Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Taxta tapanca ilə polisləri qorxudan, sevgilisi tərəfindən satılan, FTB-nin öldürdüyü məşhur soyğunçu - FOTOLAR


Əsl adı Con Herbert Dilinger olan bu şəxs ABŞ-ın kriminal tarixinə damğa vurmağı bacarıb. Xüsusi soyğunlar həyata keçirən Con Dilinger o qədər maraqlı xarakterə malik insan olub ki, günü bu gün də FTB-nin təlim poliqonlarında onun fotolarından istifadə olunur.
22 iyun 1903-cü ildə ABŞ-ın İndianapolis şəhərində dünyaya göz açan Con Dilinger tarixin ən məşhur bank soyğunçularından sayılır.
20 yaşında olarkən oğurladığı maşına görə həbs olunan Con həbsxanadan qaçış yolları axtarıb. Qaçış yolunu donanmada tapan Dilinger gəmilərdə işləmək istədiyini bildirib. Bir neçə ay avarçəkən məhbus kimi işləyən Dilinger, nəhayət, oradan qaça bilib.
ABD suç tarihine damgasını vuran Dillinger'ın serüveni öyle kenar mahallelerde, suç batağında değil donanmada başlamış!
Qatil və amansız adam olmayan, sadəcə soyğunçuluqla məşğul olan Con Dilinger insanlar tərəfindən çox sevilib. Çünki Dilinger soyğunçuluq edərkən insanları incitmədən, şiddətə baş vurmadan etməyi üstün tutub. Soyğunlarını zorakılıqla yox, zəkası ilə həyata keçirən Dilinger buna görə insanların böyük rəğbətini qazanıb. Xalqının sevgisini qazanma səbəblərindən biri də soyduğu banklardan əldə etdiyi pulların bir çoxunu kasıb insanlara paylaması idi. Onun xarakteri də, yöntəmləri də çox fərqli olub.

Bir müddət sonra yenidən həbs olunan Dilinger yenə həbsxandan qaçmağa müvəffəq olub. Onun bu dəfəki qaçışı isə həm gülməli olub, həm də ağıllı bir plan əsasında baş tutub. Taxtadan hazırlanmış oyuncaq silahla polisi qorxuduraq həbsxandan qaçan Dilingerin bu fikri həmin dövrün insanlarını çox təəccübləndirib.
Kişiliği de farklıydı, yöntemleri de farklıydı.
Bu cür hərəkətləri ilə məşhurlaşan Con Dilingerin soyğunlarından daha çox, həbsxanadan qaçış taktikaları danışılıb.
Hətta iddialara görə, Con Dilinger bir dəfə saxlanılıdığı həbsxananın müdirini və onun sürücüsünü qaçıraraq onlarla birlikdə bank soyub. Yəni həbsxana müdirini və onun sürücüsünü soyğunda iştirak etməyə məcbur edib. Dilinger soyğundan sonra onlara düşən payı da verib.
Dillinger durur mu? Hapishane müdürü ve şoförüyle birlikte bankayı soymaya girişir.
O dönəm soyğunçuluq FTB-nin sahəsinə aid olmadığı üçün Diinger ilə yaxından maraqlana bilməyib. O illərdə yeni təyin edilmiş FTB rəhbəri Edqar Huver Dillingerin tutulmasının FTB-yə ictimai dəstəyi artıracağını düşünüb.
Həmin dövrdə Dilingerin soyğunları qəzet başlıqlarında o qədər diqqət çəkib ki, o, Hollivud ulduzu qədər məşhur olub.
O yıllarda kurumsallığını yeni yeni tamamlayan FBI'ın başkanı Edgar Hoover, Dillinger'ın yakalanmasıyla halkın FBI'a desteğini arttıracağını düşündü.
Edqar Huver
Hətta qəzetlərdən Dilingerin soyğunlarının birində "Hudson" markalı avtomobildən istifadə etdiyi yazıldıqdan sonra sözügedən markalı avtomobilin satışı üçqat artıb. Daha sonra bu ardıcıllıq "Ford" markasına keçib. Digər bir soyğuna "Ford" markalı avtomobillə getdiyi üçün insanlar yenidən maşınlarını dəyişməyə balşayıb. İnsanların kütləvi şəkildən Con Dilingerin istifadə etdiyi avtomobillərdən alması onun işini asanlaşdırıb.
Dillinger'ın ünü bir suçlu olarak ne kadar hızlı artıyorsa bir simge olarak da aynı hızla artıyordu.
Artıq təkcə sıradan insanlar deyil, şirkət rəhbərləri və bir çox iş adamları da Con Dilingerə rəğbət bəsləyib.
Lakin xalqın və şirkətlərin Con Dilingerə rəğbətinə iki fərqli yanaşma var. Birincisi və ən geniş yayılmışı odur ki, ABŞ hökumətindən narazı olan xalq bu səbəbə görə Con Dilingeri dəstəkləyib. İkinci yanaşma isə Dilingerin heç də şiddətdən uzaq və simpatik bir insan olmamasıdır.
Kimilerine göre kampanyanın ürünü, kimilerine göre halkın göz bebeği olan Dillinger bu şöhretini çok fazla kullanamamıştır.
FTB-nin arxivindəki qeydlərə görə, Con Dilinger bir çox soyğunlarda öz dəstəsi ilə birlikdə 10 polis məmurunu öldürüb. Bir çox polisi də yaralayıb. Deyilənlərə görə, bu iddialar bir növ FTB tərəfindən hazırlanıb və Con Dilinger sevgisini xalqın gözündə azaltmağa hesablanıb. Dilinger bu şöhrətindən elə də çox istifadə edə bilməyib. 31 yaşında sevgilisi ilə kinoteatrdan çıxarkən güllələnən Con Dilingerin hekayəsi burada da bitib. 3 FTB agenti tərəfindən vurulduğu iddia edilən Con Dilingeri öz sevgilisi satıb. Əməliyyatın başında isə Melvin Purvis adlı yüksək rütbəli FTB zabiti olub.

Onun olduğu yeri agentlərə sevgilisi deyib. İdidialara görə, Dilinger vurulan zaman onu sevənlər xatirə saxlamaq üçün küçəyə axan qanına dəsmalını batırıb.
John Dillinger, Hoosier Hoodlum | DeKalb County Visitors Bureau
Öldürüldükdən sonra “Tommy Gun” silahına Dilingerin adı verilib. Silah 1940-cı illərdə İtalyan mafiyası tərəfindən tez-tez istifadə olunub. FTB-nin atış poliqonlarında hədəflərdə hələ də Con Dillingerin şəkillərinin olduğu deyilir.
Public Enemies Trailer
Con Dilingerin həyatı haqqında 2009-cu ildə film də çəkilib. “Public Enemies” ("Xalq düşmənləri") adlı filmdə Con Dilingeri məşhur aktyor Conni Depp canlandırıb.
Turan Oruc
Musavat.com

Gangster John Dillinger's body will be exhumed from an Indiana cemetery |  wqad.com
This week in history: Here's how John Dillinger's death in Chicago made  headlines - Chicago Sun-Times
John Dillinger's Relatives Say They Have 'Evidence' The Buried Body May Not  Be His | WBFO





Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10