Hələ orta məktəbdə oxuyarkən əmək fəaliyyətinə başlayaraq Yardımlı Dövlət Bankında mühasib işləmişdir. Daha sonra Bakı Dövlət Universitetinin filologiya fakültəsində təhsil almışdır (1947-1952).
Təhsilini başa vurduqdan sonra BDU-da rus ədəbiyyatı kafedrasında baş laborant vəzifəsində saxlanmışdır (1952-1953). ABU-nun Azərbaycan ədəbiyyatı tarixi kafedrasının aspiranturasına daxil olmuş, N.Nərimanovun yaradıcılığı mövzusunda tədqiqat aparmış, unuversitetin komsomol katibi seçilmişdir (1956-1957).
Vəli Məmmədov sonrakı əmək fəaliyətində Nizami adına Ədəbiyyat İnstitutunda kiçik elmi işçi, Azərbaycan KP MK- da təlimatçı, şöbə müdiri, (1960-1963), Baş Siyasi Ədəbiyyat İdarəsinin rəisi (1963-1965), Azərbaycan KP MK-da elm və mədəniyyət şöbəsinin müdir müavini (1965-1966), Bakı şəhər partiya komitəsində ideologiya üzrə katibi (1966-1971), Siyasi Maarif Evinin müdiri, eyni zamanda Azərbaycan KP MK-da təbliğat və təşkilat şöbəsinin müdir müavini (1971-1988), Səbayel Rayon Partiya komitəsinin 1-ci katibi vəzifələrində işləmişdir.
Bununla belə, tələbəlik dövründən ədəbi fəaliyyətlə ardıcıl məşğul olmuşdur.
“Sizin burada oturmağa haqqınız yoxdur”
. Hətta bir dəfə Həsən Həsənov zarafatla dedi ki,
“deyəsən, bu işlərdə sənin də əlin var, harada gurluq olarsa, sən ordasan”.
Vəli Məmmədovun gündəliyindən: “Mənim başımı Meydan ağartdı, Dağlıq Qarabağda ermənilərin başımıza gətirdiyi bəlalar ağartdı. 26-lar rayonunun (indiki Səbayel) birinci katibi olana qədər də xalq hərəkatında iştirak edirdim.Hələ fevral hadisələri vaxtı. (1988-ci ilin əvvələrində) Siyasi Maarif evinin direktoru olsam da, bütün yığıncağlara gəlirdim. Hətta bir dəfə Həsən Həsənov zarafatla dedi ki, “deyəsən, bu işlərdə sənin də əlin var, harada gurluq olarsa, sən ordasan”.
1991-ci il noyabrın 20-də Qarakənd səmasında Azərbaycanın bir qrup görkəmli dövlət xadimini Ağdama aparan helikopterin müəmmalı şəkildə partlaması nəticəsində xalqımız onlarla qəhrəman oğlunu itirdi. Bu qara siyahıda indiki Səbayel rayon Partiya Komitəsinin birinci katibi olan Vəli Məmmədovun da adı vardı.
Ömrünün son illərini Qarabağda keçirən Vəli Məmmədov 1931-ci ilin yanvarı 7-də anadan olub. Anası Mina xanım almanəsilli, atası Hüseyn kişi Yardımlı rayonunun Şiləvəngə kəndindən idi .
Vəli vətənini, xalqını ürəkdən sevən bir insan idi. Unudulmaz bayramımız olan Novruzun qadağalara məruz qaldığı illərdə onun elliklə, təntənəli şəkildə qeyd olunmasında Vəli Məmmədovun zəhməti böyükdür.
Bu bayramın ilk “senari müəllifi ” Şıxəli Qurbanov idisə, “quruluşçu rejissoru ” Vəli Məmmədov idi. “ Vəli müəllim hansı kürsüdə oturmasından aslı olmayaraq Azərbaycanın pərvanəsiydi ”. Bu, Sabir Rüstəmxanlının Vəli haqqında dedikləridir. Onun dediyinə görə, Amerikadan üzü bəri harada bir azərbaycanlı varsa, Vəlinin işığına düşüb gedərdi. Milli ruhun dirçəlişi, milli birlik, Azərbaycanın tam müstəqilliyi və azadlığı onun ən böyük arzusu idi.
