Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı tarixindən maraqlı məqamlar



-Masallı Birinci Dünya 

müharibəsi illərində 

-     Boradigah kəndində münaqişə
-     Astaranın alınması

- “Muğan diktaturası” necə yarandı?

- Muğan Sovet Respublikası yaradılması

  “Miyutin” paraxodundakl silah-sursat

-Masallı mart soyqırımı dövründə

- Rus əsgərlərinə qarşı üsyan 

və digər məqamlar haqqında ətraflı məlumat alacaqsınız.



Ötən yazımızda "Talışın Müvəqqəti  İdarəsi" digər məqamlar haqqında yazı ilə tanış olmusunuz. Bu yazıda isə həmin yazıdan bəzi məqamları xatırlatmaqla yuxarıda qeyd etdiyimiz mövzulara aydınlıq gətirməyə çalışacağıq.

... General İ.F.Paskeviçin  2 may 1826-cı il tarixli əmrinə uyğun olaraq "Talışın Müvəqqəti   İdarəsi" yaradılır.

Bu quruma ruslardan təyin edilmiş  hərbi rəis rəhbərlik edirdi.

 26 iyul 1828-ci ildə fəaliyyətə başladı. Bu idarə 1831-ci ilədək birbaşa Gürcüstanın baş qubernatoruna tabe idi. 

Lakin 1831-ci ilin martında Mir Həsən xanın davamçıları tərəfindən üsyan yatırıldıqdan sonra bu idarə Şuşa şəhərindəki Zaqafqaziya müsəlman vilayətlərinin hərbi dairəsinə tabe edilir.

Qurum yarandıqdan 14 il sonra, 10 aprel 1840-cı ildə   ləğv edilir. 

Bundan sonra Zaqafqaziya ərazisində  Talış əyalətinin də daxil olduğu olan 7 mahaldan ibarət olan Xəzər vilayəti meydana gəldi. 

  Polis nahiyələri pristav tərəfindən idarə olunurdu. 

Polis nahiyələri özlüyündə kənd cəmiyyətlərinə bölünürdülər.

1913-cü ildə mahalda 65 kənd icması və 9 köçəri məntəqəsi var idi. 

1926-cı ildə mahal 13 məntəqədən ibarət idi.

Masallıda Boradigah, Qızılağac, Xırmandalı, Musakücə kənd cəmiyyətləri fəaliyyətdə idi. 

Kənd cəmiyyətləri özündə bir neçə kəndi birləşdirirdi. 

  Hər bir qəzada qəza idarəsi var idi. 

Qəza idarəsi qəza rəisi, onun köməkçisi və katibi, iki katib köməkçisi və bir tərcüməçidən təşkil olunmuşdu.

 Qəza rəisləri qəza idarəsinin başında durmaqla və onu idarə etməklə yanaşı, qəzalarda polis rolunu da oynayır, həm də dövlət əmlakının qoruyucusu idilər. 

Qəza rəisləri həm də qəza ərazisindəki kəndlərin əhalisinə nəzarət etmək və onların müxtəlif problemlərini həll etmək səlahiyyətlərinə malik idilər.

Qəza idarələrinin hər birində kəndli məsələləri ilə bağlı bir nəzarətçi və qəza rəislərinin iki köməkçisi var idi .

Starşina ilə çavuşun fərqi nə idi?

 Bəzi böyük kəndlərdə starşinalara köməkçilər – çavuşlar təyin olunurdu. 

Starşina vergi ödəməkdən və digər mükəlləfiyyətlərdən azad idi.

 Çavuşa isə əhalinin hesabına az miqdarda məvacib ödənilirdi. 

Hər ikisinin hüquq və mükəlləfiyyətlərini təyin edən heç bir əsasnamə yox idi və onlar yalnız yerli rəisin əmrlərini yerinə yetirirdilər. 

Köçəri tayfalarda irsi starşinalar və ya qəbilə rəisləri var idi.

Masallının tarixindən maraqlı məqamlar

Masallı Birinci Dünya 

müharibəsi illərində 

-     Boradigah kəndində münaqişə
-     Astaranın alınması

- “Muğan diktaturası” necə yarandı?

- Muğan Sovet Respublikası yaradılması

 - Masallı mart soyqırımı dövründə

“Miyutin” paraxodundakl silah-sursat


Masallı Birinci Dünya 

müharibəsi illərində 


Dünyanı yenidən bölüşdürmək, nüfuz dairəsi, xammal mənbələri və satış bazarları uğrunda böyük dövlətlərin, iki koalisiyası arasında 1914-cü il iyunun 28-də başlanan Birinci Dünya müharibəsi başlandı.

