37 il öncə, 1984-cü ilin fevral ayının 8-də Kremldə növbəti siyasi gərginlik yaşanıb. SSRİ Səhiyyə Nazirliyinin 4-cü idarəsinin rəisi (idarə Kreml məmurlarının səhhətinə nəzarət edib) Yevgeni Çazov Yuri Andropovun sağlıq durumu ilə bağlı ilk olaraq Mixail Qorbaçova məlumat verərək bildirib ki, baş katibin ömrünün sonuna saatlar qalıb. Bu məlumatdan sonra Mərkəzi Komitənin katibləri Mixail Qorbaçovun, Konstantin Çernenkonun, müdafiə naziri Dmitri Ustinovun, SSRİ Nazirlər Sovetinin sədri Nikolay Tixonovun və SSRİ xarici işlər naziri Andrey Qromıkonun beşlikdə qeyri-rəsmi görüşü keçirilib. Yevgeni Çazov sonralar öz xatirələrində bu görüş haqqında yazıb:
“Yuri Andropov son saatlarını yaşayırdı. Vəzifə borcum olaraq mən bu haqda Siyasi Büro üzvlərini məlumatlandırmalıydım. Baş katibin səhhəti ilə bağlı məlumatı ilk olaraq Qorbaçova verdim. O, mənə tapşırdı ki, Andropovun səhhəti haqqında bütün informasiyalar tam məxfi saxlanılmalıdır və tövsiyyə etdi ki, başqa bir adama, o cümlədən Siyasi Büronun digər üzvlərinə bu haqda məlumat verməyim. O, lazımi məsələləri özü həll edəcəyini bildirdi. Həmin gün, fevralın 8-də Çernenko, Qorbaçov, Ustinov, Tixonov və Qromıko axşamdan xeyli keçmiş Kremldə görüş keçiriblər. Məqsəd yeni baş katibin kim olacağını müzakirə etmək olub. Qorbaçov birinci kürsüyə can atsa da, beşliyin son qərarı Çernenkonun üzərində dayanıb...”
Əslində Andropovun vəfat edəcəyi Kreml məmurları üçün çox da təəccüblü olmayıb. O, 15 aylıq hakimiyyətinin son beş ayını xəstəxanalarda keçirib. Andropov sonuncu dəfə Siyasi Büronun iclasında 1 sentyabr 1983-cü ildə iştirak edib. Bu iclasdan sonra o, Kremldə nadir hallarda görünüb. Xaricdən gələn dövlət başçıları ilə görüşlərin reqlamenti o qədər qısaldılıb ki, Andropov heç olmasa 5-10 dəqiqə bu görüşlərdə iştirak edə bilsin. 1984-cü ilin yanvarında isə baş katibin səhhətində daha ciddi problemlər yaranıb. O, yataqda olarkən sənədləri oxumaq gücündən də məhrum olub. Koməkçiləri oxumaqla həmin sənədləri Andropovun diqqətinə çatdırıblar.
Yuri Andropov 1984-cü ilin fevralın 9-da saat 16.50 dəqiqədə vəfat edib. Həmin gün baş katibin ölümü ilə bağlı ictimaiyyətə heç bir məlumat verilməyib. Səhərisi gün fevralın 10-da da heç bir rəsmi məlumat olmayıb. Amma televiziya və radio verlişlərinin proqramlarında dəyişiklik edilib, daha çox Şopenin, Çaykovskinin əsərləri səsləndirilib. Yalnız fevralın 12-də rəsmi olaraq Andropovun vəfatı ilə bağlı məlumat verilib və bildirilib ki, dəfn fevralın 14-də saat 12.00-da Qırmızı meydanda keçiriləcək.
Andropovun vəfatı ilə bağlı nekroloq Mərkəzi Komitənin katibi (əvvəllər “Pravda” qəzetinin baş redaktoru) Mixail Zimyaninin kabinetində hazırlanıb. Nekroloqun yazılmasında Mərkəzi Komitənin katibi Yeqor Liqaçov, MK-nin təbliğat və təşviqat şöbəsinin müdiri Boris Stukalin və Andropovun köməkçisi, adı Azərbaycanda da yaxşı tanınan Arkadi Volski iştirak edib.
Nekroloqda Andropov haqqında “görkəmli siyasi və dövlət xadimi” ifadəsi yazılanda Stukalin buna etiraz edib:
- Biz onun adını çox şişirdirik. Andropov cəmisi 15 ay baş katib vəzifəsində işləyib.
Liqaçov bu etiraza qətiyyətlə cavab verib:
- Məsələ baş katib vəzifəsində neçə ay işləməkdə deyil. Əsas ölkənin inkişaf tempi və nəticələrdir.
Bununla da, Andropov nekroloqda “görkəmli siyasi və dövlət xadimi” kimi təqdim olunub.
Fevralın 14-də saat 11.00-da Kremlin Sverdlovsk zalında Mərkəzi Komitənin plenumu öz işinə başlayıb. Rəyasət Heyətinə ilk daxil olan Konstantin Çernenko olub. Bu ənənəvi hal ondan xəbər verib ki, baş katib vəzifəsinə o seçiləcək. Çernenkonun yanında isə Mixail Qorbaçov əyləşib. Mərkəzi Komitənin yazılmamış qanunlarında bu da bir göstərici kimi qəbul edilib, baş katibin yanında əyləşən növbəti dəfə baş katib seçiləcək.
SSRİ Nazirlər Sovetinin sədri tribunaya çıxaraq bir neçə dəqiqəlik nitqdən sonra Konstantin Çernenkonun baş katib vəzifəsinə seçilməsini təklif edib. Heç bir müzakirə və etiraz olmadan Konstantin Çernenko Mərkəzi Komitənin növbəti rəhbəri seçilib.
Plenumdan sonra hamı əvvəlcə İttifaqlar Evinə, oradan isə Qırmızı meydana Yuri Andropovun dəfn mərasiminə toplaşıb. Konstantin Çernenko mavzoley tribunasına çətinliklə qalxdığı kimi, dəfn nitqini də çətinliklə söyləyib.
Bütün bu mənzərələri seyr edənlər yaxşı anlayıblar ki, yaxın müddətdə növbəti bir dəfn mərasiminə toplaşacaqlar. Pillə-pillə Kremlin işıqlı kabinetlərinə qədər gəlib çıxan Çernenko uzun illər arzuladığı və gözlədiyi baş katib vəzifəsinə çatanda nəinki ölkəni, heç özünü idarə etmək iqtidarında olmayıb. O, hakimiyyətdə olduğu 13 ayın yarıdan çoxunu ölkəni xəstəxana palatalarından idarə edib. Çernenkonun sıradan çıxmasını isə ən çox Mixail Qorbaçov gözləyib. Birincilik iddiasında olan Qorbaçov növbəti dəfə şansı əldən verməyəcəyinə tam əmin olub.
İlham Cəmiloğlu, Musavat.com