Hər keçən gün türk birliyi haqqında türk insanlarının marağı durmadan artır. Lakin Türkün düşmənləri bu fikirin hətta populyarlaşmasından belə qorxurlar. Bu da təsadüfi deyil Türk dövlətlərinin bir olacağı(birləşəcəyi yox, haaa) təqdirdə Avrasiyanın siması yenidən ciziləcək və Avro-Asiya, daha doğrusu dünyanın idarəolunması türklərin əlinə keçəcək. Ona görə də Böyük Turan ideyasına Avropada və Rusiyada hər zaman qısqanclıqla və ehtiyatla yanaşıblar.
Təsadüfi deyil ki, son illər Avropa dövlətləri və ərəb liqası Türkiyəyə, daha konkret desək, prezident Rəcəb Tayyib Ərdoğana xüsusi basqı var. Və avropalılar da, ərəblər də bu müqəddəs ideyanı çox iyrənc formada sivilizasiyaya təqdim edirlər. Guya ki Türkiyə yenidən əvvəlki Osmanlı imperiya sərhədlərini bərpa etmək və digər türk dövlətlərini də ona qataraq daha qüdrətli və təcavüzkar Osmanı İmperiyasını yaratmaq istəyir. Və təsadüfi deyil ki, bəzi Qərb mətbuatı Rəcəb Tayyib Ərdoğana artıq “sultan” – deyə xitab edirlər.
Doğrudur, Böyük Turan ideyasının 100 ildən artıq yaşı var. Amma bu ideya heç zaman imperiya formasında təcəssüm etdirilməyib. Bu sadəcə türkdilli dövlətlərin mədəni-iqtisadi birliyi kimi təbliğ edilib. Təsadüfi deyil ki, hələ 100 il bundan qabaq görkəmli Azərbaycan ziyalısı Əli bəy Hüseynzadə yazırdı ki, ”Gəlin Türk qanlı, İslam imanlı, Turan dövlətli və firəng (fransız) qiyafəli (fikirli) olaq”.
Təsadüfi deyil ki, SSRİ-nin dağılmasından sonra Turan birliyinin yaradılması üçün müəyyən təşəbbüslər oldu. 1992-ci ildə Türk mədəniyyəti və incəsənətinin inkişafı üzrə Beynəlxalq Təşkilat (TÜRKSOY) yaradıldı. Və bu təşkilatın əsas missiyası ilkin mərhələdə Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Türkiyə və Türkmənistan respublikaları arasında mədəni əlaqələri qurmaq, daha sonra ortaq türk lüğəti, ortaq türk televiziyası və mətbuat orqanları yaratmaq idi. Yəni bu ideyada heç bir siyasi məqsəd və yeni imperiya qurmaq məqsədi daşımır. Bu günə kimi Türk dövlət başçılarının 9 dəfə zirvə görüşü keçirilib. Həmən zirvə görüşünün biri də 2009-cu ildə Bakıda baş tutmuşdu. Bundan əlavə, Türk dövlətlərinin parlamentləri arasında əlaqələrin gücləndirilməsi üçün Türk PA – Türkdilli Dövlətlərin Parlament Assambleyası yaradılıb.
Qeyd edək ki, bu qurum 2009-cu ildə Bakıda keçirilən zirvə görüşündə təsis edilib.
Lakin bir sıra dövlətlər o cümlədən, Rusiya hər zaman türk birliyinə qarşı çıxış edib. Və bu birliyin güclənməməsi üçün hər cür iyrəncliyıə əl atılıb. Hətta bır sıra türk dövlətləri arasına o cümlədən, Özbəkistanla Qırğızstan, Qazaxıstanla Özbəkistan və Azərbaycanla Türkmənistan arasına nifaq toxumu səpildi. Və Dağlıq Qarabağ münaqişəsinin alovlandırlması da bu siyasətin bir parçası idi. Çünki Türk dövlətləri birliyinin yaradılmasında istinad nöqtəsi və körpü Azərbaycandır.
Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Azərbaycan öz ərazi bütövlüyünü bərpa etdikdə Böyük Turan ideyası yenidən aktiv şəkildə gündəmə gətirildi. Ərəb liqası və Avropa dövlətləri daha aqressiv şəkildə Türkiyənin üstünə getdilər. Hətta Avropa dövlətlərinin NATO-ya üzv olan əksər ölkələri Türkiyənin Cənubi Qafqaza gəlişinə belə sevinmədilər, əksinə buna qarşı açıq və gizli şəkildə narazılıqlarını bildirdilər. Halbuki bir NATO dövlətinin Rusiyanın təsir zonasına girməsi və eyni zamanda Azərbaycanın Kremlin təsir dairəsindən çıxması ABŞ və Avropanın tam maraqlarına uyğun idi. Lakin “sən saydığını say, gör fələk nə sayır”.
Türkiyənin Cənubu Qafqazda möhkəmlənməsi həm ABŞ-ı, həm Avropanı, həm ərəb liqasını, hətta İranı belə yasa batırdı. Çünki Böyük Turan ideyasından adını çəkdiyim dövlətlər Əzrayıldan qorxduqları qədər ehtiyat edirlər. Çünki təxminən 300 ildən artıq Çingiz xan sülaləsi (ruslar ona monqol-tatarlar deyirlər) 700 ilə yaxın isə Osmanlı sülaləsi Avroasiyanı bu və digər şəkildə nəzarətində saxlayıb. Ona görə də türk adı gələndə nəinki Avrasiya dövlətləri, hətta Amerika qitəsi də narahat olur.
ABŞ Azərbaycanı beynəlxalq antiterror əməliyyatında ən önəm verdiyi iki ölkədən biridir (bu məsələnin məğzi barədə saatlarla danışmaq olar). İqtisadi sanksiyalarda boğulan Rusiya və İran isə Azərbaycana nəfəslik kimi baxır. Və Şimal-Cənub nəqliyyat dəhlizinin tezliklə və tam gücü ilə işləməsi üçün davamlı şəkildə Bakıdan xahişlər edir.
O ki, qaldı Azərbaycanın Böyük Turan ideyasındakı tutduğu mövqeyə, onu belə xarakterizə etmək olar: əgər Türkiyə Böyük Turanın düşünən beyni, digər türk dövlətləri bu nəhən orqanın digər vacib üzvləridirsə, Azərbaycan onun döyünən ürəyidir. Ona görə də son 3 ayda Böyük Turan məsələsi aparıcı dövlətlərin o cümlədən, Rusiya ictimai fikrinin əsas müzakirə mövzusuna çevrilib. Təsadüfi deyil ki, bu günlərdə Rusiya Xarici İşlər naziri Sergey Lavrov RBK televiziyasına müsahibə verərkən Böyük Turan ideyası ilə bağlı bir neçə suala cavab verməli olub.
Jurnalistin Türkiyənin bu ideyanın hansı hissəsində yer tutduğunu soruşduqda nazir belə cavab verib: “Hesab edirəm ki, Türkiyə Böyük Turanı fövqəlmilli bir varlıq olaraq yaratmaq məqsədi güdmür. Tarixi mənada fövqəlmilli bir varlıq olaraq Böyük Turandan danışırıqsa, düşünmürəm ki, Türkiyə belə bir hədəf güdür. SSRİ-nin keçmiş tərkib hissəsi olub, müstəqil olan dövlətlərin bu ideyanı hansısa formada dəstəkləyəcəyini görmürəm. Əksinə, onların xarici siyasətinin bütün pafosu və fəaliyyət praktikası özlərinin milli dövlətini gücləndirməkdən ibarətdir”.
Sergey Lavrov jurnalistin “Moskva Azərbaycan kimi ölkələrin Böyük Turan ideyasını dəstəkləyəcəyi halda Türkiyənin güclənməsindən qorxurmu?” sualına cavab verərkən isə belə deyib: “Azərbaycanın və digər ölkələrin (yəni keçmiş SSRİ-nin türkdilli respublikalarının) xarici siyasətinin bütün pafosu və praktiki fəaliyyəti öz milli dövlətlərinin möhkəmləndirilməsinə yönəlib. Bu məsələdə Türkiyənin öz maraqları var və bu da onunla eyni dildə danışan soydaşlarıdır. Türkdilli münasibətlər mövzusu Türkiyənin Azərbaycan və Mərkəzi Asiyanın bəzi ölkələri ilə münasibətlərinə kifayət qədər dərindən hopub. Türkiyənin postsovet məkanının türkdilli ölkələrlə əməkdaşlığının əsas komponenti mədəni, dil və təhsil ənənələrinə söykənir”.