Çar Rusiyasının cənub ucqarı olan Azərbaycanın digər qəzaları kimi, Lənkəran qəzası da müharibənin təsirindən kənarda qalmamışdı. 

Müharibə nəticəsində qəzanın əsas aparıcı sahəsi olan kənd təsərrüfatı böyük dağıntıya və durğunluğa səbəb oldu. İş heyvanlarının, təkərli daşıma vasitələrinin hərəkətdə olan orduya səfərbər edilməsi, kəndlilərin sağlam hissəsinin 30 faizinin təsərrüfatdan götürülərək arxada müharibə ilə əlaqədar işlərdə işlədilməsi ölkə təsərrüfatının dağılmasını daha da sürətləndirirdi. 

İqtisadi çətinliklər narazılıqlara səbəb olurdu.

Boradigah kəndində münaqişə

1914-cü ilin oktyabr ayında Boradigah kənd icmasının kəndliləri qəzanın iri torpaq sahibləri, Talışinskilərə qarşı inadlı mübarizəyə başlayaraq, onlara icarə haqqı verməkdən imtina edir, torpaqlarına zəbt edirdilər. 1915-ci ilin martın əvvəllərində qəzanın Digə kəndi sakinləri ilə Hacı Mir Sadıq bəy Talışinski arasında torpaq üstündə ciddi bir münaqişə başlandı. Kəndlilər münaqişəli torpağı öz əllərinə keçirmək üçün böyük səy göstərdilər. 

Teymur bəy Bayraməlibəyovun “Kaspi”qəzetindəki məqaləsi

Dövrün görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyovun “Kaspi”qəzetinin 1915-ci il fevral və mart aylarında dərc etdirdiyi məlumat xarakterli müxbir məqalələri əsasən Lənkəran qəzasında özbaşınalığın hökm sürməsinə, quldurların, oğruların kənd əhalisinə divan tutmasına, onların mal-qarasının oğurlanmasına həsr olunmuşdur. 

Məsələn, «Bizə Lənkərandan yazırlar» başlığı altında (“Kaspi”qəzeti, 1915, 12 fevral, № 33) çap olunmuş yazıda dövrün görkəmli maarif xadimi Teymur bəy Bayraməlibəyov  oxuculara bildirir ki, Lənkəranın Təzəkənd qəsəbəsinə basqın edilmiş və yerli əhalidən xeyli mal-qara oğurlanmışdır. 

Onlara 150 manat ziyan vurulmuşdur. Quldurlar yaxşı silahlandıqları üçün onlardan oğurlanan mal-qaranı hətta kənd starşinası geri qaytara bilməmişdir.


1917-ci il Fevral inqilabından sonra Rusiyada Müvəqqəti hökumət yaradıldı. Müvəqqəti hökumətin Lənkəran qəzasında da orqanları təşkil edildi. 

Polis nahiyələri dairələrə necə bölünd?   

1917-1929-cu illərdə qəzalar, o cümlədən Lənkəran qəzası polis nahiyələri deyil, dairələrə bölünmüşdü.

 Qeyd olunan dövrdə 

Lənkəran qəzası 

Lənkəran şəhəri, Sara (Sarı) adası və 9 dairədən 

(Astara, Astraxanbazar, Boradigah, Vərgədüz, Lerik, Masallı, Mistan, Prişib, Şürük) ibarət idi. 

Fevral inqilabından sonra Azərbaycanın digər qəzalarında olduğu kimi Lənkəran şəhərində iki hakimiyyətlik yaranmışdı. 

Bunlardan biri hakim siniflərin hakimiyyəti olan Lənkəran qəza icraiyyə komitəsi, 

digəri isə sovetlər idi. 

“Muğan diktaturası” necə yarandı?

Lənkəranın xanları öz mövqelərini möhkəmlətmək məqsədilə Əsgərxan Talışinskinin başçılığı ilə «Muğan ölkə idarəsi» təşkil etdilər.          1 avqust 1918-ci ildə Muğanda İlyaşeviç tərəfindən Muğan diktaturası elan edildi. Diktaturanın paytaxtı Göytəpə kəndi idi. Əhali əsasən rus koloniyalarından ibarət idi. 

