Ağacların şahı, adam kimi ağac
Dəmirağacın möcüzəli cəhətləri
Oduncağı çox ağırdır, möhkəm və bərkdir, sıx, bircinsli və az elastikdir, keyfiyyət əmsalları yüksəkdir.
Dəmirağacın ən maraqlı xüsusiyyətlərindən biri odur ki, yanında olan digər, öz sinifindən olan, hətta digər növ ağacların budaqları ilə bitişə bilir.
Bir ağac zədələnərsə, ona bitişik olan digər dəmirağaclar onun bərpasına kömək edir.
Ağacın bir hissəsi çürüdükdə ağac tələf olmur və tam öz həyat gücünü saxlaya bilir: -Ağacın çürüməyən digər hissəsində yeni budaqlar da çıxa bilir.
Oduncağı texnikada və sənayedə tətbiq edilir.
Hirkan meşələrində 7, 4 min ha (18 %)sahəni tutur.
Məşhur Dəmirağac Azərbaycanın cənub bölgələrində bitən nadir bir ağacdır. Maraqlısı odur ki, bu ağac yanmır və onu suda batırmaq olmur. Dəmirağaca hətta çəkic ilə mismar vurmaq da mümkün deyil. Toxumunu öz gövdəsindən bir neçə metr kənara atır.
Bu ağac Nobel qardaşlarının diqqətini niyə cəlb etmişdi?
Dəmirağacı meşə əmələgətirən növlərdən biri kimi diqqəti cəlb edir.
Özünəməxsus xüsusiyyətləri bu üçüncü dövrə aid reliktik bitginin təbii artını təmin edir.
Dəmirağacı kök sistemi və toxum vasitəsilə artır.
Bu işıq sevər bitgilər adətən dağətəyi qurşaqda, şərq və cənub yamaclarında yayılmışdır. Onların yayılmasında yamacların xüsusi yeri var.
Nisbətən kölgəli qərb və şimal yamaclarında dəmirağacı kök vasitəsilə yayılır, onun bu xüsusiyyəti meşələrdə erroziyanın qarşısının alınmasında faydalı rol oynayır.
Bu növ, əksər hallarda meşədə ikinci yarus təşkil edir
12-22 (25) m boyunda, artıq dərəcədə qollu –budaqlı ağacdır.
Çətiri yumurtavari və ya enli-yumurtavaridir. Tumurcuqları iyvaridir, 6-11 mm uzunluğundadır.
Yarpaqları 4-10 (13) sm uzunluğunda, 3-6 (8) sm enindədir, dərivari –Kağızvaridir. Növbə ilə düzülmüşdür, yumurtavari, tərs-yumurtavari və ya ellipsişəklindədir. Çiçəkləri ikicinsli, qısa saplaqlıdır.
Çiçəklər yarpaqlardan qabaq açılır. Kasacığı zəngvari, dərivaridir, 5-7 ədəd yarpaqvari dilimləri vardır. Erkəkcikləri 6-7 –dir, onlar kasacığın dilimləri qarşısında yerləşmişdir.
Meyvəsi dəyirmi-oval şəkillidir, ikiyuvalı ağaclaşmış qutucuqdur, 10-14 mm uzunluğundadır. Toxumları oval-yumurtavari, sivri, açıq-qonur rəngli, parlaqdır.
fevral –mart aylarında çiçəkləyir.
Meyvələri avqust-sentyabr aylarında yetişir.
Tozlanması anemofildir. Toxumla və pöhrələrlə çoxalır.
Az və ya çox podzollaşmış gillicəli və ağır – gilli sarımtıl torpaqlarda inkişaf edir.
Ovalıqda dağətəyi zolaqda və aşağı dağ qurşağında, dəniz səvviyəsindən 400-600 m yüksəkliyədək olan ərazilərdə xalis və ya qarışıq meşələr əmələ gətirir.
Tək-tək ağaclara dəniz səviyyəsindən 1000-1200 m yüksəkliyədək təsadüf edilir.
Əsasən bigəvərdən və cansız örtükdən ibarət xalis dəmirağacı meşə tipi çox yayılmışdır.
Həm təmiz , həm də iki-üç mərtəbəli qarışıq meşəlik yaradır.
Üst mərtəbəni şabalıd yarpaq palıd, vələs, azat ağacı və ya qafqaz xurması, orta mərtəbəni dəmir ağacı, alt mərtəbəni isə bigəvər, şümşad və b. Kollar təşkil edir.
Dekorativ bitkidir.
Oduncağı çox ağırdır, möhkəm və bərkdir, sıx, bircinsli və az elastikdir, keyfiyyət əmsalları yüksəkdir.
Oduncağı texnikada və sənayedə tətbiq edilir.
Lənkəran ovalığı (Lənkəran rayonu –Bürcəli və Təngivan kəndləri,
Astara rayonu (Maşxan kəndi, Lənkəranın dağlıq hissəsi, Lənkəran –Muğanı
(Masallı rayonu –İmanlı kəndi, Viləşçay vadisi).
Hirkan meşələrində 7, 4 min ha (18 %)sahəni tutur.
Hündürlüyü 25 m-ə çаtаn, qоllu-budаqlı yarpağı tökülən аğаcdır.
Gövdəsi qısa, diametri 1,5m-dək,
budаqlаrı və qabığı-boz, bəzən qırmızımtıl çalarlı, çətirinin diametri 8-15 m-dir.
Yarpaqları dərili, oval, tərs-yumurtаvаri, ətli оlub, qısа sаplаqlı, uzunluğu 6-15 sm və eni 4-10 sm, yayda yaşıl, payızda sarı, qırmızıdır.