1990-cı ildə SSRİ Ali Sovetinin tribunasından M.Qarbaçovun üzünə “Sizin burada oturmağa haqqınız yoxdur" deyən yardımlılı Vəli Məmmədov bütün zalı ayağa necə qaldırdı ?
1990-cı ilin yanvarın 20-də Bakıda baş verən qanlı faciə Moskvanı elə də narahat etməmişdi. O hadisələrin baş verdiyi dövrlərdə “Literaturnaya qazeta”da dərc olunmuş bir yazı diqqətimi cəlb etdi. SSRİ Ali Sovetinin 14-20 fevral sesiyası barədə məlumat verilən yazıda bir məqam var. Fevralın 14-də iclasa sədrlik edən SSRİ Prezidenti Mixail Qarbaçov Bakıda heç nə olmamış kimi gündəlik üçün Anatoli İvanoviç Lukyanova söz verib. Bu zaman Azərbaycandan olan deputat, Azərbaycan KP Bakı şəhər 26-lar Rayon Komitəsinin ( indiki Səbayel rayonu ) birinci katibi Vəli Məmmədov həyəcanla tribunaya tərəf qaçıb əvvəlcə ona söz verilməsini tələb edib. “Ancaq sədrlik edən elə bil heç bunu görmədi. Onda tribunaya həmin deputat cəsəratlə yanaşıb, düz onun üzünə qışqırdı: “sizin burada oturmağa haqqınız yoxdur ”. Çoxları ucadan qışqıraraq zalda olan mikrofonlardan da söz istəyirdilər. Lukyanov isə bu vaxt sakitcə tribunanın dalında dayanmışdı. Özünü itirmiş Mixail Sergeyeviç hey deyirdi: “Yoldaşlar bir dəqiqə, bir dəqiqə ...” Kimsə qışqırdı: “Mikrafon! ” Ancaq mikrafonu qoşmadılar. Azərbaycandan olan deputat bərkdən dedi: “Xahiş edirəm bütün millətlərdən həlak olanların hamısını yad edək! ” Hamıdan əvvəl Mixail Sergeyeviç durdu. Beləliklə, sesiya bu dəfə ancaq Bakıda həlak olanları yad etdi ”.
Qarabağı qarış - qarış tanıyırdı Vəli Vəli Məmmədovun həyat yoldaşı Xalidə xanım Əlizadə o günləri belə xatırlayır: “ Vəli ömrünün son 6 - 7 ayını Qarabağda keçirdi. Azərbaycan KP MK-da Nəzarət Komitəsinin sədr müavini işləsə də, adı işdə olar, özü isə tez-tez Qarabağa gedərdi. Təşkilat Komitəsinin üzvü olmasa da, Məhəmməd Əsədov onu ora cəlb etmişdi ”. Onlar 1991-ci ilin aprel ayından avqustun 31- ə kimi Qarabağa gedib xeyli iş gördülər. Onda Qarbaçov erməni silahlılarından Qarabağı təmizləmək barədə əmr vermişdi. Lakin bu əmr yerinə yetirilmədi. 20 noyabrda helikopterdə həlak olan adamlar isə bu fəlakətdən öncə,düz 6 ay ermənilərlə mübarizə apardılar. Ancaq Xankəndini götürmək qalmışdı ki, onları geri çağırdılar. Onlar 20 noyabrda Qarabağa getmək fikrində deyildilər. Həmin vaxt dövlət katibi işləyən Tofiq İsmayılovla dost idi Vəli. Moskvada yaxın olmuşdular. Hər ikisi Ali Sovetin deputatı idi. Tofiq Vəlini özünə köməkçi götürmək istəyirdi. Noyabrın 19-da axşam Mərkəzi Komitədən birlikdə evə gələndə bir dəqiqəliyə Tofiqə dəymək istəyirdi. Axı, Tofiq onun kimi tanımırdı Qarabağı.
