1-ci hissə: https://teref.az/kose/166420-goyde-cennet-yaratmis-azeri-begleri-seddadiler.html
2-ci hissə: https://teref.az/kose/166576-goyde-cennet-yaratmis-azeri-begleri-seddadiler-2-ci-hisse.html
3-cü hissə: https://teref.az/kose/166654-goyde-cennet-yaratmis-azeri-begleri-seddadiler-3-cu-hisse.html
Şad/Şədid/Şəddad rəmzləri yəhudilərdə Şadday, El-Şadday kimi "Qüdrətli Allah" mənasını verir. İslamda Şadday/Sadd rəmzi - imam Əlinin nəslinə aid edilərək "seyyidüs-sadat" kimi qeyd olunur və Sadatdan olan seyid deməkdir. İsna-Aşəriyə şiəliyində Sadat silsiləsi - Quranın sirlərini bilən On iki ismaili imamıdır. Əgər nəzərə alsaq ki, Tövratın Geliad izmaililəri elə Gelati-Şiə ismaililəridir, razılaşaraq ki, El-Şadday - Əli-Sadat, yəni Əli-Seyid mənasındadır. El-Şaddayla eyni mənalı El-Amurru rəmzi isə şiələrdə Əli-Əmir (əl-möminin) kimi qalmışdır və bu da bu obrazların eyniliyi deməkdir. Belə çıxır ki, şəddadilər ifrat Gelati-Şiə ismaililəri ilə bağlıdır.
Biz əvvəldə qədim Misirin Şu Allahının Gel şəhərində (Geliopol) Qeb cənnətini sütun kimi saxlamasını yazdıq. Amon Allahının Şu ruhu yəhudilərdə Yeşua, xristianlarda İsa, İslamda isə Şiə kimi qalmışdır. Bu isə o deməkdir ki, ifrat şiələrin Gelati-Şiə eli - Şu Allahının Gel şəhəridir. Başqa sözlə, Şəddadın İrəm cənnətini saxlayan Şu sütunu məhz ismaililərin Gelat elində yaradılmışdır. İsmailiyə fəlsəfəsinin araşdırıcısı S. M. Prozorov yazır ki, ismailiyə fəlsəfi dünya görünüşünə görə göydəki dünya - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan ibarətdir ki, hərəsinin öz ali xətibi var və onları “Dai Duat əl-cəzirə” adlandırırlar. Ali rəhbərliyin üzvləri “Dai əd-Duat” adlanır. Günün saatlarına uyğun 24 dai var ki, onların 12-si “görünən” (gündüz üçün) və 12 – “gizli”dir (gecə üçün) [38; 112]. İsmailiyə fəlsəfəsinə görə, dünyanın - 12 ay və ya 12 bürcə uyğun olaraq, 12 “ada”dan (əl-cəzair) ibarət olması və bu adaların başçılarının “Dai Duat əl-cəzirə” adlandırılması, onun qədim Misir fəlsəfəsi ilə eyni olması deməkdir. "Batini-Quran" kitabında biz bu haqda daha geniş izah verilmişik. Deməli, 12 rəmzi göydə yaradılmış İrəm cənnəti ilə bağlıdır. Əflatuna görə də göydəki dünya 12 hissədən ibarət yaradılmışdır və bu da o deməkdir ki, 12 "ada" dedikdə məhz bu 12 yaradılış nəzərdə tutulmalıdır. On iki rəmzi ilə bağlı olan İsna-Aşəriyə dinində imam Əli - Allah obrazında qəbul edilir. İsrailin 12 oğlunun Musəvi dinində də, Əli rəmzi ilə eyni mənalı El rəmzi Allah deməkdir. Qədim türklərdə də El rəmzi Allah kimi qəbul edilmişdir.
Türklərin Moyun Çor, Bilgə Xaqan, Gül-Təkin və s. abidələrində iddia edilir ki, Türk xaqanı Tolis, Tanrı tək Tanrı yaratmış və Tanrıda olmuş, oranı El etmiş (El tutmuş) müdrik xaqandır. Tanrıda olmuş və oranı El etmiş dedikdə, Türk xaqanının, sufizmin tərikə yolunu gedərək Bəqa səviyyəsində Tanrı, Allah yaratması nəzərdə tutulmalıdır.
