Çər. axşamı   8 sentyabr 2020   22:48:20  

Ərkivanlı jurnalistlər - yaxud , niyə uşağa qəzetin adını qoydular?


Masalli mətbuatının dünəni də, bu günü də Ərkivanla bağlıdır

Qeyd: Seçim zamanı 4 kriteriya əsas götürülüb -

1. Sırf jurnalist ixtisasına malikdir, yaxud bu ixtisas üzrə oxuyur;
2. Rəsmi dövlət qəzetlərində çalışır, yaxud çalışıb;
3. Yazıları Jurnalistika üzrə keçirilən müsabiqələrin qalibi olub, yaxud ən azından aktual mövzularla bağlı 5 araşdırma yazısı olub.
4. Əməllərində jurnalistika adına xələl gətirən xoşagəlməz hallar olmayıb.

Azərbaycan mətbuatının 145 illiyinin   bayram ediləcəyi yaxın günlərdə Masallının mətbuat tarixinə nəzər salsaq, maraqlı məqamlarla qarşılaşarıq. Bəlli olar ki, mətbuat sahəsində  Masallıda ilkə imza atanlar, bu gün onu uğurla davam etdirənlər də əsasən ərkivanlılardır.

Bölgəmizdə əsrin əvvələrində ilk qəzetlər Lənkəranda çap olunsa da, 30-cu illərdə rayonlaşmadan sonra Masalıda ilk qəzet 1932-ci ildə yaranıb.



Həmin qəzetin qısa tarixçəsinə nəzər salaq.


1932-ci ildə Masallıda nəşr olunan ilk qəzetin adı “Yeni həyat”, redaktoru isə  Məmmədağa Sultanov olub. Daha doğrusu, bu şəxsə, o vaxt rayonu idarə edən Rayon Partiya Komitəsinin nümayəndəsi  redaktor kimi qəzetə nəzarət edirmiş. Qəzetin hazırlanmasının faktiki yükünü isə, ilk qəzetdə ilk məsul katib işləyən 




1. Ərkivanın Göllü məhəlləsinin sakini Nemət Nemətov olub.


Nemətovlar ailəsi ilk qəzetin çap olunmasına o qədər seviniblər ki, həmin günlər ailədə dünyaya gələn əmisi uşağının adını da “Yeni Həyat” qoyublar. Nemət Nemətov  uzun illər bu qəzetdə çalışıb, ona redaktorluq edib.


N. Nemətovun  2 oğlu onun yolun davam etdirib. 


 2. Hazırda 82 yaşı olan Cəmil Nemətov uzun müddət  “Çağiriş” adlanan qəzetin ən fəalı, yadda qalan yazıları ilə tanınan müxbiri olub. Daha sonra isə həmin vaxtlar rayonda fəaliyyət göstərən, həftədə 3 dəfə verilişlər təşkil edən Yerli Radio Verilişləri Redaksiyasının rəhbəri olub. Bakı Ali Partiya Məktəbini bitirib. Hazırda təqaüdçüdür.


 3. Nemət Nemətovun kiçik oğlu Mahir Nemətov da uzun müddət ölkə mətbuatında maraqlı yazılarla çıxış edib. İdman mövzusunda yazdığı yazılar diqqəti daha çox cəlb edib.


Redaksiya harada yerləşib?

Onu da xatırladaq ki, rayonda  ilk qəzetin binası, indiki Məşğulluq Mərkəzinin arxasında, hazırda  Qazi idarəsinin yerində yerləşib. Mətbəəsi isə  indi mövcud olmasa da, təxminən  bu gü2nki Mədəniyyət Evinin qarşısında yerləşibHəmin vaxt rayonda çap edilən mətbəədə də çalışanlar ərkivanlı olub. Şaban Şirəliyev, oğlu Nizam Şirəliyev, onların yaxını Əmiş NEMƏTOV, linotipçi Dilşad Məcidova və başqaları


 4. Daha bir ərkivanlı jurnalist – İsaq Mirzəyev

İsaq Mirzəyev 1926-cı ildə Ərkivan qəsəbəsinin Bədirli məhəlləsində anadan olmuşdur. Onlar ailə vəziyyəti ilə bağlı Yardımlıya köçüblər. İsaq Mirzəyev Müharibə dövründə (1941-ci ildə) 15 yaşında Yardımlı Rayon İcraiyyə komitəsində kargüzar, daha sonra təhsil şöbəsində katib işləməyə başlayıb.  O sonrakı illərdə Yardımlı rayonunun Komsomol Komitəsində ikinci katib,  1947-1952-ci illərdən isə partiya orqanlarında çalışmışdır. 

