Bəşəriyyətə böyük töhfələri olmasına baxmayaraq, bu adam haqqında nə məktəb dərsliklərində, nə də filmlərdə danışılmayıb. Son illərdə dəyəri gündən-günə başa düşülsə də, Alan Türinq də Nikola Tesla kimi həyatı boyunca ciddi haqsızlıqlara məruz qalan bir dahidir.
1912-ci il iyunun 12-də Londonda dünyaya gələn Alan Türinq kiçik yaşlarından özəl xüsusiyyətlərə malik olduğunu göstərib. Müəllimləri onun, əsasən, riyaziyyat üzrə çox bacarıqlı olduğunu hiss ediblər.
Şerbornda oxuyarkən, Türinq Kristofer Morkom adlı sinif yoldaşı ilə yaxın dost olub. 1930-cu ildə "Mycobacterium bovis" (öküz tuberklyozu) xəstəliyinin ağırlaşması nəticəsində Morkomun vəfat etməsi ilə bu münasibət başa çatıb. Bu hadisədən sonra Türinq ilahi qüvvəyə inancını itirib və ateist olub. Həmçinin bu hadisə Türinqdə böyük kədər hissi doğurub. Böyük dərdin öhdəsindən gəlmək üçün, o, daha ağır elmi mövzular üzərində işləməyə başlayıb.
Təhsil aldığı illər boyunca özünü durmadan inkişaf elətdirən Alan Türinq gənc yaşlarında dahiliyə gedən yolunda ilk addımlarını atıb.
Riyaziyyat və kriptoloqiya (kodlaşdırma elmi) üzərində işlədikdən sonra, İkinci Dünya Müharibəsinin mərkəzində olan İngiltərəyə qayıdıb. Qayıdandan sonra İngiltərə ordusu tərəfindən kriptoloqiya komandasına daxil edilib.
Nasistlər müharibə əsnasında bir-biriləri ilə xəbərləşmələrində tez-tez dəyişən şifrəli mesajlardan istifadə edirdilər. Bu kodları “Eniqma” adlı bir cihazla yaradırlar.
Bacarıqları ilə İngiltərə hökumətini heyran edən Alan Türinq dərhal vəzifəyə təyin edilib. Alan Türinq ingilis hökumətinin müharibə rabitə bazasında almanların sualtı qayıqlarının şifrələrini qırmaq üçün çalışan kriptoanaliz qrupuna rəhbər qoyulub. Bu vəzifədə olduğu müddətdə müxtəlif üsullar inkişaf etdirən Alan Türinqin “Eniqma”nın hazırladığı şifrələri qırmaq üçün “Bombe” adlı bir elektromexanik cihazın ixtira edilməsində böyük xidmətləri olub. Bu cihaz ilə nasistlərin şifrələnmiş mesajları deşifrə edilib. Beləcə, İkinci Dünya müharibəsinin gedişatı da dəyişib. Tarixçilərin dediklərinə görə, “Eniqma”nın şifrələrinin qırılması müharibənin ömrünü ən azı 2 il azaldıb və 14 milyona yaxın insanın həyatını xilas edib.
Alan Türinq eyni zamanda daha mücərrəd riyazi məsələlər üzərində işləməyə davam edirdi, özünün "Computing Machinery and Intelligence" adlı elmi işində isə o, süni intellekt probleminə toxunub və bunun həlli üçün daha sonralar Türinq testi adlanacaq bir eksperimenti təcrübədən keçirməyi təklif edib. Hal-hazırda Türinq testinə əsaslanan “CAPTCHA” internetdə geniş yayılıb.
Süni zəka üzərində işləyərkən şahmatla da maraqlanan Türinq, şahmat oyunu üçün bir alqoritm proqramı hazırlayıb. Türinq hələ bu alqoritmi çalışdıracaq cihazın olmadığını bildiyinə görə bir kağız və qələm alıb, kompüteri özü əvəzləyib. Yazdığı alqoritmi addım-addım işlədərək rəqibi Alik Genie ilə şahmat oynayıb. Oyun zamanı beynindən tamamilə prosessor kimi istifadə edən Türinq, hər hərəkəti yarım saat ərzində edib və bu oyun tarixdəki ilk kompüterləşdirilmiş şahmat oyunu olaraq qalıb.
Avropada dərin yaralar açan İkinci Dünya müharibəsi bitdikdən sonra Alan Türinq homoseksual olduğunu açıqlayıb.
O illərdə homoseksual olmağın və bunu dilə gətirməyin cəzası ağır idi. Alan Türinq "kobud ədəbsizlik" ittihamları ilə təqsirli bilinib. Türinqə həbs cəzası ilə seksual libidonu boğmaq üçün məcburi hormonal terapiya arasında seçim hüququ verilib. Alan Türinq sonuncu variantı seçməyə məcbur olub.
1885-1967-ci illər arasında, təxminən 49.000 homoseksual, İngiltərə qanununa görə əxlaqsızlıq adı altında məhkum edilib. Kastrasyonu seçən Türinqə məhkəmə qərarı ilə yüksək dozada qadın hormonları vurulub.
Bundan sonra onun bütün hərəkətləri ingilis kəşfiyyatı tərəfindən izlənilməyə başlanıb.
Şəxsi durumunu açıqladığına görə, İkinci Dünya Müharibəsində milyonlarla insanın həyatını xilas edən Türinq bir anda unudulub. Bütün bu olanlara görə, Alan Türinq 42 yaşında intihar edərək həyatına son verib.
8 iyun 1954-cü ildə Alan Türinqin meyiti yaşadığı mənzildə tapılıb. Aparılan autopsiya nəticəsində, alimin sionidlə zəhərləndiyi müəyyənləşdirilib. Yatağın yanındakı şkafda dişlənmiş alma aşkarlansa da, onun tərkibində sionidin olduğunu yoxlamaq üçün test keçirilməyib. Lakin məhz almanın zəhərli olması məlumatı geniş yayılıb. Alimin meyiti 12 iyun 1954-cü ildə Surrey qraflığının Uokinq şəhərində yerləşən Krematoriumda yandırılıb.
“Apple” şirkətinin loqosunun çox vaxt səhvən Türinqin şərəfinə yaradıldığı və dişlənmiş almanın onun ölümünü simvolizə etdiyi də qeyd edilir.
Günümüzdə istifadə etdiyimiz kompüterlərin ərsəyə gəlməsində də Alan Türinqin araşdırmaları elm adamlarına yardımçı olub.
2013-cü ildə Kraliça II Yelizaveta, ölümündən sonra Türinqə krallıq əfvini verib.
2014-cü ildə onunla bağlı "The Imitation Game" (İmitasiya oyunu) filmi də çəkilib.
Turan Oruc
Musavat.com