Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Məşhur müəlliomin MM-nin Komitə iclasında çıxışı niyə diqqət çəkdi?


Yaxud, 230 min əhalisi olan Masallıya büdcədən ni yəaz pul ayrılır?

Məşhur Məmmədov  hörmət etdiyim insanlardandır. Son 6 ayda, seçki öncəsi və sonrası ondan aldığım geniş müsahibələrdə də nə qədər səmimi,  cəmiyyətə açıq, verdiyi vədlərə sadiq olduğunun  şahidi oldum. Lakin açıqı deyim ki, bəyənmədiyim işləri də var. Bəzən ölkədəki olaylara qədərindən artıq münasibət bildirməsi heç də ürəyimcə olmur. Lakin onun Milli MƏCLİSİN Komitə iclasında etdiyi son çıxış, deyərdim ki, əsil iqtisadçı deputat, xalqın ürəyindən xəbər verən, çox ölçülü-biçili bir çıxış idi. Xüsusən, büdcədən vəsaitlərin ayrılmasında ayrı-seçkiliyə yol verilməsini o tribunadan dilə gətirmək kifayət qədər cəsarət tələb edirdi. Adi bir müqayisə deyim. Masallıda 17 uşaq bağçası var, əhalisi ondan az qala 2 dəfə az olan əksər rayonlarda 35-50. Bu boşluğu hələ də doldura bilmirlər.

Həm də nəzərə alsaq ki, son 25 ildə Masallını o məclisdə təmsil edən masallılı deputatlar ya bizə xəcalət gətirən çıxışları, ya da lallığıları ilə yadda qalıblar, onda bu çıxışın bizə mənəvi bir təskinlik də gətirdiyini söyləmək olar. 

Necə deyərlər, belə ola həmişə.

Həmin çıxışın geniş məzmununu sizə təqdim edirik.


Milli Məclisin İqtisadi siyasət və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında çıxış edən deputat Məşhur Məmmədov  bir neçə məsələyə toxunub.

Modern.az xəbər verir ki,  deputat qeyri-ərzaq mağazalarının karantin rejimi ilə bağlı fəaliyyət göstərməməsinin  yerli istehsalçılar üçün problem  yaratdığını bildirib:
 “Bu gün Azərbaycanda neft sektorundan başqa qeyri-neft sektorunun müxtəlif sahələrində  müəyyən problemlər yaranır.  Bu problemlərin səbəbi nədir?! Məsələn, artıq çimərliklərin  açılmasına icazə verilir. Eyni zamanda,  ərzaq mağazaları da açıqdır və  gün ərzində minlərlə insan alış-veriş edir. Ancaq  sənaye müəssisələri,  ya da istehsal məhsulları satan mağazalar  bağlıdır. Halbuki bu mağazalara gün ərzində 20-30 adam girir. Bu gün həmin mağazaların bağlı olması müəyyən problemlərin yaranmasına gətirib çıxarır. Müəssisələr bağlı olduğundan məcbur olub işçiləri ixtisara salırlar. Hətta xarici ticarət əlaqələrində gərginliklər yaşanır.  Azərbaycan elə bir dövlətdir ki, müəssisələrin çoxunun xarici partnyorlarına kreditor borcları var. Satış yerləri də işləmədiyinə görə  müəssisələrin çoxunun kreditor borcları yaranır və buna görə də həmin müəssisələrdə yüzlərlə müəssisə bankrot olmaq ərəfəsindədir.  Hesab edirəm ki, problemlərin aradan qaldırılması üçün yerli istehsal müəssisələrinin, satış yerlərinin açılmasının vaxtıdır.  Bu cür davam etsə ilin dördüncü rübü üçün büdcəyə təkrar baxmalı olacağıq”.


Məşhur Məmmədov büdcənin bölünməsində qeyri-bərabərliyin olduğunu da söyləyib:
 “Gələn il büdcəyə baxılanda rayonlarda əhalinin sayı nəzərə alınmalıdır. Ortada olan fərqlər aradan qaldırılmaZahirlıdır.  Məsələn, Masallının əhalisinin sayı 230 mindir.  Rayon əhalisinin torpağı az olduğu kimi,  kənd təsərrüfatından gəlirlər də azdı. Təklif edirəm ki,  büdcədən vəsait ayrılarkən əhalinin sayı çox olan rayonlar nəzərə alınsın”.

Elcan






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10