1955-1960-cı illərdə Masallıda Mədəniyyət şöbəsinin müdir müavini. 

1960-1962-ci illərdə Masallı Rayon İcraiyyə komitəsinin şöbə müdiri.

1962-1965-ci illərdə isə Ərkivanda kənd icraiyyə komitəsinin sədri işləyib.

1965-1970-ci illərdə rayondakı “Çağrış” qəzetinin şöbə müdiri işləmişdir.

Ömrünün son illərində isə yenə də Ərkivanda icraiyyə komitəsinin sədri işləyib. 49 yaşında dünyasını dəyişmişdir. 


 5. Bahəddin Yunusov – Bədirli məhəlləsi


1946-cı ildə anadan olub. 1970-ci ildən - 24 yaşından “Azərbaycan müəllimi” qəzetinin müxbiri vəzifəsində çalışmış,  13 il isə redaktor müavini vəzifəsinə qədər yüksəlmişdir.

1973-1975-ci illərdə Moskva Ali Partiya Məktəbini bitirmişdir. Daha sonralar indiki Şirvan şəhərindəki “İşıq” qəzetində redaktor, “Kənd Həyatı” jurnalında məsul katib, “Elmi Xəbərlərdə” baş redaktor işləmişdir.

Ömrünün son illərində “Azərbaycan məktəbi” jurnalında redaktor müavini, “Azərbaycan dili və Ədəbiyyatı tədrisi” jurnalında Baş Redaktor vəzifələrində çalışmışdır.




6. Vasif Səmədov – ilk ərkivanlı Əməkdar jurnalist


Vasif Səmədovun özü Masallı şəhərində anadan olsa da, atası Həzərxan Səmədov Ərkivanın Qızılaküçə məhəlləsində anadan olub, burada çalışıb. 

Vasif Səmədov müxtəlif mətbu orqanlarda, eləcə də televiziya da proqram redaktoru vəzifəsində işləmişdir. Son onilliklərdə isə Beynəlxalq səviyyəyə yüksələrək 1994-1995-ci illərdə “Rossiyskiy fermer” qəzetinin,  1995-ci ildə   “Oqonyok” qəzetinin Azərbbaycan, Türkiyə və İran dövlətlərinin,  bir ildən sonra isə  Asiya ölkələri və Ukrayna üzrə müxbir məntəqəsinin müdiri vəzifəsinə işləmişdir və hazırda da işləyir.

 Daha sonra isə 3 televiziya kanalını, 3 qəzeti, 12 radiostastansiyasını özündə birləşdirən Holdinq Mərkəzinin və Qərbi Avropa üzrə nümayəndəliyinin rəhbəri olmuşdur.


7. Hüseynov Əyyub Oruc oğlu- Ərkivan, Göllü. 
Hamının səmimiyyət simvolu adlandırddığı bu şəxs, 
həyat yoldaşı ilə birgə dünyasını dəyişib

 Ərkivan qəsəbəsinin Göllü məhəlləsində  anadan olub. BDU-niun Jurnalistika fakültəsini bitirib. Uzun müddər “Kooperativ işçisi”, “Panorama”,  sonra “Azərbaycan müəllimi” qəzetində işləyib. Həm də tərcüməçilkiklə məşğul olub.

Olduqca səmimi, mehriban, zəhmətkeş  həqiqətən bir sadəlik və səmimiyyət soimvolu idi. Arabir qəşəng segah oxumağı, şeir yazmağı da varidi. İddiasız, təvöşıkar, hədsiz xeyirxah, gözütox insan olan Əyyub Hüseynov  2004 -ci ildə Türkiyədə təhsil alan övladının yanına gedərkən ingilis dili müəllimi olan ömür-gün yoldaşı ilə   birlikdə qəza nəticəsində həyatını itirmişdir.

Yaxın dostları onu “səmimiyyət, saflıq simvolu” adlandırırdı. İki qızı olub. Türkiyəyə səfərdə də məqsəd kiçik qızının onun adını daşıyan Əyyub adlı nəvəsini Azərbaycana gətirmək olub. Onların yol getdiyi avtobus Türkiyənin Ərzincan vilayətindən keçərkən qəzaya uğrayrıb və Ə. Hüseynov həmin qəzada həyat yoldaşı ilə birlikdə həlak olub. Onların qoşa qəbrləri Ərkivanın qəbristanlığındadır. Onun iş yoldaşı Əyyub Hüseynov haqqında “Ayrılığın üzü dönüsün...” adlı maraqlı kitab yazıb.


