Səfir Eldar Həsənovun DTX tərəfindən saxlanılması, barəsində həbs-qətimkan tədbiri seçilməsi xeyli suallar meydana çıxarıb
Azərbaycanın Serbiya, Monteneqro və Bosniya və Hersoqovinadakı səfiri Eldar Həsənov həbs edilib. Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən saxlanılan səfir barəsində dünən Səbail Rayon Məhkəməsində hakim Azər Tağıyevin sədrliyi ilə keçən məhkəmədə 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
E.Həsənova qarşı AR Cinayət Məcəlləsinin 308.2 (Vəzifə səlahiyyətlərindən sui-istifadə) və 308-1.1-ci (Dövlət büdcəsinin, məqsədli büdcə fondlarının və ya büdcədənkənar dövlət fondlarının vəsaitindən təyinatı üzrə istifadə etməmə) maddələri üzrə ittiham irəli sürülüb.
Qeyd edək ki, DTX-nın yaydığı məlumata görə, Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin (XİN) bəzi vəzifəli şəxslərinin öz səlahiyyətlərindən sui-istifadə edib dövlətin qanunla qorunan mənafelərinə mühüm zərər vuran əməllərə yol vermələri ilə bağlı başlanılmış cinayət işi üzrə XİN-in İşlər idarəsinin müdiri, Nazirliyin Tender Komissiyasının sədri Fərhad Molla-zadə, Konsulluq idarəsinin rəisi Faiq Bağırov və digərləri vəzifə səlahiyyətlərindən sui-istifadə etmə, mənimsəmə, rüşvət alma faktlarına görə cinayət məsuliyyətinə cəlb edilərək barələrində məhkəmənin qərarları əsasında həbs qətimkan tədbiri seçilib.
Davam edən cinayət işi üzrə həyata keçirilən istintaq-əməliyyat tədbirləri zamanı XİN-in fəaliyyət istiqamətləri üzrə ayrılan dövlət büdcə vəsaitlərinin mənimsənilməsi ilə bağlı yeni məlumatlar əldə edilib, toplanılmış materiallar əsasında müvafiq qərarla kompleks maliyyə-təsərrüfat fəaliyyəti üzrə yoxlama təyin edilib. Maliyyə yoxlamaları zamanı Azərbaycan Respublikasının Serbiya Respublikasında, Monteneqroda, Bosniya və Hersoqovinadakı səfiri Həsənov Eldar Hümbət oğlu tərəfindən xeyli miqdarda büdcə vəsaitinin təyinatı üzrə istifadə edilməməsi və digər qanun pozuntularının törədilməsinə dair əsaslı şübhələr müəyyən edilib. Aparılan istintaq çərçivəsində E.Həsənov şübhəli şəxs qismində tutulub.
E.Həsənovun həbsi ətrafında müəyyən fikirlər səslənməkdədir. 1995-ci ildən 2000-ci ilədək Azərbaycanın Baş prokuroru vəzifəsini daşımış Eldar Həsənov barəsində zaman-zaman ölkə mətbuatında müxtəlif xəbərlər, yazılar dərc edilib. Onun siyasi ambissiyalı biri olduğu, siyasi iddiaları haqqında müzakirələr illərlə aparılıb. Bir çox xarici ölkələrdə biznes obyektlərinin olduğu, kifayət qədər maliyyəyə sahibləndiyi, bununla da siyasi ambissiyalarının artdığı haqqında analizlər özünə yer alıb. E.Həsənov həm də doğulduğu Qarabağ regionunda hörmət sahibi kimi tanındığı üçün, siyasi iddialarından heç zaman geri çəkilmədiyi mülahizələri ortadadır.
İndi onun həbs olunması yeni suallar meydana çıxarıb. Məsələ burasındadır ki, Baş prokuror vəzifəsindən azad edildikdən indiyədək həbs ediləcəyi deyilirdi. Bildirilirdi ki, siyasi dairələrdə sabiq Baş prokuror heç də arzulanan şəxs deyil. “Həsənov axır ki, 20 ildən sonra həbs edildi” kimi fikirlər sosial şəbəkələrdə səsləndirilir.
