Nazirlər Kabinetinin müvafiq qərarına uyğun olaraq bu gündən, iyunun 21-dən Masallı rayonu da sərt karantinin acılarını yaşayır. Yollarda maşınların və insanların sayı nəzərə çarpacaq dərəcədə azalıb. Etiraf edək ki, maska vuran insanlar indi gözə daha çox dəyir. Şəhərin mərkəzi küçəsində 3-4 nəfərlik qruplarda patrullar gəzir və insanların küçəyə icazə, yaxud icazəsi çıxdığını araşdırırlar. Səhər 10-11 arası olsa da, gecə saat 00.00-dan növbəyə çıxanpatrullar çox yorğun görünürdü. İaşə obyektləri ağlı olduğundan çay-çörək yeyib-yeməmələri də sual altındaydı.
Hansı giriş qapıların qadağa qoyulub?
Aldığımız məlumata görə, rayonun bir neçəgirişinə - Seybətin dairəsinə, Musaküçə körpüsünə, şəhər qəbristaanlığının yanındakı əraziyə, eləcə də Viləş üzərindəki əsas körpünün şərq hissəsinə, Statistika İdarəsi olan tərəfə postlar qoyulub.
Postlarda Masallı Polis Şöbəsinin, FHN-nin və Müdafiə Nazirliyinin əməkdaşları yoxlamalar aparır. Həmin ərazidəki keşikçilərin bildirdiyinə görə, hələ ki, son 10 saat ərzindən cəmi bir neçə nəfər cərimələnib. Əksər insanlar müvafiq icazə ilə hərəkət edir.
Bütün ərzaq mağazaları, apteklər, baytar aptekləri, bəzi inşaat mağazaları, eləcə də küçədə ərzaq satanlar iş başında idi.
Fəaliyyətini dayandıranlar isə yeməkxana, çayxana və iri ticarət mərkəzləri idi.
Qadağadan əsas ziyan çəkənlər isə turist mərkəzləridir
Demək olar ki, turizm ərazisi sayılan, 40-a yaxın obyektin olduğu Qəriblər, İsi və İsti-Su ərazilərində bir yeməkxana və çayxana belə işləmirdi. Halbuki ötən şənbə və bazar günləri bu obyektlərə hələ indiyə qədər olmayan sayda turistlər gəlmiş, qiymətlər kəllə-çarxa qalxmış, 2 manatlıq hövuzlara 20 manata bilet satılmış və sair.
suallar var?
Operativ Qərargah bildirir ki, bu qadağa Masallı və Cəlilabad şəhərlərinə daxildir.
Masallı Rayon icra hakimiyyətinin başçısı Şahin müəllim isə bununla bağlı deyib ki, qadağalar Masallı rayonuna daxildir.
Postlar isə heç şəhərin özünü tam əhatə etmir. Məsələn, Viləş körpüsünün qərb tərəfində qoyulmuş körpüdən sonra yerləşən İsgəndərli, Koskül və Ərkivan qəsəbəsinin cənub tərəfi şəhər ərazisinə daxildir. Amma şəhərə giriş postundan kənardadırlar.
Bizə müraciət edən ərazi nümayəndlərinin əksəriyyəti deyir ki, kimdənsə aydın məlumat ala bilmirik, hamı ümumi danışır.
Ötən qadağadan fərqli olara Köhnə Bazar ərazisini əvvəlki bütün girişlər açıqdır
Bununla yanaşə ərzaq satmğa, avtomobil təmirinə icazəsi olanlar narazıdır. Deyirlər ki, yeməkxanalar, turist obyektləri işləmirsə, (hələ toyları demirik) alverə icazənin nə əhəmiyyəti. Min əzabla yetişdirdiyimiz məhsulun əksəriyyətinin alıcısı yoxdur. Bazar, xidmət ölüb, bizim ziyanımızı kim ödəyəcək? 190 manatın adın tutan yoxdur.
Zahir. Cenub.az