SSRİ Nazirlər Sovetinin birinci müavini vəzifəsində işləyərkən Volqoqrada səfər edən Heydər Əliyev şəhər fəalları ilə görüşündəki çıxışında aşağıdakı fikirləri də səsləndirib:
“Siz Həmzə Sadıqovu tanıyırsınızmı? O, Stalinqrad uğrunda gedən döyüşlərdə böyük qəhrəmanlıqlar göstərib, faşist Almaniyasının ən cəllad generalını, İohan Fon Rodenburqu şəxsən özü əsir götürüb, həmin əməliyyat zamanı yaralanıb və sonralar aldığı yaralardan həyatını itirib. Polkovnik Həmzə Sadıqov haqqında hansısa bir məlumatınız varmı? Biz öz qəhrəmanlarımızı unutmamalıyıq. Mənim tarixçilərlə söhbətlərim olub və onlara bildirmişəm ki, Həmzə Sadıqovun xidmətlərini geniş araşdırıb ictimaiyyətə təqdim etsinlər...”
Kim olub Həmzə Sadıqov? Hansı xidmətlərinə görə siyasi birincilərin diqqətini cəlb edib?
Həmzə Sadıqov 1915-ci ildə Ağdam rayonunda anadan olub. 1938-ci ildə hərbi xidmətə çağırılıb. Hərbi xidmətdən sonra Kiyev Artilleriya Məktəbini bitirib, zabit kimi hərbi xidmətə başlayıb. Almaniyanın SSRİ-yə hücumu başlandığı ilk gündən xidmətini döyüş bölgələrində aparıb. Stalinqrad döyüşləri zamanı Həmzə Sadıqov baş leytenant rütbəsində batareya komandiri vəzifəsində xidmət edib. O, eyni zamanda Baş Kəşfiyyat İdarəsinin 4-cü şöbəsinin əməkdaşı kimi də kəşfiyyat xidmətinə cəlb edilib.
Məlum olduğu kimi, Stalinqrad döyüşləri sovet ordusunun uğurlu hərbi əməliyyatları sayəsində bütövlükdə İkinci Dünya müharibəsinin gedişatını dəyişib. Bu döyüşlərdə Həmzə Sadıqovun da böyük xidmətləri olub.
Belə ki, 1942-ci ilin sonlarında hərbi əməliyyatların ən gərgin ərəfəsində Moskvadan, Baş Qərargahdan Stalinqradda yerləşən alman qoşunlarının qərargahının məhv edilməsi tapşırığı gəlib. Alman qərargahının mühasirəyə alınması Həmzə Sadıqovun başçılıq etdiyi qrupa həvalə olunub. Təslim olmaq istəməyən almanlar müqavimət göstərsələr də, mühasirəni yara bilməyiblər. Qərargahda olan Almaniya Silahlı Qüvvələrinin piyada diviziyasının komandiri, Vermaxt generalı İoahn Jon Rodenburq yalnız bir şərtlə təslim olacağını bəyan edib. General yalnız generala təslim olacağını söyləyib. Daha böyük itkilərin qarşısını almaq üçün cəbhə komandanlığı generalın şərti ilə razılaşıb.
Bu əməliyyat da Həmzə Sadıqova tapşırılıb. Baş leytenant rütbəsində olan Sadıqova general forması geyindirib qərargaha yola salıblar. Sadıqov öz qrupu ilə əməliyyat başalayıb. Qərargahın ikinci mərtəbəsində Sadıqov Rodenburqu əsir götürəndə alman generalı ona bir neçə dəfə atəş açıb. Aldığı yaralara baxmayaraq Həmzə Sadıqov alman generalını öz silahdaşlarına təhvil verə bilib.
Rodenburqun əsir düşməsini Hitler özünə böyük zərbə sayıb. Uşaqlıqdan generalla dostluq edən fürer üçün bu böyük itki olub.
Qeyri-rəsmi “general Sadıqov” titulunu daşıyan Həmzə Sadıqov təcili olaraq hospitala yerləşdirilib. Onun növbəti “döyüşü” isə məhz burada başlayıb. Həmzə Sadıqov hər gün saatlarla sorğuya çəkilib. Məqsəd ondan ibarət olub ki, alman generalının əsir götürülməsi milliyətcə azərbaycanlı olan bir qəhrəmanın adına yazılmasın.
Həmin ərəfədə Anastas Mikoyanın Stalinqrad cəbhəsi ilə sıx əlaqələri olub. O, bu cəbhənin təminat və təchizatı ilə məşğul olub. Rodenburq əsir götürüləndə Mikoyan Stalinə generalın Ermənistan könüllüləri tərəfindən əsir götürüldüyünü bildirib. Mübahisəyə həkim ekspertlər son qoyub. Həmzə Sadıqovun bədənindən çıxarılan qəlpə Rodenburqun şəxsi silahının gülləsindən olduğu sübuta yetirilib.
Əsl həqiqətin üzə çıxarılmasında Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Mircəfər Bağırovun da böyük rolu olub. O, Həmzə Sadıqovun müalicə aldığı hospitalda onu ziyarət edib, öz xətti ilə məsələni tam araşdırdıqdan sonra Stalinə və Beriyaya müraciət edib.
Stalin Siyasi Büronun iclasında məsələyə son qoyaraq fikrini belə bildirib:
“Həmzə Sadıqov əsl qafqazlılara məxsus qəhrəmanlıq, qorxmazlıq, mərdlik nümayiş etdirib...”
Mircəfər Bağrov Bakıya qayıtdıqdan sonra Həmzə Sadıqova Sovet İttifaqı Qəhrəmanı adının verilməsi ilə bağlı Moskvaya, Kremlə müraciət edib. Bu məsələdə də Anastas Mikoyan bütün mümkün variantlardan istifadə edərək təltif məsələsinin qarşısını alıb.
Müharibədən sonra Həmzə Sadıqov Ağdama qayıdıb. Həkimlərin bütün səylərinə baxmayaraq onun sağ tərəfdəki iflicini müalicə etmək mümkün olmayıb. O, 1964-cü ildə 49 yaşında aldığı güllə yaralarının tərətdiyi fəsadlardan vəfat edib.
Əsir düşən Vermaxt generalı isə hərbi cinayətkar kimi ittiham olunaraq 25 il azadlıqdan məhrumetmə cəzasına məhkum edilib. O, cəzasını SSRİ Daxili İşlər Nazirliyinin 476 saylı düşərgəsində çəkib. 1955-ci ildə Almaniyaya təhvil verilən Rodenburq 1992-ci ildə, 98 yaşında ölüb.
İlham Cəmiloğlu, Musavat.com