Deputat: “Azərbaycan və Türkiyə öz öhdəliklərini yerinə yetirməyə hazırdır, amma Ermənistan ərazi iddialarından geri çəkilməlidir”
Politoloq: “Sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır”
“Türkiyənin Ermənistanı blokadada saxlamaq üçün artıq səbəbi yoxdur”. Bu sözləri Ermənistan xarici işlər naziri Ara Ayvazyan deyib.
O, Türkiyənin uzun illərdir Ermənistanla sərhədlərini bağlı saxladığını və Qarabağdakı status-kvonun dəyişdirilməsini tələb etdiyini xatırladıb: “Bu status-kvo indi dəyişib. Dünya birliyinin təzyiqi altında Türkiyə gec-tez sərhədi açmalı olacaq. Eyni zamanda, sərhədlərin açılmasının həm imkanları, həm də riskləri ehtiva etdiyini başa düşürük. Bundan irəli gələrək, Ermənistan və onun səlahiyyətliləri təhlükəsizlik səviyyəsini yaxşılaşdırmaq üçün hər şeyi edəcəklər”.
Bununla yanaşı, ermənistanlı nazir hesab edir ki, Türkiyənin Cənubi Qafqazdakı mövcud hərbi-siyasi fəallığı Ermənistan üçün yeni problemlər yaradır. Bu çərçivədə nazir, xüsusilə Türkiyə və Azərbaycanın Qarsdakı birgə təlimlərini vurğulayıb: “Erməni cəmiyyəti və diplomatiyası hər cür ssenari və problemə hazır olmalıdır”.
Ekspertlər isə hesab edirlər ki, Ermənistan reallığı dərk edir, sərhədin açılmasında maraqlı olduğunu ortaya qoyur. Güman olunur ki, rəsmi Ankara da sərhədlərin açılmasına soyuq yanaşmır, amma bir şərtlə - İrəvan iddialarından geri çəkilməlidir, münasibəti yaxşılaşdırmaqda səmimiyyət göstərməlidir. Eyni zamanda, Türkiyə sərhədlərin açılması məsələsində Azərbaycanla məsləhətləşəcək – bu, şübhəsizdir.
Məsələ ilə bağlı danışan Demokratik İslahatlar Partiyasının rəhbəri, millət vəkili Asim Mollazadə deyib ki, Türkiyə bu məsələdə istənilən qərarı Azərbaycanla birgə, məsləhətləşərək verəcək: “Ölkə başçılarının Üçtərəfli Bəyanatında müəyyən olunan, razılaşdırılan məsələlərə Ermənistan əməl etdikdən sonra, düşünürəm ki, həm Azərbaycanla, həm də Türkiyə ilə sərhədlər açıla bilər. Üçtərəfli Bəyanatda Naxçıvanla dəhlizin açılması məsələsi əksini tapıb ki, bu istiqamətdə də artıq işlər gedir. Nəqliyyat-kommunikasiya sisteminin bərpası istiqamətində İşçi Qrup yaradılıb, danışıqlar aparılır, məsələ ətrafında işlər görülür. Düşünürəm ki, həm Azərbaycan, həm də Türkiyə razılaşdığı məsələlərdə öhdəliklərini yerinə yetirməyə hazırdır”.
Deputatın qənaətincə, Ermənistan anlamalıdır ki, qonşu dövlətlərə qarşı ərazi iddialarını kənara qoyub, normal münasibətlər qurmalıdır: “Bakıda keçirilən Qələbə Paradında Azərbaycan və Türkiyə prezidentləri bildirdilər ki, bölgədə yaranan yeni reallıqlarla Ermənistan barışmalıdır və əməkdaşlıq platformalarında İrəvan da iştirak edə bilər. Amma bir şərtlə - Ermənistan ərazi iddialarından geri çəkilməlidir”.
Partiya sədri onu da xatırladıb ki, Ayvazyandan qısa müddət ərzində bir-birinə zidd olan çoxlu açıqlamalar eşitmişik: “O, Türkiyə ilə sərhədlərin açılması istəyini dilə gətirir. Təbii ki, Ermənistan rəsmiləri reallığı anlayırlar. Bəzən əks fikirlər söyləyir ki, bu da, hesab edirəm, daxili auditoriya üçün hesablanmış açıqlamalardır. Məsələn, Türkiyə ilə sərhədlərin açılmasından danışır, daha sonra Türkiyənin onlar üçün təhdid olduğunu deyir. Anlamalıdırlar ki, nə Türkiyənin, nə Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var. Heç kim onların ərazisini işğal etmək niyyətində deyil. Bölgə üçün təhdid Türkiyə və Azərbaycan yox, məhz Ermənistanın özüdür. İrəvan məkrli siyasətindən əl çəkməlidir, ölkə kimi var olmaq istəyirlərsə, baxışlarını dəyişməlidirlər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyib ki, Ermənistan hakimiyyəti sərhədlərin açılmasında maraqlıdır: “Amma burada bir məsələ var ki, Ermənistanın Daşnaksütyun Partiyasının fəalları buna qarşıdırlar. Daşnaklar Ayvazyanın Türkiyə ilə sərhədin açılması mümkünlüyü açıqlamasını tənqid ediblər. Erməni radikalların fikrincə, sərhəd açılarsa, Ermənistanla dünyadakı erməni lobbisi arasında uçurum yaranacaq”.
