Azərbaycanda dövlət tərəfindən bir neçə fond yaradılıb. Məsələn, Prezident İlham Əliyev apreldə Koronavirusla Mübarizəyə Dəstək Fondu, ilin sonunda isə müharibədən zərər çəkənlərə dəstək üçün "YAŞAT” Fondunun təsis olunmasına qərar verdi.
Bununla yanaşı 18 il öncə yaradılan bir fond da var: Silahlı Qüvvəllərə Yardım Fondu.
Sözügedən fondların fəaliyyəti zaman-zaman müzakirələrə yol açır, şəffaflıq və hesabatlılıq məsələsi müzakirə edilir.
Fondlar və pullar
Koronavirusla Mübarizəyə Dəstək Fondu (KMDF) 2020-ci ildə Prezidentin əhalinin sağlamlığının qorunması və koronavirus infeksiyasına qarşı mübarizənin gücləndirilməsi ilə bağlı verdiyi fərmandan sonra yaradılıb. Bu günə qədər fonda 113,801,223 manat ianə olunub.
Qurumun rəsmi saytında verilən məlumata görə, Prezidentin ehtiyat fondundan fonda 20 milyon manat vəsait köçürülüb. İanə edənlər içərisində hüquqi və fiziki şəxslər, banklar, büdcə təşkilatları da var.
Diqqətçəkən məqamlardan biri ictimai əsasla yaradılan bu fonda büdcə təşkilatlarının, misal üçün icra hakimiyyətlərinin, dövlət universitetlərinin, nazirliklərin də vəsait ayırmasıdır. Məsələn, Daxili İşlər Nazirliyi fonda 1000 000 manat ianə edib.
Silahlı Qüvvəllərə Yardım Fondu Prezidentin 2002-ci il 17 avqust tarixli, 755 nömrəli Fərmanı ilə yaradılıb. Fond Azərbaycan Silahlı Qüvvələrinin müasir tələblər səviyyəsində inkişafını təmin etmək, onun maddi-texniki bazasını möhkəmləndirmək və zəruri sosial tədbirləri maliyyələşdirmək məqsədilə təsis edilib.
18 ildə, yəni 241 ay ərzində fonda 120.5 milyon manat vəsait toplanıb. Bu, ayda orta hesabla 500 min manat pul deməkdir. (2006-2014-cü illər Azərbaycana böyük neft gəlirlərinin daxil olduğu illərdir).
2020-ci ilin sentyabrında ikinci Qarabağ müharibəsi başlayanda isə Azərbaycan ordusuna pul köçürmələri də artdı. Nəticədə təkcə oktyabr ayında Silahlı Qüvvələrə Yardım Fonduna 96.5 milyon manat ianə daxil oldu. Bu isə əvvəlki dövrlə müqayisədə 193 dəfə artım deməkdir.
Silahlı Qüvvələrə yardım Fondunun rəsmi veb səhifəsi yoxdur, maliyyə hesabatları dərc edilmir, xərcləri haqqında ölkə ictimaiyyətinə heç bir məlumat verilmir.
Və "YAŞAT” Fondu... O, Azərbaycan Prezidentinin 8 dekabr 2020-ci il tarixli fərmanı ilə yaradılıb.
Fondun əsas vəzifəsi kimi Azərbaycan torpaqlarının işğaldan azad edilməsində iştirak etmiş şəxslərin və onların ailə üzvlərinin sosial qayğılarının təmin olunması göstərilib.
Fondun vəsaitinin formalaşdırılmasına və idarə olunmasına ümumi nəzarəti Prezidentin yaratdığı Himayəçilik Şurası həyata keçirməlidir.
Fondun vəsaiti Azərbaycan vətəndaşları, xarici ölkələrdə yaşayan azərbaycanlılar, digər fiziki və hüquqi şəxslərin könüllü olaraq maliyyə vəsaiti şəklində verdiyi yardımlar (ianələr), habelə qanunla qadağan olunmayan digər mənbələr hesabına formalaşdırılır.
Bəs adıçəkilən fondların fəaliyyəti nə dərəcədə şəffafdır, onlar cəmiyyət qarşısında hesabatlıdırlarmı?
"Biz bu əməliyyatları təsəvvür edə bilərik, amma görə bilmərik”.
