Kürdəmir rayon İcra Hakimiyyətinin başçısı Ceyhun Cəfərovun həbsi ilə son 9 ayda bu yolla cəzalandırılan icra başçılarının sayı 6 nəfərə çatdı. Onlardan beşi – Ağstafa, Neftçala, Biləsuvar, İmişli və Kürdəmirin icra başçıları elə vəzifə kreslosunda tutulub. Yalnız Yevlaxın icra başçısı Qoca Səmədov həbsindən bir neçə gün əvvəl vəzifəsindən uzaqlaşdırılmışdı.
Əvvəlki beş icra başçısını Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) əməkdaşları saxlamışdısa, Kürdəmir rayon İcra Hakimiyyətindəki əməliyyatı Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə İdarəsi həyata keçirdi. “Press Klub”un əldə etdiyi məlumata görə, C.Cəfərov istisna olmaqla, digərləri elə DTX-nın istintaq təcridxanasında saxlanılır. Onların işi üzrə araşdırmalar da DTX-nın İstintaq Baş İdarəsində aparılır.
Kürdəmirin icra başçısı, eləcə də onunla birlikdə saxlanılan birinci müavini Tacəddin Novruzov və İH-nin Ərazi idarəetmə və yerli özünü idarəetmə orqanları ilə iş şöbəsinin müdiri Natiq Kərimov isə avqustun 20-də məhkəmənin həbs qərarından sonra Bakı İstintaq Təcridxanasına köçürülüb.
Silsilə əməliyyatlarda ilk həbs olunanlar Ağstafa və Yevlax rayonlarının sabiq icra başçıları və onların işçiləri olmuşdu. Onların barəsində ilkin istintaq dövrü üçün seçilmiş dörd aylıq həbs-qətimkan tədbirinin müddəti başa çatdığından aprel ayında müddət daha dörd ay artırılmışdı. Sonradan iyul ayında bu müddət daha üç ay artırıldı. İkinci uzatmadan da ay yarım vaxt keçib, amma istintaq yekunlaşmayıb.
Keçmiş məmurlardan birinin vəkili kimliyinin açıqlanmaması şərtilə “Press Klub”a bildirdi ki, müvəkkili də daxil olmaqla, həbsdəki sabiq məmurlar həm də istintaqın uzanmasından narazıdır. Vəkilin sözlərinə görə, hüquqlarını müdafiə etdiyi şəxslə bağlı aylarla heç bir istintaq hərəkəti aparılmayıb:
“Azərbaycan qanunvericiliyinə görə, təqsirləndirilən şəxs və ya vəkili istintaq yekunlaşana qədər iş materiallarıyla tanış ola bilməz. Yalnız şəxsin özünə aid istintaq hərəkətlərində – dindirmə, üzləşdirmə və s. iştirak edə bilərik. Ona görə başqa dindirmələrdən, istintaq hərəkətlərindən xəbərimiz yoxdur. Amma konkret müdafiə etdiyim şəxslə bağlı aylarla heç bir istintaq hərəkəti aparılmayıb. İstintaqın niyə bu qədər uzanması bizim özümüzə də maraqlıdır. Bildiyimə görə, həbsdəki digər məmurlarla bağlı da eyni vəziyyətdir”.
Amma vəkil düşünür ki, sentyabrın sonuna qədər daha əvvəl həbs olunan icra başçılarının işi üzrə istintaqı yekunlaşdırıb, məhkəməyə göndərəcəklər.
Cinayət-Prosessual Məcəllənin 159-cu maddəsində məhkəməyə qədər şəxsin həbsdə saxlanması üçün maksimum müddətlər müəyyənləşdirilib. Böyük ictimai təhlükə törətməyən cinayətlər üzrə 3 ay, az ağır cinayətlər üzrə 7 ay, ağır cinayətlər üzrə 10 ay, xüsusilə ağır cinayətlər üzrə 13 ay maksimum müddət nəzərdə tutulub. Amma toplanmış materialların həcminin çoxluğu, təqsirləndirilən şəxslərin sayı ilə əlaqədar zərurət yaransa, bu müddət az ağır və ağır cinayətlər üzrə 3, xüsusilə ağır cinayətlər üzrə 6 ay da uzadıla bilər.
DTX-nın həbs etdiyi məmurlara qarşı irəli sürülən ittihamlar ağır və xüsusilə ağır cinayətlər kateqoriyasına aiddir.
Hüquqşünas Namizəd Səfərov deyir ki, hətta daha mürəkkəb işlərin də istintaqını 2-3 aya yekunlaşdırmaq mümkündür:
“Bizdə pis ənənə var ki, ən sadə cinayət işinin istintaqını da qısa müddətdə yekunlaşdırmaq istəmirlər, uzadırlar. Halbuki, normal hüquqi dövlətlərdə şəxsin məhkəməyədək həbsdə saxlanma müddətinə xüsusi diqqət yetirilir. İstintaq mümkün qədər tez başa çatdırılır ki, məhkəmə işə baxıb, günahı varsa, cəza versin, yoxdursa, azad etsin. Azərbaycan təcrübəsində istintaqın yubanması təkcə səhlənkarlıqla bağlı olmur. Bəzən korrupsiya elementləri də olur. Daha çox adamı cəlb edib, təzyiq göstərilməsi, pulunun alınması…”
Konkret icra başçıları haqqında istintaqa gəlincə, hüquqşünas bu prosesdə uzanmanı işin mürəkkəbliyi ilə əlaqələndirməyin tərəfdarı deyil: “Vaxtilə müstəntiq işləmiş biri kimi, təcrübədən çıxış edib deyirəm ki, icra başçılarıyla bağlı işlər xüsusi araşdırma üsulları tələb edən mürəkkəb iş deyil”.
