
Hər ərazinin tarixi maraqlıdır, əhəmiyyətlidir. Amma elə kəndlərimiz var ki, onun tarixi ölkə tarixi üçün daha çox dəyərli məlumatlarla zəngindir. Belə kəndlərdən biri də Hişkədərə kəndidir. Daş dövrünə dair abidələr, İmamzadə ocağı, rayonun ilk diyarşünaslıq muzeyi kimi yaddaşlara düşmüş bu kənd haqqında kitabın olmamasını həmişə təəccüblə qarşılayırdıq. Yaxşı ki, bu günlərdə kənd ziyalıları bhəmin “günahı” yumağa özlərində güc tapdılar. Belə ki, kəndin qocaman tarix müəllimi Bahadur Abdullayevin müəllifliyi, Məhbubə Şahbazovanın redaktorluğu, Hişgədərə məktəbinin direktor İlham Ağayevin yaxından dəstəyi ilə “Hişkədər:tarix və müasirlik” adlı maraqlı bir kitabı ərsəyə gətiriblər. 240 səhifəlik kitabda kəndin eramızdan əvvəlindən soraq verən qədimliyi ilə yanaşı bu gününun mənzərələri, təyyarəçi övladından tutmuş icra başçısı vəzifəsini icra edən tanınmışlarına qədər yazılar kitabda öz əksini tapıb.
Heyf ki, kitabın tirajı çox az, cəmi 300 nüsxədir.
Kitabın ərsəyə gəlməsində zəhməti olanların hamısına təbrik edir və inanırıq ki, nəhayət, Kolatan, Bədalan, Qızılavar, Güllütəpə, Təzə Alvadı, Həsənli və digər kəndlər haqqında da belə kitabların şahidi olacağıq.
Turan Ərsoy.cenub.az