Dövlət Statistika Komitəsinin hesabatına görə, bu ilin yanvarında un, yumru düyü, qarabaşaq yarması, süd və müxtəlif yağların qiymətində bahalaşma qeydə alınıb. Nəticə etibarilə istehlak qiymətləri əvvəlki ayla müqayisədə 1,2 faiz, illik əsasda isə 3,3 faiz artıb. Təkcə ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə bu rəqəm 4,6 faiz olub.
Ötən ilin dekabrı ilə müqayisədə bu ilin yanvarında bəzi məhsulların qiymətində ucuzlaşma da qeydə alınıb. Rəsmi statistikaya əsasən mal və qoyun əti, dondurulmuş balıq, banan, portağal, kivi, qoz, şabalıd və pomidorun qiymətləri düşüb.
İqtisadçı ekspert Rəşad Həsənov bildirir ki, qiymət artımlarını şərtləndirən səbəblər var:
“Birincisi, əgər biz 2020-ci ildə istehsal qiymətləri indeksi, istehsalın maya dəyərinin artması tempinə nəzər salsaq, kifayət qədər ciddi rəqəmlərlə ifadə olunan, hətta bəzi məhsullar üzrə 30 faizin üzərində olan göstəriciləri görmüş olarıq. Eyni zamanda, qlobal bazarlarda da müəyyən məhsul növlərinin qiymətləri artır. Təbii ki, idxaldan asılı olan bir bazar üçün bunun özü əlavə risk formalaşdırır. Həm biznes, həm vətəndaş üçün 500 milyon manat ətrafında əlavə xərc yükü yaranıb. Suyun qiymətinin artmasını belə izah edirlər ki, bu, birbaşa istehsalçıya, hüquqi subyektə aid deyil. Amma dolayısıyla bu, istehsalçılar tərəfindən ödənilən xərclərdir. Bu statusda olduğu təqdirdə, qiyməti bazarda diktə edirlər və son nəticədə dinamika daha da sürətlənir. Bugünkü şərtlər daxilində biz vəziyyəti analiz etsək, görərik ki, istehsalçı gücü, istehlak qabiliyyəti əhəmiyyətli səviyyədə azalıb. Və bu da qiymət artımını ciddi təzyiq altında saxlayır. Amma bununla belə, 2020-ci ilin əvvəlində, pandemiyanın ağır nəticələrinin sonrakı dönəmində, əhalinin biznes gəlirlərini əhəmiyyətli dərəcədə itirdiyi bir vaxtda inflyasiya 3,3 faiz, amma ötən ilin eyni dövründə, vəziyyətin daha yaxşı olduğu dönəmdə, pensiyaların daha çox indeksləşdiriləcəyi vaxtda, iqisadiyyatın inkişaf edib böyüdüyü zamanda inflyasiya 2,7 faiz olmuşdu”.
Ekspert qeyd etdi ki, rəsmi açıqlanan 3,3 faiz bazarda olan real vəziyyəti tam əks etdirmir:
“Reallıqda ilin birinci ayı üzrə inflyasiya təxminən 6-7 faiz ətrafındadır. İnsanlar bunu bazarda görürlər, öz cibləri və ailə büdcələrində hiss edirlər”.
İqtsadçının sözlərinə görə, inflyasiyanı şərtləndirən faktorlara baxsaq, baza qiymətləri artır, istehsal qiymətləri indeksində ciddi artımlar var:
“2020-ci il ərzində istehsal qiymətləri indeksinə baxsanız, bunu görəcəksiniz. Təbii ki, bu artımlar zaman çərçivəsində bazara sirayət edəcək və qiymətlərin üzərində öz əksini tapacaq. Bazarda qiymət bir şərt daxilində formalaşmır. Hökumətin bundan sonra aparacağı siyasət buna təsir göstərəcək. Hökumətin əlində də rıçaqlar olmalıdır ki, inflyasiyaya təsir edə bilsin”.
Dövlət İqtisad Universitetinin professoru Elşad Məmmədov isə deyir ki, inflyasiyanıntəsirini sabit əməkhaqqı ilə çalışanlar daha çox hiss edəcəklər:
“Nəzərə alsaq ki, Mərkəzi Bank ötən il 2,8 faiz olan inflyasiyanı bu ilin sonuna 4 faiz proqnozlaşdırır, o zaman sözügedən şəxslərin real gəlirlərinin azalacağı istisna deyil”.
Ekspert hesab edir ki, dövlətin iqtisadiyyata verəcəyi dəstək və iş yerlərinin açılması vəziyyəti müəyyən qədər yumşalda bilər:
“İnflyasiya ilə mübarizə çərçivəsində ən effektiv üsullar milli valyutanın sabit saxlanılması, ölkədə daha çox innovativ tutumlu istehsalın reallaşdırılması, idxaldan aslılığın azaldılması, daha çox məhsul və xidmətlərin istehsalı məsələləridir ki, bunlar öz əksini tapmalıdır və hesab edirəm ki, bu üsulların tətbiqi ilə biz inflyasiyanın qarşısını dayanıqlı və effektiv şəkildə ala bilərik”.