Politoloq: “Azərbaycanın əsas hissəsindən Naxçıvana quru yolunun açılması bütün region ölkələrinin marağındadır”
Rusiya Prezidenti Vladimir Putin noyabrın 22-də Rusiyanın “Rossiya 1” telekanalına müsahibə verib. Müsahibə çərçivəsində Dağlıq Qarabağın mövcud və gələcək vəziyyətinə toxunan Rusiya lideri bölgədə bir daha “Dağlıq Qarabağ münaqişəsi” ifadəsini eşitməyəcəklərinə ümid etdiyini söyləyib: “Əgər, hər şey yolunda getsə, Ermənistanda fövqaladə vəziyyət baş verməsə, yəni, hakimiyyət dəyişikliyi olmasa, hər şey qaydasında olacaq. Rusiya, Türkiyə, Azərbaycan bölgədə əməkdaşlığa davam edəcək. Biz İranın da bölgədə fəaliyyət göstərməsində maraqlıyıq”.
Putinin sözügedən açıqlaması qeyd olunan ölkələr arasında yeni formatın olacağından xəbər verirmi? Yaxud, Rusiya liderinin dediyi kimi, Ermənistanda hakimiyyət dəyişikliyi baş versə, qeyd olunan əməkdaşlıq sual altına düşə bilərmi?
Şərhində politoloq Natiq Miri deyib ki, sözügedən ölkələrin hədəfində regional əməkdaşlıq formatının olduğu müşahidə edilir: “Bildiyiniz kimi, Suriyada 2011-ci ildən bəri vətəndaş müharibəsi gedir və dünyada elə bir güc qalmayıb ki, bu ölkəyə və regiona müdaxilə etməsin. Amma böyük anlamda Suriyada müharibəni yenə də regional format, yəni, Rusiya-Türkiyə-İran formatı çərçivəsində dayandırmaq mümkün oldu. Əslində, Suriyadakı bu formatdan sonra belə bir regional formatın Cənubi Qafqaz bölgəsində də mövcud olması haqqında danışılır və arzu edilirdi. Başda Rusiya və Türkiyə olmaqla, regional ölkələr artıq belə bir əməkdaşlıq formatının həyata keçirilməsinin regionda həm sülhə töhfə verəcəyi, həm də ticari-iqtisadi baxımdan regionun çiçəklənməsinə gətirib çıxaracağı baxımından, regionun güclü ölkələri Rusiya, Türkiyə və İran arasında müəyyən əməkdaşlıq təsəvvürünün formalaşmasına şərait yaradırdı”.
“Məhz bunun nəticəsi olaraq artıq Qərb dünyasında, xüsusən də Avropa İttifaqının üzvü və Ermənistanın havadarı rolunda çıxış edən Fransa kimi ölkələr də ciddi şəkildə bu formatdan narahat olmağa başlayıb. Hətta, Suriyada mövcud olan əməkdaşlıq formatının Cənubi Qafqazda da təşəkkül tapmasından narahat olduqlarını da şəxsən bildiriblər. Bu faktorun özü göstərir ki, regionda belə bir əməkdaşlıq formatının təşəkkül tapmasına artıq yol açılıb”, - politoloq bildirib.
O, Naxçıvanın Azərbaycanla birləşdirilməsi üçün açılacaq yolun da bu format çərçivəsində mümkün olacağını vurğulayıb: “Çünki bu yolun açılması təkcə Azərbaycanın maraqlarına xidmət etmir, bu, həm də Türkiyənin, Rusiyanın və İranın da geosiyasi maraqlarına xidmət edir. Çünki bu yolun vasitəsilə Rusiya artıq Şimal-Cənub dəhlizi çərçivəsində Azərbaycan ərazisindən rahatlıqla keçərək Ermənistana dərmiyolu ilə gediş-gəliş həyata keçirə biləcək. Eyni zamanda, Rusiya və İran bu yoldan istifadə edərək Hindistana qədər ticari-iqtisadi əlaqələrini artıra biləcək. Paralel olaraq Türkiyə də bu quru yol ilə Azərbaycan, Xəzər dənizi vasitəsi ilə Mərkəzi Asiyaya, yəni türk respublikaları ilə əlaqələrini gücləndirə biləcək. Bu da əslində regiondakı bütün ölkələrin geosiyasi maraqlarına xidmət edir. Düşünürəm ki, bu məsələ kontekstində Qarabağ probleminin də region üçün problem olmaqdan çıxarılması razılaşdırılıb.”
N.Miri əlavə edib ki, Türkiyənin Azərbaycanda, xüsusən də Cənubi Qafqazdakı varlığı Rusiyanı əvvəlki kimi narahat etmir: “Əksinə, Rusiya bunu gerçəklik kimi qəbul etdiyi üçün, hətta, Qarabağ məsələsinin həllində də Türkiyə ilə ikili formatı gələcək perspektivə hesablanmış format kimi dəyərləndirir. Belə bir regional Türkiyə-Azərbaycan-Rusiya-İran formatın təşəkkül tapması, regionun inkişafına da gətirib çıxaracaq. Nəticə etibarı ilə Ermənistan da bu reallığı başa düşsə, bu format gələcəkdə Ermənistanın da inkişaf etmək baxımından önünü aça bilər və bir çox layihələr məhz Errmənistan ərazisindən Türkiyəyə, oradan da Qərbə uzana bilər ki, bu da Ermənistan dövlətinin çöküşünün qarşısını ala bilər. Ona görə də bu regional format inkişaf etsə, Ermənistanın da bu format çərçivəsində yer almasını ehtimal etmək olar”.
ayna.az