Karantin rejimi bağ və kənd evlərinin icarəsinə tələbatı artırıb
Hökumətin həftəsonu evdən çıxma qadağası Bakı ətrafındakı bağ evlərinun qiymətini xeyli qaldırdı. Ümumiyyətlə, bu yay Bakı sakinlərinin əksəriyyəti tətillərini xaricdə deyil, məhz Abşeron bağlarında keçirməyi planlaşdırır.
Bununla yanaşı, mütəxəssislər karantin zamanı şəhərətrafı evləri kirayə tutmaq istəyənlərin əksəriyyətinin hansısa xüsusi bir tələb-kaprizini müşahidə etmirlər. Onların sözlərinə görə, kirayəçi yaxşı ərazi, yaxşı inkişaf etmiş infrastruktur, rabitə-internet sistemi olan standart şəraitli ev axtarır. Aydındır ki, şəhərətrafı evlərin kirayəsi müştərilərin ödəmə qabiliyyətindən asılıdır. Məsələn, daha varlı vətəndaşlar standart şərait paketi ilə razılaşmır, icarəyə götürülmüş bağın ərazisində hovuz olmasını istəyir və ümumiyyətlə, evin mümkün qədər dənizə yaxın ərazidə olmasını arzu edirlər.
Əmlak bazarı mütəxəssisləri yayı şəhər ətrafında keçirmək istəyənlərə bu plan üçün yazdan hərəkət etməyi məsləhət görürlər. Çünki, yayda mövcud icarə qiymətinə 15-20% əlavə olunur və seçim üçün o qədər də fərqli variantlar qalmır. Yeri gəlmişkən, sahilə yaxın olan yay kotteclərinə marağın artdığını qeyd edən mütəxəssislər, hətta bəzən tələbin təklifi üstələdiyini vurğulayırlar.
Daşınmaz əmlak üzrə ekspert Elnur Fərzəliyevin dediyinə görə, bağ sahələri olan kənd evlərinə tələbat ənənəvi olaraq may ayının sonundan başlasa da, bu il proses hökumət tərəfindən tətbiq olunan karantin rejiminə görə daha tez start götürdü: “Əlbəttə, karantin vəziyyəti bu seqmentdə kirayə qiymətlərinin artmasına ciddi təsir göstərib. Paytaxtda koronavirus səbəbiylə insanların hərəkəti məhdudlaşdığı gündən varlı vətəndaşlar təkcə ölkə kotteclərini icarəyə götürməklə deyil, həm də ölkənin bölgələrində daşınmaz əmlak kirayəsi ilə maraqlanmağa başladılar. Bunu başa düşmək asandır, çünki insanlar dar şəhər mənzillərində qalmaq istəmirlər və şəhərdən çıxmaq imkanı olan vətəndaşlar bundan tam istifadə edirlər”.
Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) icraçı direktoru Elnur Azadov da açıqlamasında mənzil bazarında dəyişikliklər olduğunu deyib: “Bağ evlərinin qiymətləri bir çox parametrlərdən asılıdır. Yerləşmə, təmir, sahə və digər şərtlər qiymətə təsir göstərir, buna görə dəqiq qiymətləri müəyyənləşdirmək çətindir. Ötən illərdə aylıq kirayə haqqı 1000-1500 manata başa gəlirdi, lakin varlı müştərilər üçün aylıq icarə haqqı 7000 manatdan başlayan kirayə evlər də vardı. Artıq qeyd edildiyi kimi, qiymətin formalaşması müxtəlif parametrlərdən aslıdır. Başa düşmək lazımdır ki, ucuz mənzillərin çox vaxt şəraiti və təmiri qənaətbəxş olmur. Tipik olaraq, yaxşı səviyyəli bir əmlakın müvafiq də qiyməti olur”.
Müsahibimizin sözlərinə görə, müxtəlif mənzil variantlarını təqdim etməyə hazır olan bir rieltor vasitəsilə işləmək daha sürətli və daha etibarlıdır: “Müstəqil bağ axtarışı zamanı isə fırıldaqçılar və dəllallardan ehtiyatlı olmaq lazımdır. Gəlib evə baxanda suyun, qazın olub-olmadığını, cihazların işləməsini, mebelin nə vəziyyətdə olduğunu yoxlamalısan, qapıların necə bağlandığını, avtomatik qapıların necə işlədiyini yaxşı-yaxşı yoxlamaq lazımdır. Pul ödəməyi planlaşdırarkən mümkün riskləri diqqətlə yoxlamaq lazımdır”.