Türk abidələrində türklər - sağ, sol və dibdə duran bəglərə bölünür. Sağda - Şad-Apıt bəgləri, solda - tarxan və əmr gözləyənlər, dibdə isə xas bəglər dururlar. Sufi-batinilərdə sağ tərəf – göyləri, türklərin (teurqların) burada yaratdığı ruhlar Elini (Vilayətini), ruhlar dünyasını bildirir ki, burada da El - Allah mənasındadır. Gül-Təkinin kiçik abidəsində, sağda duran Şad-Apıt bəgləri – “Göyəbənzər, Göydə yaranmış müdrik Türk Xaqanı”nın ən yaxın silahdaşları kimi qeyd olunur [39;10]. Bu isə o deməkdir ki, Şad-Apıt bəgləri bilavasitə göylərdə yaradılmış El Allahı ilə bağlıdır. Tövratın mistik-alleqorik şərhi olan Zoarda (Kabbala) El Allahı - "Adəm Elion" adlanır. Burada Türk Xaqanın ilkin materiyanı El etməsi - Tövratdakı Allahın "Göyün üstündəki sular bir yerə yığışsın!" əmrindən sonra, göy "sularının" Adəm formasını alması mənasında göstərilir [40]. Qədim Misir mənbələrində bu yaradılış firon/pir Amonun kosmik Atum Allahını yaratması kimi qeyd olunur. Deməli, Türk xaqanı elə Atum (Adəm) Allahını yaratmış firon Amondur (pir Əman). Bəglərin Apıt adlanması da onların qədim Misirin Pta (Ptah/Fateh) Allahı obrazında olması deməkdir ki, mətnlərə görə Atum Allahı məhz Ptanın (Ptah/Apet/Yafət) sözü və fikri ilə yaradılmışdır. Bu mətndəki Şad rəmzi - "Şu" mənasında olan firon Amonun ruhunu bildirir ki, bu ruh teurqiya prosesində "qalxaraq", Qeb (Qeyb) aləmini başı üstünə qaldırıb, saxlamışdır. Başqa sözlə, göydəki ruhlar Elini (Aləmini, Vilayətini) Amonun Şu ruhu saxlayır ki, Şad rəmzi də Şu-Ad, yəni Şu-Deo/Teo mənasında Şu Allahı deməkdir və biz bu haqda yazdıq.
Nəticə 19. Şədid/Şəddad rəmzlərinin digər mənası Sadatdan olan seyiddir və bu rəmz ismaili şiələrinin on iki imamı ilə bağlıdır. Tövratda Geliad izmaililəri kimi keçən ifrat şiələrin Gelati-Şiə eli - qədim Misirin Gel elidir ki, burada Allahın Şu sütunu göydəki İrəm Elini saxlayır. Yəhudilərdə El-Şadday adlanan seyidlərin bu vilayəti mənbələrdə El-Amurru da adlanır ki, bu da “miri"lərin Əli imamı mənasındadır. Əli, yəni El rəmzi İsmaili fəlsəfəsində 12 hissədən ibarət Duat cənnətidir ki, bu da qədim Misir kosmoqoniyasıdır. Bu kosmik Eli isə göydə Türk xanı, Adəm (Atum) formasında söz və fikri ilə var etmişdir.
Pir Amonun öz "ruhunda", yəni fikrində təsəvvür etdiyini qurban və teurqiya ilə yaratdığı bu "iç dünyası" qaynaqlarda İç Oğuz Eli adlanır. "Assuriya qədim Azərbaycan ölkəsidir" adlı məqalədə biz bu İç Elin yaradılışı haqqında izah vermişik [41]. Pir Amonun teurqiya ilə göydə yaratdığı bu İç dünyası qaynaqlarda İçu, Çu, Çin və s. ölkəsi də adlanır. Deməli, biz Şad rəmzini daha dərindən araşdırmaq üçün Çin mənbələrinə müraciət etməliyik.