 8. Yəhyayev Teymur Heydər oğlu – SSRİ-nin ən mötəbər İnformasiya Agentliyinin aparıcı müxbiri, 2 dəfə Masallının İcra Başçılsı olub

Ərkivan. Abbaslı məhəlləsi. 1955-ci ildə anadan olmuş, hərbiçi ailəsində böyümüş, podpolkovnik olan atasını gənc yaşlarında itirmişdir. Fəhlə işləyərkən həmin vaxtlar ölkənin ən nüfuzlu  ali məktəbi sayılan Moskva Beynəlxalq Əlaqələr Universitetinin Beynəlxalq Jurnalistika fakültəsini bitirmiş. ölkənin  seçilib sayılan informasiya Agentliyi -  SİTA-nın ən aparıcı şöbəsi hesab olunan Latın Amerikası redaksiyasında çalışmışdır.

Teymur Yəhyayev 2 dəfə  - 1991-1992,  1993 və 2000-ci illərdə Masallı rayonu İcra hakimiyyətinin başçısı olmuşdur. Çoxlarının yaddaşında islahatçı rəhbər kimi qalmışdır.

 Son on illliklərdə isə Rusiyada müxtəlif vəzifələrdə işləmiş, hazırda da Rusiyada yaşayır. Bir neçə kitabın müəllifidir.


9. Əyyar Tahirov – Ərkivan qəsəbəsi, Göllü məhəlləsi.


1954-ci ildə anadan olmuş, ixtisasca jurnalistdir. Əvvəllər “Çağırış” qəzetində ədəbi işçi, sonralar ”Azərbaycan” qəzetinin  bölgə müxbiri, “Yeni Həyat” qəzetinin redaktor işləmiş. Hazırda “Qanun” nəşriyyatında işləyir





10. Akif Ağayev Ərkivan qəsəbəsi Bağlaküçə məhəlləsi


Uzun müddətdir ki, "Yeni həyat" qəzetində baş ədəbi işçi vəzfisəidnə çalışır. Nadir Ağayev haqqında kitabın müəllifidir. H.B. Zərdabi diplomuna layiq görülüb.





11. Cəsarət HÜSÜYNZADƏ

Bağlaküçə məhəlləsi. İxtisasca jurnalistdir. QHT rəhbəri və “QHT.az” saytının rəhbəri








12. Arzu Əliyeva - Ərkivan qəsəbəsi, Abbaslı məhəlləsi,  rayonun ilk qızıl medallı qızı


Hələ orta məktəbdə oxuyarkən 25 min şagird arasında inşa müsabiqəsində ölkə üzrə 1-ci olub. Orta məktəbi Qızıl medalla bitirib. Hazırda BDU-nun jurnalistika fakültəsinin əlaçı  tələbəsi, eyni zamanda Toplum İntenet TV-də aparıcı-jurnalistdir. 




13. Əmənov Zahir – Ərkivan qəsəbəsi Abbaslı məhəlləsi

BDU-nun jurnalistika fakültəsini bitirib. Əvvəllər Yerli Radio Verilişləri redaksiyasında diktor-müxbir, sonralar pioner, komsomol, partiya işlərində çalışıb.

Masallıda, ümumiyyətlə, cənub bölgəsində müstəqil region mətbuatının yaradıcısı olub. 1992-93-cü illərdə “Masallı” qəzetinin redaktoru, 1993-2002-ci illərdə “Masallı xəbərlərinin”,   2003-2018-ci illərdə “Cənub xəbərlələri” qəzetinin təsisiçisi və baş redaktoru, “cenub.az”, “arkivan.az” , "masallılar.az" saytlarının, eləcə də “cənub xəbər tv” internet qəzetinin rəhbəridir.

Rəhbərlik etdiyi “Cənub xəbərləri”   qəzeti 2012-ci ildə  Azərbaycan Jurnalitlər və “Yeni Nəsil” Jurnalistlər Birliyinin təsis etdiyi “İlin qəzeti” diplomuna layiq görülüb. Bir neçə Beynəlxalq Jurnalist təşkilatlarının keçirdiyi müsabiqənin 1-ci mükafatına sahib olub, Beynəlxalq statuslu jurnalistdir.

Hazırladı – Elcan






Copyright © 2013 - 2021
Bütün hüquqlar qorunur.
MATERİALLARDAN İSTİFADƏ EDƏRKƏN PORTALIMIZA İSTİNAD ZƏRURİDİR!!!
Şikayət və təkliflərinizi qeyd edə bilərsiniz.
Created: Webmedia.az
Baş redaktor: Zahir Amanov
Tel: +99450(70)3227523
Email: [email protected]
Ünvan: Masallı rayonu, S. Vurğun küç.10