Vasili və İvan Şiqalyov qardaşları öz işlərinin əsl peşəkarı olublar və buna görə də öz dövrlərinin ən yüksək dövlət mükafatları ilə təltif ediliblər. Qardaşlara orden və medallar təqdim olunanda rəsmi sənədlərdə bir cümlə yazılıb – “xidmətdə fərqləndiklərinə görə”. Təqdimatların müzakirələrində isə birincilərə yalnız şifahi şəkildə Şiqalyovların nə qədər adam güllələməsi məruzə edilib və təsadüfi deyil ki, Şiqalyov qardaşları Stalinin ən “məhsuldar” cəlladları siyahısında ön cərgələrdə yer alıblar.
Vasili Şiqalyov 1896-cı ildə, İvan Şiqalyov isə 1899-cu ildə Vladimirdə anadan olub. 4 illik təhsildən sonra Vasili əvvəlcə çəkməçi köməkçisi, sonra isə çəkməçi işləyib. Kiçik qardaş isə 10 yaşından dükanlarda fəhləlik edib, daha sonra isə satıcı kimi işləməyə başlayıb.
Vasili hərbi xidmətdən sonra orduda qalmağa qərar verib. 1934-cü ildə ildə “NKVD” yaradılanda xidməti yerini dəyişərək daxili işlər orqanlarına keçib. 1936-cı ildən xidmətini “NKVD”-nin komendaturasında xüsusi tapşırıqların icraçı zabiti vəzifəsində davam etdirib. O, kiçik qardaşını da komendaturaya işə düzəldib.
Qardaşlar bir ailədə böyüsələr də, eyni tərbiyəni alsalar da, fərqli xarakterə malik olublar. Böyük qardaş daha qapalı, daha ciddi, daha sərt olub. İvan Şiqalyov isə ünsiyyətcil olmağı ilə fərqlənib. Şiqalyovların yalnız bir oxşar cəhəti olub - amansızlıqları. Hətta qardaşlar arasında ölüm hökmlərinin icrası, güllələmək sayında yarışma da gedib.
Ümumiyyətlə, “NKVD cəlladları”nın adı gizli saxlanılıb. Hətta ailə üzvləri onların hansı vəzifəni yerinə yetirdikləri haqqında məlumatsız olublar. Yalnız hökm icra olunanda güllələnənlər icraçıları görüblər.
İvan Şiqalyov komendaturaya böyük qardaşından gec gəlsə də, onun güllələnmə icralarının sayı Vasili Şiqalyovdan daha çox olub. Təxmini olaraq hər iki qardaş ayrı-ayrılıqda 10 minə yaxın ölüm hökmünü icra ediblər.
Kiçik qardaş təltif sayında da böyük qardaşını arxada qoyub. O, hətta “Lenin” ordeni ilə də təltif olunub.
Qardaşların ölüm hökmlərini icra etməsi də fərqlənib. Vasili Şiqalyov hökmü icra etməzdən əvvəl güllələnəcək şəxsə işgəncə verməkdən zövq alıb. Kiçik qardaş isə ölüm hökmünə məhkum olunanlarla zarafat etməyi xoşlayıb. Eyni dövrdə komendaturada xidmət edən Georgi Afanasyev sonralar öz xatirələrində Şiqalyov qardaşları haqqında təəssüratlarını belə bölüşüb:
“Mən həyatda Vasili kimi qəzəbli, acıqlı, hikkəli insana ilk dəfə rast gəlirdim. O, təkcə məhbuslara qarşı deyil, zabitlərlə də kobud rəftar edirdi. Ölüm hökmünü, güllələnməni icra etməzdən əvvəl onun həmin kəsə verdiyi işgəncələri görmək çox dəhşətli bir səhnə idi. “NKVD”-nin ən qəddar zabitləri belə bu səhnələri müşahidə etməkdən imtina edirdilər. Vasili Şiqalyov işə qəzəbli gələndə hamı bunu hiss edirdi. O, kameraların qarşısından keçərək, “mən bu gün qəzəbliyəm” deyə qışqıraraq vəhşi səslər çıxarırdı. Belə vəziyyətlərdə o, vəhşi heyvanı xatırladırdı. İşini gördükdən sonra vəzifə ranqına görə ondan üstün olan türmə rəisinə səsinin toninu qaldıraraq, “növbəti qurbanlarımı verin” deyə göstəriş verirdi. Bir neçə dəfə zabit yoldaşları onun haqqında barbaşa Beriyaya, Mərkəzi Komitəyə məktub göndərmişdilər. Onu bu amansızlığına görə cəzalandırmaq əvəzinə, əksinə, mükafatlandırmışdılar. Sözsüz ki, həmin ərəfədə Stalinə də, Beriyaya da belə cəlladlar daha çox lazım idi. Qardaşı isə ondan fərqli olaraq, müqayisədə insaflı idi. Düzdür, o da amansızlığı ilə seçilirdi, ölüm hökmlərinin icrasının sayını artırmaq üçün canfəşanlıq edirdi, amma işgəncə verməyi xoşlamırdı. Hətta güllələnəcək şəxsin son dəqiqələrində onlarla zarafat da edirdi. Şiqalyov qardaşlarının həyat tərzi sözün əsl mənasında faciəli və acınacaqlı idi, günün birinci yarısı qanla, ikinci yarısı spirtlə. Hər ikisinin ailəsi dağılmışdı və onların psixoloji durumunda yaranmış problemlər zaman-zaman özünü daha qabarıq şəkildə göstərirdi. O, illərdə “NKVD” türməsində adam öldürmək üzrə sanki yarış keçirilirdi. Şiqalyov qardaşları bu yarışda ən amansız cəllad olan Pyotr Maqqodan sonra ikinci yerdə idilər”.
Şiqalyov qardaşları digər “NKVD” cəlladları kimi içkiyə hədsiz meylli olublar. Günün birinci yarısında işlərini bitirən qardaşlar günortadan sonra huşlarını itirənə qədər içiblər. Onları sürüyə-sürüyə maşına qoyub evlərinə göndərməkləri adi hala çevrilib.
Ümumilikdə “NKVD” türməsində çalışanlar, xüsusilə də ölüm hökmünü icra edən zabitlərin ömrü qısa olub. Onların arasında dəli olanlar, şizofreniya xəstəliyinə tutulanlar az olmayıb.
Şiqalyov qardaşlarının da ömrü uzun olmayıb. Vasili Şiqalyov 1942-ci ildə, 46 yaşında qəfil ürəktutmadan ölüb. Qardaşının ölümündən bir il sonra İvan Şiqalyov təqaüdə çıxıb. Bütün günü sərxoş gəzən İvan Şiqalyov isə 1944-cü ildə, 45 yaşında vəfat edib. Bəzi versiyalara görə, o, tapança ilə özünü güllələyib. Belə ki, İvan Şiqalyov ordenlərini taxıb yaşadığı küçədə “mən bu ordenləri Moskva uğrunda gedən döyüşlərdə almışam” deyərkən, kimsə ona yaxınlaşaraq sabiq “NKVD” əməkdaşının cavabını belə verib: “Sən bu ordenləri moskvalıları güllələdiyinə görə almısan...”. Bu insidentdən sonra sərxoş vəziyyətdə olan Şiqalyov mənzilinə qalxaraq sonuncu ölüm hökmünü icra edib, özünü güllələyib.
Sözsüz ki, minlərlə insanın taleyinə son qoyan qardaşların son aqibətləri başqa cür ola da bilməzdi...
İlham Cəmiloğlu, Musavat.com