Çin mənbələrində Şad rəmzi Şa-to, Şu-Dao və s. kimi də qeyd olunur ki, bu rəmzləri araşdıran tədqiqatçı Elşad Əmənov yazılarında buna geniş izah vermişdir. Batini mənada Dao rəmzi - Deo/Teo (Teos) mənasında Allah deməkdir. Daoizm fəlsəfəsində isə Dao - hər şeyin daxilini təşkil edən İlahi mahiyyətdir ki, biz bunu efir, ilkin materiya və s. adlandırırıq. Bütün varlıqların yaradılşının əsası və səbəbi olan Dao-nu, adi insan ağlı məhdud olduğu üçün dərk edə bilməz. Dao termini buddistlərin gedilən yol mənasını verən "marqa" və "patxa" rəmzi ilə, eyni zamanda "bodhi" (oyanna, nurlanma) rəmzi ilə də ifadə olunur. Marqa rəmzi qədim Misirin "MR" (Mar/Amorey) rəmzidir ki, bu "qaldırılmış torpaq" deməkdir. Patxa rəmzi Ptax, yəni Pta/Apıt rəmzidir. Bodhi isə sufizmdə tam kamilliyə çatmış, dərk olunmayan şeyləri dərk edən, ekstaz vəziyyətində "görən" mənasındadır. Başqa sözlə, bu rəmzlər bilavasitə sufi-batini rəmzləridir və biz bunlara qısa izah vermişik. Mənbələrdə Dao-nun analoqu kimi Loqos və Brahman çıxış edir. Deməli, Daoizm əslində Brahmanın (Ba-Ra-Amon), yəni pir Amonun, Yafət (Pta) obrazında çıxış edib, söz, fikir və teurqiya (əməl) vasitəsi ilə ilkin materiyanı özünə tabe etməsi və kainatın müəyyən müddətində bəşəriyyətin sahibinə çevrilməsi fəlsəfəsidir [42]. Başqa sözlə, Dao və ya Deo (Teo/Ata) rəmzi - həm hər şeyə həyat verən ilkin materiyanı və həm də bu ilkin materiyanı özünə tabe edən Amon Ata-nı bildirir.
Şu-Dao (Şad) rəmzinin Şu hissəsi Çin mənbələrində Şu şahlığı, Şu insanı və s. mənalarında olsa da, bu rəmzin həm də mədəniyyət, ustalıq, texnika mənası var. Burada mədəniyyət dedikdə - sufizmin tərikə mərhələlərinə yüksəlmə bacarığı, qabiliyyəti və s. nəzərdə tutulur. Deməli, Şu-Dao rəmzinin digər bir batini mənası da, ilkin materiyanın dərk edib, onu özünə tabe etmiş, ondan ürəyində tutduğunu yaradan ağıllı, bacarıqlı, qoçaq insan deməkdir.
Nəticə 20. Pir Amon göydəki Eli - öz beynində, təsəvvüründə, yəni öz içində yaratmış və qurban, teurqiya və söz vasitəsilə materiallaşdırmışdır. Firon Amonun içində yaratdığı bu dünya mənbələrdə İç Oğuz, Çin və s. ölkələr kimi keçir. Şad (Şəddad) rəmzi də Çin fəlsəfəsində, ilkin materiyanı çox ustalıqla özünə tabe etmiş və ondan göydə Çin Eli-ni yaratmış müdrikin ruhunun fəlsəfəsidir. Bu müdrik mənbələrdə Lao-Tsi adlanır ki, bu rəmzlər də - El-İssi, yəni "Göydə El yaratmış ruh", "Göydəki Elin ruhu", "Göydəki Eli saxlayan ruh" və s. mənalarını verir.
Yazılanlardan belə bir ümumi nəticə də çıxarmaq olar ki, Ad oğlu Şəddad - ilkin materiyaya qalib gəlib, ondan göydə İrəm cənnəti, yəni Osirisin (Asar/Azər) ölüm şahlığını yaratmış firon Amonun obrazıdır. İrəm zat əl-İmad adlanan bu aləm, bu gün Azərbaycan adlanan ölkənin qədim Midiya bölgəsində, yəni indiki Yardımlı rayonu ərazisində var olmuşdu. Bu ərazidə indi də Azər/Asar kadusları, yəni müqəddəslər nəsli olan pir-bəglərin, seyid-şıxların törəmələri yaşayır. Bu cənub bölgəsində Asar/Osiris adı toponimlərdə Əsər kimi, yəni PeştƏsər, PirƏsər, KürdƏsər, BilƏsər, ŞağlƏsər və s. kimi qalmışdır. Kürdəsər adı yuxarıda qeyd etdiyimiz Osiris-Kerti (Əsər-Kürt) rəmzidir ki, bu da əsasən Cəbərut aləmi mənasında yeraltı ölüm şahlığını bildirir. Bu elin qaynaqlarda Kadus (Vər-Gədüz/Kades-Varni) adlanması isə o deməkdir ki, üç dinin müqəddəs ocağı olan Qüds (Yerusəlim) də, Qades ölüm şahlığı da bu ərazilərdə yerləşir.