Seymur Həzi
FOTO: mikroskopmedia.com
Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədr müavini Seymur Həzi Azərbaycanda bəzi fondların şəffaflığı haqqında danışarkən belə deyir.
Azərbaycanda fondların fəaliyyətini qənaətbəxş hesab etməyən S.Həzinin fikrincə, əsas problem idarə sistemində şəffaflığın təmin edilməməsi ilə bağlıdır. O, dövlət tərəfindən maliyyələşən müəssisələrin fonda vəsait ayırmasını korrupsiya ilə əlaqələndirir: "Dövlət tərəfindən maliyyələşən fonda onun nəzdində olan digər qurumun vəsait ayırması həmin müəssisəyə ayrılan vəsaitin düzgün xərclənməməsindən xəbər verir”.
Onun fikrincə, yüksək məğləğdə verilən ianələr işçilərin maaşından məcburi şəkildə tutulan vəsait ya da korrupsiya hesabına başa gəlir. S.Həzi bildirir ki, dövlətdən maliyyələşən orqanın təsərrüfatdan kənar pul qazanmaq imkanı yoxdur: "Əgər belə bir imkanı varsa, bu rəsmiləşdirilib dövlət büdcəsinə ödənməlidir”.
Siyasətçinin qənaətincə, dövlət sosial tədbirlərlə bağlı üzərinə düşən işi elə görməlidir ki, elmi araşdırma aparan institutun, istehsalat birliyinin, universitetin, icra hakimiyyətinin verdiyi ianələrə ehtiyac qalmasın.
Onun sözlərinə görə, prosesi həyata keçirməli orqan seçilmiş bələdiyyələr olmalıdır: "Bələdiyyələr vətəndaşdan ianə toplamalı, sosial xidmətləri həyata keçirməlidir. Fondlar da bələdiyyənin qeydiyyatından keçərək Ədliyyə Nazirliyinin vasitəsi ilə fəaliyyət göstərə bilər.
"Dövlət vətəndaş cəmiyyətini sosial xidmətlər üçün layihələndirib təşviq edə bilər. Məsələn, tender elan etməklə vətəndaş insitutlarının nəzarəti altında xidmətləri həyata keçirməsi mümkündür. Bu olmadığı müddətcə korrupsiya, yeyinti halları baş verəcək. Dövlət müəssisəsinə nə qədər vəsait ayrılıb ki, hələ onun da bir hissəsi fonda yatırılsın? Bu da dövlət büdcəsinin düzgün müəyyən olunub, xərclənməməsindən qaynaqlanır”.
Seymur Həzi hesabatlılıq məsələsinə toxunaraq bildirir ki, fondun saytının olması şəffaflığa dəlalət etmir. Onun sözlərinə görə, o qədər saytı olan təşkilat və yaxud dövlət qurumu var ki, son məlumatlar bir il qabaq yenilənib. AXCP sədr müavininin qənaətincə, başlıca məsələ fondların apardığı əməliyyatlara ictimai nəzarətin olmasıdır, yəni QHT-lərin prosesi yoxlamaq, monitorinq etmək imkanı olmalıdır.
Ələsgər Məmmədli: "Dövlət qurumlarının fondlara ianə etməsi qanunvericiliyə zidd deyil”
Ələsgər Məmmədli
FOTO: turan.az
AXCP sədrinin müavinindən fərqli olaraq media eksperti, hüquqşünas Ələsgər Məmmədli isə deyir ki, dövlət qurumlarının fondlara ianə etməsi qanunvericiliyə zidd deyil və onların fonda ianə ayırması ilə bağlı məhdudiyyət yoxdur, ianə müxtəlif mənbələr hesabına edilə bilər. Hüquqşünas izah edir ki, məsələn, koronavirusla mübarizə 2019-cu ildə gündəmdə olmadığına görə, büdcədən bu məqsədlə vəsait ayrılması mümkün deyildi: "Deməli, fonda pul köçürən məktəb, universitet, icra hakimiyyətləri və sair qurumlar bu vəsaiti öz işçilərinin maaşı hesabına köçürürlər. Onu da unutmamaq lazımdır ki, universitet tətildə olsa belə onların əməkhaqqı fondu var. Orada tədrislə bağlı ödənişlər toplanır. Universitet rəhbərliyi iki formada ianə ayıra bilər, ya həmin fonda toplanan vəsaitlər ya da işçilərin könüllü verdiyi əməkhaqqı hesabına”.
