Azərbaycanlıların 1948-1953-cü illər deportasiyası necə baş verdi? - I YAZI
Əziz Ələkbərli
Katolikos VI Gevork və Ermənistan K(b)P MK-nın katibi Qr.Arutyunov “Böyük Ermənistan” xülyasında
1918-ci ildə Azərbaycanın qədim mədəniyyət mərkəzlərindən olan İrəvan şəhəri paytaxt olmaqla Azərbaycanın qərb torpaqlarının 9 min kv km hissəsində tarixdə ilk erməni dövləti yaratmaq fürsəti əldə edən hayların ilk işləri bu ərazilərdə etnik təmizləmə aparmaq, bu əraziləri tamamilə erməniləşdirmək oldu. Ona görə də 1918-1920-ci illərdə bütün Cənubi Qafqazda yerli xalqlara, ilk növbədə türk-müsəlman əhaliyə qarşı dəhşətli soyqırımı həyata keçirdilər.
Sovet hakimiyyətinin ilk illərinndə Stalin, Mikoyan və Orconikidze üçlüyünün əli ilə ərazilərini 29,8 min kv. km-ə qədər genişləndirən ermənilər bununla da kifayətlənmədilər və Azərbaycanın digər torpaqlarını, xüsusilə Dağlıq Qarabağı və Naxçıvanı "Ermənistan"a birləşdirib "Böyük Ermənistan" yaratmaq üçün bütün çirkin vasitələrə əl atdılar. İlk növbədə 1920-ci illərdə “müsavatçı”, “xalq düşməni” adı ilə çoxlu sayda dəyərli Azərbaycan oğulları məhv edildi. Eyni proses 1930-cu iilərin “kolxoz quruculuğu” dövründə də həyata keçirildi. 1937-ci il repressiyasında da Qərbi Azərbaycandakı xeyli sayda azərbaycanlı ziyalılar erməniləşdirmə siyasətinin qurbanı oldu.
Nəhayət, 1941-1945-ci illər müharibəsində Ermənistandakı əli silah tutan bütün azərbaycanlılar müharibəyə səfərbər olundu, onların xeyli hissəsi geri qayıtmadı.
1945-ci ildə İkinci Dünya müharibəsinin başa çatması fürsətindən istifadə edən ermənilər təzədən hərəkətə keçdilər, həmin vaxt dünya böyük dövlətlər tərəfindən yenidən bölüşdürülürdü və həmişə olduğu kimi, bu dəfə də ermənilər fürsətdən öz xeyirlərinə bəhrələnmək istəyirdilər. Həmin ilin noyabrında ermənilər iki istiqamətdə fəaliyyətə başladılar: bütün ermənilərin ali patriarxı, katolikos VI Gevork müharibədən qalib çıxmış üç böyük dövlətin başçısına – SSRİ XKS sədri İ.V.Stalinə, ABŞ Prezidenti N.S.Trumenə, Böyük Britaniyanın Baş naziri K.R.Ettliyə, Ermənistan K(b)P-nin katibi, Qriqori Arutyunov isə RK(b)P MK-ya və şəxsən İ.V.Stalinə məktubla müraciət etdi.
Katolikos VI Gevork öz məktubunda göz yaşları axıdaraq, yenə də «qədim erməni xalqından», «qədim erməni mədəniyyətindən» danışır, bu xalqın «yazıq», «məzlum», «əzilmiş», «hüquqları pozulmuş» portretini cızır, İkinci Dünya müharibəsindən qalib çıxmış üç böyük xristian dövlətin dini təəssübkeşlik hisslərini oyadıb, onları «xristian erməni xalqına» köməyə çağırır, onların qarşısında diz çökür, ilan dili çıxarır, mələyir, imdad diləyir, guya bu dəqiqə kömək etməsələr, tarixin bu «nadir», «dinc», «əməksevər», «yaradıcı», «Qırmızı kitaba düşən» xalqı – ermənilər ölüb-qurtaracaq, kökləri kəsiləcək. Köklərinin kəsilməməsi üçün isə onlara bir udum hava lazımdır. Bu bir udum hava isə nə olsa yaxşıdır – «Ermənistanın həyati əhəmiyyətli hissələri olan Qars, Ərdəhan, Sürməli». Yəni, nə az nə çox, Türkiyənin bütün şərq torpaqları.
Qriqori Arutyunov isə SSRİ rəhbərliyindən, şəxsən İ.V.Stalindən Dağlıq Qarabağın Ermənistana birləşdirilməsini xahiş edir. O, məktubunda Dağlıq Qarabağda guya 137 min nəfər erməni yaşadığını iddia edir və Dağlıq Qarabağın Ermənistana “verilməsini” həmin ermənilərin milli dildə öz ədəbiyyatını inkişaf etdirmək, kadrlarını yetişdirmək və s. "bu kimi milli tələblərini ödəmək üçün" əsaslandırmağa çalışır.