Biz yazdıq ki, M. Xorenatsiyə görə, Yerusəlim tikilib qurtarandan sonra Gel adlandı. O, Gel elini Gelarkün adlandırıb, Albaniyanın, buranın adlı-sanlı Sisaka nəslinə vərəsəliklə verildiyini bildirir [4;II/8]. Digər yerdə M. Xorenatsi Gel-Gelarkün elini - Qarni [QRN] adlandırır [4; I/12]. Qarni (Qoran) rəmzi Qor-An kimi açılır ki, An-lar (No/Ane) Kitabi Dədə Qorqudda "Dünya mənim" deyən bəg-ərənlərlə eyniləşdirilir [23; 41,122]. Bu isə Gelarkün bəglərinin elə Qor yolu ilə gedən bəg-ərənlər nəsli olması deməkdir.
Tövratda Albaniya və sahələri - Lbnun və Knun kimi keçir və Allah - bu amorey torpaqlarını yəhudilərə (Türk bəglərinə) əbədi verəcəyinə and içir [3; Втор.1:6-8]. M. Xorenatsi Knun rəmzini Gelar rəmzi ilə birlikdə, yəni Gelarkün kimi qeyd edir ki, bu da Knun, yəni Nunkilərin tikdiyi Etemenanki məbədinin Gelarkün dağının altında saxlanıldığı mənasındadır. Belə çıxır ki, qədim Misirin üçlük (Mülk, Cəbərut, Məlküt) mənasında olan Atum dünyası burada yaradılmışdır. M. Xorenatsi bildirir ki, Geli, bura gələn Gelam (Kəlam/Mələk) düzəldir. Gelam (GLM) rəmzi bizə İqlim (QLM) kimi tanışdır ki, bu rəmz altında Azərbaycan, Arran və Ermənistan nəzərdə tutulur. Bu isə elə Mülk, Cəbərut və Mələküt dünyası deməkdir və bu haqda biz yazmışıq [43]. Kitabi Dədə Qorqudda İqlim rəmzi Arana (İqlim Aran) aid edilir ki, bu da İqlimin Aranşahlar nəsli ilə bağlı olması deməkdir [23; 74, 58]. M. Xorenatsi də Aranıın bədənini ərazi kimi göstərir və bildirir ki, o (Aran) Sisaka nəslinin nümayəndəsidir [4; II/8]. Bu isə o deməkdir ki, Aran obrazı - Atum Allahın obrazıdır.
Nəticə 21. İrəm zat əl-İmad adlanan cənnət bu gün Yardımlı adlanan rayonun ərazisində yaradılmışdır. Osirisin, yəni Asar/Azər Allahının Osiris-Kerti rəmzi bu cənub bölgəsində KürdƏsər toponimi kimi qalmışdır. Mənbələrdə Gelarkün kimi keçən qədim Misirin Gel şəhəri bu bölgədə Gilar kəndi kimi məlumdur. Gel elinin Gelam tərəfindən yaradılması, buranın İqlimlə əlaqəsindən xəbər verir ki, bu da ölüm şahlığını təşkil edən üç "dünya" mənasındadır. Başqa sözlə, Osiris-Kerti dünyası burada yaradılmışdır.
Alban və digər mənbələrə görə, Gelarkün nəsli - Albaniyanın, Sünikin Aranşahlar nəslidir [30; 228, 433]. Sünik (SNK) rəmzi Misir mənbələrində SNQR kimi yazılır və Babil qülləsinin tikildiyi Sennaar çöllərinə aid edilir. Mənbələrdə Süni (Sin/Sinay) kimi də yazılan Sünik dağında, Təbrizli Arakelə görə müqəddəs Atalar, ruhların əbədi yaşaması üçün “səhra” tikmişlər [44; 24,51]. Başqa sözlə, Arakelə görə Şəddadın İrəm cənnəti burada yaradılmışdır.
