Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Masallı. Hacıtəpə - 4 deputatı və 1 dövlət xadimi yetişdirən kənd


Haçtəpə Masallı rayonun Xırmandalı Ərazi Dairəsinə daxil olan 3 kənddən biridir. 1300-ə yaxın əhalisi var. Lakin bu kiçik kənd böyük övladlar yetirib -  rayona rəhbərlik etmiş Zəbi Quliyevdən tutmuş  keçmiş SSRİ Ali Sovetinin 2 çağırış deputatı olmuş Hacıağa Bayramova qədər.

QULİYEV ZƏBİ ƏHƏD OĞLU


1910-cu ildə Masallı rayonunun Hacıtəpə kəndində doğulub.

1928-ci ildə orta təhsi-lini başa vurur və elə həmin ildə Lənkəran qəza partiya-sovet məktəbinə daxil olur. Ardınca Bakı Partiya məktəbində oxuyur və 1931-ci ildə oranı bitirir.

1931-ci ildən 1941-ci ilə kimi Zəbi Quliyev Göynük, Şəki, Masallı, Samux rayonlarında gənclər ittifaqının (sonralar komsomol komitəsi adlandırıldı) birinci katibi vəzifəsində çalışmış və o vaxtkı rəhbərliyin rəğbətini qazanmışdı. Elə ona görə də tezliklə onu Samux rayonuna Rayon Partiya Komitəsinin birinci katibi təyin edirlər.

Böyük Vətən müharibəsinin ilk birinci ilində onu Tbilisi şəhərinə hərbi-siyasi məktəbə hərbi-siyasi rəhbərlik kursuna göndərirlər.

Kursu bitirən kimi 1942-ci ilin aprelində o, 416-cı məşhur Taqanroq diviziyasının 1373-cü alayına siyasi rəhbər təyin edlir. 

Müharibədən sonra Mərkəzi Komitə onu Şəki Şəhər Partiya Komitəsinin II katibi, Göyçay və Tovuz rayonlarına Partiya Komitəsinin I katibi vəzifələrinə təyin edir.

İşləyə-işləyə Azərbaycan Pedaqoji İnstitutunun tarix fakültəsini də bitirir. 1952-ci ildə Moskvaya Mərkəzi Komitə yanında Ali Partiya məktəbinə göndərilir.

1953-cü ildə partiya məktəbini bitirib Bakıya qayıdır. Azərbaycan KPMK-da məsul vəzifəyə təyin edilir. 1963-cü ilə qədər Mərkəzi Komitədə ən məsul vəzifələrdə müvəffəqiyyətlə çalışır. Daha sonra Ali Sovet aparatında işə göndərilən Z.Quliyev təqaüdə çıxana kimi burada işləmişdir.

Zəbi Quliyev xidmətləri çox olmuşdur. 

Lakin Masallı İsti suyunun sanatoriya kimi təyinatında Z.Quliyevin böyük rolu xüsusi əhəmiyyət kəb edir. Hətta əllinci illərdə Azərbaycanın rəhbəri olmuş İman Mustafayevin İstisuya gəlib dincəlməsini də təşkil edir və onun yxından köməkliyi ilə İstisu sanatoriyasının fəaliyyətinin genişlənməsi nə nail olur.

1972-ci ilin sentyabrında Z.Quliyev 62 yaşında vəfat etmiş-dir. Öz vəsiyyətinə görə onu Hacıtəpə kəndində öz qohumlarının yanında dəfn edirlər. 


BAYRAMOV HACAĞA BAYRAMƏLİ OĞLU – iki çağırış SSRİ Ali Sovetinin deputatı 


Bayramov Hacağa 14 aprel 1925-ci ildə Masallı rayonunun Hacıtəpə kəndində anadan olmuşdur. Hacıtəpə kənd 7 illik məktəbini 1949-cu ildə bitirib Masallı rayon mərkəzin-dəki orta məktəbdə oxuyur. 1953-cü ildə orta məktəbi bitirib Bakı Dəmiryol texnikumunun “Paravoz istismarı texnologiyası” ixtisası fakültəsinə daxil olur. 1956-ci ildə texnikumu bitirir və “Bakport”da tokar, sonra dərəcə alaraq mexanik işləyir.