Hər iki məktubun tərcüməsini olduğu kimi, ixtisarsız oxuculara təqdim edirik:
“BÜTÜN ERMƏNİLƏRİN ALİ PATRİARXI, KATOLİKOS VI GEVORQUN ÜÇ BÖYÜK DÖVLƏTİN BAŞÇISINA
MÜRACİƏTİ
SSRİ Xalq Komissarları Sovetinin sədri İ.V.Stalinə,
ABŞ Prezidenti H.S.Trumenə,
Böyük Britaniyanın Baş naziri K.R.Ettliyə
Yüzillər boyu erməni kilsəsinin başçıları, katolikos və patriarxları erməni xalqının ümid və əzablarının, xahiş və tələblərinin ifadəçisi olmuş, dövlətlər qarşısında erməni xalqını təmsil etmişlər.
Demokratik və azadlıqsevər Böyük Dövlətlərin – Sovet İttifaqının, Böyük Britaniyanın və Birləşmiş Ştatların şər və zorakılıq – faşizm və nasizm üzərində qələbə çaldığı, xalqların mövcudluq məsələsinin həll olunduğu bu tarixi məqamda Türkiyədən qovulmuş və bütün dünyanı sərgərdan dolaşan erməni xalqı öz coşmuş qanı ilə və tam haqla Böyük Dövlətlərin ədalət məhkəməsi qarşısında məsələ qaldırır.
Biz, bütün ermənilərin katolikosu VI Gevorq, xalqın müdafiəçisi olmaq ənənəmizə sadiq qalaraq bütün dünyaya səpələnmiş bədbəxt erməni xalqı barədə məsələni Sizə təqdim etməyi və onun ədalətli həllini xahiş eləməyi özümüzə müqəddəs borc bilirik. Xüsusən ona görə ki, bu məsələ ilə bağlı Biz dünyanın hər tərəfində yaşayan ermənilərdən çoxsaylı müraciətlər almışıq.
Qədim erməni xalqı yüzillər boyu Osmanlı dövlətinin zülmü altında heç bir hüququ olmayan qul kimi yaşamış, əzabkeş dözümlülüyü ilə hər cür məhrumiyyət, istismar və əziyyətlərə qatlaşmış, bununla belə, fanatik islam mühitində öz xristian dinini qorumuş, bu dinin sülhsevər ruhunda tərbiyə olunmuş, öz dilini saxlamış və xristian dövlətlərinin, sivilizasiyalarının ona gətirməli olduğu azadlığa inanmışdır. Lakin nə vaxt ki, bu ümid ermənilərlə eyni taleyi bölüşən balkan xalqları üçün tədricən gerçəkləşdi və onlar türk əsarətindən qurtardılar, bu, erməni xalqına dəhşətli, hətta ölümcül fəlakət gətirdi. Məlum olduğu kimi, erməni islahatları məsələsi ilk dəfə 1878-ci ildə San-Stefano bağlaşmasında siyasi səhnəyə qədəm basdı. Erməni vilayətlərinin ağır vəziyyəti, bitib-tükənməyən talanlar, quldur basqınları, ermənilərin həyatının və əmlakının təhlükə altında olması Konstantinopol patriarxını qalib ruslara müraciət etmək məcburiyyətində qoydu ki, Türkiyə ilə sülh müqaviləsi bağlayarkən ermənilərin çox ağır vəziyyətini nəzərə alsınlar. Ruslar səsimizə səs verdilər, lakin San-Stefano bağlaşmasının əlverişli 16-ci maddəsi Berlin traktatının 61-ci maddəsi ilə puça çıxarıldı.
Avropanın böyük dövlətlərinin tamahkarlığından və onlar arasındakı ziddiyyətlərdən istifadə edən Sultan Əbdül Həmid islahat aparmaq barədə götürdüyü öhdəliyi yerinə yetirmək əvəzinə, erməni məsələsinin ən yaxşı həlli üsulu kimi ermənilərin məhv edilməsini nəzərdə tutan öz iblis proqramını sistemli şəkildə həyata keçirməyə başladı. Həqiqətən də, mütəşəkkil quldur dəstələri, ayrı-ayrı qırğınlar, talanlar, yanğınlar və kütləvi qətllər yolu ilə o, 1894-1896-cı illərdə 300.000 nəfərdən artıq ermənini ölkədən qovmağa nail oldu.
Sultanı əvəz edən rejimlər: Tələt-İttihat, Ənvər paşa və yeni Kamal Türkiyəsi Əbdülhəmidin bu «siyasi müdrikliyini» ən yüksək zirvəsinə çatdırdılar.
Birinci imperialist müharibəsi ərəfəsində Türkiyədə 2.500.000 erməni yaşayırdı ki, hazırda orada onların sayı 100.000 nəfərə yaxındır və onlar da yeni «demokratik» Türkiyədə miskin həyat sürməkdədirlər.
