Əsrlər boyu Afrikanın 20-dən çox ölkəsində müstəmləkə siyasəti həyata keçirən Fransa İkinci Dünya Müharibəsindən sonra bu ölkələrə müstəqillik vermək məcburiyyətində qalıb. Lakin yenə də hərbi siyasi avtoritetini itirməmək üçün, həmin ölkələrdə münaqişə ocağı yaradıb ora yenidən sülhməramlı adı altında nəzarətini davam etdirib.
Cenub.az xəbər verir ki, bu barədə İtaliyada yaşayan həmyerlimiz Emin Rüstəmov sosial şəbəkədə yazıb.
O, özünü humanist ölkə kimi təqdim edən Fransanın ötən illər ərzində iştirakçısı olduğu qanlı hadisələri xatırladıb.
132 il Əlcəzairi sömürən Fransa burada ən qəddar müstəmləkə siyasətini həyata keçirib. 1830-cu ildən 1962- ci ilə qədər Əlcəzair Fransanın müstəmləkəsi olub. 1954-62 ci illəri əhatə edən 8 illik azadlıq mübarizəsi nəticəsində Əlcəzair müstəqillik əldə etsə də, 1,5 milyon nəfər fransızlar tərəfindən öldürülüb, 100 minlərlə insan yaralanıb.
6 aprel 1994- cü ildə Ruanda prezidenti Juvenelya Xabiarimana və Brundi prezidenti Siprien Ntaryamiranın içində olduğu təyyarə Ruanda paytaxtı Kiqali yaxında vurulub. Bu andan etibarən təxminən 100 gün davam edən Ruanda soyqırımı başlayıb. Nə qədər daxili azadlıq müharibəsi olsa da Fransanın müdaxiləsindən hər kəsin xəbər var. Belə ki, təhlükəsiz zona yaratmaq adı altında hərbi əməliyyat həyata keçirilib və nəticədə 800 min nəfər yerli tutsi qəbiləsindən insan həlak olub.
Fransanın həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində də xeyli sayda insan tələfatı qeydə alınıb.
Çad-Epervier əməliyyatı - Çad və Liviya arasında baş verən müharibə zamanı Fransanın 1986-cı ilin Fevralında Liviyaya qarşı başlatdığı hərbi əməliyyatdır. 2014-cü ildə başa çatıb.
Fil Dişi sahili-Licorne əməliyyatı - ölkədəki daxili müharibəni sonlandırmaq məqsədilə 2002-ci ilin iyul ayında başladılıb. 2016-cı ildə bitib.
Liviya (2011) - Harmattan əməliyyatı - Liviyada başlayan etirazlardan sonra, xalqı Müəmmar Qəddafi rejimindən qorumaq məqsədilə 2011-ci ilin martında başladılıb. Əməliyyat Qəddafinin öldürülməsinin ardından 2011-ci ilin oktyabr ayında yekunlaşdırılıb.
Mali (2013) - Serval əməliyyatı - 2013-cü ildə Malidə baş verən daxili problemlər, ölkənin şimalındakı silahlı qruplasmalara qarşı başladılan hərbi əməliyyatdır. 4000 nəfər əsgərin iştirak etdiyi hərbi əməliyyat, 2014-cü ilin iyulunda bitib və yerini Barkhane əməliyyatı alıb. Bu əməliyyat həmçinin Epervier və Serval əməliyyatlarının davam hesab edilir. Burkino faso, Mali, Movritaniya, Çad və NIger ölkələrini əhatə edir.
Mərkəzi Afrika Respublikasında 2002-ci ildə başladılan Boali əməliyyatı 2013-cü ildə başa çatıb və onun yerini Sangaris hərbi əməliyyatı alıb.
Yenisabah