1956-cı ildə Stavropol ölkəsinin Nevinomenski parovoz deposuna işləməyə göndərilir. 1959-cu ildə Bakı şəhərinin Biləcəri parovoz deposunda işləməyə başlayır.

1959-78-ci illərdə Biləcəri deposunda maşinist köməkçisi, teplovoz və elektrovoz maşinisti işləyir.

1977-ci ildə işləyə-işləyə Rostov Dəmiryol İnstitutuna daxil olur.

1978-82-ci illərdə Biləcəri lokomotiv deposunda maşinist təlimatçısı vəzifəsində işləyir.

1982-86-cı illərdə Bakı vaqon bələdçiləri deposunda Həmkarlar komitəsinin sədri vəzifəzində çalışır.

Yaxşı işinə görə onu əvvəlcə Biləcəri qəsəbə sovetinə,  sonra rayon sovetinə deputat seçildi və öz döv-rünün ən yüksək zirvəsinə çatdı. SSRİ Ali Sovetinin deputatı seçilərək ali məqama çatdı. Bu, bizim kəndimiz üçün böyük fəxr idi. 1970 və 1975-ci illərdə VIII və IX çağırış SSRİ Ali Sovetinə deputatlığa dalbadal ona iki dəfə etimad göstərildi. 

Sovet İttifaqı Kommunist partiyasının XXV qurultayına, Azərbaycan Kommunist partiyasının XXVIII-XXIX qurultaylarına nümayəndə seçilmişdir.

SSRi Həmkarlar İttifaqları Mərkəzi Şurasının XV qurultayına nümayəndə göndərilir.

Deputat olduğu dövrdə Ali Sovet büdcə komissiyasının üzvü kimi məsul vəzifəni də aparmışdır.

Səmərəli əməyi hökumət tərəfindən yüksək qiymətləndirilmişdir. “Əmək veteranı” medalı, “V.İ.Leninin 100 illiyi” medalı, “Lenin Ordeni”, “Xalqlar Dostluğu” ordeni, “Fəxri dəmiryolçu” döş nişanı və sair dövlət mükafatlarını alıb.

1986-cı ildə dekabr ayının 22-də 52 yaşında ürək çatışmazlığından vəfat edir.


KAMALOV TAPDIQ CƏLAL OĞLU


20 aprel 1939-cu ildə Hacıtəpə kəndində doğulmuşdur. 1955-ci ildə Hacıtəpə kənd 7 illik məktəbini bitirib, Bakı şəhərindəki 2 saylı peşə məktəbinə daxil olmuşdur. 1957-1960-cı illərdə Bakı Sənaye texnikumunda oxumuşdur. Leninneft Qazma İdarəsi Mənzil-Kommunal təsərrüfatı idarəsinə usta vəzifəsinə təyin edilmişdir. İşləməklə bərabər Azərbaycan Politexnik İnstitutunun axşam şöbəsində – inşaat-mühəndisliyi fakültəsində oxumuş, 1970-ci ildə oranı bitirmişdir.  

1977-ci ildə Lenin rayonu Razin (ibdiki A.Bakıxanov) qəsəbə Xalq Deputatları Soveti İcraiyyə Komitəsinin sədri seçilmişdir.

Uzun illər qəsəbə və rayon sovetlərinə, XVIII, XIX, XX çağırış Bakı Şəhər Sovetinə deputat seçilmişdir.

1973-cü ildən dəfələrlə Lenin Rayon Partiya Komitəsinin üzvü seçilmişdir. Azərbaycan KP-nın XXXII qurultayının nümayəndəsi olmuşdur.