Bir milyondan çox erməni dəhşətli qırğında həlak oldu. Türklər azadlığa çıxan balkan xalqlarına bəslədikləri qəzəbi arxasız ermənilərin üstünə tökdülər.
Biz bu hüdudsuz faciə üzərində dayanmaq istəmirik, bu dəhşətlər barədə bütün dillərdə çoxlu kitablar yazılıb. Dövlətlərin arxivləri öz konsullarının bu barədəki məruzələri ilə doludur. Bəşəriyyətin qabaqcıl hissəsi, xeyirxah qəlbi və ürək sahibi olan insanlar bu müdhiş, insan ləyaqətini təhqir edən cinayətlərə etiraz və usyan etdilər.
Lakin erməni xalqı köməksiz qalmaqda davam etdi, müqəddəs vətənindən qovulub, bütün dünyaya səpələndi. Erməni xalqının başına gətirilən bədbəxtliklərin sonucunda 1920-ci ildə türklər namərdcəsinə hücum etdilər və Ermənistanın həyati əhəmiyyətli hissələri olan Qars, Ərdəhan və Sürməlini zəbt elədilər.
Yeni yaranmış Sovet İttifaqı erməni torpaqlarının kiçik hissəsini azad etməklə orada yaşayan erməniləri məhv olmaq təhlükəsindən qurtardı.
Ermənistan Sovet Respublikası belə yarandı və sülh və azadlıq şəraitində yaşadığı 25 il ərzində yaralarına məlhəm qoyaraq, inkişaf edir, çiçəklənir.
İndi xalqların taleyi Birləşmiş Demokratik Dövlətlərin əlindədir. Ədalətin və humanizmin qələbəsi naminə milyonlarla insanın özünü qurban verdiyi bu qanlı müharibədən sonra, şübhəsiz ki, böyük və qüdrətli dövlətlər xalqların qırğınının təkrar olunmaması üçün bütün şər və zorakılıq ocaqlarını söndürməyə borcludurlar. Böyük Dövlətlər keçmişin ədalətsizliklərini düzəltməli, dostları və düşmənləri düzgün ayırd etməli, kim ki incidilib, zərər çəkib, kim ki, özünü borc naminə qurban verib ona haqq qazandırmalıdırlar.
Keçmişdə və yaxın vaxtlarda Türkiyədən qovulmuş və bütün dünyanı sərgərdan dolaşan erməni qaçqınları, onlarla birlikdə bütün ermənilərin qədim Patriarxlığı ədalətin varlığına bu inamla Sizə müraciət edir və ermənilərin qanları ilə suvardıqları və sonra dəyərli mədəniyyət abidələri ilə bürüdükləri öz tarixi vətənlərinə haqqlarını tanımağınızı xahiş edir.
Biz Türkiyə tərəfindən zorla zəbt edilmiş və indi boş qalmış torpaqları ondan almağınızı, bu torpaqları öz həqiqi sahiblərinə qaytarmağınızı və bu torpaqları Sovet Ermənistanına birləşdirmənizi xahiş edirik. Bu, qaçqın ermənilərə öz qan qardaşları ilə çiyin-çiyinə yaşamağa, çalışmağa və milli mədəniyyətlərini inkişaf etdirməyə imkan verər.
Bu, demokratiyanın qələbəsi və Birləşmiş Demokratik Dövlətlərin işi naminə erməni xalqının verdiyi böyük qurbanlar və fədakarlıq müqabilində ədalətli mükafat olardı. Erməni xalqı qələbə naminə bütün cəbhələrdə igidliklə vuruşmuşdur və onun öz gözlədiklərinə qarşılıq bu dəfə də aldadılması ədalətsizlik olardı.
Ermənilərin müqəddəs hüquqlarının bu dəfə də gerçəkləşməməsini bütün dünya ədalətsizlik hesab edərdi.
Yunanıstan və Serbiya, Rumıniya və Bolqarıstan, Livan və Albaniya, Krit adaları və Fələstin Türkiyənin işğalından azad edilib. Nə üçün, hansı ağlabatan səbəbə görə bəşəriyyət əzabkeş Ermənistanın ədalətli haqqını tanımaqdan imtina etməlidir? Böyük dövlətlər özlərinin təntənəli vədlərinin və elan etdikləri prinsiplərin həyata keçirilməsi naminə sivilizasiyanın böyük aktını, müqəddəs insansevərlik işini gerçəkləşdirməli, daha dəqiq desək, öz klassik dilini və ədəbiyyatını yaratmış, monumental incəsənət abidələri ucaltmış və ümumbəşər mədəniyyətinə qiymətli töhfələr vermiş qədim mədəni xalqlardan birinin qalıqlarını tamamilə məhv olmaqdan qurtarmalıdırlar.