Ərazisi 

qərbdə Ərdəbilin Biləsuvar şəhəri,

cənubda Lənkəranın Nərimanabad kəndi, şərqdə Neftçalanın Qaçaqkənd kəndinəcən uzanan bir bölgədə yerləşirdi. 

3 sentyabr 1918-ci ildə Qaçaqkənd yaxınlığında leytenant Xoşevin başçılığındakı diktaturanın ordusu türkləri geri qovmağı bacarmışdı.

 17 noyabr 1918-ci ildə Bakıya gələn general Tomsonun nümayəndələri diktaturanı rəsmən tanımışdı. 

1919-cu ilin yanvarında Anton Denikinin nümayəndələri Lənkərana gəlmiş, lakin Muğanlıların tələblərini nəzərə almadıqları üçün bu dəfə Muğan diktaturası Lazar 

Muğan Sovet Respublikası yaradılması

Biçexarova sadiqlik elan etmişdi. 25 aprel 1919-cu ildə Lənkəranda çevriliş oldu və Muğan Sovet Respublikası yaradıldı, İlyaşeviç həbs olundu. 

Diktaturaya sadiq qüvvələr Lənkəranı tərk edərək Muğana keçdilər. 

1919-cu ilin iyun ayında leytenant Xoşev Lənkərana hücum edib sovet respublikasını devirmək istəsə  də bacarmadı. 

Astaranın alınması

İyunun 17-si isə ADR-ə sadiq olan Hüseyn Ramazanovun dəstələri, İrandan gələn köməkçi qüvvələrlə Astaranı ələ keçirmişdi. 

Lakin 23 iyul 1919-cu ildə diktatura ordusu şimaldan, ADR ordusu isə cənubdan hücum edərək Muğan Sovet Respublikasına son verdilər.

 Sovet respublikasına sadiq qüvvələr Sarı adasına çəkildi. Şəhər avqust ayının 8-inə kimi yenidən leytenant Xoşevin ordusunun əlinə keçdi.

Muğan Müvəqqəti

 Hərbi Diktaturasının qalıqları necə ələ keçirtdi?

24 iyul 1919-cu ildə Muğan Müvəqqəti Hərbi Diktaturasının qalıqları Lənkəranı yenidən ələ keçirdi.

 28 iyul 1919-cu ildə hərbi komitə başçısı Timofey Ulyantsev də öldürüldü. Avqustun 9-u isə şəhər Azərbaycan Demokratik Respublikasına təhvil verildi. 

Muğan Sovet Respublikası hökuməti Sarı adasına çəkildi. Burada da müdafiənin mümkünsüzlüyünü gördükdə bölünərək adanı 3 istiqamətdə tərk etmişdilər. 

Mart soyqırımı dövründə

1918-ci ilin martın 31-də Bakı quberniyasında ermənilərin müsəlmanlara qarşı başladıqları etnik təmizləmə və soyqırım siyasəti Masallıda faciəli oldu. 

Burada qırğın siyasətinə hələ yanvar ayında hazırlıqlar gedirdi. Belə ki, yanvar ayında İrandan qayıdan rus əsgərləri Astarada yerli camaata tüfəngdən atəş açmışdılar. Bu xəbər Lənkəran camaatını da bərk qorxuya salmışdı. Çünki bu zaman Lənkəranda 2 mindən artıq qeyri-millətlərdən olan əsgərlər var idi. Həm də onların sərəncamında çoxlu hərbi sursat və silah var idi. Rus əsgərləri həmin silah və sursatı Avetisovun erməni və ruslardan ibarət əsgərlərinə verirdilər. Camaat belə qərara gəlir ki, bu qədər silahı əldən buraxmaq olmaz. 

“Miyutin” paraxodundakl silah-sursat

İrandan qayıdan rus əsgərlərini gətirən “Milyutin” paraxodundakı silah-sursatı ələ keçirməkdən ötrü İbrahim bəy Şahtaxtinski xeyli silahlı dəstə ilə hücuma keçdi və qənimət olaraq 

6 ədəd pulemyot,

 800 tüfəng, 

850 min patron və 

10 yeşik bomba ələ keçirdi.

 Mircavad bəy Talışinskinin Ərkivandan göndərdiyi atlı dəstə də silah ələ keçirməyə cəhd etdi. 

Avetisovun əsgərləri bu hadisədən istifadə edərək Lənkəran uyezdində qarışıqlıq törədirdilər. 

