Masallı rayonunda respublika və yerli əhəmiyyətli olmaqla 34 körpü vardır. (+ Viləş çayı üzərində 2 asma körpü).
Masallı rayonunun böyük bir ərazisindən Viləş çayı, eləcə də bəzi kəndlərdə xırda çaylar olduğundan bu körpülərin sayı ilbəil artmış və həmin körpülər daha da təkmilləşmişdir.
Hazırda Masallı rayonunda 9 Respublika əhəmiyyətli, 17 Yerli əhəmiyyətli, bundan əlavə yeni çəkilmiş Ələt-Astara yolunun Masallı rayonundan keçən hissəsində 8 yeni körpü qurulmuşdur. Həmçinin Masallıda, Viləş çayının Masallıdan keçən hissəsində, əsas körpünün sağ və sol tərəflərində 2 asma körpü də vardır.
Redaksiyanın xahişi ilə Əgrayıl Fərziyev həmin körpülər barədə maraqlı məlumat hazırlamışdır.
Respublika əhəmiyyətli
körpülər -9 ədəd
Masallıda dəmir konstruksiyalı ilk körpü
1. Tatyan çayı üzərində. Rayon ərazisində dəmir-beton konstruksiya ilə ilk dəfə 1962-ci ildə Ələt-Astara yolunun 158-ci km-də (köhnə) Tatyan çay üzərində inşa edilib. Bu körpünün 5.8 m uzunluğa, 9 qabaritliyə malikdir.
2. Masallının baş körpüsü. Ən uzun körpü Ələt-Masallı-Yardımlı yolunun Viləş çay üzərində salınmış körpü 83 m uzunluğundadır. Onu da qeyd edək ki, bu körpüyə “Qədir körpüsü” də deyilir. 08 avqust 1930-cı ildə Masallıya rayon statusu veriləndən sonra Ərkivan kəndində olan bütün obyektlər o cümldən “Qala” bazar rayon mərkəzinə köçürüldü. Masallı ilə Əkivan arasında Viləş çayı böyük bir problemə çevrildi. Odur ki, çayın üzərində körpü salmaq məcburiyyətində oldular. Bu körpünüdə əhalinin köməyi ilə ərkivanlı usta Qədir Cəbi oğlu tikib başa çatdırdı. 1967-ci ildə isə bu taxta körpü dəmir-beton konstruksiyası ilə əvəz olundu.
3. Alvadı körpüsü. 1963-cü ildə Alvadı çay üzəərində tikilmiş körpünün uzunluğu 30.4 m-dir. Ələt-Masallı-Astara yolunun 156-cı km-liyində yerləşir. Qabaritliyi 7.0, açıqlığı isə 21 m-dir. Təzə Alvadı kəndindədir.
4. Musaküçə körpüsü. Ələt-Masallı-Astara yolunun (əvvəlki) 167-ci km-liyində Viləş çay üzərində 1976-cı ildə Musaküçə kəndində salınmış körpünün uzunluğu 77.7 m-dir.
Qabaritliyi 11.6, açıqlığı isə 30m-dir. Bu körpü 1976-cı ilə kimi yüngül konstruksiya ilə tikilimişdir.
5. Boradigah ərazisində. Bu istiqamətdə yolun 178-ci km-liyində Kor çayın üzərində ümumi uzunuğu 41m, qabaritilliyi 10.0, açıqlığı isə 22 m olan körpü.
6) Ərkivan körpüsü. Masallı-Yardımlı yolunun 5-ci km-liyində Ərkivan qəsəbəsində, Viləş çay su kanalının üzərində yerləşən, 5m uzunluqda 7m qabaritliyə, 4 m açıqlığa malik körpü 1979-cu ildə tikilmişdir.
7) Tək keçid körpüsü. Masallı-Yardımli yolunun 12-ci km-liyində 54.6m ümumi uzunluğu olan, 7m qabaritliyi, 36 m açıqlığa malık Şıxlar kəndində yerləşən körpü. 1968-ci ildə metal-dəmir-beton konstruksiya ilə inşa edilmişdir.
Qeyd: Bu körpünün tikilməsinə rəhbərlik Xarkov Dəmir yol İnstitununu bitirən ilk körpü işi olan ərkivanlı Məmmədov Aslan Vəliş oğlu edib.
8. Masallı Dəmir Yolu yaxınlığında. Təklə ərazisi. Ağ Qobu çayı üzərində. 1965-ci ildə tikilib. Uzunluğu 27,7 metr, qabaritliyi 6, açıqlığı 23 m.
9. Masallı- Yardımlı yolunun 15-ci kilometrliyində. 1968-ci ildə tikilib. Uzunluğu 15 m. Qabaritliyi 7, açıqlığı 5 m.
Yerli Əhəmiyyətli körpülər
1983-cü ildə Ağ Qabu çay üzərində Təklə ərazisində (Təklənin içində, Əhmədli-Qızılağac yolu) 36.2 m uzunluqda 7 m qabaritikdə, 15 m açıqlıqda inşa edilmiş körpü.
1958-ci ildə tikilmiş körpü Bədəlan kəndində yerləşir.
16-17. Tatyan kəndini iki hissəyə ayıran Tatyan çayı üzərində hər biri 12m uzunıuqda, 5m qabaritlikdə, 6m aşıqlıqda 2014-cü ildə aralarında 1km məsafə olan iki körpü tikilmişdir.
Ələt-Astara-İran İslam Respublikası sərhədinə kimi yeni salınmış maqistral şosse yolunda Masallı rayon ərazisində 8 ədəd yeni körpülər salınmışdır. Bu körpülər aşağıdakı kəndlərdə yerləşir-
1.Təklə,
2. Çaxırlı,
3. Şərəfə,
4. Seybətin,
5.Öncəqala,
6.Hüseynhacılı,
7.Şıxlar-Yeddioymaq,
8. Sərçuvar
Yuxarıda qeyd etdiyimiz kimi bu körpülərdən əlavə Masallı rayonunun mərkəzində, Viləş çayının üzərində, buradakı əsas körpünün sağ və sol tərəfində 2 Asma Körpülər də vardır.
Qeyd: Bu barədə əlavə məlumatı olanlar bizimlə əlaqə saxlasa, çox şad olarıq.
Yazı redaksiyanın xahişi ilə Əfrayıl Fərziyev tərəfindən hazırlanmışdır. Cenub.az