb.
Xüsusilə Nikita Xruşşovun və Leonid İliç Brejnevin hakimiyyəti illərində baş katiblərə baş verən hadisələrlə bağlı məruzə ediləndə onların birinci göstərişi belə olub: “İctimaiyyətə geniş məlumat verilməsin, hadisə və onun nəticələrinin təfərrüatları məxfi saxlanılsın...”
Sözsüz ki, bu cür hadisələri gizli saxlamaq mümkün olmayıb. Amma bununla yanaşı mətbuata ciddi məhdudiyyətlər qoyulub. Bəzən yüzlərlə insanın həlak olmasına səbəb olan qəza mətbuatda iki-üç cümlə ilə əks olunub.
Sovet rəhbərləri daha çox hadisələrin xarici mətbuatda işıqlandırılmasından narahat olublar. Bu narahatlıq “sosialist cəmiyyəti”nin imicinin aşağı düşməsindən doğub. Ancaq onu da qeyd edək ki, bir çox hallarda SSRİ ərazisində baş verən qəzalar haqqında xəbər və informasiyalar xarici mətbuatda sovet mətbuatından daha qabaq işıqlandırılıb və ictimailəşdirilib.
1982-ci ilin yayında Sibirdə qaz kəmərinin partlayışı zamanı da sovet mətbuatı susub. Mərkəzi qəzetlər bir-iki cümlə ilə kifayətləniblər: “Urenqoy-Surqut-Çelyabinsk qaz kəmərində partlayış baş vermişdir. Qəzanın nəticələri aradan qaldırılır. Partlayışın hansı səbəbdən baş verməsini araşdırmaq üçün xüsusi komissiya yaradılıb...”
Amerika Birləşmiş Ştatlarında isə partlayışla bağlı fərqli məlumatlar yayılıb. Belə ki, amerikalı hərbi ekspert Tomas Rid və politoloq Piter Şvaytser öz açıqlamalarında Urenqoy-Surqut-Çelyabinsk qaz kəmərinin partladılmasını ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin xüsusi əməliyyatı nəticəsində baş verdiyini bildiriblər. Onların bu açıqlamalarına dünyanın ən nüfuzlu mətbu orqanlarından sayılan “Vaşinqton post” və “Nyu-York Times” qəzetləri dəfələrlə “səxavətlə” yer veriblər.
Amerikalı ekspert və politoloq öz açıqlamalarını əsaslandırıblar. Onlar bildiriblər ki, Mərkəzi Kəşfiyyat İdarəsi bu əməliyyatı həyata keçirmək üçün SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin polkovniki, Fransanın xüsusi xidmət orqanları ilə əməkdaşlığa cəlb olunan Vladimir Vetrovun gizli informasiyalarından istifadə ediblər.
Qeyd edək ki, Vladimir Vetrov 1982-ci ildə park gəzintisində aralarında yaranan mübahisə zamanı məşuqəsini qətlə yetirib. Qadına köməyə gəlmək istəyən tanımadığı şəxs də Vetrov tərəfindən bıçaqlanaraq öldürülüb. Bir neçə saatdan sonra iki qətl hadisəsi törədən Vladimir Vetrov həbs edilib.
Moskva Hərbi Dairəsi Tribunalının hökmü ilə rütbə və mükafatları alınmaqla Vladimir Vetrov 15 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. Hələ bu cəzaya qədər isə Vetrov Fransanın xüsusi xidmət orqanları ilə sıx əməkdaşlıq edib.
DTK zabiti həbs olunanda onu daha çox bu casusluğun açılması narahat edib. Bu narahatlıq əsasız olmayıb. Çünki bu məsələnin açılması ilə onu daha ağır cəza, güllələnmə gözləyib. Vladimir Vetrov fransız “həmkar”larını düşdüyü vəziyyətlə bağlı məlumatlandırmaq üçün öz həyat yoldaşını məktub vasitəsilə üstü örtülü təlimatlandırıb. Məktubdakı qapalı və şübhəli ifadələr DTK əməkdaşlarının diqqətindən yayınmayıb. Bu məktub kələfin ucunu ələ keçirib.
SSRİ DTK-nın sədri Yuri Andropovun birbaşa göstərişi ilə Vetrovun fəaliyyəti ciddi şəkildə araşdırılıb. Araşdırma zamanı məlum olub ki, Vladimir Vetrov 4 mindən artıq “tam məxfi” qrifli sənədi fransız kəşfiyyatçılarına ötürüb. Bu sənədlərin arasında həmçinin çəkilən və çəkiləcək neft-qaz kəmərləri haqqında da bütün informasiyalar olub.
1983-cü ildə SSRİ Ali Məhkəməsi Hərbi Kollegiyasının qərarında Vetrovun vətənə xəyanət və casusluq fəaliyyəti tam təsdiq olunub və o, ölüm hökmünə məhkum edilib. Hökm 1984-cü ildə icra olunub.
Məntiqi baxımdan bütün bu hadisələr və proseslər hərbi ekspert Tomas Rid və politoloq Piter Şvaytserin açıqlamalarını təsdiqləyib.
Düzdür, SSRİ tərəfi Urenqoy-Surqut-Çelyabinsk qaz kəmərində baş vermiş partlayışın ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin əməliyyatı olduğunu qəbul etməyib və təsdiqləməyib. Rəsmi Moskva bu partlayışın səhlənkarlıq nəticəsində baş verdiyini bəyan edib. Heç Amerika rəsmiləri də bu hadisənin məsuliyyətini öz üzərilərinə götürməyiblər. Ümumiyyətlə, Kreml bu məsələdə maksimum susmağa üstünlük verib. Sonralar bu susqunluğu qərb mətbuatı “Kremlin rəsmi sükutu” adlandırıb.
Bəzi araşdırmacıların qənaətinə görə ABŞ bu hadisə ilə Kremlə sübut etmək istəyib ki, o, SSRİ-nin istənilən ərazisində, o cümlədən gözdən uzaq Sibirdə belə istənilən əməliyyatı keçirmək gücündədir.
Qeyd edək ki, Urenqoy-Surqut-Çelyabinsk qaz kəmərindəki partlayışın gücü 3 kiloton gücündə olub. Partlayış nəticəsində baş verən yanğın isə o qədər böyük çevrəyə malik olub ki, onu sputnikdən çəkmək mümkün olub.
Sonralar bu hadisə bir neçə dəfə beynəlxalq müstəvidə müzakirəyə çıxarılıb. Amma heç bir yeni nəticə əldə olunmayıb. Qaz kəmərinin partladılması fransızlar tərəfindən Vladimir Vetrovla bağlı çəkilmiş “Sonuncu iş” filmində də öz əksini tapıb.
İlham Cəmiloğlu, Musavat.com