Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Tarixdəki müharibələrin istedadlı casusları: Paltarlara şifrələr toxuduğu üçün edam edilən agent qadınlar FOTOLAR


Müharibə dövründə dövlətlər bir-birləri haqqında lazımı məlumatları öyrənmək üçün müxtəlif casusluq üsullarından istifadə ediblər. Onlardan biri də toxuculuq olub. 

Güllələr, silahlar və bombalar müharibələrin əsasını təşkil etsə də, kəşfiyyat da bir o qədər mühüm rol oynayıb.

Dünyadakı müharibələrin tarixi ilə yaxından maraqlananlar daha yaxşı bilirlər ki, əsrlər boyu geyimlərin tikişlərinə qoyulmuş gizli kodlar müharibə dövründə geniş istifadə edilib. İkinci Dünya müharibəsində də bu trikotajlar şifrələnib və müttəfiqlərə ötürülüb. Texniki cəhətdən "steganoqrafiya" adı verilən bu praktika, əslində min illərdir mövcuddur. Gizli mesajları adi əşyalara şübhə çəkmədən gizlətmə metodudur.
örgü
İndi isə bu kodların necə toxunduğu və necə istifadə edildiyi haqqında bir neçə maraqlı faktları diqqətinizə çatdıraq: 

“Nomadic Knits” toxuculuq və mədəniyyət jurnalının ortağı Melissa Kemmerer paltarlara toxunan şifrələrdən ən məşhurunun ikili kodlar olduğunu qeyd edib. Ən sadəsi isə paltarlara morze əlifbası ilə mətn və ya rəqəmləri şifrələyib, gizləməkdir. 

Bir çox agentlər məlumat ötürmək üçün müxtəlif yollar axtardığı bir vaxtda qadınlar rahatlıqla günün istənilən saatlarında geyimlərə şifrələri toxuyub, lazım olan ünvanlara çatdıra bilirdi.
 
örgü
Misal üçün Birinci Dünya müharibəsinin ən qızğın vaxtlarında Belçika kəşfiyyat agentləri qatar stansiyalarının yaxınlığında yaşayan yaşlı qadınlarla dostluq əlaqələri qurublar. Səbəbi isə odur ki, bu qadınların evlərinin pəncərələri qatar yollarına baxırdı. Agentlər casusluq etmək üçün yaşlı və günahsız görünən bu qadınlardan gizli şəkildə istifadə ediblər. Həmin yaşlı qadınlardan Almaniya İmperiyasındakı qatarların hərəkətini izləmələrini istəyiblər. Kömək etməyi qəbul edənlər üçün xüsusi bir sistem tətbiq edilib. Gün ərzində müxtəlif paltarlar toxuyan qadınlar topçu qatarlarını gördükdə geyimin düz ortasına bir naxış vurublar. Əgər hərbçilərlə dolu vaqon birliyi keçərdisə, həmin naxışın ortasında bir çuxur da qoyulurdu. Bu sistem İkinci Dünya müharibəsi dövründə də davam edib. Həmin toxunan paltarlar diqqət çəkmədən agentlərə çatdırılıb.
örgü
Bu sistem həm də dünyadakı bir çox qadınlara böyük dəstək oldu. Çünki müharibə dövründə bir çox fabriklər və zavodlar məhv edilmişdi. İnsanlar işsiz idi. Qadınlar üçün də bu böyük bir şans idi. Həm müharibədə ölkələrinə xidmət edir, həm də evdə oturaraq pul qazanırdılar. Birinci Dünya müharibəsində toxuculuqlar şifrələmə o qədər məşhur olmuşdu ki, İkinci Dünya müharibəsi zamanı hökumət rəsmiləri bu məsələ ilə bağlı hərəkətə keçmişdilər. Onlar toxuculuqla məşğul olan insanları cəzalandırır, həbs edirdilər. 

Phyllis Latour Doyle


Lakin bir çox cəsur qadınlar bu işdən əl çəkmədilər. Onlar agentlərə yardım etməkdə davam edirdilər. Onlar artıq bir növ özləri də agent olmuşdular. Bu cəsur qadınlar yaxalandıqları zaman edam edilirdi. İkinci Dünya müharibəsində ABŞ və  Birləşmiş Krallıq üzərində yazılar olan toxunma geyimləri qadağan etmişdi. Lakin bu qadağa ümumi toxuculuq prosesinə təsir etməmişdi. Hökumətlər artıq toxuculuğun silahdan da daha təsirli bir vasitə olduğunu anlamışdılar. 

Turan Oruc
Musavat.com






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10