Türkiyə liderinin açıqlaması fərqli fikirlərə yol açıb, artıq “top” qarşı tərəfin qapısındadır
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan, ölkəsinin Avropa Birliyində (AB) Böyük Britaniyanın yerini almağa hazır olduğunu söyləyib. Bu barədə “Anadolu” dövlət xəbər agentliyi məlumat yayıb.
Ərdoğanın sözlərinə görə, yalnız Türkiyənin AB-yə qəbulu İngiltərənin çıxması ilə əlaqədar yaranan qeyri-müəyyənliyi aradan qaldıra bilər: “Ankaranın AB-yə üzvlüyünün 60 illik prosesi Türkiyə üçün strateji bir seçim olduğu kimi, ölkəmizin Avropa Birliyinin tam üzvlüyünə qəbul edilməsi bu təşkilatın gələcəyi üçün də təməl bir vəzifədir”.
Hər kəs bilir ki, Türkiyənin AB-yə girməsi məsələsi Avropada ən problemli mövzulardan biridir. Türkiyə Avropa Birliyinə üzv olmaq üçün 1987-ci ildə müraciət etdi. Ölkə rəsmi olaraq 1999-cu ildə namizəd oldu. Ancaq Türkiyənin 2005-ci ildə AB-yə üzvlük müzakirələri dondurulub.
Bəs, Ərdoğanın hazırkı ritorikası nəyi hədəf alır, təsiri nədən ibarətdir? Çətin ki, Ərdoğan AB-nin tərkibində İngiltərəni Türkiyə ilə əvəzləməyin bərabərliyini ciddi şəkildə görsün. O zaman mesajını kimə ünvanlayıb?
“WeltTrends” Beynəlxalq Siyasət İnstitutunun direktoru, almaniyalı professor Aleksandr Rar:
“Bu, Ərdoğanın Türkiyənin Avropa Birliyinə daxil olması ilə bağlı çox yaxşı və maraqlı bir açıqlamasıdır. Əslində, bu, bir balaca provokativ bəyanatdır. Türkiyə özü üçün birdəfəlik başa düşmək istəyir - AB onu nə vaxtsa üzv qəbul edəcək, ya yox? Avropa Birliyi, həqiqətən Türkiyə ilə iqtisadi bir ittifaq və onunla bir müdafiə ittifaqı istəyir, yoxsa yox?
20 il əvvəl Avropa Birliyi, düşünürəm ki, Türkiyənin belə bir təklifinə müsbət cavab verərdi və Ərdoğanın belə bir bəyanatından sonra onu bir şəkildə üzvlüyə sürətlə cəlb etməyə çalışardı. Ancaq son 15-20 ildə Avropa Birliyi onsuz da kökündən dəyişib. AB bu gün liberal dəyərlər klubudur. Avropa Birliyi artık bir geopolitik aktyor deyil, iqtisadi bir birlik deyil, hətta, deyərdim ki, siyasi bir birlik deyil, ilk növbədə liberal dəyərləri dilə gətirən dövlətlər klubuna çevrilib. Kim bu dəyərləri tanımırsa, pozursa, bunlara qarşı sanksiyalar tətbiq olunur, cəzalandırılır. Macarıstan və Polşa timsalında gördüyümüz kimi.
İndi Türkiyə, həqiqətən ultimatum verib - Ərdoğanın sözlərini belə başa düşürəm: “Deyin, avropalılar, Türkiyəni AB-yə qəbul etmək istəyirsiniz, ya yox? Heç bəhanə gətirmədən qəti şəkildə deyin: hə, yoxsa yox”. Beləliklə açıq sual qoydu. Və cavab gözləyir.
Mənə elə gəlir ki, AB Türkiyəni öz tərkibində görmək istəmədiyini söyləmək istəməyəcək. Türkiyəni gözləmə salonunda saxlamağa çalışacaq. Bu, Türkiyənin Avropa Birliyi ilə oyunların bitdiyini anlamasına səbəb olacaq. Bundan sonra Türkiyə istiqamətini Avrasiya Birliyinə tərəf dəyişəcək.
Ümumiyyətlə, AB-nin Türkiyə, Böyük Britaniya və Rusiyasız çətin anlar yaşadığını düşünürəm. Çünki AB əvvəllər Avropada atılan hər addımda inhisara sahib olduğunu düşünürdü. Ancaq indi onun Britaniya kimi bir hissəsi yox oldu. Türkiyə də öz oyununu oynayır. Və ən böyük Avropa ölkəsi olan Rusiya da AB-nin bir hissəsi deyil. Buna görə Avropa Birliyi üçün yeni geosiyasi məkanlar açılır - imkanlar, şanslar və problemlər”.
“Ukrayna Gələcək İnstitutu”nun analitiki İlya Kusa:
“Mənim fikrimcə, Türkiyənin AB-yə girməsi məsələsi qapandı. Ölkənin hazırkı rəhbərliyinin, şübhəsiz ki, terrorizmlə mübarizə, insan haqları, təhlükəsizlik və xarici siyasətdə Avropa Birliyinin tələb etdiyi şəkildə vəziyyəti dəyişdirmək istəyi, imkanı və marağı yoxdur. Buna görə Ərdoğanın bu yeni açıqlamaları daxili auditoriya, siyasi PR və Türkiyənin ticarət və sərmayədən asılı olduğu AB ilə münasibətlərini sabitləşdirmək üçün bir addımdır.
Bu, Ankaradan fərqli fikirlərə baxmayaraq, Avropa ilə münasibətlərini daha da inkişaf etdirməyə hazır olduğuna dair bir siqnaldır və AB-nin Türkiyəni İngiltərə kimi bərabər və güclü tərəfdaş kimi tanıması lazım olduğuna işarədir. Burada “biz heç də Britaniyadan pis deyilik, bizi tanıyın” üslubunda bir mesaj görürəm. Deyilənlər ölkəsini bölgələrarası səviyyədə alternativ bir siyasi nüfuz mərkəzi, yeni regional bir güc olaraq görən bir siyasi liderin ambisiyalarıdır”.
ayna.az