Muğana tərəf hərəkət edən rus əsgərləri ilə əlbir hərəkət edən ermənilər Göytəpə (Prişib) ilə Astaranı birləşdirən “Poçt yolu” ətrafında yerləşən Muğan kəndlərini qarət və talan etməyə üstünlük verirlər. 

Rus əsgərlərinə qarşı üsyan

Silahlı rus əsgərlərinə qarşı ilk müqavimət 1918-ci ilin mart ayında Malakan (Kalinovka) kəndi ətrafında baş verir. Xırmandalı, Həsənli, Məmmədxanlı kəndlərindən toplanmış bir dəstə könüllü də onları tərksilah etmək, əmlaklarını, silah və hərbi sursatlarını ələ keçirmək üçün Kalinovkanın yaxınlığından keçən Viləş çayının sahilində döyüş mövqeyi tuturlar. 

Olduqca zəif silahlanmış və qüvvələri sayca az olan muğanlılar ilk atışmada itki verərək geri çəkilməli olurlar. Əslində bu qarşıdurma ermənilərin Muğan kəndlərinə qarşı talançı basqınları üçün şərait yaratdı. 

Yeddioymaq kəndindən tutmuş “Poçt yolu” boyunca Prişibə tərəf

Ruslarla əlbir hərəkət edən erməni silahlıları müsəlmanlardan intiqam almaq məqsədi ilə Yeddioymaq kəndindən tutmuş “Poçt yolu” boyunca Prişibə tərəf və şimala doğru 23-dən artıq Muğan kəndlərinin dinc əhalisinə qarşı soyqırım təşkil edirlər. 

Malakana yaxın olan Yeddioymaq kəndi yandırılır, kənd sakinləri işgəncəyə məruz qalır. Kəndin məscidi toplardan atılan mərmi ilə dağıdılır.

 Məmmədxanlı və Həsənli kəndlərində erməni-rus əsgərləri ilə ciddi qarşıdurma olur və bir əsgər öldürülür. 

İlyaşeviç öldürülmüş əsgərin qatilini tələb edir və onun təslim olmayacağına qədər amansız olaqcağını bəyan edir. Ona cavab olaraq Həsənli və Məmmədxanlı kəndliləri gecə ikən Malakana hücum çəkib kəndi çapıb talayırlar. Bu xəbərdən sonra Məmmədxanlı və Həsənli kəndlərinə soxulan erməni silahlı dəstələri müsəlmanlar arasında axtarış və həbslərə başlayır. 

İsa Həsən olğlunun həbsi

Bir neçə günahsız ailə öldürülür. Faciənin təşkilatçısı kimi İsa Həsən oğlu həbs olunur. Onu atın quyruğuna bağlayıb sürüyür və yarıcan halda Prişib polkuna təhvil verirlər. Köməyə əlavə olaraq erməni silahlı dəstələri də göndərilir. Avetisovun əsgərlərinin müsəlmanlara qarşı etdikləri vəhşilik və zülümlər sayəsində Muğan kəndlərində həyat sönmüş, insan yaşamayan ölü kənd olmuşdu.

   İlyaşeviç Həsənli camaatını qaçaq Yunusa köməklik göstərməkdə günahlandıraraq erməni silahlılarını yenidən kəndin üzərinə talanlara göndərdi. Atılan top mərmisi Həsənli kəndində insan təlafatına səbəb olur. Kənd məscidi dağıntıya məruz qalır. 

Şərəfə kəndinin  top atəşinə tutulması  

 Erməni–rus hərbi birləşmələri Şərəfə kəndini də top atəşinə tuturlar. Ələ keçirilən 2 şərəfəlinin başı kəsilir. Camaat işgəncə və təhqirlərdən qorunmaq üçün kəndin ətrafındakı sıx meşəlik və cəngəlliklərə sığınır. Seybətinli Mirsadıq bəy, Talışxanlı Əkbər xan, Mirqasım bəy oğlu Talışinski və kənd ağsaqqalları silahlıların kəndə hücumunu dayandırmaq üçün onlarla danışıqlara başlayırlar. Çoxlu ərzaq və mal-qara verməklə erməni-rus silahlılarının sonrakı qırğınının qarşısını alırlar.