Gelarkünün Aran/Ərən şahları yəhudi mənbələrində Aron (Haron) kimi keçir və onlar Allahın Özünə qulluq üçün seçdiyi Levitlər (Əl-Beyt rəmzi) hesab olunur. Tövrata görə, Allah Özü onların bir hissəsidir [3;Чис.12:20]. Bunlar haqda biz məqalələrimizdə geniş yazmışıq [40]. Ərəblər dövründə Gelar rəmzi Cəlair rəmzinə çevrildi və Qacar şahları nəsli kimi də tanınmağa başladı [45].
Giların və digər kəndlərin yaşlı nəsil nümayəndələrinin dediyinə görə, Gilar bəyləri Alar və Arvana bəyləri ilə əmiuşaqları olmuşlar. Batini mənada Gilar və Alar rəmzləri eyni mənalıdır. Batinilikdə "G", "X", "H" və bənzər samit-rəmzlər ilkin materiyanı bildirdiyi üçün bəzən yazılmır (Xəzər-Azər, Xaldi-Aldi, German-Arman və s.). Bu İlkin materiyanın gözə görünməməyi ilə bağlıdır ki, onu yalnız ekstatik durumda görmək olur. Bu o deməkdir ki, Gelar və Alar rəmzləri burada Cəbərut və Mülk mənasındadır. Mənbələrdə Gelar, Geliopolun Ra məbədi adlanır və bu da elə Qades, Aid, Sokaris və s. mağarası deməkdir. Belə çıxır ki, Gelar burada Cəbərut aləminin, Alar isə Allahın Mülkünün rəmzidir. Arvana isə təbii ki, Mələküt aləmi mənasında olmalıdır. Hurri dilində Arvana - hökmran deməkdir və eyni adlı kənd Yardımlıdakı Əlvan (Alban) dağının yaxınlığında yerləşir. Batini mənada Arvana rəmzi Ra-Van kimi açılır ki, buradakı "Van" hissəsi "Ban" rəmzi ilə eyni mənalıdır və qədim Misirdə fironların cənnətdə quş rəmzində ruhlarını (Ba-Benu) bildirirdi. Arvana adındakı Ra rəmzi - ilkin materiyadan yaradılmış günəş deməkdir. Qədim Misirdə bu ilkin materiya sahələri Yaru (Yardımlı=Yaru+Adəm+Eli) çölləri və ya Yalu sahələri kimi də yazılırdı. Yalu rəmzi isə ilkin materiyadan yaradılmış El deməkdir və qaynaqlarda bu rəmz Alu kimi yazılıb, Albaniyanın digər adı kimi keçir. Bu isə onu deməyə əsas verir ki, Arvana rəmzi elə Alban rəmzinin digər yazılış formasıdır. Batini mənada Alban (El-Benu) rəmzi - ruh mənasında olan Ba/Beni quşlarının eli deməkdir ki, qədim Misir mənbələrinə görə bu ruhlar dünyası Nut göylərində yaradılmışdır. Nut rəmzi isə mənbələrdə İnd, yəni Hind (Hu-İnd) kimi yazılır. Bu o deməkdir ki, Arvana (Alban) rəmzini tam anlamaq üçün biz Hind mənbələrinə də müraciət etməliyik.
Hind mənbələrində Arvana rəmzi Ravana kimi keçir və Ramayana eposunun əsas personajlarından biridir. Ramayana rəmzi batini mənada Raman, yəni Ra-Amon anlamında olsa da, Hind fəlsəfəsində bu rəmz "Ramanın səyahəti" mənasını verir ki, bu rəmz də İrəm rəmzidir. Bu abidədə bəglər - bxakti adlanır və bu da bəg-kuti deməkdir. Bütün Alban tarixi bu əsərdə rəmz-obrazlarla verilmişdir və bu günə qədər açılmamış qalır.
Gilar üçlüyünün Alar və Gilar tayfaları Azərbaycan və İranda geniş yayılmışdır. Alar tarixini tədqiq edən tədqiqatçı alim Bilal Alarlı və Fərhad Cavadov bildirirlər ki, alarlılar Azərbaycandan başqa İrana (32 kənd), Orta Doğu, Monqolustan, Türkiyə və s. ölkələrə yayılmışlar [46]. Gilar-Cəlair də Avropadan tutmuş İran, Qazaxıstan, Özbəkistan və s. ölkələrdə şahlıq etmişlər [45]. Lakin bu Alban şahlarının üçüncü qolu olan Arvana haqda mənbələrdə məlumatlar yox səviyyəsindədir. Digər tərəfdən isə, 17-18 əsrlərdə Böyük Azərbaycanın şimali-qərbində İrəvan xanlığı yaranır ki, batini mənada İrəvan rəmzi ilə Arvana rəmzi eynidir.
