Müharibələr itkilərlə, dağıntılarla, qələbə, yaxud da məğlubiyyətlərlə yanaşı, həm də qəhrəmanları ilə yadda qalır. Döyüş meydanlarında, hərbi əməliyyatlarda, həmçinin arxa cəbhədə fəqrqlənənlərin, müstəsna xidməti olanların adları tarixə həkk olunur və sözsüz ki, onlar ən yüksək mükafatlarla, orden və medallarla təltif olunurlar.
Sovet-alman müharibəsində də qələbənin təmin olunmasında xüsusi xidmətləri olan hərbçilər və mülki şəxslər ölkə rəhbərliyinin diqqətindən yayınmayıb, müharibənin gedişi zamanı və müharibədən sonra onlar 12 adda orden, 22 adda medallarla təltif olunublar. Bu orden və medalların bir qismi müharibədən əvvəl, digər bir qismi isə müharibə illərində təsis olunub.
“Qırmızı bayraq” ordeni, “Lenin” ordeni, “Sovet İttifaqı Qəhrəmanı” (“Qızıl ulduz” medalı), “İgidliyə görə” və “Hərbi xidmətlərə görə” medallar, digər təltiflər müharibəyə qədərki dövrdə mövcud olsa da, müharibə illərində yeni orden və medalların təsis olunması zəruri sayılıb.
Müharibə dövründə ilk dəfə olaraq 20 may 1942-ci ildə SSRİ Ali Soveti Rəyasət Heyəti tərəfindən 1-ci və 2-ci dərəcəli “Vətən müharibəsi” ordeni təsis edilib, 1-ci dərəcəli ordenlə 350 min, 2-ci dərəcəli ordenlə 980 min nəfər təltif olunub.
Uğurlu hərbi əməliyyatlar keçirən və hərbi birləşmələrdə xüsusi hərbi təşkilatçılıq qabiliyyətinə malik olan komandirlər üçün 29 iyul 1942-ci ildə 1-ci, 2-ci, 3-cü dərəcəli “Suvorov” və “Kutuzov” ordenləri təsis edilib ki, müharibə illərində milyona yaxın zabit heyəti bu ordenlərlə təltif edilib. Eyni zamanda “Aleksandr Nevski” ordeni də təsis olunub və 42 min komandir bu ordenlə mükafatlandırılıb.
22 dekabr 1942-ci ildə SSRİ Ali Soveti Rəyasət heyəti “Leninqradın müdafiəsi”, “Odessanın müdafiəsi”, “Sevastopolun müdafiəsi” və “Stalinqradın müdafiəsi” medallarının təsis edilməsi haqqında qərar çıxarıb.
Kreml partizanların müharibədəki qəhrəmanlıqlarını da diqqətdən kənarda qoymayıb, 1-ci və 2-ci dərəcəli “Böyük Vətən müharibəsinin partizanı” medalı təsis edilib və bu medalla 127 min nəfər təltif olunub.
Müharibə illərində növbəti orden 8 noyabr 1943-cü ildə təsis edilib. 1-ci, 2-ci, 3-cü dərəcəli “Şöhrət” ordeninin hər üç dərəcəsini iki il ərzində 2600 nəfər alıb.
Noyabrın 8-də daha bir orden, “Qələbə” ordeni təsis olunub və ən yüksək ali hərbi mükafat sayılıb. Bu ordenlə cəmisi 17 nəfər təltif olunub. Orden II dünya müharibəsinin gedişini dəyişən, böyük hərbi uğurlar qazanaraq qələbənin təmin olunmasında müstəsna xidmətlər göstərən şəxslərə verilib. İlk dəfə bu ordenlə marşal Georgi Jukov təltif olunub. Jukov, marşal Vasilevski və Stalin “Qələbə” ordeninə iki dəfə layiq görülüblər.
“Qələbə” ordeni ilə təltif olunanların 5 nəfəri xarici ölkələrin vətəndaşları olub. Amerika Birləşmiş Ştatlarından Duayt Eyzenhauer, Britaniyadan Bernard Lou Montqomeri, Rumıniyadan 1-ci Mixay, Polşadan Mixal Jimerski, Yuqoslaviyadan İosip Broz Tito SSRİ-nin ən ali hərbi mükafatına layiq görülüblər.
