Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

“Boş evlərdə yaşayıb, ayılara sitayiş edirlər” – Sirli etnik qrup haqqında MARAQLI FAKTLAR


Dünyanın bir çox yerində fərqli etnik qruplar yaşayır.
İnsan olaraq hamımız bir-birimizdən fərqlənirik. Fərqli irqi xüsusiyyətlərimiz, genlərimiz və fərqli simvollarımız var. Eyni zamanda bir-birimizlə ünsiyyət qururuq və yeni mədəniyyət ötürürük. Hər ölkənin və hətta hər şəhərin mədəniyyətindəki fərqli elementləri ünsiyyət vasitəsi ilə ötürürük. Bununla yanaşı, mədəniyyət müxtəlifliyinə görə cəmiyyətlərdən fərqlənən insanlar da var. Etnik qruplar başqalarından ayrılır və hər cür mədəni fərqlərlə yaşayırlar. Bəzi ölkələrdə onlarla, bəzilərində isə yüzlərlə etnik qruplar mövcuddur.
Yaponiyada yaşayan Ainular dünyanın ən əsrarəngiz etnik qruplarından biridir. İllərdir ayrıseçkiliyə məruz qalan Ainuların hekayəsinə birlikdə nəzər salaq.
Musavat.com sizlərə Ainular haqqında maraqlı faktları təqdim edir.
Ainu xalqı 13-cü əsrdə Yaponiya və Rusiyada ortaya çıxıb. 19-cu əsrdən əvvəl Ainu xalqının eyni vaxtda meydana gələn digər etnik qruplardan başqa heç kimlə əlaqəsi yox idi.

Ainuların haradan gəldiyi bilinmir. Elm adamları hələ də Ainu xalqı haqqında dəqiq bir təsəvvürə malik deyillər.
Nəzəriyyələrə görə, onların Qafqazdan gəldiyi və ya yapon mədəniyyətləri ilə əlaqələrinin olduğu bildirilir. Asiyanın ən qədim etnik qruplarından olan Ainuların öz dilləri və bayraqları var. Ainu xalqının əvvəlki nəsilləri monqollardan daha çox avropalılar kimi tanınırdılar.

Bu fotoda yaşlı Ainu sakininin görünüşü və məşhur rus yazıçısı Tolstoya bənzəməsi də diqqət çəkir. Onu da qeyd edək ki, Ainu kişiləri heç vaxt saçlarını kəsmirlər və onların həmçinin uzun saqqalları da olur.

Ainu qadınları hələ 6-7 yaşlarında olan zamandan dodaqlarının üzərinə döymə (tatu) etdirirlər. Bu döymələr məşhur “Joker” filmindəki kloun obrazını xatırladır.
Qızların bu ritualı yerinə yetirmələrinin məqsədi, ağızlarına girməyə çalışan pis ruhlardan qorunmaqdır. Bundan əlavə, "təbəssüm" qızın evlənməyə hazır olduğunu göstərir.

XIX əsrdə bu döymələr Yaponiya hökuməti tərəfindən qadağan edildi, lakin bəzi insanlar gizli-gizli ritualı davam etdirdilər. Üzündə döymə olan son Ainu qadın 1998-ci ildə ölüb. "Gülümsəmədən" başqa, Ainu qadınlarında həssas formalara bənzər digər döymələr var idi ki, bu döymələrin onları pis ruhlardan və xəstəliklərdən qoruduqlarına inanırdılar.
Onlar Yaponiyada məskunlaşdıqları dövrdən bəri yaşamlarını ovçuluq və balıqçılıqla keçirirlər. Onların "Chise" adlanan içi boş evlərdə yaşadıqları bilinir. Evlərin ortasında yalnız bir odun sobası olur.

Ainular ilə əlaqəli ən maraqlı məlumatlardan biri isə ayılara ibadət etmələridir. Ainular ayıları "dağların tanrısı" olaraq təsvir edirlər. Uzun zaman öncə Ainular Yaponiyada Hokkaido adasında sürətlə çoxalaraq orada məskunlaşmışdılar. Onların özünə məxsus torpaqları, məktəbləri və xəstəxanaları var idi.

Lakin Yaponiya əhalisi böyüməyə başlayanda Ainular vergi ödəməkdən imtina etdilər və şiddətli dini ayinləri onların mədəni şəkildə sıxışdırılmasına səbəb oldu. Yaponiya hökuməti Ainu xalqının bir çox rituallarını qadağan etdi.
Nəticədə Ainular mədəni kimliklərini itirməyə başladılar. Min illərdir mövcud olan insanlar tamamilə yox olmaq təhlükəsi ilə üzləşdilər. Yaponiya hökuməti 1868-1912 illər arasında Hokkaido adasını Ainuların əlindən aldı və onları Yaponiya vətəndaşı etdi. Hökumət eyni zamanda Ainu dilini də qadağan etdi. Assimilyasiya siyasətini həyata keçirən yaponlar minlərlə Ainuların adını  dəyişdirdi.

Ainu xalqının həyat tərzi onlardan alındı. Ainuların qorxunc ritualları, danışıq dilləri qadağan edildi, məcburi təsərrüfat işlərinə yönəldildilər. Tez-tez ayrıseçkiliyə uğrayan Ainu xalqı, uşaqlarının təhlükəsizliyini təmin etmək üçün yaponlarla evlənmək məcburiyyətində qaldılar. Buna görə də xalqın yeni nəslinin xarici görünüşü yaponlara bənzəyir. Uzun illər yaponlar tərəfindən həyata keçirilən assimilyasiya siyasəti 1997-ci ildə sona çatdı. Ancaq Ainular etnik azlıq kimi qəbul edilmədi.

2007-ci ildə Birləşmiş Millətlər Təşkilatının Etnik Xalqlar Bəyannaməsinin dərc edilməsi ilə birlikdə edilən təzyiqlər nəticəsində bir il sonra, 2008-ci ildə hökumət Ainulara ikinci dərəcəli vətəndaşlar kimi baxmağı tamamilə dayandırdı. 2019-cu ildə isə Yaponiya hökuməti Ainuları etnik azlıq kimi rəsmi şəkildə tanıdı və hüquqlarını qorumaq üçün qanun da qəbul etdi.
Turan Oruc
 Musavat.com









Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10