Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Viləşdəki su bəndi 16 metr də qalxacaq. Bəs Qəriblər, İsi və Şıxlardakı vilların, ətrafdakı otellərin, körpünün taleyi necə olacaq?


Viləş çay Dəyaçasındakı bəndin daha 16 metr hündürləşdirəcəyi barədə məlumat Masallı İcra Başçının saytından götürülüb


Daha ətraflı.

Masallı-İH. gov.az saytının 28 iyul 2020-ci il buraxılışındakı Masallı rayonunda su təminatı yaxşılaşdırılır” adlı xəbərdə maraqlı məlumatlar yer alıb. Xəbərdə ölkə başçısının dilindən sitat gətirilir  “…əgər, dəhşətli dərəcədə bu itkilər olmasaydı, biz mövcud su resursları ilə özümüzü tam təmin edə bilərdik. İndi bu məsələ araşdırılır, bəzi hallarda itkilər 40 faizdir və 50 faizə çatır, bu, dözülməzdir”.

Bəzi rayonlarda su qıtlığı ilə bağlı keçirilən müşavirə ilə bağlı məlumatda isə son abzaslar daha çox diqqət çəkdi- “Cənub bölgəsində əkin sahələrinin artırılması və qonşu rayonlarda sahələrin suvarılması məqsədi ilə su anbarının ikinci növbəsinin tikilməsi nəzərdə tutulub.


Yeni layihəyə əsasən, su bəndinin hündürlüyü 

daha 16 metr qaldırılacaq”



Bu məlumatların izi ilə bəzi araşdırmalar apardıq.

Məlum oldu ki, Viləş çay su dəryaçasının inşasına 1978-ci ildə başlanılıb və bəndin 1-ci hissəsinin işləri  8 ildən sonra,  1986-cı ildə yekunlaşıb.

Elə himin vaxtlarda bəndin 2-ci hissəsinin tikinti işlərinin başlanması ideyası olub, lakin sovet hökumətinin dağılması işləri yarımçıq qoyub.

2018-ci ildə Masallının o vaxtkı icra başçısı Rafil Hüseynovun təşəbbüsü ilə bu məsələ yenidən gündəmə gəlib. Belə ki, şəraitə uyğun araşdırmalar, hesablamalar aparılıb, geniş təkliflər planı hazırlanıb. Rayonda su qıtlığının mövcudluğu nəzərə alınaraq 2018-ci ildə ölkə başçısı cənab İlham Əliyev Masallıya səfər edəndən sonra burada 37 – bəndin inşası və təmiri üçün vəsait ayrılıb. Həmin Sərəncama uyğun olaraq  Masallıda  37 bəndin yaradılması və əsaslı təmirinə başlanılıb. Bu işə 2018-ci ilin noyabr ayından başlanıb və bu günə kimi 30 sututarda — Mahmudavarda 3 ədəd, Tüklədə 2, Kolatanda 2, Qızılavarda 2, Nəzəroba, Məmmədoba, Qarğalıq, Çaxırlı, Xırmandalı,Türkoba, Şatıroba, Hişkədərə, Sığdaş, Bədəlan, Böyük Kolatan, Miyənkü, Xanalion, Həsənli və Xırmandalıda kəndlərində iş başa çatdırılıb və ya son tamamlama təmir işləri gedir.
 Qalan 7 kənddə -
Şıxlar (1), Eminli (1), Qarğalıq (1,) Alvadı (1,) Babaküçə (1) və digər kəndlərdəkii sututarlarda işlərin yaxın vaxtlarda başlanılması və ilin sonunadək başa çatdırılması nəzərdə tutulur.

Bu bəndlər yağış sularından ehtiyat su kimi faydalanır. Harada  belə sututarlar var, ora  Viləşçayçaydan su vermək mümkün deyil. 


Onu da qeyd edək ki, Masallı rayonunda mövcud olan 25 min hektara yaxın əkin sahəsinin 17 min hektarı suvarılan torpaqlardır. Ərazidə əkinlərin suvarılması isə 46 milyon kubmetr su tutumu olan Viləşçay su anbarı və 3 milyon kubmetr su tutumu olan Babaser su anbarı vasitəsilə aparılır.

Son aylar Neftçala rayonunda kəskin su qıtlığının yaranması Viləşçaybəndinin 2-ci hissəsinin inşasını yenidən gündəmə gətirdi.

Ölkə başçısının göstərişi ilə hazırlanan yeni layihədə Viləşçay su hövzəsinin həcminin 46 milyon kubmetrdən 132 milyon kubmetrə (təxminın 3 dəfə çox) çatdırılacağı nəzərdə tutulur.


Viləş bəndinin 16 metr qaldırılması bizə nə verəcək?


Öncədən bildirək ki, iş hələ ilkin – layihə mərhələsindədir. İlin sonuna kimi layihənin hazırlanması başa çatacaq. Bundan sonra detallar tam bəlli olacaq.

Ortada bir neçə variant var. Onlardan biri də odur ki, bəndin artıq 4-5 metr lik basmış  sahələri də təmizlənsin. Müsair texnikalar buna imkan verir. Belə ki, əvvəlki “Belarus” markalı ekskovatorlarla müqayisdə indiki “Hunday” markalı ekskovatorlar onda 10 dəfə artıq yük götürə bilir.

Bu layihə reallaşacağı təqdirdə nəinki Masallı rayonu, eləcə də Neftçala və Cəlilabad rayonlarnın təsərrüfat sahələri su ilə gen-bol təchiz olunacaq.

Lakin ortada bəzi suallar var. Mövcud bənd 16 metr hündürləşərsə Qəriblər, İsi, Şıxlar kəndlərinin aşaısındakı bir çox villalar, eləcə də adi yaşayış evləri, “Rasin” Hoteli, Təkkeçid korpüsü və sair obyektlər su altında qala bilər. Hətta həmin ərazidəki bəzi yolların da taleyi müəmmalı görünür. Məhz detallar tam dəqiq olmadığı üçün bu yaxında yenidən qurulacağı gözlənilən TƏKKEÇİD körpüsünün də inşası dayandırılıb. Bəzi ehtimallara görə Təkkeçid körpüsü indiki Şır-Şır bulağının yanından keçə bilər.

Həmçinin suvarma sistemləri yenidən çəkilməlidir. Əvvəllər bu xətlər dövlətə məxsus olan sovxozların ərazisindən keçirdisə, hazırda payıbəlli torpaqlardan keçdiyi üçün şəxsi təsərrüfatlara məxsusdur.

.

Lənkərandakı Ulançayda da layihə çərçivəsində

 işlərin görülməsi nəzərdə tutulub


Xatırladaq ki, Ulançay  Masallının Rudakənar  və Lənkəranin Gəgiran kəndlərinin arasından keçən çaydır. Burada bəndin inşası Lənkəranın, eləcə də bu rayonun Masallı ilə həmsərhəd olan kəndlərində   çəltikçiliyin inkişafına daha münbit şərait yaradacaq.

Hələ ki, ilin sonuna kimi layihələrin hazırlanmasını gözləyək.ə

Prezident Sərəncamında isə 2022-ci ilədək müddət göstərilib.

Zahir Əmənov (Cenub az)














Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10