Deputat: “Diaspor xaricdə kef çəkir, cəmiyyət səfalət içindədir”
Politoloq: “O, İrəvanı diasporun və kilsənin əsarətindən qurtara bilsə...”
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) keçmiş rəhbəri David Şahnazaryan deyib ki, Baş nazir Nikol Paşinyanın istefasını uzatması, onun irəlidə görməli olduğu işlərlə bağlıdır: “Bunlara qoşunların çıxarılması, Azərbaycana şimalda 7-8 kəndin, Vayka, Ararat və Sünikdə bir neçə kəndin verilməsi aiddir”.
“O, həmçinin Bakı ilə demarkasiya, diplomatik münasibətlərin bərpası haqqında razılaşma imzalamağa hazırlaşır. Paşinyan Azərbaycandan Türkiyəyə gedən Sünikdən keçəcək qaz kəmərinin tikilməsi və nəhayət Ankara ilə yaxın gələcəkdə diplomatik münasibətlər qurmaq niyyətindədir”, - deyə Şahnazaryan bildirib.
Sabiq MTX rəhbərinin açıqlaması erməni cəmiyyətində birmənalı qarşılanmayıb və fikir ayrılığına səbəb olub. Belə ki, bir qisim Şahnazaryanın açıqlamasını, Paşinyanın Azərbaycan və Türkiyə ilə diplomatik münasibətlər quraraq Ermənistanı xilas etmək istəyi kimi, bəziləri isə erməni xalqına xəyanət kimi dəyərləndirib. Bəs, əslində necədir? David Şahnazaryanın fikirlərinin arxasında nə dayanır?
Azərbaycan Milli Məclisinin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin üzvü, Demokratik İslahatlar Partiyasının (DİP) sədri Asim Mollazadə açıqlamasında Ermənistanda hakimiyyət uğrunda mübarizənin davam etdiyinə diqqət çəkib: “Paşinyan, sadəcə olaraq Qarabağ razılaşmasında nəzərdə tutulan bəndlərin icrasını həyata keçirir. Mənə elə gəlir ki, bu gün Ermənistanda vaxtı ilə Azərbaycana qarşı cinayət törədən, Birinci Qarabağ müharibəsində minlərlə mülki azərbaycanlını qətlə yetirən qüvvələr revanş hissi ilə yaşayır deyə, yenidən hakimiyyətə gəlmək istəyirlər. Erməni xalqının qarşısında isə bir seçim var: onlar sülh istiqamətində addım atmalı və qonşularına qarşı ərazi iddialarını kənara qoyaraq bölgədə normal əməkdaşlıq qurmalıdırlar. Əks halda, erməni xalqının mövcduluğu sual altında qalacaq”.
“Çünki bu gün həmin cinayətkarların oyunları erməni xalqının faciəsinə gətirib çıxarıb və onların bu faşist ideologiyası erməni diasporunun nəzdində gizlənərək, çıxış yolunu müharibələrdə, təhlükələrdə görürlər. Özləri dünyanın ən inkişaf etmiş ölkələrində əminamanlıq içində yaşayırlar. Ermənistan ərazisində isə onların qurbanlıq üçün hazırladığı emənilər yaşayırlar. Bu, ermənilər üçün çox böyük təhlükədir və onlar hansı yolu seçəcəklərini ciddi şəkildə düşünməli, hansı istiqamətdə inkişaf edəcəklərini bilməlidirlər”, - deputat vurğulayıb.
Politoloq Tofiq Abbasov hesab edir ki, Ermənistandakı mövcud vəziyyətə görə Paşinyanın istefası gündəmdə qalacaq. Onun dediyinə görə, Paşinyanın manver imkanları var və bu vəziyyətdən çıxa bilər: “Çünki Ermənistan tək müharibədə məğlub olmayıb, həm də geosiyasi zəmində məğlub olub. Bu məğlubiyyətin isə 30 illə ölçülməyən böyük tarixi var və bu məğlubiyyət Ermənilərin 200 ildən artıq həyata keçirdiyi məkrli siyasətin məntiqi nəticəsidir. Onların daxilindəki türkfobiya, islamofobiya cəmiyyətlərində dözülməz vəziyyət yaradıb və özlərinə aid vəhşi xətt yürütməyə başlayıblar. Kim ki, Türkiyənin, Azərbaycanın xeyrinə bir söz deyirsə, o, xalqın düşməni olur və dərhal ya öldürülür, ya ölkədən qovulur, ya da hədələnir”.
“Paşinyan hakimiyyətə gələndə, həqiqətən də İlham Əliyevdən möhlət istəmişdi ki, yavaş-yavaş bu mənfur məfkurəni dəyişsin, Azərbaycanla dil tapsın və Türkiyə ilə barışığa getsin. Amma daxildəki vəziyyət, Ermənsitandakı Qarabağ zümrəsinin oyunbazlığı buna imkan vemədi. Paşinyanın da onlara gücü çatmadığı üçün məhz onlara qoşulmaqla, səslərinə səs verməklə yeni siyasət həyata keçirməyin yeganə çıxış yolu olduğunu başa düşdü. Bu siyasət də ondan ibarət idi ki, daxili opponentlərinə xoş görünmək üçün Azərbaycanı hədələməyə başladı və müharibəni qaçılmaz etdi. Ona görə də bu gün Ermənistana edilən müdaxilələrlə Paşinyan göstərir ki, çıxış yolları yalnız qonşularla dil tapmaq, məğlubiyyətlə barışaraq yeni siyasi xətt həyata keçirməkdir. Əgər əksi olsa, erməni xalqı heç vaxt nicat yolunu tapa bilməyəcək”, - siyasi şərhçi bildirib.