1966-cı ildə Fransa prezidentinin SSRİ-yə səfəri zamanı Şarl de Qolla da “Qələbə” ordeninin təqdim edilməsi nəzərədə tutulsa da, Kreml son anda bu fikirdən daşınıb.
“Qələbə” ordenini sonuncu alan şəxs Leonid İliç Brejnev olub. Bu təşəbbüs onun özündən gəlib. 1977-ci ildə, 9 may Qələbə günü ilə bağlı keçirilən ziyafətdə Brejnev müharibə qəhrəmanlarının şərəfinə qədəh qaldırıb tost deyərkən, kiçik bir narazılığını bildirib:
“Biz qələbə üçün ağır yollardan keçdik, qanlı cəbhələr gördük, sona qədər döyüşdük. Amma təəssüflər olsun ki, bəzilərimizi lazım olan mükafatlara layiq bilmədilər...”
Siyasi Büro üzvləri baş katibin eyhamını anlayıblar. Daha doğrusu, Brejnevin eyhamını anlamaq bir o qədər də çətin olmayıb. Çünki Brejnevin mükafat “arsenalı”nda “Qələbə” ordenindən başqa bütün orden və medallar olub. Büro yekdil şəkildə Brejnevin könlünü xoş etmək qərarına gəlib. Amma bu məsələ problemsiz ötüşməyib. Sözsüz ki, müharibədən 32 il keçdikdən sonra Brejnevin “Qələbə” ordeni ilə təltifini əsaslandırmaq Kreml məmurlarını çətinliyə salıb. Büro üzvləri bu məsələni Mərkəzi Komitənin katibi Mixail Suslova həvalə ediblər. Suslov baş katibin təltif olunması ilə bağlı elə bir təqdimat yazıb ki, Brejnev az qala özünü Jukov, Vasilevski, Rokossovski kimi sərkərdələrdən üstün tutub. Qeyd edək ki, 21 sentyabr 1989-cu ildə SSRİ Ali Soveti Rəyasət Heyətinin sədri Mixail Qorbaçovun imzaladığı fərmanla Leonid İliç Brejnevdən “Qələbə” ordeni geri alınıb. Amma bu dəfə bu fərmanı əsaslandırmaq üçün heç kim çətinliyə düşməyib. İmzalanan fərman dörd sözlə əsaslandırılıb: “Statusuna uyğun olmadığına görə”.
“Qələbə” ordeni ilə təltif olunanların hamısı dövlət başçıları və marşallar olublar. Aleksey Antonov yeganə general olub ki, bu ali mükafatla təltif edilib.
Bu gün Qarabağ müharibəsində ordumuzun qazandığı uğurlar, torpaqlarımızın işğaldan azad olunması Azərbaycanda yeni orden və medalların təsis olunmasına zərurət yaradıb. Artıq Azərbaycan Prezidenti İlham Əliyev 1 saylı klinikada müalicə olunan hərbçilərlə görüşündə çıxışı zamanı bu məsələyə öz münasibətini bildirib:
“Mən bütün bu 44 gün ərzində, ondan əvvəl və ondan sonra döyüş meydanında, arxa cəbhədə qəhrəmanlıq göstərmiş hərbçilərimizi təltif edəcəyəm. Artıq müvafiq göstəriş verilibdir. Mən artıq göstəriş vermişəm və sizin qarşınızda bunu bəyan etmək istəyirəm ki, Azərbaycanda yeni ordenlər və medallar təsis ediləcək. Məhz Vətən müharibəsində fərqlənmiş hərbçilərə və mülki şəxslərə bu orden və medallar veriləcək. Bu orden və medalların adlarını da mən təklif etmişəm. Hesab edirəm ki, bu adlar da sizin xoşunuza, Azərbaycan xalqının xoşuna gələcək...”
Arzu edək ki, qələbələrimiz, qəhrəmanlarımız və onlara layiq olan orden və medallarımız daha çox olsun.
İlham Cəmiloğlu, Musavat.com