"İnsanlar dünyanın bəndələridir. Dini bir yemək kimi bilirlər ki, nə zaman dadı yaxşı olsa, ona nəzər salarlar..."
Aşura faciəsinin yaranmasına səbəb olan amillər hansılardır? Bunlara nəzər salaq.
1. Dünyanın əsiri olmaq. İmam Hüseyn (ə) Kərbəlaya daxil olduğu ikinci gündə buyurmuşdu: “İnsanlar dünyanın bəndələridir. Dini bir yemək kimi bilirlər ki, nə zaman dadı yaxşı olsa, ona nəzər salarlar. Ancaq o zaman ki, imtahan olarlar, dindarlarının sayı az olar”.
Ona görə də deyə bilərik ki, Kufə əhlinin geri çəkilməsinin ilk səbəbi dünyapərəst olmaqları olmuşdur. Dini ancaq dillərində söyləyirdilər. Həyatlarında rifaha səbəb olan zaman onu bəyənirdilər. Ancaq imtahan olunan zaman onu tərk edirdilər.
Bəşər ibni Tanihə nəql edir: “Aşura gününün sübhü İmam Hüseyn (ə) buyurur: “Allah bəndələri! Allahdan çəkinin və dünyadan ehtiyatlı olun ki, əgər dünya insan üçün qalardısa və kimsə onda qalardısa – peyğəmbərlər (ə) onda qalmaq üçün daha layiqli idilər. Ancaq Allah Təala dünyanı imtahan üçün və əhlini məhv olmaq üçün xəlq etmişdir. Onun yeni olanı köhnə, neməti – məhv olandır. Şadlığı acı və evləri ürək qopartmaq üçündür. Azuqə toplayın ki, ən yaxşı azuqə - təqvadır. Çəkinin, bəlkə xilas oldunuz”.
2. Haramxorluq. İnsanların İmama (ə) qarşı çıxmasına səbəb olan amillərdən biri də haramxorluq olmuşdur. Haramxorluq ancaq beytul-malı yemək deyildir, əslində haram yolla qazanılan hər bir ruzidir. İmam Hüseyn (ə) Aşura günü üzünü düşmən ordusuna çevirib buyurur: “Vay olsun sizə! Niyə sakit olmursunuz və mənimlə vuruşmaq üçün hay-küy salırsınız? Qulaq asın ki, mən sizi kamala dəvət edirəm. Hər kim mənim sözlərimə qulaq asmaz, həlak olar. Sizin ruziniz haram yolla əldə olunmuşdur. Əldə etdikləriniz haram yolladır. Qarınlarınız haram tikə ilə doludur”. (Tebyan)
Ona görədir ki, Peyğəmbər (s) buyurardı: “Halal ruzi əldə etmək hər bir müsəlman kişi və qadına vacibdir”.
Həzrət (s) başqa yerdə buyurur: “İbadətin on hissəsi vardır ki, onun doqquz hissəsi halal ruzi istəməkdir”.
Bu amillər səbəb oldu ki, İmamı (ə) dəvət edənlər sonradan su yolunu İmam (ə) və onun ailəsi üçün bağladılar. Nə kiçiyə və nə də böyüyə rəhm etmədilər.
Nəticədə də Aşura faciəsi baş verdi.
/Deyerler.org/