Çiçəkləri dəstə ilə budаqlаrın ucundа yеrləşir. Çiçəkləməsi yаnvаr аyındаn bаşlаyаrаq аprеl аyınа qədər dаvаm еdir. Çiçəkləmə yаrpаqlаmаdаn qаbаq müşаhidə еdilir.
Lənkəranda, Astarada təbii halda bitir.
Möhkəmliyinə görə balta, çərçivə, döşəmə taxtası, müxtəlif taxtayonan əşyaların düzəldilməsində istifadə edilir.
Yаşıllаşdırmаdа gеniş istifаdəsi məqsədyönlüdür.
Oduncağı bərk və möhkəm, bəzən sudan ağır, çəhrayı-qonurdur
Talış dağlarının alçaq və orta dağlıq ərazilərində geniş yayılıb.
Talış meşələrində isə, ən çox yayılan ağac növü dəmirağacdır.
Bu ağaca, gövdəsinin metal rəngində olmasına görə dəmirağac adı verilib.
Dəmirağac Talış meşələrinin şahı sayılır.
Bu ağac ümümdünya "Qırmızı kitab"ına düşüb.
Adından da bəlli olduğu kimi, bu ağac dəmir kimi möhkəmdir və başqa ağaclardan fərqli olaraq suda batır.
Elə materialının möhkəmliyi səbəbindən də bir vaxtlar maşınqayırmada və toxuculuq, xalçaçılıq dəzgahlarının düzəldilməsində istifadə edilib.
"Elmi adı "Parrotia Per Sica" olan bu ağac, 3-cü dövr relikt bitki-ağac növünə aiddir.
Təqribən 18-20 milyon il yaşı var".
Dəmirağacın təbii yayılma arealı Respublikamızın cənub zonası və İran İslam Respublikasının Xəzər dənizi sahili boyunca yerləşən ərazilərini əhatə edir:
"Təbii şəraitdə hündürlüyü 25-28 metrədək olur, çoxbudaqlıdır.
Dəmirağacın ən maraqlı xüsusiyyətlərindən biri odur ki, yanında olan digər, öz sinifindən olan, hətta digər növ ağacların budaqları ilə bitişə bilir.
Bir ağac zədələnərsə, ona bitişik olan digər dəmirağaclar onun bərpasına kömək edir".
Mütəxəssis bu ağacın qışda — dekabr ayının sonu və ya yanvar ayının əvvəlində çiçəklədiyini qeyd etdi: "Bəzən də elə olur ki, uzun müddət, ümumiyyətlə çiçəkləmir.
Dəmirağacın kökü zəif olduğundan, güclü külək olan zaman tez aşır. Lakin buna baxmayaraq, aşdıqdan sonra torpağa toxunan hər hansı budağı kökə çevrilir və bu da yenidən ağacın bitməsini təmin edir".
Direktor müavini dəmirağacın digər ağaclardan başqa bir fərqləndirici cəhətinin olduğunu da diqqətə çatdırdı: "Bu fərq onun oduncağının digər növlərdən ağır olmasıdır. Məhz bu xüsuiyyətlərinə görə ondan gəmiqayırmada istifadə olunmur.
Bundan əlavə, ağac öz toxumlarını gövdəsindən 5-6 metr uzağa ata bilir. dəmirağac quruduqda, naşı adam onu doğramaq istəsə, balta sına bilir".
"Bu ağac, əsasən dəniz səviyyəsindən 500-600 metr hündürdə yerləşən ərazilərdə yayılıb. Daha çox qarışıq tipdə olur. Belə ki, sırf dəmirağac meşələri çox az olur".
Dəmirağacın ən maraqlı xüsusiyyətlərindən biri də ondan ibarətdir ki, ağacın bir hissəsi çürüdükdə ağac tələf olmur və tam öz həyat gücünü saxlaya bilir: "Ağacın çürüməyən digər hissəsində yeni budaqlar da çıxa bilir.
Qeyd edim ki, tikinti üçün əlverişsizdir. Çünki səthi hamar deyil və taxtasına su dəydikdə çox tez çürüyür".
Məlumat üçün bildirək ki,
İsveçdən olan kimyaçı, mühəndis və dinamit partladıcısının ixtiraçısı, nəhayət milyonçu Alfred Nobel əvvəllər tüfəng istehsalı ilə məşğul olub. O, eşidir ki, dünyada yalnız Talış meşələrində bərk və dözümlü ağac bitir və bu ağacın oduncağından ən yaxşı və möhkəm tüfəng qundağı düzəltmək olar.
Nobel dəmirağacı Avropaya aparmaq arzusu ilə Azərbaycana gəlir. Lakin Bakıya gələn Nobel, burada fantan vuran neft quyularını görür. Nəticədə neft mədənlərinə sahib olur. Beləcə, cənub zonasında bitən dəmirağac milyonçu Alfred Nobelin həyatında dönüş yaradır.
Məşhur Dəmirağac Azərbaycanın cənub bölgələrində bitən nadir bir ağacdır. Maraqlısı odur ki, bu ağac yanmır və onu suda batırmaq olmur. Dəmirağaca hətta çəkic ilə mismar vurmaq da mümkün deyil.
Dəmir ağacı
ABŞ-ın Azərbaycandakı səfriliyi facebook səhifəsində yazır: “Maraqlı faktdır ki, Amerika Birləşmiş Ştatlarında da "Dəmirağac" adlı çoxsaylı ağac növləri mövcüddur. Əsasən ölkənin şərq hissəsində yerləşən Amerikanın vələs ağacı bəzən onun sərtliyinə və "əzələli" görünüşünə görə "Dəmirağac" və ya "Əzələli ağac" kimi tanınır”
Cenub.az