Müsahibimiz hesab edir ki, Paşinyan bu mərhələyə keçid etməyin vacib olduğunu başa düşsə də, həyata keçirə bilmir: “Məsələn, Ermənistanda bu yaxınlarda müharibədə ölənlərlə bağlı yürüş keçirildi. Lakin yürüşdə Paşinyanla xalq arasında qarşıdurma yaşandı, Paşinyana təzyiqlər edildi. Paşinyan bu təzyiqlərin, zoraklıqların qarşısında duruş gətirə bilsə, sözügedən mərhələyə keçid edə biləcək. Çünki həmin xarici qüvvələr, nəinki Ermənistanın daxili işinə qarışmaq, ümumiyyətlə Ermənistanın idarəetmə sistemini əllərində saxlamaq istəyirlər. Əsas da gətirirlər ki, müharibədə çoxlu qurbanlar veriblər, buna görə də, guya xalqın “haqq” işinə qoşulur, “müqəddəs” missiya yerinə yetirirlər. Amma məlum məsələdir ki, onlar cinayətkar və terrorçulardır. Bu proseslərin arxasında dayanan da, məhz İrəvanı müstəqil siyasət həyata keçirməyə qoymayan kobud müdaxilələrdir. Yəni, bir qrup gözünü Rusiyaya dikib, digər qrup isə Qərbə baxır. Lakin Paşinyan bunların hər birinin müqəddəratını öz əlinə alıb, yad əlləri qırsa, fitnə-fəsad salanların fəaliyyətinin qarşısını ala bilsə, erməni xalqının qarşısında misilsiz fəaliyyətləri ola bilər”.
ayna.az

Mollazadənin fikrincə, Ermənistanın qarşısında iki yol var: “Ermənilərin birinci yolu qisas, genosid, faşizm idelogiyası və daim müharibələrdə qurbana çevrilmək yoludur, ikinci yol isə yavaş-yavaş normal dövlətə çevrilmək, qonşularla əməkdaşlığı davam etdirmək və bununla da özlərini xilas etməkdir. Çünki bu gün Amerikada, Fransada və digər ölkələrdə yaşayan erməni faşistlərinin yaşayış səviyyəsi yaxşı olsa da, Ermənistanda yaşayan ermənilər çətin vəziyyətdədir. Onlar da bu müqayisəni aparıb, seçim etməlidirlər”.
Politoloq Tofiq Abbasov hesab edir ki, Ermənistandakı mövcud vəziyyətə görə Paşinyanın istefası gündəmdə qalacaq. Onun dediyinə görə, Paşinyanın manver imkanları var və bu vəziyyətdən çıxa bilər: “Çünki Ermənistan tək müharibədə məğlub olmayıb, həm də geosiyasi zəmində məğlub olub. Bu məğlubiyyətin isə 30 illə ölçülməyən böyük tarixi var və bu məğlubiyyət Ermənilərin 200 ildən artıq həyata keçirdiyi məkrli siyasətin məntiqi nəticəsidir. Onların daxilindəki türkfobiya, islamofobiya cəmiyyətlərində dözülməz vəziyyət yaradıb və özlərinə aid vəhşi xətt yürütməyə başlayıblar. Kim ki, Türkiyənin, Azərbaycanın xeyrinə bir söz deyirsə, o, xalqın düşməni olur və dərhal ya öldürülür, ya ölkədən qovulur, ya da hədələnir”.
“Paşinyan hakimiyyətə gələndə, həqiqətən də İlham Əliyevdən möhlət istəmişdi ki, yavaş-yavaş bu mənfur məfkurəni dəyişsin, Azərbaycanla dil tapsın və Türkiyə ilə barışığa getsin. Amma daxildəki vəziyyət, Ermənsitandakı Qarabağ zümrəsinin oyunbazlığı buna imkan vemədi. Paşinyanın da onlara gücü çatmadığı üçün məhz onlara qoşulmaqla, səslərinə səs verməklə yeni siyasət həyata keçirməyin yeganə çıxış yolu olduğunu başa düşdü. Bu siyasət də ondan ibarət idi ki, daxili opponentlərinə xoş görünmək üçün Azərbaycanı hədələməyə başladı və müharibəni qaçılmaz etdi. Ona görə də bu gün Ermənistana edilən müdaxilələrlə Paşinyan göstərir ki, çıxış yolları yalnız qonşularla dil tapmaq, məğlubiyyətlə barışaraq yeni siyasi xətt həyata keçirməkdir. Əgər əksi olsa, erməni xalqı heç vaxt nicat yolunu tapa bilməyəcək”, - siyasi şərhçi bildirib.
Abbasovun qənaətincə, buradakı ziddiyyət odur ki, Ermənistanın daxilində olan siyasi qüvvələr əsir götürülmüş kimidir, müstəqil deyillər: “Çünki onları idarə edənlər həm xaricdəki erməni diasporu, həm də mənfur və idbar rol oynayan kilsədir. Çünki erməni kilsəsi əslində dini təşkilat yox, siyasi təşkilatdır. Məhz həmin erməni kilsələri həm silah-sursat təminatı ilə məşğul olur, həm dövlət siyasətinə qarışır, həm də nifrət toxumları səpməklə insanların güzəranını məhv edir. Müxtəlif xarici ölkələrdə fəaliyyət göstərən təşkilatlar da elə bir xətt yürüdür ki, Ermənistanın idarəçilik siyasəti onların əlində olsun. Bundan da yeganə çıxış yolu xaricdən uzanan həmin əllərin kəsilməsidir. Belə olmalıdır ki, Ermənistanın idarəçiliyi artıq İrəvanda olsun, daha İrəvan diasporun, kilsənin ağuşunda olmasın. Paşinyan bunu edə bilsə, bu, Ermənistan üçün yeni bir mərhələ olacaq”.