Azadovun hesablamalarına görə, Bakıda işləyən rieltorların əksəriyyəti şəhər xaricində yay kottecləri haqqında tam məlumata malik deyil: “Bir qayda olaraq, bu məlumat daşınmaz əmlak işi ilə məşğul olan təcrübəli şəxslərə verilir. Onlar isə öz işlərini məsələnin hüquqi cəhətdən tam təmin olunması şərtləri ilə çətinləşdirmirlər. Yəni, bu şəxslər müştəri tapır və xidmət üçün aylıq icarə haqqının yarısını tələb etməklə kifayətlənirlər. Beləliklə, bu qənaətə gəlirik ki, Bakıətrafı bağların icarəsi lazım olan hüquq sənədləşmə proseduru olmadan həyata keçirilir ki, bu da gələcəkdə müəyyən problemlərə səbə olur”.
ayna.az

“Eyni zamanda, paytaxtda hərəkətin məhdudlaşdırılması qərarı imkanı olan sakinlərin rayonlarda ev icarəsinə marağını artırıb ki, bu da öz növbəsində bu seqmentdə də qiymətlərin qalxmasına səbəb olub. Əksinə, şəhərə giriş-çıxış qadağaları və tələbələrin əksəriyyətinin rayonlara – evlərinə getməsi paytaxt daxilində icarə bazarına, həm də qiymətlərə mənfi təsir göztərib. Orta və ali təhsil müəssisələrinin fəaliyyəti bərpa olunmayana qədər şəhərətrafı evlərə tələbat artmaqda davam edəcək. Artıq bu gün bağların icarəsi qiymətində 30%-dək artım müşahidə edilir. Kirayə bazarındakı durum epidemioloji vəziyyət normallaşana və karantin aradan qaldırılana qədər davam edəcək”, - deyə Fərzəliyev bildirib.
Azərbaycan Rieltorlar Assosiasiyasının (ARA) icraçı direktoru Elnur Azadov da açıqlamasında mənzil bazarında dəyişikliklər olduğunu deyib: “Bağ evlərinin qiymətləri bir çox parametrlərdən asılıdır. Yerləşmə, təmir, sahə və digər şərtlər qiymətə təsir göstərir, buna görə dəqiq qiymətləri müəyyənləşdirmək çətindir. Ötən illərdə aylıq kirayə haqqı 1000-1500 manata başa gəlirdi, lakin varlı müştərilər üçün aylıq icarə haqqı 7000 manatdan başlayan kirayə evlər də vardı. Artıq qeyd edildiyi kimi, qiymətin formalaşması müxtəlif parametrlərdən aslıdır. Başa düşmək lazımdır ki, ucuz mənzillərin çox vaxt şəraiti və təmiri qənaətbəxş olmur. Tipik olaraq, yaxşı səviyyəli bir əmlakın müvafiq də qiyməti olur”.
Müsahibimizin sözlərinə görə, müxtəlif mənzil variantlarını təqdim etməyə hazır olan bir rieltor vasitəsilə işləmək daha sürətli və daha etibarlıdır: “Müstəqil bağ axtarışı zamanı isə fırıldaqçılar və dəllallardan ehtiyatlı olmaq lazımdır. Gəlib evə baxanda suyun, qazın olub-olmadığını, cihazların işləməsini, mebelin nə vəziyyətdə olduğunu yoxlamalısan, qapıların necə bağlandığını, avtomatik qapıların necə işlədiyini yaxşı-yaxşı yoxlamaq lazımdır. Pul ödəməyi planlaşdırarkən mümkün riskləri diqqətlə yoxlamaq lazımdır”.
“Yay kotteclərinin qiyməti bahadır. Əlbəttə ki, siz özünüz də müstəqil bir kottec icarəyə götürə bilərsiniz, ancaq rieltorun xidmətlərindən istifadə müştəriləri gözlənilməz risklərdən qoruyur. Nəzəri baxımdan daşınmaz əmlak şirkəti müqaviləyə xüsusi diqqət yetirərək, bütün qanuni tərəfləri və edilən əməliyyatın risklərini nəzərə almağa borcludur. Buradakı bütün şərtləri, hətta ilk baxışdan əhəmiyyətsiz görünənləri belə, müqavilədə qeyd etdirmək vacibdir: bağdan götürülən məhsul kimindir, bağa gəliş-gediş tarixləri qeyd olunmalıdır, kommunal xərclərin kim tərəfindən ödənilməsi, sizinlə birgə bağa ev heyvanınızın gəlib-gəlməyəcəyi, icarə müddətincə bağda yaşayacaq bütün sakinlərin adları və s. İcarə zamanı gələcəkdə baş verə biləcək mübahisələrin qarşısını almaq üçün başqa bir vacib sənəd isə təhvil-təslim aktıdır. Bu sənəddə evdə olan qiymətli əşyalarla yanaşı, evin divarında, qapısında əhəmiyyətsiz olan cızıqların da fotoşəkli əlavə olunmalıdır”, - ARA rəhbəri bildirib.