1990-cı illərdən sonra bir sıra müəlliflər SSRİ dövründə ayrı-ayrı şəxslərin mifləşdirilməsi, əfsanəyə çevrilməsi haqqında mətbuatda silsilə yazılarla çıxış ediblər. Bu sırada Yuri Qaqarinin də adı hallanıb. Tanınmış rus yazıçısı Nikolay Nadejdin müəllifi olduğu “Yuri Qaqarin” kitabında ilk kosmonavtın hədsiz dərəcədə ideallaşdırılması haqqında yazıb. Müəllifin fikirləri ictimaiyyət tərəfindən birmənalı qarşılanmayıb. Xüsusilə, Yuri Qaqarinin faşistlərə qarşı apardığı mübarizə mübahisələrə səbəb olub.
Maraqlıdır, həqiqətənmi kosmonavt faşistlərlə mübarizə aparıb? Almanlar SSRİ-yə hücum edəndə kosmonavtın yaşı buna imkan veribmi?
Sovet-alman müharibəsi başlananda Yuri Qaqarinin cəmi yeddi yaşı olub. Alman qoşunlarının SSRİ-də işğal etdikləri ilk ərazilərdən biri də Qaqarinin anadan olduğu və ailəsinin yaşadığı Kluşino kəndi (Smolensk vilayəti) olub. Qaqarinlər ailəsi zəngin yaşamasalar da, kosmonavtın atası Aleksey Qaqarin dülgər olduğundan evləri daha rahat və daha səliqəli olması ilə seçilib. Elə bu səliqəyə görə də alman komendaturasının Albert adlı zabiti ailəni evdən çıxararaq həmin evdə məskunlaşıb.
Yerli kənd sakinləri kobud rəftarı, sərt münasibəti ilə fərqlənən Alberti “şeytan” adlandırıblar. O cümlədən bu alman zabitinin qonşularla sərt raftar etməsi məktəbli Qaqarini də qıcıqlandırıb.
Ailə öz evindən çıxarılıb zirzəmidə yerləşdirilməklə yanaşı, həm də alman zabitinə qulluq etməyə məcbur edilib.
Yuri Qaqarinin anası Anna Matveyeva sonralar yazdığı memuarlarında həmin günləri belə xatırlayıb:
“Albert adlı alman zabiti öz barbarlığı ilə sözün həqiqi mənasında bizi, bütün kənd sakinlərini heyrətə salırdı. İnsan cildində olan bu vəhşi hər addımında qarşısına çıxanı təhqir edirdi, alçaldırdı. Dözülməz bir şəraitdə yaşayırdıq. Bizi öz evimizdən çıxardıb evimizin zirzəmisinə köçürmüşdülər. Şeytan adlandırdığımız Albert içki içəndən sonra daha da vəhşiləşirdi. Günlərin birində Yuri (Qaqarin) təngnəfəs halda işlədiyimiz sahəyə gələrək xəbər verdi ki, Albert qardaşını, kiçik oğlumu ağacdan asır. Tez yığışıb həyətimizə qaçdıq. Boris Yuridən 3 yaş balaça idi. Gördüyümüz səhnə bizi dəhşətə gətirdi. Albert həyətdəki ağacdan dar ağacı düzəltmişdi. Oğlumu qonşuların köməyi ilə güclə xilas etdik. Sərxoş vəziyyətdə olan Albert isə bizə baxaraq qəhqəhə ilə gülürdü. Yura bu hadisədən sarsılmışdı. Səhərisi gün Albert motosikletini işə salmaq istəyəndə işə düşmədi. Yanacaq bakını açdı, içərisi zibillə dolu idi. Bunu Yuri etmişdi.
Bir neçə gündən sonra Yuri faşistdən növbəti qisasını aldı. Şüşə qırıqlarını Albertin gedib-gəldiyi yolda torpağın alt hissəsinə düzdü. Bu dəfə Albertin motosikletinin təkərləri yararsız vəziyyətə düşdü. “Şeytan” möhkəm qəzəblənmişdi, küçəyə çıxıb qışqırırdı ki, mən bilirəm, bunu qəsdən ediblər və bilirəm ki, kim edib, o uşaq mənim gözümə görünməsin. Bir müddət Yuri Albertin gözündən uzaq olmaq üçün kənddə başqalarının evində qaldı...”
Kəndlərinin işğalından sonra alman komendantlığı Yuri Qaqarinin atasını kənd dəyirmanında işlədiblər. Kosmonavtın anası öz xatirələrində həmin dəyirmanda baş verən bir hadisə haqqında da yazıb:
“Həyat yoldaşım un dəyirmanında işləyirdi. Onu alman komendaturası bu işə qoymuşdi. Dəyirman yerli əhali ilə yanaşı almanlara da xidmət edirdi. Yuri çox vaxt atasının yanında olurdu, ona kömək edirdi, növbəni tənzimləyirdi. Bir gün bir qadın növbəsiz içəri keçəndə Yuri onu saxlayıb. Sonra məlum olub ki, qadını alman komendaturasından göndəriblər. Bu hadisə ailəmizə baha başa gəldi. Həyat yoldaşımı Yurinin gözləri qarşısında döydülər. Bu səhnə mənim övladlarım üçün ən ağır mənzərə idi. Sonralar Yuri bu hadisəni xatırlayanda çox pis olurdu, bəlkə də onun son dərəcə vətənpərvər olmasında bu hadisələr öz sözünü demişdi...”
Yuri Qaqarin özü həm kursant olarkən, həm də sonralar məşhurlaşanda uşaqlığının acı müharibə illərindən tez-tez açıqlamalar verib. Kosmonavt müsahibələrində bildirib ki, hələ uşaqlıq illərindən faşizmə qarşı mübarizə aparıb və o, onları öz evlərindən qovan alman zabiti Alberti də xatırlayıb. Yuri Qaqarin səmaların, göylərin faşistsiz olduğu kimi, Yer planetinin də faşistsiz olmasını arzulayıb.
Qeyd edək ki, həm sovet vətəndaşı, həm də kosmosu fəth edən ilk kosmonavt kimi Yuri Qaqarin xarici ölkələrə çoxsaylı səfərlərində antifaşist təbliğatı apararaq dünyanı sülhə çağırıb. Ancaq təəssüf ki, hələ bu gün də Ermənistan kimi dövlətlər siyasi kurslarını faşist ideologiyası üzərində quraraq faşizm ənənələrini davam etdirirlər.
İlham Cəmiloğlu, Musavat.com