Ə.Məmmədli fondların şəffafıq məsələsinə də toxunaraq çatışmazlıqların, ənənəvi halların qaldığını bildirir. O hesab edir ki, bu məsələdə cəmiyyətin iştirakı təmin olunmalı, ictimai nəzarət şurası yaradılmalıdır: "Məsələn, Silahlı Qüvvəllərə Yardım Fondu Müdafiə Nazirliyinin sərəncamındadır. Onlar isə vəsaitin xərclənməsində şəffaf hesabatlılıq ortaya qoymur”.
Fəzail Ağamalı: "Düşünmürəm ki, fonda toplanan pulları kimsə öz şəxsi maraqlarına xərcləyir”
Fəzail Ağamalı
FOTO: banker.az
Milli Məclisin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü, Ana Vətən Partiyasının sədri Fəzail Ağamalı fondların yaradılmasını ölkə və cəmiyyət üçün müsbət hal sayır: "Bu cür fondların məqsədi təkcə dövlətin imkanlarını problemin həllinə yönəltmək deyil, həm də vətəndaşların prosesdə iştirakını təmin etməyə yardımçı olmaqdır”.
Deputat hesab edir ki, fondlora ianə könüllük şərti gözlənilməklə toplanmalıdır: "Rəhbərlik şurası deyilən bir nəzarət mexanizmi var ki, onlar şəffaflığın təmin edilməsi ilə məşğuldur. Düşünmürəm ki, fonda toplanan pulları kimsə öz şəxsi maraqlarına xərcləyir”.
Fəzail Ağamalı narahatçılıq üçün əsas olmadığını düşünür: "Götürək Silahlı Qüvvəllərə Yardım Fondunu. O, ordunun zəruri ehtiyaclarının ödənməsi məqsədilə yaradılıb. Bu fonda ayrılan pul hərbiçilərin, habelə müharibə iştirakçılarının sosial problemlərinin həllinə yönəldilməlidir. Bu baxımdan hesab edirəm ki, birmənalı olaraq fondun şəffaflığı təmin edilməlidir. Daxil olan vəsaitin miqdarı, eləcə də hara xərcləndiyi hər ay ictimayyətə açıqlanmalıdır”.
Deputat da hesab edir ki, mediaya, QHT nümayəndələrinə fonda nəzarət imkanı yaradılmalıdır: "Bu xoşagəlməz halların qarşısının alınması üçün zəruridir”.
Beynalxalq təcrübə nə deyir?
Beynalxalq təcrübəyə baxdıqda həm hesabatlılığın, həm də şəffalığın təmin edilməsi baxımından etimad qazanan qurumların olmasını görmək olar. Misal üçün Türkiyədə İnsani Yardım Fondu (İHH) 1992-ci ildə yaranıb, fəaliyyət istiqamətləri müxtəlifdir: adətən Türkiyə ilə yanaşı, dünyanın müxtəlif yerlərində köməyə möhtac olan insanlarla işləyir.
Kiçik bir araşdırma etməklə bu onun hansı sahəyə nə qədər vəsait ayırması yaxud ayrılan ianələrin hara getməsi haqqında məlumat əldə etmək olar. Məsələn, 2019-cu ildə qurum təhsil məsələlərinə 621.343.700,47 lirə vəsait ayırıb.
Türkiyə Silahlı Qüvvələrini Gücləndirmə Fondu (Türkiyə Silahlı Kuvvetlerini Güçlendirme Vakfı) rəsmi səhifəsi aktivdir, illik hesabatlar, ianələrlə bağlı informasiyalar ictimaiyyətə açıqdır.
Beynəlxalq Qırmızı Xaç Hərəkatı özünün illik hesabatlarını hər il ictimailəşdirir. Üstəlik, rəsmi veb səhifəsində "Where does your money go?” (Sənin pulun hara gedir?) modulu altında donorlarına təşkilatın büdcəsi, xərc istiqamətləri, layihələri, görülən işlər və s. məsələlər haqqında geniş məlumat verir.