17 il Siyasi Maarif Evinin direktoru işlədiyindən qarış-qarış bələd idi. Sözü hər yerdə keçirdi. Vəli də Tofiqə deyib ki, “sən Qarabağı tanımırsan, mən səni tək buraxmaram ”. Deyəsən, Tofiq İsmayılova, İsmət Qayıbova nə isə olub ” Ölüm xəbərini də əməlli deməyiblər Vəlinin. Guya, helikopter dumanda dağlara dəyib. Amma Xalidə xanımın dediyinə görə, Qarakənddə 1961-1962-ci illərdə ekspedisiyada olduğundan oranın landşaftını yaxşı bilir: “Orada nə dağ var, nə təpə, mülayim bir landşaftdır.
Nadejda uşaqları soruşdu. Mən isə əgər Vəlinin başında bir iş varsa, mən bilməliyəm, uşaqlar yox ” - dedim.
Həlak olanlar cəmi 15-20 nəfər idi. 2-3 nəfər qapını döyüb belə bir faciənin olduğunu ailələrinə deyə bilərdi. Axı , xəbəri deməkdən də çox şey aslıdır. Axşam saat 20-də televiziyada “Xəbərlər” proqramı əvəzinə sinfonik musiqi çalınırdı. Deyirdilər ki, Elmira Qafarovaya nə isə olub. Əvvəl Ruhəngiz Qasımovaya zəng etdim. Dedi “deyəsən, Tofiq İsmayılova, İsmət Qayıbova nə isə olub ”. Nadejda bilmirdi Vəlinin onlarla birlikdə getməsini. Mən başımı tutdum. Nadejda uşaqları soruşdu. Mən isə əgər Vəlinin başında bir iş varsa, mən bilməliyəm, uşaqlar yox ” - dedim.
Vəlinin evi Yardımlının “ konsulluğu ” idiV.Məmmədovun 1980-ci il yanvarın 7-də axrıncı dəfə 60 illiyini qeyd ediblər. Evin böyüyü olan Vəli təkcə bacısının, qardaşının böyüyü olmayıb, ailənin bütün dərdi-səri onun üstündə olub. Qeyd edim ki, Vəlinin böyük qızı Leyla ABŞ-ın Hyuston şəhərində yaşayır, iki övladı var. Oğlu Azər isə Bakıda yaşayır. Bir qızı, bir oğlu var. Uşağın adını babasının xatirəsinə Vəli qoyublar. Vəlinin qardaşı Akif onun barəsində belə deyir : “ Vəli ata əvəzi idi, hamımızın qayğısına qalırdı. Hər il mayın 4-də, atamın vəfat etdiyi günü bizi yığıb rayona aparardı. Mayın 9-da isə anamın ad günü idi. O vaxtacan rayonda qalırdıq. Vəli bu fürsətdən istifadə edib toyu olan, yası düşən bütün qohumlara baş çəkərdi, rayonun aktivləri, rəhbər işçiləri ilə görüşərdi. Vəli hamıya doğmaları kimi baxardı, kimsəyə qarşı ayrı –seçkilik etməzdi ”. Xalidə xanımda əlavə edir : “Hər dəfə Yardımlıya getmək özü və uşaqlar üçün toy-bayram olardı. Çox gözəl mənzərəli yerdir, oranın dağları Vəlini özünə çəkirdi. Dağları ziyarət etməsə, rahatlanmazdı. Qardaşı Əli də bizim gəzintimizə kömək edərdi. Hər dəfə Yardımlıya gedəndə elə bil ki, nağıl dünyasına düşürük. Vəlinin həyat yoldaşı olmaq özü bir xoşbəxtlik idi. İndi də tez-tez yuxuma girir. Bizim evə həmişə Yardımlının “konsulluğu olub ”. Vəlinin tanımadığı yurddaşları belə evimizə gələr, müxtəlif prolemlərinin həlli üçün ondan kömək umardılar.Bəzən Vəli onları tanımayıb məni mətbəxə çağırıb: “ bu kimdir, bəlkə sən tanıyırsan? -deyə soruşardı ”.