1990-95-ci illər Razin (Bakıxanov) rayonu 25 saylı seçki dairəsindən Azərbaycan Ali Sovetinə deputat seçilmişdir.

1995-ci ildən 2000-ci ilə qədər Bakı Şəhəri Xətayi Rayon İcra Hakimiyyəti başçısının I müavini vəzifəsində çalışmışdır.

2000-cı ildən 2005-ci ilə qədər 70 saylı Masallı-Yardımlı seçki dairəsindən Milli Məclisə millət vəkili seçilmişdir.

Dövlət tərəfindən müxtəlif səviyyələrdə fəxri fərmanlarla, “Əmək şöhrəti”, “Əmək veteranı” medalları ilə təltif edilmişdir.

20.. .. –ci ilin ............... 5-də vəfat etmişdir.


NURULLAYEV  RAZİ   QULAMƏLİ  OĞLU


1 aprel1971-ci ldəİmişli rayonu Xəlfələr kəndində anadan olmuşdur. 

1992-1997-ci illərdə Azərbaycan Dövlət Dillər İnstitutunun (indiki Azərbaycan Dillər Universiteti) İngilis-fransız dilləri pedaqoji fakultəsində ali təhsil alıb. 

2000-2005-ci illərdə Cənubi-Rusiya Humanitar İnstitutunun Hüquq fakultəsində ikinci ali təhsil alıb. 

2004-cü ildə Kanadanın Montreal şəhərində John Abbott Collecində Beynəlxalq İnsan Hüquqları Təlimi Proqramı üzrə tam kursu, 2009-cu ildə isə ABŞ-ın Nyu York şəhərində Kolumbiya Universitetində Beynəlxalq və Dövlət Siyasəti Məktəbi (Ford Motor Company International Fellowship of the 92nd Street Y Developing Community Leaders, 2009) ixtisasartırma kursunu bitirib. 

1994-cü ilin yanvar ayından 1995-ci ilin noyabr ayına qədər “ÇAĞ” qəzetində müxbir işləyib.

1998-ci ildən 2001-ci ilə qədər "Baku Steel Company"-də menecer köməkçisi və tərcüməçi olub. 

10 sentyabr 1999-cu ildə yaradılmış Demokratik İslahatlar Uğrunda Cəmiyyətin (DIUC) 1999-cu ilin sentyabr ayından 2011-ci ilə qədər həmsədri olub.[4]

2001-ci ilin iyun ayından 2002–ci ilin yanvar ayına qədər BelçikanınBrüssel şəhərində yerləşən Beynəlxalq Xəzər Araşdırmaları Mərkəzinin icraçı direktoru olub.[5][6]

2001-ci ildən 2003-cü ilə qədər Azərbaycan Dillər Universitetində İngilis dilinin qramatikasından mühazirələr deyib. 

2002-ci ilin fevral ayından AMEA Beynəlxalq Münasibətlər İnstitutunda, 2003-cü ildən 2006-cı ilə qədər isə AMEA Fəlsəfə və Siyasi-Hüquqi Tədqiqatlar İnstitutunun «Beynəlxalq Münasibətlər və Beynəlxalq Hüquq» şöbəsində elmi işçi kimi fəaliyyət göstərib. 

2007-ci ildən 2012-ci ilə qədər Vətəndaş Cəmiyyətinə Dəstək Koalisiyasının kordinatoru olub. 

2009-cu ilin sentyabr ayından 2015-ci ilin fevral ayına qədər Azərbaycan Xalq Cəbhəsi Partiyası (AXCP) sədrinin xarici məsələlər üzrə müavini olub. 

2012-ci ildənRegion Beynəlxalq Analitik Mərkəzinin (RBAM) sədridir.

17 oktyabr 2015-ci ildə AXCP-nin qurultayı Razi Nurullayevi AXCP sədri seçib. 