Məlumdur ki, İrəvan xanlığı Çuxur-Səd bəylərbəyliyinin bazasında yaranmışdır. Batinilərdə Çuxur rəmzi İç-Xor, yəni Qor firon/pirlərinin İç eli - İç Oğuz aləmi mənasındadır ki, Albaniya da məhz İç Oğuz elidir. Buradakı Səd rəmzi isə yazdığımız kimi Seyid-Sadat və s. mənalarda Şad-Şəddadilərə aid rəmzdir. Çuxur-Səd rəmzi onu göstərir ki, buranın əhalisi Azəri (Asar/Osiris) müqəddəsləri olan pir-bəglər, seyid-şıxlar nəslinin törəmələridir. Başqa sözlə, Çuxur-Səd - İç Oğuz seyidləri, Albaniyanın şad bəgləri deməkdir. İrəvan xanlarının da Qacar nəslindən olması, onların Cəlair şahları - Albaniyanın Gelar Aranşahları nəsli olmasını sübut edir.
Nəticə 22. Gelarkünün digər adı Sünikdir ki, mənbələrə görə burada müqəddəs atalar "səhra" tikmişlər. Sünik rəmzi digər mətnlərdə Sennaar, Süni/Sina/Sion kimi keçir ki, bu da bu Allah dağının altında Babil, Etemenanki məbədinin gizlədilməsi deməkdir. Bu dağın sakinləri isə Allahın özünə qulluq üçün seçdiyi müqəddəslər nəslidir ki, Allah Özü onların hissəsi sayılır. Bu Alban şahları üç qoldan ibarət olmuşlar ki, Gilar və Alar qolu haqda məlumatlar çoxdur. Üçüncü Arvana qolu isə indi məlum olur ki, İrəvan xanlığının yaradan pir-bəglərdir.
İrəvanın mətbəx mədəniyyətini tədqiq edən Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti, professor Tahir Əmiraslanov, bu mədəniyyətin Ərdəbil, Təbriz, Şamaxı və ümumilikdə Qacar İranının mətbəxi ilə eyni olması qərarına gəlmişdir. Başqa sözlə, müqəddəslər nəslini pak və halal saxlayan, onların törəmələrinin də Allahla vəhdətdə olmalarına və İlahi qüdrətlərini itirməməsinə səbəb olan xüsusi texnologiya İrəvan mətbəxində də qorunur. Bu isə o deməkdir ki, bütün həyatları İlahi harmoniyanı saxlayan rituallara əməl etməklə keçən Cəlair-Qacar şahları - qədim Misirin Osiris Allahlarının varisləridir. Qədim Misirdə şahların İlahi qüdrətinin saxlanmasının əsas prinsipi, onların Maatla yaşaması, yəni İlahi harmoniya, həqiqət, qayda-qanun, etik norma və s. əsas meyarlara riayət etməklə həyat sürməsi idi. Maat (MT) rəmzi həm də Xaosdan yaranmış Atum (TM) rəmzidir ki, bu da bədənində Edem cənnəti yaradılmış kosmik insandır. Ona görə də Maatla yaşamaq, adi insanlar üçün cənnətə düşməyin yeganə yolu sayılırdı. Belə ki, əgər insan “ürəyində Maatla” yaşamışdırsa, deməli günahsız və pakdır və o yenidən dirilib Yaru çöllərində (cənnətdə) xoşbəxt yaşayacaqdır. Hesab olunurdu ki, insanlar “Maatın hesabına, Maatda və Maat üçün” yaşayırlar. Maat imarəti qaynaqlarda “İki həqiqətin imarəti” adlanır və s. [28; 358]. Maatın - "iki həqiqətin imarəti" adlanması, Maat rəmzi altında, iki dünyanı birləşdirən Etemenanki (Babil qülləsi) məbədinin nəzərdə tutulması deməkdir. (Ardı var).
teref.az