Göründüyü kimi, artıq Rusiyanın siyasi elitasında da bu məsələlər müzakirə edilir. Deməli, digər dövlətlər kimi Rusiya da narahatdır. Lavrovun danışarkən dediyi fikirlər Böyük Turan ideyasının perspektivlərini yox, bu günki reallıqlarını əks etdirir. Onun dediyi mədəni, dil və təhsil əlaqələri zatən var. Perspektivdə isə güclü və alternativsiz iqtisadi əlaqələrin qurulmasıdır. Və əslində də Böyük Turan ideyasının bu günkü hədəfi də budur. Yəni Türk dövlətlərinin iqtisadi birliyinə nail olmaq. Bu formada Avrasiya İqtisadi Birliyinin daha işlək formasında da ola bilər. Avropa Birliyi formasında da. Yəni vahid pul, vahid iqtisadi siyasət.
Onsuz da müasir dövrdə ölkələrin sərhədləri və gücü onun tikanlı məftillətinin keçdiyi ərazilərlə və güclü ordusu ilə deyil pul vahidinin dönərliliyi və iqtisadi imkanları ilə ölçülür. Hazırda ABŞ dünyaya öz ordusu ilə deyil, milli valyutası ilə hökm edir. Rusiya isə dünyaya öz ordusu ilə meydan oxumaq istəyir. Amma rusun milli valyutası heç öz ölkəsində belə edimad qazanmayıb. Ona görə də ABŞ-ın atdığı addımlar iqtisadi əlaqə, Rusiyanın atdığı hər addım isə hərbi təcavüz kimi qiymətləndirilir.
Məhz Böyük Turan ideyalarının indiki çağırışları da iqtisadi qüdrətə malik Türk Dövlətləri Birliyinin yaradılmasıdır. Və təqdir ediləsi haldır ki, bu istiqamətdə real və ciddi iş aparılır. Məsələn, Baş Nazir Əli Əsədovun son Türkiyə səfərində 10-dan artıq yeni əməkdaşlıq müqaviləsi imzalanıb. Son 30 ildə ilk dəfə Azərbaycan Türkmənistanla birgə iqtisadi layihənin icrasına başlayıb. Özbəkistan son 30 ildə ilk dəfə Azərbaycanla ilk dəfə birgə hərbi təlimlər keçirmək istəyini dilə gətirib. Bu siyahını daha da uzatmaq olar…
Görünən odur ki, Böyük Turan ideyasının reallaşması üçün əsas addımlar atılır. Yəni Türk dövlətlərinin iqtisadi gücü birləşdirilir. İqtisadi imkanların birləşdirilməsi isə dünyanın iqtisadi-siyasi mənzərəsini dəyişə bilər. Tək bir faktı deyim ki, bu birlik yaranacağı təqdirdə dünyanın bir nömrəli ehtiyac duyduğu neft-qaz ehtiyatlarına malik nəhəng bir güc ortaya çıxacaq. Bu gücün qarşısında isə nə Ərəb Liqası, nə Avropa, nə ABŞ, nə də ki, Rusiya dayana bilər. Hələ mən digər iqtisadi potensialları demirəm. Ona görə də əminliklə deyə bilərəm ki, 21-ci əsr Türk dünyasının əsridir.
KONKRET.az

Təsadüfi deyil ki, 44 günlük müharibədən sonra Qafqazda, bütövlükdə isə regionda yeni reallıqlaq yarandı. Bu reallıqların moderatoru isə “bir millət, iki dövlət” olan Azərbaycanla Türkiyədir. Azərbaycanın yerləşdiyi unikal coğrafi mövqe və Azərbaycan prezidentinin apardığı müdrik xarici siyasət ABŞ, Rusiya kimi fövqəlgüclərlə yanaşı aparıcı Avropa dövlətlərinin də Azərbaycana marağını günbə-gün artırır. Bu gün əksər ölkələr mübağiləsiz olaraq özünü Azərbaycana dost olkə kimi göstərməyə çalışır.Bu dövlətlərin siyahısına ABŞ və Rusiya başçılıq edir. Çin, Böyük Britaniya və Almaniya kimi nəhəng dövlətlər isə siyahıda sonrakı yerləri tutur. Azərbaycanın əlverişli coğrafi mövqeyinin sübutu üçün bir-iki fakt deyəcəm. Dünən Çindən gələn konteyner qatarı Bakıdan Gürcüstana yola salındı. Bunu Çin mətbuatı böyük hadisə kimi manşetlərə daşıdı.