“Çünki ikincilər Türkiyə ilə istənilən təmasın əleyhinədirlər, daşnaklar isə məhz lobbinin maliyyəsi hesabına Ermənistanda siyasi varlığını davam etdirə bilirlər. Daşnaklar hardasa haqlıdırlar, erməni lobbisinin özünün “anti-türk dünyası” var, 100 ildən çoxdur bununla yaşayırlar, ancaq bu “dünyanın” bu illərdə Ermənistana xeyri olmadı, müxtəlif parlamentlərin “soyqırımı” qətnamələri Emənistanın qonşusu Türkiyə və Yürk dünyası ilə problemlərini dərinləşdirdi”, - müsahibimiz bildirib.
“Ermənilər özləri də deyirlər ki, Ermənistanla Azərbaycan arasında sərhəd sürətlə formalaşırsa, bu, o deməkdir ki, İrəvan faktiki Dağlıq Qarabağı Azərbaycan ərazisi kimi tanıyıb. Təsadüfi deyil ki, Laçın dəhlizi üzərindən də gediş-gəlişlərin nəzarətə götürülməsi prosesinə başlanılıb. İrəvan ikinci reallığı da sakitcə qəbul edib: Ermənistan hakimiyyəti və cəmiyyəti əsirlərinin geri qaytarılmasını istəyirsə, bundan sonra Dağlıq Qarabağa “hərbi xidmətə” heç kimi göndərməməlidir. Bunu da səssizcə qəbul etdilər və xəbərini yaydılar, əvəzində hissə-hissə əsirləri geri qaytarılır. Üçüncü mərhələ Dağlıq Qarabağdakı silahlı separatçıların tərksilahının sürətlənməsidir. Bu prosesi də gücləndirməliyik. Növbəti mərhələdə - “ağıl oyunlarında” da üstün olacağıq”, - deyə E.Şahinoğlu əlavə edib.
ayna.az

“Ermənistan revanş barəsində deyil, bölgədə əməkdaşlıq və tərəfdaşlıq barəsində düşünməlidir. Ermənistan yenidən müharibəyə hazırlaşmasa, normal qonşuluq münasibətləri qurmağa hazır olsa, o zaman bütün yollar, sərhədlər açıla bilər”, - deyə Mollazadə əlavə edib.
Partiya sədri onu da xatırladıb ki, Ayvazyandan qısa müddət ərzində bir-birinə zidd olan çoxlu açıqlamalar eşitmişik: “O, Türkiyə ilə sərhədlərin açılması istəyini dilə gətirir. Təbii ki, Ermənistan rəsmiləri reallığı anlayırlar. Bəzən əks fikirlər söyləyir ki, bu da, hesab edirəm, daxili auditoriya üçün hesablanmış açıqlamalardır. Məsələn, Türkiyə ilə sərhədlərin açılmasından danışır, daha sonra Türkiyənin onlar üçün təhdid olduğunu deyir. Anlamalıdırlar ki, nə Türkiyənin, nə Azərbaycanın Ermənistana qarşı ərazi iddiası var. Heç kim onların ərazisini işğal etmək niyyətində deyil. Bölgə üçün təhdid Türkiyə və Azərbaycan yox, məhz Ermənistanın özüdür. İrəvan məkrli siyasətindən əl çəkməlidir, ölkə kimi var olmaq istəyirlərsə, baxışlarını dəyişməlidirlər”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu da deyib ki, Ermənistan hakimiyyəti sərhədlərin açılmasında maraqlıdır: “Amma burada bir məsələ var ki, Ermənistanın Daşnaksütyun Partiyasının fəalları buna qarşıdırlar. Daşnaklar Ayvazyanın Türkiyə ilə sərhədin açılması mümkünlüyü açıqlamasını tənqid ediblər. Erməni radikalların fikrincə, sərhəd açılarsa, Ermənistanla dünyadakı erməni lobbisi arasında uçurum yaranacaq”.
“Çünki ikincilər Türkiyə ilə istənilən təmasın əleyhinədirlər, daşnaklar isə məhz lobbinin maliyyəsi hesabına Ermənistanda siyasi varlığını davam etdirə bilirlər. Daşnaklar hardasa haqlıdırlar, erməni lobbisinin özünün “anti-türk dünyası” var, 100 ildən çoxdur bununla yaşayırlar, ancaq bu “dünyanın” bu illərdə Ermənistana xeyri olmadı, müxtəlif parlamentlərin “soyqırımı” qətnamələri Emənistanın qonşusu Türkiyə və Yürk dünyası ilə problemlərini dərinləşdirdi”, - müsahibimiz bildirib.
Analitik hesab edir ki, Ermənistan hakimiyyəti iki reallığı qəbul etməyə başlayıb: “Birinci reallıq odur ki, Türkiyə ilə sərhədin açılması Ermənistan iqtisadiyyatını canlandıra bilər, üstəgəl İrəvan Rusiya ilə Türkiyə arasında tərəfdaşlıq münasibətlərini nəzərə almaq məcburiyyətindədir. Ancaq sərhədin açılması üçün İrəvan Türkiyənin və Azərbaycanın ərazi bütövlüyünü tanımalıdır. Prinsip etibarilə bu nəticə də əldə olunacaq”.