Azərbaycanın Serbiya, Monteneqro, Bosniya və Herseqovinadakı keçmiş səfiri Eldar Həsənov hesab edir ki, həbsinin əsl səbəbi ölkənin baş prokuroru olduğu dövrdə bir nəfərlə arasında olan gərginliyə görə qisas almaq cəhdidir. Bu barədə “Press Klub”a məlumat verən vəkili Adəm Məmmədov konkret ad çəkməsə də, söhbətin vaxtilə E.Həsənovla birlikdə işləmiş, hazırda isə səlahiyyət sahibi olan şəxsdən getdiyi aydın olur.
“Eldar Həsənovla görüşümdən sonra gəldiyim qənaət budur ki, o, birmənalı şəkildə vətəninə, dövlətinə və prezidentinə sadiq adamdır. Eyni zamanda, prezidentin siyasətini sədaqətlə icra edən ziyalıdır. Onunla səmimi söhbətdə təqdim etdiyi sənədlərdən, eləcə də dövlətin ali orqanlarına şəxsən müraciətlərindən gəldiyim nəticə odur ki, bu həbs Eldar müəllimin baş prokuror olduğu vaxt onunla hazırda respublikada nüfuzlu bir şəxs arasında mövcud olmiş gərgin işçi-rəhbər münasibətlərinin qisasıdır. Eldar müəllim əminliklə bildirdi ki, yaxından tanıdığı prezident səhhətində ciddi problemləri, dözülməz ağrıları olan 66 yaşlı bir insanın ədalətsiz şəkildə həbsdə saxlanmasından məlumatlı olsa, heç vaxt belə qeyri-humanistliyə imkan verməz”, – deyə vəkil qeyd etdi.
Müdafiəçi bildirdi ki, E.Həsənovun həyatı təhlükə altındadır, onun təcili əməliyyata ehtiyacı var: “Eldar müəllim ixtisaslaşdırılmış xəstəxanların birində təcili cərrahiyyə əməliyyatı olunmasa, səhhətindəki problemlərə görə həyatını itirə bilər”.
E.Həsənov ötən ilin yayında Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Xarici İşlər Nazirliyində (XİN) keçirdiyi əməliyyatdan sonra korrupsiya halları ilə bağlı başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxslərdən biri olub. Bu iş üzrə həbs olunan XİN-in vəzifəli şəxsləri – İşlər idarəsinin sabiq müdiri, nazirliyin Tender Komissiyasının sabiq sədri Fərhad Molla-zadə, idarənin təsərrüfat şöbəsinin rəhbəri olmuş Səlim Əlizadə dekabrın sonunda ev dustaqlığına buraxılıb. Vəkilin sözlərinə görə, E.Həsənov eyni addımın ona münasibətdə atılmamasını ayrı-seçkilik kimi qiymətləndirir:
“Xarici İşlər Nazirliyində vəzifə sahibi olmuş şəxslər ağır cinayət törətməkdə ittiham edildiyi halda, azadlığa buraxılsalar da, ömrünün çox hissəsini dövlətinə xidmət etmiş Eldar Həsənov hələ də istintaq təcridxanasında saxlanılmasının ona qarşı ayrı-seçkilikdən irəli gəlməsinin fərqindədir. Buna baxmayaraq, qeyd edir ki, Allah həmişə hər birinin qapısını açıq etsin”.
A.Məmmədov keçmiş səfirin özünü qətiyyən təqsirli bilmədiyini vurğulayıb. E.Həsənov bu səbəblə ifadə verməkdən imtina edib. “Mövcud sənədlərlə və Eldar Həsənovun səhhətinin vəziyyəti ilə yaxından tanış olan bir vəkil kimi, əminəm ki, ölkə başçısı ədalətin bərqərar olması üçün lazımi göstəriş verəcək”, – deyə vəkil əlavə etdi.
1995-2000-ci illərdə Azərbaycanın baş prokuroru, daha sonra isə 12 il Rumıniyada, 2013-cü ildən də Serbiya, Monteneqro, Bosniya və Herseqovinada səfir olan E.Həsənov avqustun 13-də DTX əməkdaşları tərəfindən saxlanılıb. O, DTX-da istintaqı aparılan Xarici İşlər Nazirliyinin əməkdaşları haqqında cinayət işi çərçivəsində məsuliyyətə cəlb edilib. Avqustun 24-də E.Həsənov haqqında cinayət işi həmin işdən ayrılaraq, davam etdirilməsi üçün Baş Prokurorluğa göndərilib.
E.Həsənova qarşı CM-in 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, ağır nəticələrə səbəb olduqda) və 308-1.1 (büdcə vəsaitlərini təyinatı üzrə istifadə etməmə) maddələri ilə ittiham irəli sürülüb.
Bu maddələrdə 7 ilə qədər həbs cəzası nəzərdə tutulub.