Belə iddialar da var ki, E.Həsənov dövlətə xəyanət içərisində olub, həbsi də buna görədir. Yerli mətbuat iddia edir ki, ötən ay Ermənistanın Tovuz istiqamətində törətdiyi təxribat zamanı baş verən döyüşlərdə Serbiyadan işğalçı ölkəyə külli miqdarda silah satılıb ki, bu alverdə Həsənovun da dolayısı ilə əli olub.
Onu da bildirək ki, E.Həsənov həbsindən iki gün qabaq Serbiyanın hökumət rəhbərinin başçılıq etdiyi nümayəndə heyəti ilə birgə Bakıya gəlib. Bakıda aidiyyəti qurumların rəhbərləri ilə Serbiya rəsmilərinin görüşü, müzakirələri, ikitərəfli əlaqələrin inkişafı kimi məsələlər müzakirə edilib. Həmçinin Serbiya tərəfindən Ermənistana silah-sursat satışı da görüşlərdə əsas müzakirə predmeti olub. Səfirin Serbiya nümayəndə heyəti Azərbaycandan gedəndən dərhal sonra Bakıda həbs edilməsi də müəyyən sualların meydana çıxmasına səbəb olub.
Məsələni AYNA-ya şərh edən analitiklərin də fikirləri birmənalı deyil. Azərbaycan Milli Strateji Tətqiqatlar Mərkəzinin (AMSTM) sədri, politoloq Natiq Miri məsələyə bir neçə aspektdən yanaşıb. Şərhçinin fikrincə, ilk baxışdan görünən odur ki, E.Həsənovun həbsi XİN-də gedən “təmizləmə” ilə əlaqədardır: “Açığı, Eldar Həsənov Azərbaycan səfirləri içərisində öndə olan, konkret siyasi iddialı bir şəxsdir. Bunu qətiyyən gizlətmək olmaz. Müxtəlif vaxtlarda hakimiyyətə siyasi iddiasını ortaya qoyub və bu yöndə müəyyən media qurumları ilə işlər aparıb. Mənə elə gəlir ki, həbsinin səbəblərindən biri də, onun siyasi hakimiyyətə iddialı olmasıdır. Gələcək perspektivdə hakimiyyət içərisindən hakimiyyətə iddialı şəxslər var idisə, onlardan biri də məhz Həsənov idi. Düşünürəm ki, bu iddia təkcə Eldar Həsənova məxsus deyildi, onu həm siyasi arenada, həm də mediada dəstəkləyən qruplar mövcuddur”.
“İkinci məsələ onun həbsinin Serbiya nümayəndə heyəti ilə birgə Bakıya gəlməsindən sonra həyata keçirilməsidir. Ola bilər ki, səfirin həbsində Serbiyanın Tovuz döyüşləri zamanı işğalçı Ermənistana silah satması məsələsi də rol oynayıb. Bu silah satışı offşor zonalardakı şirkətlər vasitəsilə həyata keçirilib. Yəqin ki, bu məsələdə Eldar Həsənovun da əlinin olması haqqında Azərbaycanın xüsusi xidmət orqanlarında konkret kəşfiyyat informasiyaları var. Məsələ burasındadır ki, XİN-də “təmizləmə” əməliyyatı başladı və ilk həbs olunan səfir məhz Serbiyadakı səfirdir”, - deyə politoloq qeyd edib.