Demokratik Təşəbbüslər İnstitutunun rəhbəri, hüquqşünas Akif Qurbanov icra başçılarının həbsində estafetin DTX-dan Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə keçməsini gözlənilməz saymır. Bu haqda “Press Klub”a danışan A.Qurbanov bildirdi ki, istintaq aparmaq səlahiyyəti olan bütün orqanlar üzərində prokurorluğun nəzarət funksiyası var. Yəni istintaqın hansı qurumda aparılmasından asılı olmayaraq, prokurorluğun nəzarətindədir. Amma onu da istisna etmir ki, prokurorluğun nüfuzunu artırmaq üçün artıq böyük əməliyyatların icrası da bu quruma həvalə olunub:
“DTX-nın icra hakimiyyətlərində, nazirliklərdə əməliyyatlarından sonra ictimai rəydə belə təəssürat yaranıb ki, DTX daha böyük işlərlə məşğuldur, prokurorluq kiçik işlərlə. İstisna deyil ki, prokurorluğun nüfuzu baxımından bu işləri birbaşa bu qurumun özünə həvalə ediblər. Amma bundan əvvəl də bəzi əməliyyatlar Korrupsiyaya Qarşı Mübarizə İdarəsi ilə birgə həyata keçirilmişdi”.
Həbslərin davam etməsinin ictimai rəyə təsiri haqda danışan A.Qurbanov hesab edir ki, ilk həbslərdə cəmiyyətdə gözlənti var idi. Amma proseslərin inkişafı mənzərəni dəyişdi:
“DTX əməliyyatlara yeni başladığı mərhələdə gözlənti var idi ki, nə baş verir? Doğrudanmı korrupsiyaya qarşı mübarizə başlayıb? Hökumətə yaxın resurslar da baş verənləri islahat kimi dövriyyəyə buraxırdı. Amma zaman göstərdi ki, belə deyilmiş. Məsələn, Dövlət Sərhəd Xidmətinin sədr müavini olan general ev dustaqlığına buraxıldı. Təqsirsizliyi bir yana, ittiham olunduğu maddə belə ağır olmayan Tofiq Yaqublu isə ev dustaqlığına buraxılmır. Cəmiyyət də bunu görür, anlayır ki, korrupsiyaya qarşı mübarizə deyil, oyundur, görüntüdür. Əvvəllər də bənzər hadisələr baş verib. Həbslər olub, amma real araşdırmalar olmayıb. Üstəlik, indi insanların sosial şəbəkələr vasitəsilə alternativ infornasiya almaq imkanları var. Bu da qarşı tərəfin təbliğatını alt-üst edir”.
A.Qurbanov Xarici İşlər Nazirliyindəki əməliyyat nəticəsində həbs olunmuş idarə rəisi Fərhad Molla-zadənin ifadəsini xatırlatdı. Onun ifadəsindən bir hissəni DTX yaymışdı. Orada F.Mollazadə bildirirdi ki, saxta tenderlər nəticəsində əldə etdikləri vəsaitin 80 faizini nazirliyin digər işlərinə xərcləyib, 20 faizini öz aralarında bölürdülər:
“Hərtərəfli istintaq aparılsa, araşdırılmalıdır ki, o 80 faiz necə xərclənirdi, kimlərin cibinə gedirdi. Baş idarə rəisi nazirə tabedir. Düzdür, sonradan naziri çıxardılar. Amma cəmiyyət bilmədi ki, onun çıxarılmasının əməliyyatla əlaqəsi vardımı, baş verənlərə görə hansı hüquqi məsuliyyəti daşıyır? Ümumiyyətlə, bu əməliyyatlarda korrupsiyaya qarşı mübarizə, korrupsiyanın kökünü kəsmək niyyətindən daha çox hakimiyyət daxilində hesablaşma görünür. Qarabağ danışıqları və atəşkəsin pozulması fonunda Elmar Məmmədyarov “günah keçisi” kimi cəzalandırıldı. Eləcə də, bölgələrdəki irimiqyaslı korrupsiyanı icra başçılarının üzərindən qapatmağa çalışırlar. Mən demək istəmirəm ki, həbs olunan icra başçıları günahsızdır. Əlbəttə ki, yox. Demək istədiyim odur ki, bu problemlər ayrı-ayrı rayonlarda yox, bütövlükdə sistemin özündədir. Hər bir nazirlikdə, icra hakimiyyəti orqanlarında, hətta bələdiyyələrdə köklü surətdə korrupsiyaya qarşı mübarizə aparılmır. Sadəcə, ayrı-ayrı qurumlarda kimlərsə cəzalandırılır. Cəmiyyət də bunu başa düşür”.