“ Gəlin caamatla bir yerdə olun, məni tək qoymayın ”
1998-ci il meydan hərakatı başlayanda Vəli indiki Səbayel Rayon Partiya komitəsinin birinci katibi vəzifəsində işləyirdi . Xalidə xanım o günləri belə xatırlayır: “ Mitinqlərə çox hörmətlə yanaşırdı. Həmin hadisələr vaxtı 15 gün evdə qalmadı. Mən ona sürücüdən “ raksladuşqa”, paltar, yorğan-döşək, yemək göndərirdim, kabinetində qalırdı. Müxalifətlə dil tapmağa çalışırdı. Vəli vəzifədə olmasına baxmayaraq, sözü düz deyən insan idi. Burada da, Moskvada da çəkinmədən danışardı. Daha çox müxalifətə yaxın idi. O, mitinqlərə nəinki razı idi, hətta iqtidardan ayrılıb onlara yiyəlik edirdi. Tribunada danışmağa imkan olmayanda, ocaq ətrafına toplaşan cavanların yanına gedib məsləhətlər verirdi. Bütün tanışlara “ gəlin caamatla bir yerdə olun, məni tək qoymayın ” deyərdi”.
“Mən buradan heç yerə getməyəcəm ”20 Yanvar faciəsi ərəfəsində yanvarın 19-dan 20-nə keçən gecə bütün raykomlara komendantlar təyin edilmişdi. Komendantlar həmin gecə saat 11-12 radələrində raykom katiblərinə kabinetlərindən çıxmağı tələb edirdilər. Vəli isə həyatın hər məqamında öz cəsarətini göstərməyi bacarıb, kabinetindəki rus generalına: “ Mən buradan heç yerə getməyəcəyəm ”- deyib. Həmin ilin aprelində işdən çıxması ilə bağlı ərizə verib. Ali Sovetin deputatı olduğundan işə vaxt ayıra bilmirdi. Onu dərhal işdən azad elədilər...
“...Özüyçün heçnə qazanmamışddı ”Vəli öz zəhməti ilə yaşayan adam olub. Ömrünün sonunadək borc ödəyirdi. Yazıçı Anar Vəli haqqında xatirələrində yazırdı ki, Vəli üçün əqidə dəyişmək paltar dəyişmək kimi yüngül bir iş deyildi. Ən mühüm, ən “gəlirli” partiya vəzifələrində illərlə tər tökə-tökə, dəridən-qabıqdan çıxa-çıxa işləyib özüyçün heç nə qazanmamışdı, axır günlərinə qədər ehtiyac və borc içində yaşadı. İçində dolandığımız eybəcər cəmiyyətin əxlaqı belə idi ki, haram pulla firəvan günlər keçirən yox, halal maaşla kasıbçılıq eləyənlər daha artıq xəcalət çəkməli olur: “ Ciblərini doldurmağı bacarmayanlara isə hətta gülürlər də, “acizliyinə”, “əfəlliyinə”, “pul qırpa bilməməyinə” rişğənd də edirdilər. Belələriyçün Vəli “ Qəribə adam ” idi... ” Ancaq bütün bunlara baxmayaraq kitabları əldən buraxmazdı. Vəli kitablardan doymazdı. Bəzən bir kitabın bütün nəşrlərini alıb evə gətirərdi. O, həlak olandan sonra kitabxanasında olan kitabların böyük bir hissəsini ( hərəsinə min kitab olmaqla) 20 yerə bağışlanılıb. Hər kəsin ÖMÜR adlı kitabının son səhifəsində “ ÖLÜM ” adlı bir nəsnə də yazılır. Bu ölümə öz əcəlinlə də, şəhidlik zirvəsinə çatıb da, yetişmək olar. Zənnimcə, sonuncu daha şərəflidir. Bütün həyatını şərəflə yaşayan Vəli müəllim ölümün də şərəflisini seçdi.....
Yazı ilk dəfə 31 may 2011-ci il tarixdə, “Cənub xəbərləri” qəzetində
Xanoğlan Əhmədoğlunun müəllifliyi ilə dərc edilib.
+