1937-ci il... Böyük repressiyanın SSRİ-ni cənginə aldığı qanlı bir dövr. Həmin qorxulu ilin sentyabr ayında Moskvanın Molotov rayonunun partiya komitəsinin birinci katibi Arseni Zverev təcili Kremlə cağrılır. Kremldə birinci katibi İosif Stalinin kabinetinə aparırlar. Stalinin birinci sualı belə olur:
- Arseni Qriqoryeviç, siz maliyyə mütəxəssisiniz?
- Bəli, yoldaş Stalin.
- Mənə verilən məlumata görə, siz bu sahəni kifayət qədər yaxşı bilirsiniz. Belə olan halda sizi partiya orqanlarında işləməyə nə məcbur edir?
- Mən partiyamızın tapşırıqlarını yerinə yetirirəm.
- Əgər belədirsə, mən sizə yeni bir vəzifə həvalə etmək istəyirəm. Belə qərara gəldik ki, sizi dövlət bankına sədr təyin edək.
- Mən bank sferasının mütəxəssisi deyiləm, etimadınızı doğrulda bilməyəcəyəm.
Dialoq bununla da bitib. Sözsüz ki, 37 yaşlı Arseni Zverev Stalinlə ilk görüşündə onun təklifindən imtina etdiyi üçün böyük həyəcan keçirib. Amma bu həyəcan uzun sürməyib. İki aydan sonra Arseni Zverevlə heç bir razılaşma olmadan onu SSRİ maliyyə komissarının (nazirinin) müavini təyin ediblər. 1938-ci ildə maliyyə komissarı Vlas Çubar antisovet fəaliyyətdə ittiham olunaraq güllələndikdən sonra Arseni Zverev maliyyə komissarı vəzifəsinə təyinat alıb.
Arseni Zverev 1900-cü ildə Moskvada anadan olub. Ailə vəziyyətinin maddi durumunun aşağı olmasına görə o, 13 yaşından tikiş fabrikində işləməyə başlayıb. 1919-cu ildə bolşeviklər partiyasına üzv olub. Vətəndaş müharibəsində iştirak edib.
Moskva Maliyyə İnstitutunda ali təhsil aldıqdan sonra Zverev paytaxtın ayrı-ayrı rayonlarında maliyyə orqanlarında çalışıb və qısa müddət ərzində peşəkar maliyyə mütəxəssisi kimi tanınıb.
Arseni Zverev 1937-ci ildə Molotov rayon partiya komitəsinə birinci katib təyin edilsə də, yuxarıda qeyd etdiyimiz kimi, o, fəaliyyətini partiya orqanlarında çox davam etdirə bilməyib, Stalinin təşəbbüsü ilə maliyyə komissarının müavini vəzifəsinə təyin edilib.
Arseni Zverev Stalinin ən yaxın silahdaşlarından biri sayılıb. O, Stalinin ətrafında olanların arasında nadir şəxslərdən biri olub ki, sovet liderinin maliyyə və iqtisadiyyat məsələləri ilə bağlı bəzi fikirlərini yanlış sayaraq açıq münasibətini bildirməkdən çəkinməyib. Bu cür münasibətə baxmayaraq Stalin onun bilik və bacarığını yüksək qiymətləndirib. Hər dəfə maliyyə və iqtisadiyyat sahəsində Arseni Zverevin proqnozları özünü doğruldanda Stalin ona daha böyük etimad göstərib.
Çoxları Arseni Zverevi “islahat memarı” adlandırıb. 1947-ci ildə aparılan və tarixə “Stalinin pul islahatı” kimi düşən islahat, müharibədən sonrakı dövrdə qiymətlərin bir neçə dəfə aşağı salınması, kart sisteminin ləğv edilməsi və vətəndaşların sosial rifahı ilə bağlı digər tədbirlər məhz Arseni Zverevin adı ilə bağlıdır.
Təsadüfi deyil ki, Arseni Zverev dünyanın tanınmış maliyyə mütəxəssisləri tərəfindən dünyanın ən yaxşı maliyyə naziri adını alıb. 1938-ci ildən 1960-cı ilə qədər nazir postunu tutan Zverevin həm müharibə illərində, həm də müharibədən sonrakı dövrdə ölkənin maliyyə sistemində və iqtisadiyyatında apardığı islahatlar SSRİ tarixinndə xüsusi yer tutub.
Arseni Zverevin Kreml müşavirələrindəki çıxışları həmişə maraqla qarşılanıb. Hər cümləsini əsaslandırmağı bacaran nazir hətta Stalini də susdurmağı bacarıb.
Mərkəzi Komitənin geniş tərkibli müşavirələrinin birində Stalin kolxosların əlavə dəyər vergisinə cəlb edilməsi ilə bağlı təşəbbüs irəli sürəndə Zverev əlini qaldıraraq söz istəyib. Tribunaya qalxan nazir bildirib ki, kolxozlarda vergilərin artırılması vəziyyəti kritik həddə gətirəcək və bu qəti yolverilməzdir. O, bununla bağlı ən kiçik detalları açıqlayaraq Stalinin bu təşəbbüsünün yersiz olduğunu açıq söyləyib. Bu çıxışdan sonra Stalin bir cümlə ilə müzakirəni qapayıb:
- Yəqin ki, Arseni Zverev kolxozlardakı vəziyyətlə yaxından tanış deyil.
Müşavirədən sonra Zverev Stalinin qəbuluna gedib və xahiş edib ki, sözügedən mübahisəli məsələ ilə bağlı Mərkəzi Komitədə xüsusi komissiya yaradılsın. Beləliklə, komissiya yaradılıb, kolxozlar üçün vergilərin artırılması məsələsi ciddi araşdırılıb, təhlillər aparılıb. Son nəticədə nəinki vergilər artırılıb, əksinə, kolxozların ödədiyi vergilər üç dəfə azaldılıb.
Zverev Xruşovun çılğın çıxışlarını da sakit qarşılamayıb. Xüsusilə Xruşovun kənd təsərrafatı sahəsində apardığı lüzumsuz islahatlara kəskin iradlarını bildirib. Hətta belə bir hadisənin baş verdiyi də söylənilir. Müşavirələrin birində Xruşov öz islahatları haqqında danışanda Zverevin səbri tükənib və o, yerindən qalxaraq sərt münasibət bildirib:
- Nikita Sergeyeviş, siz bu sərsəm islahatlarınızla uzun illər hesabına yaratdığımız sabit maliyyə dövriyyəmizi məhv edəcəksiniz. Bax, onda mən sizinlə silahla danışacağam.
Bu çıxışdan sonra Arseni Zverev öz “xahişi” ilə nazir vəzifəsindən azad edilib.
Arseni Zverev ömrünün son illərində öz memuarlarını yazıb. Onun qələmə aldığı “Nazirin qeydləri” və “Stalin və pul” kitabları isə böyük oxucu auditoriyası qazanıb. O, öz kitablarında Stalini dahi şəxsiyyət və nəhəng siyasətçi adlandırıb.
Ömrünün 22 ilini nazir kürsüsündə keçirən Arseni Zverev 1969-cu ildə, 69 yaşında vəfat edib. O, Moskvada, Novodeviçye qəbirstanlığında dəfn olunub.
İlham Cəmiloğlu, Musavat.com