AMSTM rəhbəri bir məqama da xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkib: “Bu məqam da Eldar Həsənovun prokurorluq tərəfindən yox, məhz Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs edilməsidir. Bu, o anlama gəlir ki, səfirin Azərbaycan dövlətinin əleyhinə fəaliyyəti mövcuddur. Güman ki, DTX səfir haqqında bugünə qədər araşdırma aparıb və konkret dəlillər əldə edib. Bundan sonrakı prosesdə yəqin ki, bir sıra məsələlər açılacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu E.Həsənovun zidiyyətli fiqur olmasına diqqət çəkib: “Baş prokuror işlədiyi müddətdə də onun siyasi proseslərdə rolu, iştirakı barədə mətbuatda müxtəlif məlumatlar yayılırdı. Hətta, səfir olduğu müddətdə də siyasi iddialarının olması, bu istiqamətdə fəaliyyətini dərinləşdirdiyi haqqında xəbərlər yazılırdı. Onun həbsi hakimiyyətdaxili qarşıdurmanın bir təzahürü də ola bilər. Amma rəsmi açıqlamada korrupsiya əməllərinə görə həbs edildiyi, istintaq aparıldığı bildirilir. Hər halda istintaq aparılacaq, məhkəmə olacaq və biz daha dolğun informasiyalar ala biləcəyik”.
Həbsin Serbiyanın Ermənistana silah satması məsələsi ilə əlaqəsinə gəlincə, analitik deyib ki, hansısa şirkətin silah satmasının qarşısının alınmasında səfirin müəyyən rolu ola bilər: “Eşitdiyimə görə, Eldar Həsənovun Serbiya hakimiyyətinin yuxarı dairələri ilə əlaqələri olub. O, bir səfir olaraq Ermənistana silah satılmasını əvvəlcədən öyrənib Azərbaycana məlumat verə bilərdi ki, rəsmi Bakı bunun qarşısının alınması istiqamətində tədbir görsün. Amma səfirin elə gücü də yoxdur ki, fəaliyyət göstərdiyi ölkədə aparılan siyasəti, addımları detalları ilə bilsin. Sadəcə olaraq, Eldar Həsənovun çalışdığı ölkələrin rəsmiləri ilə əlaqələri yaxşı idi. Bu halda o düşmənə silah satılmasını öyrənib, Bakıya məlumat verməli idi. Ən azından, Serbiya rəsmilərinə bu halın Azərbaycan hakimiyyəti və ictimaiyyəti tərəfindən yaxşı qarşılanmayacağını bildirməli idi. Bütün hallarda istintaqın nəticəsini gözləmək lazımdır. O zaman nəyin necə olduğu üzə çıxacaq”.
Müəllif: Anar Bayramoğlu

Təbii ki, bütün bunlar mülahizələr, bir qədər də konspiroloji yanaşmalardır. Fakt isə ondan ibarətdir ki, zidiyyətli və xeyli müəmmalı şəxsiyyət olan Həsənov həbs edilib. Və bu həbs ətrafında mülahizələr səngimir.
Məsələni AYNA-ya şərh edən analitiklərin də fikirləri birmənalı deyil. Azərbaycan Milli Strateji Tətqiqatlar Mərkəzinin (AMSTM) sədri, politoloq Natiq Miri məsələyə bir neçə aspektdən yanaşıb. Şərhçinin fikrincə, ilk baxışdan görünən odur ki, E.Həsənovun həbsi XİN-də gedən “təmizləmə” ilə əlaqədardır: “Açığı, Eldar Həsənov Azərbaycan səfirləri içərisində öndə olan, konkret siyasi iddialı bir şəxsdir. Bunu qətiyyən gizlətmək olmaz. Müxtəlif vaxtlarda hakimiyyətə siyasi iddiasını ortaya qoyub və bu yöndə müəyyən media qurumları ilə işlər aparıb. Mənə elə gəlir ki, həbsinin səbəblərindən biri də, onun siyasi hakimiyyətə iddialı olmasıdır. Gələcək perspektivdə hakimiyyət içərisindən hakimiyyətə iddialı şəxslər var idisə, onlardan biri də məhz Həsənov idi. Düşünürəm ki, bu iddia təkcə Eldar Həsənova məxsus deyildi, onu həm siyasi arenada, həm də mediada dəstəkləyən qruplar mövcuddur”.
