“Fransız” bədii filminin təhlilini təqdim edirik.
Filmin qəhrəmanı Əlibala (Fərman Şəkili) Avropadan qayıdandan sonra öz milli kimliyini, mədəniyyətini qəbul eləmək istəmir və azərbaycan dilində yox, fransızca danışır. Doğmaları ilə onun arasında ünsiyyət tərcüməçi (Ucal Haqverdiyev) vasitəsilə qurulur.
Əlibalanın qayınatası Atabala (Yaşar Nuri) kürəkənini yola gətirmək üçün müxtəlif vasitələrə əl atır. Lakin heç nə onu milli kimliyinə dönməyə məcbur edə bilmir: nə meyxana, nə saz, nə milli ideoloji çıxışlar, nə də gözlənilən toy. Bunların kara gəlmədiyini görən qayınata Əlibalaya təsir göstərməsi üçün psixiatr (Arif Kərimov) dəvət eləyir. Lakin bu da nəticəsiz qalır. Əhvalatın sonunda Əlibalanın sünnət olunmadığı aydınlaşır. Əlibala məcburi şəkildə sünnət edilir və yalnız bundan sonra öz milli, dini köklərinə qayıdır...
“Fransız” yazıçı Əmir Pəhləvanın "Əhlikef" povestinin motivləri əsasında ekranlaşdırılıb. Vaqif Mustafayev 1995-ci ildə çəkdiyi bu filmi absurd, dram, komediya janrlarının elementləri ilə işləyib.
“Azərbaycan filmlərinin yaranma tarixi” kitabında Vaqif Mustafayev “Fransız”ın yaranma səbəbini 1980-ci illərin axırı 90-cı illərin əvvəllərində bir qrup azərbaycanlıda fransızlara, ingilislərə və digər millətlərə güclü meyl ilə izah edir: “...fransız, ingilis, bir sözlə azərbaycanlıdan başqa digər millətlərə məxsus olmaq istəyi onda irəli gəlir ki, bizlərdə kökümüzdən ayrılmaq kimi xoşagəlməyən bir meyl var”.
Maraqlı paradoks meydana çıxır. Əvvəla rejissorun dediyi həmin illər ölkəmizdə milli oyanma, özünəqayıdış, milli identifikasiya axtarışı dövrü idi. İkincisi, “Fransız” filmindən heç də rejissorun dediyi nəticə çıxmır. Əlibala bir qədər Çingiz Aytmatovun “Gün var əsrə bərabər” romanının “Manqurt əfsanəsi” hissəsində təsvir olunan manqurt obrazının fərqli redaktələrlə interpretasiyasıdır. Sadəcə, Əlibala öz keçmişini, milli, mədəni kimliyini unutmur, şüurlu olaraq ondan və doğmalarından imtina edir. Burda qəhrəmanın “manqurtlaşması” protestdir, düşünülmüş aksiyadır. Bundan başqa - Əlibala obrazının, onun durumunun nisbətən dramatik-faciəvi qatda işlənməsi, digər personajların isə onunla müqayisədə son dərəcə karikaturalaşdırılması, titrlərdə guya millətin dilindən yazılan “Bizi qınayanın atasına lənət” sarkastik epiqrafı, xüsusən finalda sünnət olması ilə qəhrəmanın özünə qayıtması, “Millətimə qurban olum ay ana, amma siz də millət olun da nə olar. Yoxsa buna da baxmaram” ifadələri rejissorun səsləndiridyi fikirləri təkzib edir.
İlk epizodda Əlibalanın anası Zərnigarın (Zərnigar Atakişiyeva) dolanbac pilləkənlərlə oğlunun yanına tələsməsi saspensi, nəsə qorxulu hadisənin baş verəcəyini ifadə edən kamera musiqisi ilə (Xəyyam Mirzəzadə) müşayiət olunur. Və tamaşaçı istər istəməz kriminal-dram motivli film izləyəcəyini düşünür. Emalatxanaya girəndə Zərnigarın ağzındakı saqqızı tullaması, üzündəki komik ağlamsınma ifadə yaranması, klassik musiqinin yüngül, fransız mahnısının əvəzləməsi ilə süjetin mahiyyəti, atmosferi aydınlaşdırır. Vaqif Mustafayev bu mənada tamaşaçını gözlənilməz məqamlarla çaş-baş salmağı bacaran müəllifdir.
Ümumiyyətlə, Vaqif Mustafayevin əhvalatları, rejissor üslubu milli kinematoqrafiyamız üçün orijinaldır, maraqlıdır və ölkədə baş verən cürbəcür ağlasığmaz hadisələr onun kinodilinə çox oturur. Filmlərinə xas olan məna və janr ikiplanlılığını, mübaliğəni, kontrastı, normadan sapmağı nəzərdə tuturam.
