Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Şuşa türməsində saxladığımız530 qatil erməni dustağı hara “yox” etdik ki?..



"Onları buraxmasaydıq, bu gün o dığaların yerinə Dilqəmlə Şahbaz o qazamatda çürüməzdi..."  


Qarabağ mübarizəsində tarixi fürsət  və şansları bir-bir güdaza verə-verə gedirik....


Hələ indidən danışmırıq... 1992-ci ilin yay-payızında yeni yaradılan Milli Ordumuzun uğurlu əməliyyatları sayəsində bir tərəfdən Xankəndinin, digər tərəfdən isə Laçın rayon mərkəzinin  2-3 kilometrliyində idik... Bəs sonradan nədən geri çəkildik?.. Niyə bölgələri bir-birinin ardınca itirə-itirə gəldik?


Ondan əvvəl - 1991-ci ilin  yaz-yay-payızında hələ erməni terrorçuları öz mövqelərini bərkitməmiş keçirilən “Həlqə”, “Ümid” əməliyyatları nəticəsində Gəncə yaxınlığındakı Çaykənd ətrafında neçə-neçə kənd, Şuşanın “Laçın dəhlizi”nə yaxın Qaladərəsi, Kirov, Onverst kəndləri və s. təmizlənmiş 530-dək qatil cinayətkar Şuşa türməsinə yığılmışdı.... Bəs  necə oldu onların hamısını buraxdıq ki, sonradan 20 Noyabr vertolyot terroru, Daşaltı, Xocalı faciələri və s. törəndi?...


Həmin erməni qatilləri buraxılmasaydı, onların  ifadələri əsasında digər fəal liderlər də həbs olunsaydı, heç  torpaqlarımız bu dərəcədə işğal olunmaz və bu gün Dilqəmlə Şahbaz  o terrorçuların yerinə Şuşa türməsində zülm çəkməzdilər...


Adam düşündükcə yanıb-yaxılır, dəli olmaq dərəcəsinə gəlir? Nədən belə oldu?.. Nədən? Niyə?..


Fəhlədən, kəndlidən tutmuş nazirə, prezidentədək hər birimizin günahı oldu... Bir az laqeydlik,  bir az qətiyyətsizlik, bir az qorxaqlıq, bir az tamahkarlıq, bir az da  xəyanət... Bir az da düşkünlük - erməni axçisi, tut arağı, erməni çaxırı düşkünlüyü...     


***


“Xankəndi və Əsgəranda mayor Şahbazyan, Arutyunyan,  “Krunq” komitəsinin üzvü, keçmiş təhlükəsizlik naziri Ciqarxanyan tutulmuşdular...”


“Zori Balayanın müşayiəti ilə ABŞ-dan gəlmiş 3 vəkildə Şüşa türməsində saxlanılan bütün ermənilərin siyahısı vardı... Respublika Prezident Aparatı ilə  aparılan telefon söhbəti nəticəsində görüşə icazə verməyə məcbur olduq...”


Moderator.azəməkdaşı  1991-ci ilin mayında Dağlıq Qarabağın erməni ekstremistlərindən təmizlənməsi üçün aparılan “Ümid” adlı hərbi milis əməliyyyatının qərargah rəisi təyin olunmuş  Azərbaycan DİN Cinayət-Axtarış İdarəsi və İslah İşləri İdarələrinin rəisi olmuş polkovnik Əzim Piriyevin müəllifi olduğu “Yarımçıq qalmış “Ümid” əməliyyatı...” sənədli povestindəki faktlar və digər mənbələr, müsahiblərin açıqlamaları əsasında  bəhs edilən mövzuda araşdırma materialı hazırlayır.


Saytımızı izləyin!


Sultan Laçın






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10