Müharibə öz gedişatında çox fərqləri üzə çıxarır, şücaət göstərən döyüşçüləri, uğurlu hərbi əməliyyatları, sərkərdə peşəkarlığını və s. Bütün bunlarla yanaşı vətən savaşlarında qəhrəman şəhərlər də üzə çıxır. Sakinlərinin mərdliyi, əzmi, doğma şəhərlərinin müdafiəsində göstərdikləri qəhrəmanlığı ilə fərqlənən, müharibə zamanı müstəsna rolu olan şəhərlər. Elə 44 günlük Qarabağ savaşında da Tərtərin simasında bunun şahidi olduq.
“Qəhrəman şəhər” termini ilk dəfə II dünya müharibəsi zamanı SSRİ-də meydana gəlib. 2 oktyabr 1941-ci ildən 7 yanvar 1942-ci ilə qədər davam edən Moskva uğrunda döyüşlərdə sovet ordusu keçirdiyi hərbi əməliyyatlar nəticəsində Adolf Hitlerin təsdiqlədiyi “Tayfun” əməliyyatı iflasa uğradıqdan sonra “Pravda” qəzeti Moskvanı “qəhrəman şəhər” kimi təqdim edib. Bu ad jurnalistin təxəyyül məhsulundan başqa heç bir rəsmi status daşımayıb.
“Qəhrəman şəhər” adının rəsmiləşdirilməsi məsələsi ilk dəfə Kremldə 1943-cü ildə müzakirəyə çıxarılıb. Uğurlu Stalinqrad döyüşlərindən sonra SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Kalinin “Qəhrəman şəhər” adının təsis olunması ilə bağlı təklif irəli sürüb. Mərkəzi Komitənin geniş tərkibli iclasında Kalinin fikirlərini belə əsaslandırıb:
- Stalinqrad uğrunda gedən döyüşlərdə qazanılan qələbə bütövlükdə II dünya müharibəsinin gedişində əsaslı dönüş yaratdı. İosif Vissarionoviçin adını daşıyan bu şəhərin sakinləri hərbçilərlə birlikdə “Stalin uğrunda” deyib Vermaxt qoşunlarını darmadağın etdilər, onlar geri çəkilməyə məcbur oldular. Bu şəhər rəsmi bir statusla fərlənməlidir və mən təklif edirəm ki, “Qəhrəman şəhər” adı təsis edilsin, bu ad ilk olaraq Stalinqrad şəhərinə verilsin.
Anastas Mikoyan adətinə uyğun olaraq Stalinə xoş gəlmək üçün Kalininin təklifini dəstəkləyib:
- Mən yoldaş Kalininin təklifi ilə tam razıyam. Belə bir adın təsis edilməsi və bu adın ilk olaraq Stalinqrad şəhərinə verilməsi tarixi gerçəklik olmaqla yanaşı, həm də beynəlxalq müstəvidə böyük önəm daşıyacaq. Qalib liderin adını daşıyan şəhərin qəhrəman adını daşıması dünya üçün yeni bir xatırlatma olacaq, qalibiyyət, qələbə, qəhrəmanlıq xatırlatması. Digər tərəfdən, bu Stalinqrad sakinləri üçün bir stimul olacaq. Stalinqradın bərpa olunmasında qəhrəman şəhərdə işləmək könüllülər üçün şərəf işi sayılacaq və SSRİ-nin ayrı-ayrı bölgələrindən bu şəhərə böyük axın olacaq.
Kalininin təklifi Stalin üçün çox da gözlənilən olmayıb. Amma məmurların fikri Stalin üçün maraqlı olub və o, münasibət bildirmək üçün sözü marşal Jukova verib. Jukov aədtinə xilaf çıxmayaraq qısa və konkret münasibət bildirib:
- Hələ müharibə sona çatmayıb. Hələ ki, Vermaxt qoşunları SSRİ-nin ərazisində yeni hərbi əməliyyatlar planlaşdırırlar. Buna görə də bizim müzakirələrin əsas mövzusu düşmənə qarşı cavab əməliyyatları ilə bağlı olmalıdır. Qəhrəman şəhər haqqında düşünməyə sonralar vaxtımız çox olacaq.
Daha bir neçə çıxışdan sonra Stalin ayağa qalxaraq məsələyə münasibətini bildirib. Çıxışını istehzalı təbəssümlə başlamağı müşavirə iştirakçılarına agah edib ki, təklif Stalin tərəfindən bəyənilməyib:
- Mən gözləyirdim ki, siz mənə də qəhrəman adını verməyi təklif edəcəksiniz. Şəhər mənim adımı daşıyırsa, mənə də ad verilməlidir – deyə Stalin çıxışına zarafatla başlayıb və fikrini belə yekunlaşdırıb:
- Biz bu gün uğrlu Stalinqrad əməliyyatlarından danışdığımız zaman ölkəmizin hansısa şəhəri almanlar tərəfindən bombalanır. Mən yoldaş Kalininin təklifini yüksək qiymətləndirirəm, amma bu, gələcəyin işidir. Sovet tankları Berlinin küçələrində dolaşanda biz bu məsələyə yenidən qayıdacağıq.
Beləliklə, qəhrəman şəhər statusunun rəsmiləşməsi təxirə salınıb.
Nəhayət, 1945-ci ildə Stalinin söylədiyi kimi sovet tankları Berlinin küçələrində hərəkət edəndə Ali Baş Komandanın 1 may 1945-ci il tarixli 20 nömrəli əmri ilə Leninqrad, Stalinqrad, Sevastopol və Odessaya “Qəhrəman şəhər” adı verilib.
21 iyun 1961-ci ildə daha bir şəhər, Kiyev də bu ada layiq görülüb.
Leonid İliç Brejnev hakimiyyətə gəldikdən sonra, 1965-ci ildə, Qələbənin 20 illiyi ərəfəsində “Qəhrəman şəhər” statusu haqqında yeni əsasnamə qəbul edilib və bu əsasnəməyə görə ad almış şəhərlərə “Lenin” ordeni və “Qızıl ulduz” medalı təqdim edilib.
Yeni əsasnəmə ilə Leninqrad, Stalinqrad, (Volqoqrad), Odessa, Sevastopol, Kiyev, Moskva şəhərlərinə “Qəhrəman şəhər”, Brest qalasına isə “Qəhrəman qala” adı verilib.
1973-cü ildə Kerç və Novorossiysk, 1974-cü ildə Minsk, 1976-cı ildə Tula, 1985-ci ildə Murmansk və Smolensk şəhərləri də “Qəhrəman şəhər” adı ilə təltif olunublar.
Beləliklə, SSRİ dövründə 12 şəhər və 1 qala qəhrəman statusunu alıb.
Təəssüflər olsun ki, bu siyahıda Qələbənin təmin olunmasınada müstəsna rolu olan Bakı şəhərinin adı yoxdur. Yəqin ki, sovet rəhbərləri Hitlerin yubileyində SSRİ-nin maketi formasında onun qarşısına qoyulan tortun Bakı hissəsini kəsərək iştahla ağzına qoyması səhnəsini unudublar. Sovet liderləri unutsa da, tarix unutmur və unutmayacaq.
İlham Cəmiloğlu, Musavat.com