Vaqif Mustafayev əksər hallarda yumorla faciə arasında ortaq nöqtəni tapmağı, iç-içə keçirməyi bacarır. Sadəcə, digər filmlərində olduğu kim rejissor qroteskə, hiperbolaya, vəziyyəti karikaturalaşdırmağa həddən artıq aludə olur ki, nəticədə dramaturji sturukturdan, mövzudan ara-sıra yayınır. Ona görə bəzi səhnələr təklif olunmuş vəziyyətə daxil ola bilmir, ümumi ritminə uyuşmur və əhvalatı yorucu edir. Ki, bu da müəyyən parçaların montaj zərurətini aktuallaşdırır. Misalçün, bir neçə səhnədə - personajların rəqsi, psixiatrın alt köynəyini cıraraq özünü Taysona bənzətməsi, qeyri - adekvat hərəkətləri qroteskin, karikaturanın ölçüsündən çıxır və bu hissələr sənət cazibəsini, zərurui təmkini itirir. Belə bir ölçüsüzlük çox güman, ona görə baş verir ki, rejissorun özünün də dediyi kimi o, əvvəlcə nəzərdə tutduğu ssenaridən kənara çıxır və fantaziyalarının, personajın arxasınca gedir.
nunla belə ayrı-ayrı epizodlarda absurd teatrı estetikasında, buffonada manerasında maraqlı epizodlar yer alıb. Atabalanın əsas motivlə məntiqi ziddiyyətdə olan “hər bir qadın tutduğu vəzifədən asılı olmayaraq, özlərini yandırmaq üçün yanında benzin gəzdirməlidir ki, istənilən vaxt yüksək ideya və millət uğrunda həyatına qəsd edə bilsin” - fikri didaktik bəyanatdır. Və elə həmin səhnədə bu didaktik bəyanatla ziddiyyətdə olan digər vəziyyət - dərzidən yeni qırmızı libasda gələn Zərnigarın “özümü yandıracam” deməsi müqabilində gəlininin “Anjela tikdi paltarını? Parçası “barxatdır”?” sual-replikası normallıqdan sapmadır və dövrün absurdluğunun əla düşünülmüş bədii traktovkasıdır.
Yaxud Əlibalanın “Bu basabasda Zərnigar da “portnixaya getdi, indi biz neyləyəcəyik” müraciətindən sonra rejissor başda olmaqla çəkiliş heyətinin ekranda görünməsi və aralarındakı dialoq həm də Vaqif Mustafayevin yaradıcılığındakı postmodern diskursu üzə çıxarır. O, bədii hadisənin davamlılıq illüziyasını dağıdaraq, nəqldə kəsintilər yaradır və bununla da tamaşaçıya baş verənlərin fiksiya olduğunu xatırladır. Eyni zamanda janrdan janra, emosional vəziyyətdən soyuqqanlı, statik vəziyyətə qəfil, amma rahat keçidlər edir.
Vaqif Mustafayev özünəməxsus şəkildə tamaşaçını ekranda baş verənlərə özgələşdirə bilir. Epik teatrda olduğu kimi tamaşaçının emosiyalarına yox, ağlına və düşüncəsinə xitab edir. Bu zaman tamaşaçı hadisəylə, emosiya ilə yüklənmir, əksinə, onu kənardan görməyə, analiz etməyə vadar edilir: Parisdən görüntülər, foto kadrlar, hissiz, deklamativ monoloq və dialoqlar, rejissorun neytral müdaxiləsi, vəziyyətə uyğunsuz musiqilər, təkrir kadrlar və s.
Bütün film əsasən teatr tamaşası kimi qurur. Demək olar ki, bütün epizodlarda daim izləyicilər və aktyorlar var. Epizodlardan birində əli zəncirlənmiş Əlibalanın vəziyyəti Jak Lui Davidin ”Maratın ölümü” tablosundakı mizana uyğun qurulur. Digər personajlar isə onu laqeyidcə seyr edir. Atabalanın yuxuda Dədə Qorqudla qarşılaşması, bədəninin ruhundan ayrılması, vaxtaşırı personajların çöldən süzülən işıqda vücudlarının bir hissəsini görünməməsi əhvalatı mistik sürreal istiqamətə də yönəldir.
Yeri gəlmişkən, filmdəki meyxana səhnəsi ilə bağlı Elmir Mirzəyev “Meyxananın deqradasiyası” məqaləsində maraqlı bir fikrini bölüşür: “Meyxananın müstəqillik dövrü kinosunda ilk, artıq “ütülənməmiş“, lakin belə demək olarsa, “istiqamətləndirilmiş“ istifadəsi Vaqif Mustafayevin 1996-cı ildə kəskin satirik üslubda lentə aldığı “Fransız” filmində baş verdi. Vacib xətlərdən biri meyxanaçının gəlişidir – Ağasəlim Çıldağ bunun üçün xüsusi “Niyə müsəlman olmaq istəmirsən“ (maraqlıdır ki, burada da milli identifikasiya ünvanı kimi müsəlman sözü istifadə edilir) qafiyəsini açır, öz meyxanası ilə qəhrəmanı milli olmağa, yenidən bizlərdən birinə çevrilməyə dəvət edir, lakin bunun xeyri olmur. Sonda məlum olur ki, baş qəhrəman hələ sünnət olunmayıb və məcburi sünnətdən sonra məsələ həllini tapır. Bunlar meyxananın cəmiyyətə aşkarlanması, legitimləşməsi prosesinin mərhələləri idi, sonra isə janrda əvvəllər heç zaman olmamış mutasiya baş verir”.
Vaqif Mustafayev qapalı bir məkanda çox vacib mətləbləri dilə gətirən keyfiyyətli kamera filmi çəkib.
"VM və Oqtay" Kinostudiyasının "İlham" qəzeti ilə birlikdə istehsal etdiyi “Fransız” on-on iki gün ərzində lentə alınıb. “Fransız”ın ssenaristləri Əmir Pəhləvan və Vaqif Mustafayev, operatoru Rafiq Quliyevdir.
“Fransız” 2016-cı ildə Fransada "Xaos və harmoniya" şüarı altında keçirilən "Avropa ətrafında Avropa" Film Festivalı (fr. L'Europe autour de l'Europe — 2016) çərçivəsində Parisin İncəsənət Mərkəzində filmin nümayiş olunub.
kulis