Erməni məsələsini iflasa uğratmaq üçün türklər və onların dostları bəyanat verirlər ki, guya müasir demokratik Türkiyə əvvəlki Türkiyəyə oxşamır və ermənilər başqa ölkələrdən özlərinin Türkiyədəki əvvəlki yaşayış yerlərinə qayıda bilərlər. Lakin erməni xalqı keçmişin acı təcrübəsindən bilir ki, köhnə və yeni Türkiyə yoxdur, bu həmin Türkiyədir ki, vədlərinin əhəmiyyəti Avropa diplomatiyasına və erməni xalqına yaxşı məlumdur.
Yeganə çıxış yolu Türkiyə Ermənistanının azad edilməsi və Sovet Ermənistanına birləşdirilməsidir.
Biz yenidən xahiş edirik ki, bütün ermənilərin doğma ölkələrində birləşməsinə nail olunması üçün Türkiyədəki erməni vilayətləri Sovet Ermənistanına birləşdirilsin və onlara sülh və təhlükəsizlik şəraitində öz durdurulmuş mədəni fəaliyyətlərini davam etdirməyə, danılmaz yaradıcılıq potensialını üzə çıxarmağa imkan verilsin.
Bu böyük və ədalətli işin müvəffəqiyyəti naminə mən dua edərək Qadir Allahı köməyə çağırıram. Qoy Həqq-Təala Sizə kömək olsun, Sizin düşüncə və iradənizi xeyirin qələbəsinə yönəltsin və qoy O, müasir Türkiyə rəhbərlərinin vicdanını oyatsın ki, onlar həm özlərinin, həm də sələflərinin günahlarını yusunlar, maarif və sivilizasiya əsrində həqiqi mənada dinc, əməksevər və yaradıcı bir xalqa münasibətdə edilən böyük ədalətsizliyə son qoyulsun.
VI GEVORK
Bütün ermənilərin katolikosu.
27 noyabr 1945-ci il. Eçmiədzin”.
***
“RK(b)P MK-ya Yoldaş Stalinə
İosif Vissarianoviç!
Ermənistan ərazisinə bitişik olan Dağlıq Qarabağ Muxtar Vilayəti 1923-cü ildən Azərbaycan SSR-nin tərkibinə daxildir. Bu vilayətin əhalisi əsasən ermənilərdir. 153 min nəfər əhalidən 137 mini ermənidir.
Dağlıq Qarabağın kənd təsərrüfatı Ermənistanın dağlıq hissəsinin təsərrüfatı ilə eyniyyət təşeil edır. Dağlıq Qarabağın Ermənistanın tərkibinə daxil edilməsi onun inkişafına xeyli köməklik göstərər, təsərrüfata rəhbərlik işini yaxşılaşdırardı. Ermənistanın respublika orqanları tərəfindən rəhbərlik şəraitində əhaliyə ana dilində mədəni-kütləvi və siyasi xidmət işi daha da güclənərdi.
Dağlıq Qarabağ vilayətinin Ermənistanın tərkibinə qatılması yerli kadrlara Ermənistanın ali məktəblərində öz təhsillərini davam etdirməyə imkan verərdi. Digər tərəfdən, Ermənistan SSR Dağlıq Qarabağdan öz işgüzarlığı ilə seçilən milli kadrlar əldə edə bilərdi. Halbuki hazırda onlardan Azərbaycanda, təbii ki, tam istifadə olunması mümkün deyil.
Dağlıq Qarabağ əhalisinin bu istəyindən çıxış edərək, Ermənistan MK-sı və Xalq Komissarları Soveti Azərbaycan SSR-nin Dağlıq Qarabağ Muxtar Vilayətinin Qarabağ vilayəti şəklində Ermənistan SSR-nin tərkibinə qatılması təklifini ÜİK(b)P MK-nın və İttifaq Hökumətinin müzakirəsinə təqdim edir.
Bu məsələnin müsbət həlli halında Ermənistan MK-sı və Xalq Komissarları Soveti Qarabağın keçmiş mərkəzi olan və Sovet hakimiyyətinin qurulması ərəfəsində dağıdılmış Şuşa şəhərinin bərpası təklifi ilə Hökumətə müraciət edəcəkdir.
Ermənistan K(b)P MK-nın katibi Qr.Arutyunov
Noyabr 1945-ci ii“.
Həmin vaxt SSRİ rəhbərliyi VI Gevorkun istəyini həyata keçirməkdən üçün Türkiyəyə qarşı müharibə etmək istiqamətində bir sıra ciddi təşəbbüslər edir, lakin Türkiyə məlum tarixi diplomatik gedişlərlə SSRİ rəhbərliyinə bu fürsəti vermir və erməni baş keşişinin arzusu gözündə qalır.
(Davamı var)