“İkinci məsələ onun həbsinin Serbiya nümayəndə heyəti ilə birgə Bakıya gəlməsindən sonra həyata keçirilməsidir. Ola bilər ki, səfirin həbsində Serbiyanın Tovuz döyüşləri zamanı işğalçı Ermənistana silah satması məsələsi də rol oynayıb. Bu silah satışı offşor zonalardakı şirkətlər vasitəsilə həyata keçirilib. Yəqin ki, bu məsələdə Eldar Həsənovun da əlinin olması haqqında Azərbaycanın xüsusi xidmət orqanlarında konkret kəşfiyyat informasiyaları var. Məsələ burasındadır ki, XİN-də “təmizləmə” əməliyyatı başladı və ilk həbs olunan səfir məhz Serbiyadakı səfirdir”, - deyə politoloq qeyd edib.
N.Mirinin qənaətincə, bütün hallarda belə qəfl həbsin Serbiyanın Ermənistana silah satması məsələsi ilə əlqəsinin olması istisna deyil: “Həsənovun Serbiyada, Monteneqroda, Balkan ölkələrində çox ciddi biznesi mövcuddur. Bu faktlar həm Azərbaycan rəsmilərinə, həm də ictimaiyyətə bəllidir. Yenə də deyirəm, Ermənistana silah satışı Balkan ölkələrindəki offşor hesablar vasitəsilə həyata keçirilib. Görünən odur, Azərbaycan kəşfiyyat orqanlarında konkret informasiyalar olub, faktlar var ki, Həsənov Bakıya gələn kimi dərhal həbs edildi”.
AMSTM rəhbəri bir məqama da xüsusi diqqət yetirilməsinin vacibliyini önə çəkib: “Bu məqam da Eldar Həsənovun prokurorluq tərəfindən yox, məhz Dövlət Təhlükəsizliyi Xidmətinin keçirdiyi əməliyyatla həbs edilməsidir. Bu, o anlama gəlir ki, səfirin Azərbaycan dövlətinin əleyhinə fəaliyyəti mövcuddur. Güman ki, DTX səfir haqqında bugünə qədər araşdırma aparıb və konkret dəlillər əldə edib. Bundan sonrakı prosesdə yəqin ki, bir sıra məsələlər açılacaq”.
“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu E.Həsənovun zidiyyətli fiqur olmasına diqqət çəkib: “Baş prokuror işlədiyi müddətdə də onun siyasi proseslərdə rolu, iştirakı barədə mətbuatda müxtəlif məlumatlar yayılırdı. Hətta, səfir olduğu müddətdə də siyasi iddialarının olması, bu istiqamətdə fəaliyyətini dərinləşdirdiyi haqqında xəbərlər yazılırdı. Onun həbsi hakimiyyətdaxili qarşıdurmanın bir təzahürü də ola bilər. Amma rəsmi açıqlamada korrupsiya əməllərinə görə həbs edildiyi, istintaq aparıldığı bildirilir. Hər halda istintaq aparılacaq, məhkəmə olacaq və biz daha dolğun informasiyalar ala biləcəyik”.
“Onun hakimiyyətə iddiasının olması məsələsi, hesab edirəm ki, bir qədər şişirdilmiş yanaşmadır. Eldar Həsənov kimdir ki, hakimiyyətə iddia etdin? Baş prokuror olub, ziddiyyətli şəxsdir, çoxlu həbslər həyata keçirib. Bu addımları da haqqında müəyyən fikirlərin formalaşmasına gətirib çıxarıb. İllərdir ki, səfir işləyir. Şəxsən mən onu elə də ciddi fiqur saymırdım. Eldar Həsənov siyasi proseslərə maraq göstərirdi. Deyilənə görə, kifayət qədər maliyyə imkanları da var. Siyasətdə də maliyyə önəmli faktordur. Amma düşünmürəm ki, o, Azərbaycanın birinci şəxsi olmağa iddialı idi”, - Şahinoğlu vurğulayıb.