      Erməni-rus silahlılarının növbəti hücum hədəfi 2 rus əsgərini öldürməkdə günahlandırılan Xırmandalı kəndi idi. İlyaşeviç kəndi yandırıb külə çevirməyi əmr etmişdi. Kəndin əli silah tuta bilən kişiləri Hacıtəpə kəndinin günçıxanında “Çandıq” adlanan ərazidə müdafiə mövqeyi tutmuşdular. Uşaqlar və qadınlar kənddən çıxarılaraq təhlükəsiz yer kimi dənizdə tuqay qamışlıqla əhatə olunmuş adalarda yerləşdirilmişdi. 

Salyan yolundan tutmuş Adıgözəl, Saleh, Qəreycə, Arpa qobusu Xırmandalı camaatının talan və qırğınlardan qorunmaq üçün sığınacaq yeri olur.

Xırmandalı. Sandıq ətrafında qarşıdurma    

 Erməni-rus silahlı dəstələri ilə Xırmandalı kəndinin müdafiəçiləri arasında ilk qarşıdurma Çandıq ətrafında baş verdi. Bir neçə erməni öldürülsə də, müdafiəçilərin itkiləri daha çox olduğu üçün, geri çəkilməyə məcbur oldular. Xırmandalılar Rza kişinin başçılığı altında Xudaverdi quyusu deyilən ərazidə yenidən müdafiə mövqeyi tuturlar. Malakandan və Prişibdən əlavə rus əsgərləri köməyə gəldikdən sonra ermənilər qəti olaraq dinc əhaliyə qarşı qırğınlara başlayırlar. Rus əsgərləri Bayandur təpəsinə qaldırdıqları topdan atdıqları mərmi ilə ermənilərə dəstək olurdular. Ağqobu çayında xeyli insan cəsədi vardı, su qırmızıya çalırdı. İlyaşeviçin quldur dəstəsi erməni daşnakları ilə birləşərək xeyli adamı qanına qəltan etmişdi.

“Aleksandr Yander”  gəmisi     

Bu zaman sahil kəndlərini top atəşinə tutan “Aleksandır Yander” gəmisinin Qızılağac sahilinə çatdığı haqqında vahiməli xəbər də yayılmaqda idi.

Döyüşdə itkilərin çoxalacağından ehtiyat edən xırmandalılar erməni-rus silahlılarının kəndə girməməsi üçün onlarla danışıqlara başlayır. Lakin danışıqlar heç bir nəticə vermir. İlyaşeviç danışığa gələn xırmandalıları həbs etdirib Prişibə apartdırır. Onlara ağır işgəncələr verilir.

    Beləliklə, erməni daşnakları və rus əsgərləri Xırmandalı kəndinə daxil olurlar. Kənd sakinlərinin əksəriyyəti hələ bir neçə gün qabaq kəndi tam tərk etmişdilər. Əsgərlər kəndin gözəgəlimli tikililərini od vurub yandırır, ələ keçirilən ərzağı və taxılı daşıyıb aparırlar. Xırmandalılar doğma yurdlarına qayıdanda artıq evlər yandırılmış, təsərrüfatları məhv edilmiş və daşınıb aparılmışdı. Yaşlı kənd sakinlərı Avetisov və Əmiryanın silahlı dəstələrinin qəddarlığını hələ də xatırlamaqdadırlar. 

   Bütün Azərbaycanı əhatə edən və erməni vəhşiliyini özündə əks etdirən mart faciəsi azərbaycanlılara qarşı törədilmiş soyqırım siyasətinin tərkib hissəsidir. 

1918-ci ilin mart-aprel aylarında Bakı, Şamaxı, Quba, Lənkəran və digər ərazilərdə erməni faşistləri 50 min azərbaycanlını qətlə yetirmiş, 10 minlərlə insanı öz torpaqlarından qovmuşlar. Həmin hadisə Azərbaycan xalqının tarixinə qara hərflərlə yazılmışdır. Azərbaycanın Cənub bölgəsində həyata keçirilmiş bu soyqırımın bir sıra özünəməxsusluqları da var idi. Belə ki, Cənub bölgəsində bu soyqırım hələ 1918-ci ilin yanvar ayından başlamış və 1919-cu ilin avqustuna kimi, yəni Cənubda Cümhuriyyətin bərqərar olmasına kimi davam etmişdir. Bu faciə xalq arasında “Qaça-qaç” kimi tanınan məxsusi adla yadda qalmaqdadır.

Mürüvvət ABBASOV, tarix elmləri üzrə fəlsəfə doktoru. Cenub.az






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10