Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Bağa baxarsan park olar, parka baxmazsan zay olar – cənub xəbər tv-nin verilişi


Yaxud,   Xətai parkının abadlığı, bir də “əmmaları”

Cenub.az təqdim edir. Masallının həm ilk, həm də ən qədim, əvvəllər Nizami, İndi isə Xətai parkı adlanan ərazisi son vaxtlar xeyli abadlaşıb. Buradakı vecsiz, hətta altlığı olmayan zibil qabları, gülünc oturacaqları artıq tarixə çevrilib. 

Cənub xəbərtv kanalında bir neçə ay öncə gedən kadrlara diqqət edin.

Hazırda burada vəziyyət tamam başqadı.  20-yə yaxın oturacaq, hər birinin yanında müasir zibil qabı, normal işıqlandırma,  bir neçə çardaq, hətta əlil arabaları üçün əymə yollar düzəldilib. Parkın ətrafında da bir sıra yenidənqurma işləri aparılıb,  gürdüyünüz sanuzelə kimi. 

Bunlar hamısı yaxşı. Dəyərli şairimiz Bəxtiyar Vabzadənin belə bir misrası var- “Üstünün qaşı ilə tanınar üzük, əgər üzük yoxsa, qaşı neynirəm?   Parkın yaraşığı ən azından sadə idman və əyləncə qurğularıdır ki, onlardan burada əsər-əlamət yoxdur.

Sirr deyil ki, parkın ətrafı axşamlar narkotik aludəçiləri ilə dolu olur. Burada idman və əyləncə qurğuları olsa, valideynlər uşaqları ilə bura kütləvi şəkildə gəlsə, həmin narkotik alüdəçiləri də qeybə çəkilər.

Açığı, burada əyləncə yerləri, sadə idman qurğuları eləcə də voleybol, basketbol meydançaları inşa etmək üçün heç vəsait   da lazım deyil. Sadəcə, iş adamlarına şərait yaradılsa, hətta müsabiqə elan edilsə, pullu xidmət kimi onlara öz vəsaitləri müqabilində də bunu edib  qazanca da əldə edə  bilərlər.

Eyni mənzərəni Masallıdakı H. Əliyev parkında da görmək olar. 70-80 min manata müxtəlif heyvan fiqurları almaq əvəzinə  həmin vəsaitin yarısına burada da sadə idman və əyləncə qurğuları düzəltdirmək, parklarda ən azında ASANradionun verlişlərini səsləndirən reproduktor quraşdırmaq olardı.

Yeri gəlmişkən, bir məqama da toxunaq. Xətai parkının  cənub tərəfində, dünyanın ən bərbad avtobus dayanacağı hesab edilən ərazidə qismən abadlıq işləri aparılsa da, burada sərnişinlər üçün heç bir rahatlıq yoxdur. Nə oturacaq var, nə çayxana, nə kölgənəcək. Bizə çatan məlumata görə isə burada xidmət edən RAF sürücüləri hər gün benzin xərci də də özlərindən olmaq  şərti ilə günə 29-30 manat “aylıq” verir. Təxminən günə 500-600, aya 12-15 min manat. Həmin əraziyə bir az asfalt vurub, 2 oturacaq qoyub, bir kölgənəcək düzəltmək nə böyük iş imiş.

Kimin deyilənlərə etirazı varsa, ona da meydan verə bilərik.

İnanırıq ki, şəhər mərkəzində quruculuq işlərinə start verənlər ilk baxışda  xırda görünən, amma insanların istirahəti üçün çox əhəmiyyətlə olan bu məqamlara da diqqət yetirəcəklər.Əyləncə yerləri olan parklarımızda görüşənədək.

(Cənub Xəbər TV-nin bu mövzuda hazırladığı verilişin linkini sizə təqdim edirik) 
Zahir Əmənov / Cenub.az







Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10