2005-ci il Azərbaycan Respublikasının Milli Məclisinə III çağırış seçkilərdə8 saylı Binəqədi 1-ci seçki dairəsindən namizəd olub. 

2010-cu il Parlament seçkilərindəAXCP-Müsavat seçki blokunun23 saylı Nəsimi-Səbail SD-dən vahid namizədi olub.

2018-ci il Azərbaycan Respublikası prezidenti seçkilərində "Cəbhəçilərin təşəbbüs qrupu" tərəfindən namizədliyi irəli sürülüb. 

2020-cu il Parlament seçkilərində79 saylı İmişli SD-dən deputatlığa namizəd olmuş və 21.4 %-lə qalib gələrək Azərbaycan Respublikasının Milli MəclisininVI çağırış deputatı seçilib. Parlamentin "Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr" ilə "İnsan Hüquqları" komitəsinin üzvüdür. 

Azərbaycan, rus, ingilis, fransız, türk, alman, holland dillərində sərbəst danışır.

Atası Hüseynov Qulaməli Masallı ryonunun Hacıtəpə kəndindəndir. 


ALLAHVERDİYEV   ELNUR    MARAT   OĞLU


 21 aprel 1978-ci ildə Bakıda anadan olmuşdur. 

1985-1995-ci illərdə Bakı şəhər 47 saylı orta məktəbdə oxuyub.

Orta məktəbi müvəffəqiyyətlə bitirib ilk ali təhsilini 1995-1999-cu illərdə Azərbaycan Beynəlxalq Universitetinin hüquqşünslıq fakültəsində almışdır. 

1999-cu ilin iyul ayından 2000-ci iyul ayınadəkordu sıralarında olmuşdur.

Tərxis olunduqdan sonra dövlət idarələrində müxtəlif vəzifələrdə işləmişdir.

2012-2015-ci illərdə Azərbaycan Dövlət İqtisad Universitetinin İqtisadiyyatın hüquqi tənzimlənməsin fakultəsində oxuyaraq ikinci ali təhsilini də almışdır.

Sahibkarlıq fəaliyyəti ilə məşğul olub. 2001-ci ildən “ABC-Telecom” MMC-nin Baş direktoru vəzifəsində çalışıb. 

13 noyabr 2014-cü ildən 29 dekabr 2019-cu ilədək Sloveniya Respublikasının Azərbaycan Respublikasındakı Fəxri Konsulu olub.

1 dekabr 2017-ci il tarixində Heydər Əliyev Mərkəzinin direktorunun müşaviri vəzifəsinə təyin olunub. Milli Məclisə deputat seçildikdən sonra bu vəzifədən istefa verib.

9 fevral 2020-ci ildə keçirilmiş Milli Məclisə seçkilərdə 17 saylı Yasamal rayonu 3-cü Seçki Dairəsindən Azərbaycan Respublikası Milli Məclisinə deputat seçilməsi ilə əlaqədar olaraq sahibkarlıq fəaliyyətinə son verib. 

Yeni Azərbaycan Partiyasının üzvüdür.

Rus və ingilis dillərində sərbəst danışır.

Ailəlidir, üç övladı var.

Elnur Allahverdiyevin ata babası Marat Allahverdiyev uzun müddət partiya və sovet işində çalışmışdır – elmlər doktoru, akademik olmuşdur.

Ana babası Zeynalov Süleyman Mustafa oğlu Masallı rayonunun Hacıtəpə kəndindəndir. Z. Süleyman 40 il Moskva-Bakı-Moskva sərnişin qatarında qatar rəisi olmuşdur.

Onu da xatırladaq ki, Elnur müəllim həm də xeyriyyəçi bir insan kimi tanınır. Yaxın vaxtlarda onun ata yurdu Hacıtəpə kəndində 80 yerlik Uşaq Bağçası və hər cür təminatı olan həkim məntəqəsi tikəcəyi gözlənilir.


Əlizaman Baxış











Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10