Şahin Cəfərli: “ABŞ Cənubi Qafqazda fəallaşmaq istəyirsə, Azərbaycanla əməkdaşlığa məcburdur”
Yanvarn 20-də ABŞ-ın yeni seçilmiş Prezidenti Cozef Bayden (Co Bayden) and içdi və səlahiyyətlərinin icrasına başladı. Demokratlar Partiyasının hakimiyyətdə olduğu dövrdə xarici siyasətdə atacağı addımlar maraq doğurur. Bizim üçün maraqlı olan isə Bayden Administrasiyasının Cənubi Qafqaz siyasətindən gözləntilərdir.
Əvvəl verilən açıqlamalardan məlum olur ki, rəsmi Vaşinqton postsovet məkanı ilə bağlı siyasətində əvvəlki hakimiyyətdən, Donald Tramp Administrasiyasından fərqli addımlar atacaq – xüsusən də, Rusiya ilə bağlı yanaşmalar dəyişəcək. Co Baydenin vəzifələrə namizədlər göstərdiyi şəxslər birmənalı olaraq Rusiyanın ABŞ üçün əsas düşmən olduğunu açıqca bildirirlər.
Vəzifələrə namizəd göstərilənlərin postsovet, Qafqaz regionu ilə bağlı da müəyyən açıqlamalarına da rast gəlinir. Məsələn, ABŞ dövlət katibliyinə namizəd Antoni Bliken (guman ki, Senatda bu vəzifəyə təsdiqlənəcək) Azərbaycan haqqında bir açıqlama verib. Onun açıqlamasında xoşagəlməz əsas məqam, Azərbaycana ayrılan yardımlara yenidən nəzər salacaqları barədə dedikləridir. Senat tərəfindən dövlət katibi postuna hələ təsdiqlənməyən Blikenin bu cür açıqlaması müəyyən narahatlıq doğurmaya bilməz.
Bayden hökumətinin Cənubi Qafqaz, Azərbaycan siyasəti ilə bağlı AYNA-ya proqnozlarını açıqlayan politoloq Şahin Cəfərli, öncə Blikenin maliyyənin dayandırılması haqqındakı açıqlamasına toxunub: “Bu, qarşılıqlı dialoqla həll edilə biləcək bir məsələdir. Əslində, ABŞ yardımlarının bizim üçün maddi yox, siyasi tərəfi önəmlidir. Onsuz da, yardımın həcmi elə də böyük olmur. Əgər, yardımları Qarabağ məsələsi kontekstində, guya, Azərbaycanın hansısa hüquqazidd addımları səbəbi ilə dayandıracaqlarsa, onda postsovet məkanında aktivləşməyə hazırlaşdıqları indiki məqamda öz siyasətlərinə zərbə vurmuş olacaqlar. Çünki Rusiyanın təsirini məhdudlaşdırmaq və onu sıxışdırmaq istəyirlərsə, Azərbaycanla dostluğa və əməkdaşlığa da ehtiyacları var. Yox, yardımın dayandırılmasını bizdəki insan haqları problemləri ilə əlaqələndirəcəklərsə, onda bu addımın müəyyən əsası olacaq. Amma nə qədər səmimi olduqları da şübhə doğuracaq. Sual yaranacaq ki, “niyə bu məsələ məhz indi, müharibədən sonra yada düşdü?” Çünki Azərbaycanda ötən illərdə dəfələrlə seçkilərdə qanun pozuntuları, insan haqları pozuntuları baş verdiyi halda, ABŞ-ın reaksiyası narahatlıqdan o yana getməyib. O da məlumdur ki, xarici yardımlar hər hansı səbəb göstərilmədən də azaldıla və ya artırıla bilər. Ötən illərdə belə hal dəfələrlə olub”.
“ABŞ-ın Demokratlar Partiyasının hakimiyyətinə azdan-çoxdan bələdik. Bizim müstəqillik tariximizdə ABŞ-da bir neçə dəfə Demokratlar Partiyası hakimiyyətdə olub. Müstəqillik qazandıqdan sonra Bill Klinton Administrasiyası ABŞ-da hökumət başında idi. Klinton dövrünü Azərbaycanla ABŞ arasında münasibətlərin qurulması və ilkin inkişaf mərhələsi adlandırmaq olar. Hətta, mərhum Prezident Heydər Əliyev ABŞ-a dəvət olundu, Klinton tərəfindən qəbul edildi. Yəni, Demokratlar Partiyasının hakimiyyəti dövründə ölkələrimiz arasında münasibətlər inkişaf edib”, - analitik bildirib.
Cəfərli xatırladıb ki, Azərbaycan üçün çox böyük əhəmiyyətə malik “Əsrin Müqaviləsi”, məhz ABŞ-ın ciddi dəstəyi ilə gerçəkləşib: “O vaxt kontraktın imzalanması məsələsinə Rusiya tərəfindən ciddi təzyiq var idi, Moskva bunun əleyhinə çıxırdı. Amma ABŞ-ın, ümumilikdə götürdükdə, Qərbin dəstəyi ilə bu layihə gerçəkləşdi. Demokrat Partiyanın digər Prezidenti Barak Obama oldu ki, onun dövründə də ABŞ-Azərbaycan münasibətlərində bir problem yarandığını xatırlamıram”.
Politoloqun sözlərinə görə, Obamanın vaxtında Vaşinqtonun Cənubi Qafqaza diqqəti kifayət qədər azaldı: “Təkcə Azərbaycan yox, yaxın olduğu Gürcüstan belə, diqqətdən kənarda qaldı. Obama Gürcüstandakı müharibədən dərhal sonra Prezident seçilmişdi. Gözlənilirdi ki, ABŞ-ın Rusiyanın işğalçılıq siyasətinə sərt təpkisi olacaq, amma əksi baş verdi. Gürcüstan tamamilə unuduldu, qonşu dövlətin ərazilərinin işğalı yaddan çıxdı. Ümumilikdə, Cənubi Qafqaza, postsovet məkanına diqqət azaldı. Yalnız 2014-cü ildə, Ukrayna məsələləri baş verəndən sonra Obama hakimiyyətinin postsovet məkanına diqqəti artdı. Bu da məcburiyyət idi, çünki Ukraynaya qarşı Rusiyanın işğalına, bu qədər böyük hadisəyə seyirçi qala bilməzdilər”.
“Bütövlükdə isə Obama dövründə Azərbaycanla münasibətlərdə elə bir gərginlik yaşanmadı. Co Bayden özü də tanımadığımız siyasətçi deyil, Obama hökumətinin zamanında 8 il vitse-prezident olub. Onun da Azərbaycana qarşı hansısa addımlarını xatırlamaq çətindir. Eləcə də, indi vəzifələrə təqdim olunan şəxslər Obama hakimiyyəti zamanı müxtəlif vəzifələrdə olublar. Ölkəmizə qarşı bu şəxslərin elə bir ciddi fəaliyyəti olmayıb. Obamanın zamanında 4 il ABŞ-ın dövlət katibi olmuş ən ciddi şəxs, bir çox hallarda ermənipərəst sayılan Con Kerri idi. O, vaxtilə 907-ci düzəlişin təşəbbüskarlarından biri olmuşdu. Belə bir şəxs 4 il dövlət katibi postunda oturarkən, Azərbaycana qarşı hansı qərarlara imza atdı? Heç bir qərarı görmədik. Yəni, onu demək istəyirəm ki, əsas məsələ aparılan siyasətdir, deyilənlər yox”, - Cəfərli əlavə edib.
Analitikin sözlərinə görə, açıqlamalardan görünür ki, Bayden Administrasiyası postsovet məkanında daha aktiv fəaliyyət göstərəcək, Rusiyanın zəiflədilməsi istiqamətində siyasət yürüdəcək: “Əgər belədirsə, Cənubi Qafqazda da fəallıq göstərəcəklərsə, o zaman Azərbaycanla normal münasibətlərdə maraqlı olacaqlar. Çünki ABŞ Qafqazda aktiv siyasət yeridəcəksə, burada Azərbaycanı görməzdən gələ bilməz. Bu baxımdan ABŞ-ın yeni rəhbərliyindən Azərbaycanla bağlı radikal qərarlar veriləcəyini gözləmirəm. Əlbəttə, tənqidlər ola bilər. Xüsusən də, Azərbaycanda demokratiya, insan haqları ilə bağlı tənqidlər səsləndirilə bilər. Erməni lobbisi də bu vəziyyətdən yararlanmağa çalışa bilər. Bu addımlar əvvəllər də olub”.
“Aydındır ki, ABŞ hökumətinə lobbi qruplarının müəyyən təsirləri var. Yeri gəlmişkən, Azərbaycan ABŞ lobbi qruplarından ən güclüsü ilə - yəhudi lobbisi ilə əməkdaşlıq edir. Bizim hökumət bundan istifadə edərək, müəyyən qərarları bir neçə dəfə əngəlləyə bilib. Ümumilikdə isə qeyri-adi addımların atılacağı, ölkəmiz əleyhinə radikal qərarların qəbul olunacağı gözlənilmir”, - deyə müsahibimiz fikrini tamamlayıb.

O vurğulayıb ki, seçki kampaniyaları dövründə, vəzifələrə təqdimatlar edilərkən, Senatda dinləmələr keçirilərkən, onlar daha sərbəst çıxışlar edirlər: “Bəzən bu çıxışlar ABŞ dövlət siyasəti ilə uyğunlaşmır. Amma vəzifəyə gəldikdən, vəzifələrini icra etməyə başladıqdan sonra həmin şəxslər daha məsuliyyətli olurlar, ABŞ-ın dövlət maraqlarından çıxış etməyə başlayırlar”.